wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

İqtisadi Hüquq 2

Total questions: 50

Worksheet time: 25mins

Name
Class
Date
1.

Dövlət idarəetmə orqanlarının icraedicilik fəaliyyəti ifadə olunur?

a)

öz iradələrindən irəli gələn tələblərin icrasında

b)

normativ hüquqi aktlardan irəli gələn tələblərin bilavasitə icrasında

c)

parlament hakimiyyətinin tətbiqində

d)

beynəlxalq öhdəliklərin icrasında

e)

məhkəmələrin göstərişlərinin icrasında

2.

Konstitusiyada Nazirlər Kabinetinin statusu necə müəyyən edilir?

a)

ali icra və sərəncam orqanı

b)

respublika hökuməti;

c)

prezidentin yuxarı icra orqanı;

d)

prezident aparatı;

e)

prezident yanında mərkəzi icra orqanı

3.

Aşağıdakılardan hansı iqtisadi hüquq mənbəyi formalaşdıra bilmir?

a)

AR-nın prezidenti

b)

AR-nın məhkəməsi

c)

AR-nın vergilər nazirliyi

d)

AR-nın nazirlər kabineti

e)

AR-nın maliyyə nazirliyi

4.

Aşağıdakılardan hansı sosial tənzimləyici norma deyil?

a)

korporativ normalar

b)

sertifikatlar

c)

əxlaq normaları

d)

adətlər

e)

hüquq normaları

5.

Hüquqi tənzimlənmə subyektlərinin davranış seçiminin sərbəstliyini aşağıdakılardan hansı təmin edir?

a)

imperativ metod

b)

dispozitiv metod

c)

texniki metod

d)

nəzarət metodu

e)

birbaşa metod

6.

Məcburetmə və qadağanetmə üsulları hesab edilir?

a)

selektiv metodlar

b)

imperativ metodla

c)

dolayı metodlar

d)

proporsional metodlar

e)

dispozitiv metodlar

7.

Neoinstitutsionalizm nəzəriyyəsi ilə aşağıdakılardan hansı daha çox əlaqəlidir?

a)

iqtisadi nəzəriyyə

b)

hüququn iqtisadi təhlili

c)

konstitusiya hüququ nəzəriyyəsi

d)

beynəlxalq hüquq nəzəriyyəsi

e)

inzibati hüquq nəzəriyyəsi

8.

Alqı-satqı müqaviləsinin predmeti ola bilməz?

a)

avtomobillər

b)

mənzillər

c)

şəxsi həyatyanı sahə

d)

mülki dövriyyəsi qadağan olunmuş əşyalar

e)

daşınar və daşınmaz əmlak

9.

Nəzəri baxımdan aşağıdakı hüquq forması yoxdur?

a)

hüquqi adət

b)

konsolidasiya

c)

normativ akt

d)

məhkəmə presedenti

e)

normativ məzmunlu müqavilə

10.

Azərbaycan Respublikasının hökuməti dedikdə aşağıdakı orqan nəzərdə tutulur?

a)

Azərbaycan Respublikasının Milli Məclisi

b)

Azərbaycan Respublikasının Nazirlər Kabineti

c)

Azərbaycan Respublikasının Mərkəzi Bankı

d)

Azərbaycan Respublikasının Ali Məhkəməsi

e)

Azərbaycan Respublikasının Prezidenti

11.

Konstitusiyaya əsasən heç kəs...?

a)

prezidentin fərmanı olmadan mülkiyyətindən məhrum edilə bilməz

b)

məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz

c)

Prokurorun sanksiyası olmadan mülkiyyətindən məhrum edilə bilməz

d)

İcra hakiminin əmri olmadan mülkiyyətindən məhrum edilə bilməz

e)

Milli Məclisin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz

12.

Konstitusiyaya əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankı...?

a)

kommersiya bankıdır

b)

dövlətin müstəsna mülkiyyətindədir

c)

parlamentə tabedir

d)

icra orqanıdır

e)

təsərrüfat fəaliyyəti subyektidir

13.

Iqtisadi hüququn mənbəyi öz ifadəsini tapa bilməz?

a)

qanunlarda

b)

məhkəmə qətnamələrində

c)

Nazirlər Kabinetinin qərarlarında

d)

nazirlikərin, dövlət komitələrinin və baş idarələrin təlimatlarında

e)

prezident fərmanlarında

14.

