Font size
WorksheetsMakroiqtsiadiyyat 1,2
Total questions: 12
Worksheet time: 2hrs 0mins
Real və Nominal ÜDM-nin tərifini söyləyin,Iqtisadi rifahı ölçmək üçün bunlardan hansı daha münasibdir.Cavabınızı izah edin
ÜDM-nin ''Dövlət xərcləri''komponenti sosial müdafiə üçün transfer ödənişlərə çəkilən xərcləri özünə daxil etmir.ÜDM-nin tərifindən istifadə edərək,transfer ödənişlərin nəyə görə ÜDM-yə daxil edilmədiyini izah edin.
İqtisadi rifahın ən yaxşı göstəricisi hansıdır?
"Məşğulluğun,pulun və faizin ümumi nəzəriyyəsi''adlı kitabın müəllifi kimdir?
Gəlir(Y)=1000
İstehlak(C)=400
İnvestisiya(İ)=400
Dövlət Xərcləri(G)=100
Xalis ixracat(NX)=?
Həll edənə 2 manatlıq kontur hədiyyə
Filips əyrisi nəyi göstərir?
Makroiqtisadiyyat ilə Mikroiqtisadiyyatın fərqi:
Kapitala investisiya qoyulmasının alternativ dəyəri nədən ibarətdir?Sizcə,bir ölkə kapitala həddindən artıq investisiya qoya bilərmi?İnsan kaptialına investisiya qoyulmasının alternativ dəyəri nədir? Sizcə,bir ölkə insan kapitalına həddindən artıq investisiya qoya bilərmi? Ətralı izah elə Can ciyər.
Əgər daha çox Yaponiyalı "ver yeyim yatım'' həyat tərzini seçsə,bunun əmanətlərə,Investisiyaya və faiz dərəcəsinə təsiri necə olacaq? İpucu:Əmanətlər,Investisiya
Hansı risk diversifikasiyadan qaça bilmir?
Faiz dərəcəsi 8 faizə bərabərdir. Cari dəyər anlayışından istifadə edərək,10 ildən sonra əldə ediləcək 300 dollar və 30 ildən sonra əldə ediləcək 400 dolları müqayisə edin CAVAB yazılı və izahlı şəkildə tələb olunur
Pul nədir və onun funksiyaları hansıdır? Onların hərbirinə nümunə verin.
