wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Vergi

Total questions: 30

Worksheet time: 3600secs

Name
Class
Date
1.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergi nədir?

a)

Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, vergi məcəlləsində başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir

b)

Vergi - bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə qeyri rezidentlərin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, vergi məcəlləsində başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir

c)

Vergi - dövlətin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə yalnız rezidentlərin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, vergi məcəlləsində başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir

d)

Vergi - bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan əsas vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, vergi məcəlləsində başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir

e)

Vergi - dövlətin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan əsas vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, vergi məcəlləsində başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir

2.

Hansı vergi yerli vergilərə [bələdiyyə vergilərinə] aid deyildir?

a)

bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi

b)

fiziki şəxslərin əmlak vergisi

c)

yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi

d)

hüquqi şəxslərin torpaq vergisi

e)

fiziki şəxslərin torpaq vergisi

3.

Hansı vergi dövlət vergilərinə aid deyildir?

a)

əlavə dəyər vergisi

b)

fiziki şəxslərin əmlak vergisi

c)

aksizlər

d)

fiziki şəxslərin gəlir vergisi

e)

yol vergisi

4.

Vergi məbləğlərinin bilavasitə mənbədən tutulması dedikdə nə başa düşülür?

a)

Verginin tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən ödənilməsi

b)

Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsindən sonra tutulması

c)

Verginin gəlir və mənfəət əldə edilməsinədək tutulması

d)

Verginin gəlir və mənfəət əldə edilməsindən sonra tutulması

e)

Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsinədək tutulması

5.

Vergi məbləğlərinin bəyannamə forması üzrə tutulması dedikdə nə başa düşülür?

a)

Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsindən sonra tutulması

b)

Verginin gəlir və mənfəət əldə edilməsindən sonra tutulması

c)

Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsinədək tutulması

d)

Verginin gəlir və mənfəət əldə edilməsinədək tutulması

e)

Verginin tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən ödənilməs

6.

Vergitutma bazası nədir?

a)

Vergi ödəycisinin mülkiyyətində olan torpaq sahəsinin dəyəri

b)

rezident vergi ödəyicilərinin tətbiq etdiyi vergi güzəştləri

c)

vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsi

d)

vergi ödəyicisinin pul vəsaiti

e)

vergi ödəyicisinin əmlakının dəyəri

7.

Vergi ödəyicisi aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılmasını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. Kənd təsərrüfatı məhsullarının bazarlarda səyyar qaydada satışı 2.mobil telefonların istənilən yerdə satışı; 3. Qiymətli kağızların satışı; 4.lotereya biletlərinin satışı5. Dövlət orqanlarında və Nazirliklərdə gəlir əldə edilən ictimai-iaşə fəaliyyəti

a)

3.4.5

b)

1.2.5

c)

1.3.4

d)

1.3.5

e)

2.3.4

8.

Aşağıdakılardan hansılar vergi orqanlarının hüquqlarına aiddir? 1 vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə;2 vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasını habelə vergi ödəyicisi auditor tərəfindən yoxlanılmalı olduğu halda auditor rəyini tələb etmək; 3. qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək; 4. müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə və ya məqsədli dövlət fondlarına ödənilməsini təmin etmək;5.vergi orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsi üçün nəzarət-kassa aparatının müəyyən olunmuş modelini sifariş vermək

a)

1.3.5

b)

2.3.4

c)

1.2.5

d)

1.3.4

e)

1.4.5

9.

Vergi qanunvericiliyinə uyğun olaraq kimlər vergi agenti hesab olunur?

a)

Dövlət vergi xidmətinin bütün əməkdaşları

b)

vergi ödəyicisinin vergisini hesablamağa, onu vergi ödəyicisindən tutmağa borclu olan şəxslər yalnız vergi orqanının əməkdaşı

c)

vergi ödəyicisinin vergisini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxslər

d)

vergi ödəyicilərinin fəaliyyətini izləyən xüsusi şəxslər

e)

yalnız vergi ödəyicisinin ailə üzvləri

10.

Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə bəyannamə verməli olan rezident fiziki şəxslər harda uçota alınırlar?

a)

Azərbaycan mənbəyindən gəlirin əldə edildiyi yer üzrə vergi orqanlarında uçota alınırlar

b)

gömrük orqanında

c)

fəaliyyət göstərdikləri yer üzrə vergi orqanlarında uçota alınırlar

d)

yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınırlar

e)

olduqları yer üzrə vergi orqanlarında uçota alınırlar

11.