Nazirliklər aşağıdakı məqsədilə yaradılır?

a)

dövlət büdcəsinin formalaşdırılması məqsədilə

b)

dövlət idarəçiliyinin həyata keçirilməsi məqsədilə

c)

dövlətin siyasi sisteminin formalaşdırılması məqsədilə

d)

dövlət mülkiyyətinin şzəlləşdirilməsi məqsədilə

e)

dövlət formasının qorunub saxlanması məqsədilə

15.

Nazirliklərin səlahiyyəti məhdudlaşır?

a)

yerləşdiyi ərazi ilə

b)

aid olduğu sahə ilə

c)

təsərrüfat fəaliyyəti ilə

d)

iqtisadi struktur ilə

e)

hakimiyyət qolu ilə

16.

Yerli icra hakimiyyəti orqanı hesab edilir?

a)

Milli Məclis

b)

Ağsu rayon icra hakimiyyəti

c)

İqtisad Məhkəməsi

d)

Şamaxı rayon bələdiyyəsi

e)

Naxçıvan MR Nazirlər Kabineti

17.

Yuxarı icra hakimiyyəti orqanı hesab edilir?

a)

Azərbaycan Respublikasının Parlamenti

b)

Azərbaycan Respublikasının Nazirlər Kabineti

c)

Azərbaycan Respublikasının Ali Məhkəməsi

d)

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

e)

Azərbaycan Respublikasının Prezidenti

18.

Ali icra hakimiyyəti orqanı hesab edilir?

a)

Azərbaycan Respublikasının Nazirlər Kabineti

b)

Azərbaycan Respublikasının Parlamenti

c)

Azərbaycan Respublikasının Hökumət

d)

Azərbaycan Respublikasının Prezidenti

e)

Azərbaycan Respublikasının Apelyasiya Məhkəməsi

19.

Mərkəzi icra hakimiyyəti orqanı hesab edilir?

a)

Prezident

b)

nazirliklər və dövlət komitələri

c)

icra hakimiyyətləri

d)

bələdiyyə orqanları

e)

Nazirlər Kabineti

20.

Azərbaycan Respublikasının icra hakimiyyəti orqanları aşağıdakı fəaliyyəti həyata keçirir?

a)

qanunverici

b)

icraedici-sərəncamverici

c)

icraedici-tənzimləyici

d)

məhkəmə nəzarəti

e)

sərəncamverici-tənzimləyici

21.

Aşağıdakılardan hansı icra hakimiyyətinə adi deyildir?

a)

yerli icra orqanı

b)

bələdiyyə orqanı

c)

yerli icra orqanı

d)

Ali icra orqanı

e)

yuxarı icra orqanı

22.

AR-nın prezidenti hesab edilir?

a)

yuxarı icra hakimiyyəti

b)

Ali icra hakimiyyəti

c)

yerli icra hakimiyyəti

d)

yüksək icra hakimiyyəti

e)

mərkəzi icra hakimiyyəti

23.

Ən geniş yayılmış hüquq forması aşağıdakılardan hansıdır?

a)

məhkəmə presedenti

b)

normativ-hüquqi akt

c)

konsolidasiya

d)

hüquqi adət

e)

normativ məzmunlu müqavilə

24.

Azərbaycan Respublikasının normativ-hüquqi aktlarının ierarxik sistemində ali hesab edilir?

a)

prezidentin fərmanları

b)

qanunlar

c)

nazirliklərin normativ aktları

d)

idarələrin normativ aktları

e)

hökümətin qərarları

25.

İqtisadi hüququn mənbələri formalaşır...?

a)

dövlətin yaranması zamanı

b)

dövlət orqanlarının hüququyaratma fəaliyyəti nəticəsində

c)

valyuta əməkdaşlığında

d)

iqtisadi sistem transformasiya edildikdə

e)

beynəlxalq təşkilatlara üzv olduqda

26.

Aşağıdakılardan hansının mülki dövriyyəsi məhdudlaşdırılmır?

a)

gündəlik istehlak mallarının

b)

qızılın və digər qiymətli metalların, neftin və neft məhsullarının tullantılaranın emalı vasitələri

c)

qiymətli kağızların çap edilməsi üçün avadanlıq və belə avadanlığın istehsalı üçün avadanlıq

d)

döyüş təyinatlı hərbi texnikanı istehsal etmək üçün avadanlıq

e)

hərbi silah və sursat istehsal etmək üçün avadanlıq

27.

Podrat müqaviləsində nəzərdə tutulmuş nəticənin əldə olunması ücün vasitə və üsullar kim tərəfindən seçilir

a)

sifarişçi və muzdlular

b)

sifarişçi

c)

müqavilə tərəfləri;

d)

podratçı

e)

muzdlular

28.

