WorksheetsFirmanın İqtisadiyyatı
Total questions: 120
Worksheet time: 3600secs
Aşağıdakılardan hansı firmanın fəaliyyətinin makromühit elementi deyil?
siyasi amilər
ümumi iqtisadi vəziyyət
rəqabət amilləri
sosial-mədəni amillər
hüquqi mühit
PESTEL təhlil alətindən nə üçün istifadə olunur?
bazar (marketinq) tədqiqatları üçün
firmanın fəaliyyətinin bazar mühitini tədqiq etmək və qiymətləndirmək üçün
firmanın fəaliyyətinin mikromühitini tədqiq etmək və qiymətləndirmək üçün
ETTKİ (yeniliklərin yaradılması və tətbiqi) üçün
firmanın fəaliyyətinin makromühitini tədqiq etmək və qiymətləndirmək üçün
“Firmanın məqsədi elə onun sahibkarının (mülkiyyətçisinin) məqsədi ilə eynidir” – bu fikir firmanın hansı konsepsiyasına xasdır?
firmanın neoklassik yanaşmasına
firmanın şəbəkə konsepsiyasına
firmanın idarəçilik nəzəriyyəsinə
firmanın təkamül konsepsiyasına
firmanın sahibkarlıq konsepsiyasına
Firmanın menecerial (idarəçilik) nəzəriyyəsində firmanın davranışları:
mülkiyyətçilərin motivasiyası nöqteyi-nəzərindən izah olunur
işçilərin motivasiyası nöqteyi-nəzərindən izah olunur
menecerlərin ierarxiyası nöqteyi-nəzərindən izah olunur
müxtəlif maraq qruplarının motivasiyası nöqteyi-nəzərindən izah olunur
menecerlərin motivasiyası nöqteyi-nəzərindən izah olunur
“Firma – kollektiv cəhdləri planlaşdıran sistemdir və burada ümumi məqsədə nail olmaqla bağlı hər bir iştirakçı dəqiq təyin olunmuş rola, vəzifələrə və öhdəliklərə malikdir” – bu müəyyənlik firma nəzəriyyələrinin hansına aiddir?
firmanın neoklassik yanaşmasına
firmanın təkamül nəzəriyyəsinə
firmanın institutsional nəzəriyyəsinə
firmanın menecerial (idarəçilik) nəzəriyyəsinə
firmanın davranış (bixeviorist) nəzəriyyəsinə
Firmanın davranış (bixeviorist) nəzəriyyəsinə əsasən firma:
müxtəlif səviyyələrdə baş verən idarəetmə funksiyalarının vahid sistemidir
ilkin resursların hazır məhsula çevrilməsini təmin edən sistemdir
dəyər yaradılması prosesinin iştirakçılaır arasındakı müqavilələr toplusudur
təkamül edən təşkilatdır
müxtəlif maraq qruplarının maraqlarını və cəhdlərini əlaqələndirən (planlaşdıran) sistemdir
C.Gelbreyrin korporasiya modelində iqtisadiyyatın 2 hissəsi fərqləndirilir:
bazar iqtisadiyyatı – biznes sektoru; və planlaşdırılan iqtisadiyyat – dövlət sektoru
bazar iqtisadiyyatı – iri korporasiyalar; və planlaşdırılan iqtisadiyyat – kiçik biznes
bazar iqtisadiyyatı – kiçik biznes; və planlaşdırılan iqtisadiyyat – iri korporasiyalar
bazar iqtisadiyyatı – rəqabətli sahələr; və planlaşdırılan iqtisadiyyat – inhisarçı firmalar
bazar iqtisadi sistemi və mərkəzləşdirilmiş planlaşdırmaya əsaslanan iqtisadi sistem
G.Gelbreytin korporasiya nəzəriyyəsinin metodoloji bazası nəyə əsaslanır?
bixeviorizm (davranış) nəzəriyyəsinə
marjinalizmə (neoklassik nəzəriyyəyə)
institutsionalizmə
idarəçilik nəzəriyyələrinə
bioloji təkamül nəzəriyyəsinə
Firmanın prinsipal-agent modelinə əsasən agentin opportunist davranışları nədən meydana çıxır?