.Olduqları yer üzrə vergi uçotuna alınmış şəxslər sonradan xüsusi vergi rejimli müəssisələrə aid edildikdə necə uçota alınılar?

a)

əvvəlki eyniləşdirmə nömrələri ilə mərkəzləşdirilmiş qaydada uçota alınırlar.

b)

sonrakı(yeni) eyniləşdirmə nömrələri ilə mərkəzləşdirilmiş qaydada uçota alınırlar

c)

yeni eyniləşdirmə nömrəsi ilə yaşadıqları yer üzrə vergi orqanında uçota alınırlar

d)

yeni eyniləşdirmə nömrəsi ilə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanında uçota alınırlar

e)

əvvəlki eyniləşdirmə nömrələri ilə gəlirin alındığı yer üzrə qaydada uçota alınırlar

12.

Vergi orqanları tərəfindən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində neçə dəfədən çox olmayaraq keçirilir?

a)

5 dəfədən

b)

3 dəfədən

c)

4dəfədən

d)

1 dəfədən

e)

məhdudiyyət nəzərdə tutulmamışdır

13.

Vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin bir neçə pozuntusuna yol verildikdə, maliyyə sanksiyaları necə tətbiq edilir?

a)

Vergi Məcəlləsində nəzərdə tutulmuş ən aşağı maliyyə sanksiyası tətbiq edilir

b)

qanun pozuntunun yüksək məbləği götürülür və ona uyğun maliyyə sanksiyası tətbiq edilir

c)

hər pozuntuya münasibətdə ayrıca tətbiq edilir

d)

vergi orqanının müəyyən etdiyi qaydada

e)

Vergi Məcəlləsində nəzərdə tutulmuş ən yüksək maliyyə sanksiyası tətbiq edilir

14.

Vergilər üzrə borcun alınması üçün hərraca çıxarılmış əmlakın satışı zamanı hansı alıcı həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir?

a)

ən az qiymət təklif etmiş

b)

ilk qiymət təklif etmiş [qədərindən asılı olmayaraq]

c)

ən optimal qiymət təklif etmiş

d)

ən az qiymətlə nağd ödəniş etmiş

e)

ən yüksək qiymət təklif etmiş

15.

Vergi ödəyicisinin vergi öhdəliyinə aşağıda göstərilən hansı hallarda xitam verilir?

a)

hüquqi şəxs təşkilati hüquqi formasını dəyişdikdə

b)

vergi ödəyicisi olan fiziki şəxs yaşayış yerini dəyişdikdə

c)

vergilər ödənildikdə

d)

vergi ödəyicisi fəaliyyətini dayandırdıqda

e)

bir hüquqi şəxs digər hüquqi şəxsə birləşdirildikdə

16.

Vergi ödəyicisinin vergi öhdəliyi nədir?

a)

Vergi məcəlləsində göstərilən hallarda və qaydada vergini [o cümlədən cari vergi ödəmələrini], hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi

b)

yalnız vergini hesablamaq vəzifəsi

c)

yalnız vergitutma bazasını müəyyənləşdirmək vəzifəsi

d)

vergitutma obyektinin uçotunu aparmaq vəzifəsi

17.

Vergilərin hesablanması üçün vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər hansı məlumatlar əsasında hesablanır?

a)

kütləvi informasiya vasitələrində verilən məlumatlar əsasında

b)

statistika orqanlarının məlumatları əsasında

c)

analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında

d)

yalnız gömrük orqanlarının məlumatları əsasında

e)

maliyyə orqanlarının məlumatları əsasında

18.

Müəssisələrin mənfəətindən mənfəət vergisi hansı dərəcə ilə tutulur?

a)

20faiz

b)

25faiz

c)

30faiz

d)

28faiz

e)

14faiz

19.

Rezident müəssisənin mənfəət vergisinin məqsədləri üçün vergitutma obyekti nədir?

a)

gəlir və xərcləri

b)

ümumi dövriyyəsi

c)

mənfəəti

d)

yalnız aldığı dividend və faizlərin məbləği

e)

ümumi gəliri

20.

