Worksheetsvergi 2
Total questions: 30
Worksheet time: 3600secs
Azərbaycan Respublikasının ərazisinə daxil olan mühərrikinin həcmi 2000 kub santimetrədək olan xarici dövlətlərin minik avtomobillərinə görə bir ay üçün yol vergisi hansı dərəcə ilə hesablanır?
50 ABŞ dolları
20 ABŞ dolları
16 ABŞ dolları
30 ABŞ dolları
15 ABŞ dolları
Taksi ilə sərnişin daşınmasına görə 1 ədəd nəqliyyat vasitəsi üçün sadələşdirilmiş verginin aylıq məbləği nə qədərdir?
9 manat
12 manat
13 manat
6 manat
15 manat
Bakı şəhərində sərnişin daşımasını(taksi istisna olmaqla) həyata keçirən vergi ödəyicisi 10 oturacaq yerinə görə neçə manat sadələşdirilmiş vergi ödəməlidir?
26 manat
16 manat
32 manat
20 manat
36 manat
Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyiciləri müvafiq bəyannaməni və ya bu hüquqdan istifadə etməyəcəyi barədə yazılı məlumatı hansı müddətdə uçotda olduğu vergi orqanına təqdim etməlidirlər?
hər il aprel ayının 20-dən gec olmayaraq
hər il mart ayının 30-dən gec olmayaraq
hesabat dövründən sonrakı ayın 22-dən gec olmayaraq
hesabat ayındakı ayın 20-dən gec olmayaraq
hesabat dövründün sonrakı ayın 25-dən gec olmayaraq
Azərbaycan Respublikasının rezident vergi ödəyicilərinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlərindən neçə faiz dərəcəsi ilə gəlir vergisi tutulur?
22 faiz
14-25 faiz
18 faiz
2500 manatdan çox olan hissəsindən 25faiz
20 faiz
Muzdlu işlə əlaqədar aylıq gəliri 2500 manatadək olan(qeyri dövlət və qeyrineftqaz sahələrində çalışanlar istisna olmaqla)fiziki şəxsin gəlir vergisinin hesablanması zamanı hansı dərəcə tətbiq olunur?
30 faiz
350 manat + 2000 manatdan çox olan məbləğin 20 faiz
14 faiz
350 manat + 2000 manatdan çox olan məbləğin 25 faiz
15 faiz
Dövlətin vergi siyasətinin vəzifələrinə aşağıda göstərilənlərdən hansı aid deyil?
Dövlətin maliyyə ehtiyyatları ilə təmin edilməsi
Sahə və ərazi nöqteyi-nəzərindən ölkə iqtisadiyyatının tənzimlənməsi üçün şəraitin yaradılması
Sosial iqtisadi vəziyyətdən aslı olmayaraq-yüksək vergi dərəcələri tətbiq etmək, vergilərin sayını artırmaqla mümkün qədər çox maliyyə vəsaitləri toplamaq
Vergitutma bazasının artırılması
ixracın stimullaşdırılması
Diskresion vergi siyasəti nəyi nəzərdə tutur?
Hökumətin qərarlarından asılı olmayaraq, avtomatik surətdə həyata keçirilir
Yalnız vergi güzəştləri ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir
Vergi dərəcələri və ya vergitutmanın strukturu ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir
Vergi dərəcələri və ya vergitutmanın strukturu ilə manipulyasiya etmək barədə beynəlxalq təşkilatların qərarları əsasında həyata keçirili
Yalnız vergilərin ləğv edilməsi yolu ilə hökumətin qərarları əsasında həyata keçirilir
Makro səviyyədə «vergi yükü» kəmiyyətcə nəyi əks etdirir?
ÜDM ilə vergilərin ümumi məbləğinin fərqini
ÜDM-də vergilərin xüsusi çəkisini
Büdcə gəlirlərində vergilərin xüsusi çəkisini
ÜMM-də vergilərin xüsusi çəkisini
Milli gəlirdə vergilərin xüsusi çəkisini
Dövlət xərclərinin maliyyələşməsini təmin etmək üçün vergi ödəyicilərinin gəlirlərinin müəyyən hissəsinin büdcəyə cəlb edilməsi verginin hansı əsas funksiyasına aid edilir?
fiskal
nəzarət
tənzimləyici
bölüşdürücü
stimullaşdırıcı
Vergi ödəyicisinin müraciəti əsasında, vergi ödəyicisinin uçotda olmasını təsdiq edən şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə hansı sənəd verilir?