Aşağıdakılardan hansı mülki hüquqi müqavilə qrupu deyil?

a)

xidmətlər göstərilməsinə yönəlik müqavilələr

b)

işlər görülməsinə yönəldilmiş müqavilələr

c)

əşyanın istifadəyə verilməsinə yönəlik müqavilələr

d)

əmlak hüquqlarının verilməsinə yönəlik müqavilələr

e)

məsləhət fəaliyyətinə yönəldilmiş müqavilələr

29.

Tərəflər Mülki Məcəllədə nəzərdə tutulmayan müqavilələr bağlaya bilərmi?

a)

müvafiq icra hakimyyəti orqanının razılığı ilə bağlaya bilər

b)

bəli

c)

xeyr

d)

həmin müqavilə MM-ə zidd olmasa bağlaya bilər;

e)

məhkəmənin razılığı ilə bağlaya bilər

30.

Mülki Məcəlləyə əsasən hansı hallar göndərmə müqaviləsinin etibarsızlığına səbəb olur?

a)

razılaşdırılmış şərtlərdən tərəflərin boyun qaçırması

b)

mallar müqavilədə göstərilən qaydada, miqdarda, keyfiyyətdə olmaması

c)

malların vaxtından əvvəl göndərilməsi

d)

göndərmə müddəti müqavilədə müəyyənləşdirilməməsi

e)

şifahi formada bağlanması

31.

Mülkü hüquqi müddəalara görə tərəflərin öhdəliklərinə xitam verilir?

a)

müqavilə ofertası ləğv edildikdə

b)

müqavilə ləğv edildikdə

c)

müqavilə təfsir olunduqda

d)

müqavilə aksept olunduqda

e)

müqavilə bağlandıqda

32.

Tapşırıq müqaviləsi hansı vaxtdan qüvvəyə minir?

a)

müqavilədə göstərildiyi andan

b)

vəkalət verən tapşırığı verdiyi andan;

c)

ofertanın qəbul edildiyi andan

d)

vəkalət alanın tapşırığı qəbul etdiyi andan;

e)

müqavilə notariatda təsdiqləndiyi andan;

33.

Müqavilə nə vaxtdan tərəflər üçün məcburi sayılır?

a)

tərəflər müqavilənin şərtlərini icra etməyə başladıqları andan

b)

yazıldığı andan

c)

bağlandığı andan

d)

tərtib edildiyi andan

e)

tərəflər müqaviləyə etiraz etdikləri andan

34.

Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəmədə hansı halda qaldıra bilər?

a)

yalnız təklifdə göstərilmiş müddətdə digər tərəfin cavabını almadıqda;

b)

yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən imtinanı aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə 30 gün müddətində cavab almadıqda;

c)

yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə 15 gün müddətində cavab almadıqda;

d)

yalnız 30 gün müddətində digər tərəfin cavabını almadıqda

e)

yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin

35.

Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi hansı andan dəyişdirilmiş və ya ləğv edilmiş sayılır?

a)

tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan;

b)

tərəflərin razılaşmasından və müqavilənin dəyişdirilməsi xarakterindən ayrı qayda irəli gəlmirsə, tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə məhkəmə qərarının çıxarıldığı andan;

c)

tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi andan;

d)

tərəflərin razılaşmasının bağlandığı andan, müqavilə məhkəmə qaydasında dəyişdirildikdə və ya ləğv edildikdə isə məhkəmə qərarının çıxarıldığı andan;

e)

tərəflərin razılaşmasının bağlandığı andan

36.

İlkin müqavilə nədir?

a)

elə müqavilədir ki, tərəflərhəmin müqavilədə nəzərlə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə 30 gün ərzində müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər

b)

elə müqavilədir ki, tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətdlərin göstərilməsi barədə 90 gün ərzində müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər

c)

elə müqavilədir ki, tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi,işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə 120 gün ərzində müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər

d)

elə müqavilədir ki, tərəflər həmin müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi barədə gələcəkdə müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər

e)

elə müqavilədir ki,tərəflər müqavilədə nəzərdə tutulmuş şərtlərlə əmlakın verilməsi, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi barədə 60 gün ərzində müqavilə (əsas müqavilə) bağlamağı öhdələrinə götürürlər

37.

Müqavilənin şərtlərini kim təfsir edir?

a)

borclu

b)

tərəflər

c)

kreditor

d)

məhkəmə

e)

barışdırıcı komissiyalar

38.

Şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif...

a)

oferta sayılır

b)

akseptə dəvət sayılır

c)

aksept sayılır

d)

ofertaya dəvət sayılır

e)

müqavilə bağlamağa dəvət sayılır

39.

Tapşırıq müqaviləsinin qüvvəsinə hansı qaydada xitam verilir?

a)

müqavilədə nəzərdə tutulduğu vaxt xitam verilir

b)

yalnız vəkalət alan ləğv edə bilər;

c)

iştirakçı istənilən vaxt ləğv edə bilər;

d)

yalnız vəkalət verən ləğv edə bilər;

e)

iştirakçı bu barədə məhkəmədə iddia qaldıra bilər;

40.

İcarəçi icarəyə götürdüyü torpagın təyinatını dəyişə bilərmi?

a)

bəli

b)

icarə verənin qabaqcadan alınmış razılığı ilə

c)

xeyr

d)

o halda ki, bundan sonra icarə münasibətləri 10 il davam etsin

e)

nəzarət orqanının icazəsi ilə;

41.

Brokerin vasitəçilik ximətləri nəticəsində müqavilə bağlanmadıqda onun xərcləri ödənilrmi

a)

hec bir halda ödənilmir;

b)

müqavilə bağlanmayıbsa, ödənilmir;

c)

hər bir halda ödənilir

d)

qismən ödənilir;

e)

şərtləşdirilibsə ödənilir;

42.

Mallar vaxtından əvvəl göndərilə bilər?

a)

yalnız tərkibinə görə tez xarab olan mallar göndərilə bilər;

b)

müvafiq icra hakimiyyəti icazə verdikdə

c)

işgüzar adətlərdən ayrı qayda irəli gəldikdə

d)

alıcının razılığı ilə göndərilə bilər;

e)

bütün hallarda göndərilə bilər;

43.

Əqli mülkiyyət obyektlərindən istifadəyə yönəlmiş müqavilə hansıdır?

a)

əvəzli və əvəzsiz müqavilələr

b)

podrat müqaviləsi

c)

Ticarət agenti müqaviləsi

d)

Lizinq müqaviləsi

e)

Patent-lisenziya müqaviləsi

44.

Xidmətlər göstərilməsinə yönəlmiş müqavilə hansıdır?

a)

podrat müqaviləsi

b)

əvəzli və əvəzsiz müqavilələr

c)

Göndərmə müqaviləsi

d)

Tapşırıq müqaviləsi

e)

Lizinq müqaviləsi

45.

Aşağıdakı halda müqavilədən imtinaya yol verilir?

a)

öhdəliyin pozuntusu cüzi olduqda

b)

öhdəliyin pozulması üçün əsasən kreditorun özü məsuliyyət daşıdıqda

c)

öhdəliyin pozulması üçün tamamilə kreditorun özü məsuliyyət daşıdıqda

d)

öhdəliyin qarşısında borclu tərəfindən artıq irəli sürülmüş və ya müqavilədən imtina edildikdən dərhal sonra irəli sürüləcək qarşılıqlı tələb olduqda

e)

digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda

46.

Hansı müqaviləyə görə, əgər öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı malı müqavilənin bağlandığı an elan edilən qiymətlə satıcıya ödəməyə borcludur

a)

daşınmaz əşyaların alqı-satqısı müqaviləsi

b)

göndərmə müqaviləsi

c)

faktorinq müqaviləsi

d)

Pərakəndə alqı-satqı müqaviləsi

e)

sınama üçün alqı-satqı müqaviləsi

47.

Müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləği nədir?

a)

renta miqdarı

b)

bron haqqı

c)

dəbbə pulu

d)

veksel məbləği

e)

beh

48.

Aşağıdakılradan hansı əqdin bir növüdür?

a)

sərəncam

b)

qərar

c)

amnisiya

d)

fərman

e)

müqavilə

49.

Mal qüsurlu olduqda podratci?

a)

dəymiş zərəri ödəməlidir

b)

qüsuru aradan qaldirmalidir

c)

mali başqasina sata bilər

d)

qüsuru aradan qaldira bilər və ya yeni məmulat hazirlaya bilər

e)

mali dəyişə bilər

50.

Podratla bagli smetanin tərtibi üzrə xərcləri kim ödəyir?

a)

podratci

b)

sifarişci

c)

tərtib edən

d)

bərabər miqdarda hər ikisi

e)

razilaşmada ayri qayda yoxdursa smetanin tərtibi üzrə xərc ödənilmir