Vergi qanunvericiliyinə uyğun olaraq hansı xərclərin gəlirdən çıxılmasına yol verilir?

a)

Gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər

b)

Əmək haqqı kartlarının alınmasına çəkilən xərclər istisna olmaqla, fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri

c)

Faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi

d)

Qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin

e)

İşçilərin mənzil və digər sosial xarakterli xərclərinin

21.

ƏDV-yə cəlb edilən malların idxalı zamanı ƏDV hansı faiz dərəcəsi ilə tutulur?

a)

18 faiz

b)

20 faiz

c)

10 faiz dərəcə ilə

d)

5 faiz

e)

15 faiz

22.

Sahibkarlıq fəaliyyəti göstərən və əvvəlki 12 aylıq dövrün istənilən ayında (aylarında)vergi tutulan əməliyyatlarının həcmi ən azı hansı məbləğdən çox olduqda, o ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməlidir?

a)

50000 manatdan

b)

200000 manatdan

c)

150000 manatdan

d)

100000 manatdan

e)

220000 manatdan

23.

Aksizli malların ixracı hansı dərəcə ilə vergiyə cəlb olunur?

a)

qanunvericiliklə müəyyən edilən dərəcənin 50 faizi məbləğində

b)

malların dəyərinin 10 faizi

c)

20 faiz dərəcəsi ilə

d)

gömrük orqanının müəyyən etdiyi dərəcə ilə

e)

sıfır [0] dərəcə ilə

24.

Aksizlər hansı büdcəyə ödənilir?

a)

gömrük orqanlarının büdcədənkənar fonduna

b)

həm yerli, həm də dövlət büdcəsinə

c)

dövlət büdcəsinə

d)

büdcədənkənar dövlət fondlarına

e)

yerli büdcələrə

25.

Fiziki şəxslərin əmlak vergisi hansı büdcəyə ödənilir?

a)

büdcədənkənar fondlara

b)

dövlət büdcəsinə

c)

yerli büdcəyə [bələdiyyə büdcəsinə]

d)

xüsusi fondlara

e)

yerli icra hakimiyyətinin hesabına

26.

Fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin sahəsinin ən azı neçə kv.metr-dən çox olan hissəsindən əmlak vergisi tutulur?

a)

50 kv.metr

b)

60 kv.metr

c)

30 kv.metr

d)

40 kv.metr

e)

35 kv.metr

27.

Kənd təsərrüfatı torpaqları üçün torpaq vergisinin dərəcəsi nə qədər təşkil edir?

a)

1 şərti bal üçün 0,05 manat

b)

1 şərti bal üçün 1 manat

c)

1 şərti bal üçün 0,6 manat

d)

1 şərti bal üçün 0,06 manat

e)

1 şərti bal üçün 0,5 manat

28.

Torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq vergisi hansı qaydada hesablanır?

a)

torpağın təyinatı və coğrafi yerləşməsindən asılı olaraq hər il müxtəlif məbləğlərdə

b)

ilin sonunda şəxsin təsərrüfat fəaliyyətinin nəticəsi zərərli olduqda torpaq vergisi hesablanmır

c)

fəaliyyətin nəticəsindən asılı olaraq

d)

torpaq sahələrinə görə hər il dəyişkən tədiyyə şəklində

e)

torpaq sahəsinə görə hər il sabit tədiyyə şəklində

29.

Mədən vergisinin bəyannaməsi nə vaxt vergi orqanına təqdim edilir?

a)

hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq

b)

hesabat ayından sonrakı ayın 25-dən gec olmayaraq

c)

hesabat ayının 20-dən gec olmayaraq

d)

hesabat ayından sonrakı ayın 10-dan gec olmayaraq

e)

hesabat ayından sonrakı ayın 5-dən gec olmayaraq

30.

Mədən vergisi [yerli əhəmiyyətli tikinti materiallarına görə mədən vergisi istisna olmaqla] hansı büdcəyə ödənilir?

a)

büdcədənkənar dövlət fondlarına

b)

yerli büdcəyə [bələdiyyə büdcəsinə]

c)

yerli icra hakimiyyəti orqanının xüsusi hesabına

d)

maliyyə orqanlarının xüsusi hesablarına

e)

dövlət büdcəsinə