şəhadətnamə-dublikat
Şəhadətnamənin yeni nüsxəsi
Şəhadətnamənin surəti
Şəhadətnamənin itməsi ilə bağlı arayış
Aksizli malların istehsalı zamanı vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın neçəsinədək ödənilməlidir?
hesabat dövründən sonrakı ayın 1-dən gec olmayaraq
hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq
hesabat dövründən sonrakı ayın 5-dən gec olmayaraq
hesabat dövründən sonrakı ayın 10-dən gec olmayaraq
hesabat dövründən sonrakı ayın 15-dən gec olmayaraq
Azərbaycan Respublikasına idxal olunan, mühərrikkinin həcmi 3000 kubsantimetr olan avtobusa görə ödənilməli olan aksiz vergisini hesablayın
7000 manat
10000 manat
6100 manat
8000 manat
6000 manat
Vergi strategiyası nəyi nəzərdə tutur?
Yalnız büdcədənkənar fondların gəlirlərinin artırılması üçün dövlətin vergi tənzimlənməsi siyasətinin həyata keçirir
Vergi sisteminə əlavə və dəyişikliklər edilməsi yolu ilə konkret bir dövrdə qarşıda duran məsələlərin həllini
Vergi sahəsində dövlətin qısamüddətli kursunu müəyyən edir və kiçik miqyaslı məsələlərin həllini
Vergi sahəsində dövlətin qısamüddətli kursunu müəyyən edir və iri miqyaslı məsələlərin
Vergi sahəsində dövlətin uzunmüddətli kursunu müəyyən edir və iri miqyaslı məsələlərin həllini
Fərdi sahibkara, hüquqi şəxsə vergi orqanı tərəfindən verilən şəhadətnamə-dublikat olmadan sahibkarlıq fəaliyyətini göstərən hüquqi və fiziki şəxslərə hesablaşma hesabı və digər hesablar açdığına görə banklara və bank əməliyyatlarının ayrıayrı növlərini həyata keçirən kredit təşkilatlarına hər açılmış hesab üçün hansı məbləğində maliyyə sanksiyası tətbiq edilir?
60 manat
150 manat
400 manat
300 manat
1000 manat
Hesabat dövrü ərzində ƏDV-nin məqsədləri üçün vergi tutulan dövriyyə necə müəyyənləşdirilir?
yalnız verilən vergi hesab-fakturaları əsasında təqdim olunmuş malların [görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri istisna olmaqla] dəyərinə görə
təqdim olunmuş malların [görülmüş işlərin və göstərilmiş xidmətlərin] alış və təqdimetmə qiymətləri arasındakı fərqə görə
vergi tutulan əməliyyatların ümumi dəyərinə görə
elektron qaimə -faktura vermədən aparılan əməliyyatların dəyərinə görə
yalnız gəlirdən onun əldə edilməsi ilə bağlı xərclər çıxılmaqla alinan mənfəətə görə
Yerli əhəmiyyətli tikinti materiallarına nələri aid etmək olar?
sement xammalı (əhəng daşı, mergel, gil, vulkan külü)
kvars qumları
vulkan külü və pemza
bentonit gilləri
kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı
Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxsin muzdlu işlə əlaqədar əldə etdiyi 2600(iki min altı yüz) manat gəlirindən ödəməli olduğu gəlir vergisini hesablayın?
120 manat
110 manat
112 manat
113 manat
375 manat
Daxili vergi siyasəti nəyi nəzərdə tutur?
Bir ölkə və ya ərazi vahidi çərçivəsində həyata keçirilir və daxili məsələlərin həllini
Bir ölkə və ya ərazi vahidi çərçivəsində həyata keçirilir və həm daxili, həmdə xarici məsələlərin həllini
Bir ölkə və ya ərazi vahidi çərçivəsində həyata keçirilir və xarici məsələlərin həllini
Beynəlxalq çərçivədə həyata keçirilir və xarici məsələlərin həllini
Beynəlxalq çərçivədə həyata keçirilir və daxili məsələlərin həllini
Vergi taktikası nəyi nəzərdə tutur?
Vergi sisteminə əlavə və dəyişikliklər edilməsi yolu ilə konkret bir dövrdə qarşıda duran məsələlərin həllini
Yeni qanunların qəbul edilməsi yolu ilə yalnız vergilərin sayının artırılmasını
Vergi qanunvericiliyinin dəyişdirilməsini və vergilərin sayinin azaldılmasını
Yeni qanunların qəbul edilməsi yolu ilə dövlətin uzunmüddətli kursunu müəyyən edir
Vergilərın sayının artırılması ilə gələcəkdə qarşıya çıxa biləcək problemlərin qarşısının alınması
Əhatə etdiyi dövrün uzunluğundan və həll edilən məsələlərin xarakterindən asılı olaraq vergi siyasəti bölünür:
Vergi taktikası və vergi strategiyasına
orta müddətli və qısamüddətli vergi taktikasına
yalnız vergi strategiyasına
ekspansionist və restriksionist vergi taktikasına
orta və uzunmüddətli vergi vergi taktikasına
Mənfəət vergisi hansı vergi növünə aid edilir?
malların qiymətinə tətbiq edilən vergi
dolayı
birbaşa
birbaşa və dolayı
xidmətlərin qiymətinə əlavə edilən vergi
Vergitutma məqsədləri üçün fiziki şəxs dedikdə kim nəzərdə tutulur?
yalnız Azərbaycan Respublikasının vətəndaşı və əcnəbi şəxs
yalnız əcnəbi və vətəndaşlığı olmayan şəxs
istənilən fiziki və ya hüquqi şəxs
yalnız Azərbaycan Respublikasının vətəndaşı
Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxs
Maddi aktivlərin istifadə müddəti neçə ildən çox olduqda, onlar əsas vəsait sayılır?
4 ildən
5 ildən
3 ildən
2 ildən
1 ildən
Hansı vergi dövlət vergilərinə aid deyildir?
yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
fiziki şəxslərin gəlir vergis
aksizlər
əlavə dəyər vergisi
yol vergisi
Aşağıda göstərilənlərdən hansılar vergitutmanın formaları sayılır?
məcburi, könüllü və bilavasitə mənbədən
bəyanetmə üzrə, bildiriş üzrə və könüllü
məcburi, könüllü və bəyanetmə üzr
mənbədən, könüllü və bildiriş üzrə
bəyannamə üzrə, bildiriş üzrə və bilavasitə mənbədən
Əmlakın qalıq dəyəri dedikdə nə başa düşülür?
əsas vəsaitlərin ilkin dəyəri iləhəmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləğinin cəmi
ilin sonuna əsas vəsaitlərin ilkin dəyər
əsas vəsaitlərin ilkin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər azaldılan dəyəri
ilin sonuna əsas vəsaitlərin dəyərinin həmin əsas vəsaitlərə hesablanmış amortizasiyanın məbləği qədər artırılan dəyəri
əsas vəsaitlərin ilkin dəyəri ilə həmin əsas vəsaitlərə hesablanmış amortizasiya məbləğinin ədədi ortası
Vergitutma məqsədləri üçün dividend dedikdə, nə nəzərdə tutulur?
hüquqi şəxsin istənilən şəxsin xeyrinə xalis mənfəətinin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş
hüquqi şəxsin öz təsisçilərinə [payçılarına] və yaxud səhmdarlarına natura şəklində əmək haqqı ödənilməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən gəlirləri hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi
hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş
səhmdarların yalnız hüquqi şəxsin xeyrinə ümumi mənfəətin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş
fiziki şəxsin gəlirlərinin bölüşdürülməsi ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş
Uçota alınma, yenidən uçota alınma, uçotdan çıxarılma zamanı vergi ödəyicisi tərəfindən nə qədər ödəniş aparılır?
Ödənişsiz həyata keçirilir
ilk dəfə uçota alınarkən ödənişsiz, yenidən uçota alınarkən və ya uçotdan çıxarılarkən 40 manat miqdarında
Şərti maliyyə vahidinin 5 misli miqdarında
3 manat miqdarında
Şərti maliyyə vahidinin 8 misli miqdarında
Vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə vergi ödəyicisi vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən neçə gün müddətində ərizə verilməlidir?
5 gün
25 gün
35 gün
10 gün
40 gün