prinsipal agentin fəaliyyətini tam təşkil etmək qabiliyyətinə malik olmamasından
prinsipalla agent arasında meydana çıxan maraqlar konfliktindən və agentin məsuliyyətsiz davranışlarından
prinsipal agentin bütün hərəkətlərinə nəzarət etmək qabiliyyətinə və tam informasiyaya malik olmamasından
prinsipal agentin bütün hərəkətlərinə nəzarət etmək qabiliyyətinə və tam informasiyaya malik olmasından
prinsipal agentdən yuxarı səviyyədə olduğundan onun maraqlarının agentin maraqlarından daha geniş olması ilə əlaqədar
Firmanın prinsipal-agent modelində:
agent - tapşırıq verən şəxs, prinsipal isə tapşırığı yerinə yetirən şəxsdir
prinsipal – iqtisadi münasibətlərdə iştirak edən, agent isə həmin fəaliyyəti qiymətləndirən şəxsdir
prinsipal – iqtisadi fəaliyyəti təşkil edən, agent isə həmin fəaliyyətə nəzarət edən şəxsdir
prinsipal – iqtisadi fəaliyyəti təşkil edən şəxs, agent isə bazar araşdırmaları aparan şəxsdir
prinsipal - tapşırıq verən şəxs, agent isə tapşırığı yerinə yetirən şəxsdir
O.Vilyamsonun firma nəzəriyyəsində “qara qutu” rolunda qalan nədir?
dövlət
istehlakçı
bazar
firma
qiymət
Aşağıdakı əlamətlərdən hansı firmanın kontrakt modelinə uyğun deyil?
firmanın təşkilati formasının seçilməsi transaksiya xərclərinə qənaət cəhdləri ilə bağlıdır
firma çətin əldə olunan və natamam informasiya mühitində fəaliyyət göstərir
firma natamam müqavilələr toplusudur
firmanın böyüməsi (ölçüləri) transaksiya xərclərinə qənaət cəhdləri ilə bağlıdır
firmanın böyüməsi (ölçüləri) istehsal texnologiyası ilə bağlıdır
Bu modeldə firma formal institut (təşkilat) kimi, bazar isə qeyri-formal institut kimi qəbul olunur.
C.Gelbreytin korporasiya konsepsiyası
firmanın şəbəkə modeli
firmanın təkamül nəzəriyyəsi
firmanın “qara qutu” modeli
firmanın kontrakt modeli
Firmaya neoklassik yanaşmanı niyə “qara qutu” modeli adlandırırlar?
burada firmanın daxilində baş verənlər ümumiyyətlə nəzərə alınmır, firma yalnız onun sahibi ilə eyniləşdirilir, digər maraq qruplarından təcrid olunur
burada firmanın yalnız bir məqsədinin olması əsas götürülür
burada firma rasional davranan və bazar haqqında informasiyaya tam sahib olan müxtəlif maraq qruplarının birgə fəaliyyət sahəsi kimi götürülür
burada firma maraqlar məcmusu kimi götürülür, lakin bütün proseslər məhdud ərazidə baş verir
burada firmaya müqavilələrin məcmusu kimi yanaşılır, lakin firmanın rolu məhdud resursları faydalı məhsullara çevirmək kimi sırf texniki vəzifənin yerinə yetirilməsinə müncər olunur
“Firmanın ölçüləri yalnız istehsal texnologiyası ilə müəyyən olunur” – bu fikir firmanın hansı nəzəriyyəsinə aiddir?
firmanın sahibkarlıq konsepsiyasına
firmanın davranış (bixeviorist) nəzəriyyəsinə
firmanın şəbəkə konsepsiyasına
institutsionalizm nəzəriyyəsinə
neoklassik iqtisadi nəzəriyyəyə
“Firmanın yaranması transaksiya xərclərinə qənaət etmək məqsədi güdür” – Bu fikir hansı nəzəriyyəyə yaxud yanaşmaya aiddir?
firmanın təkamül konsepsiyasına
neoklassik iqtisadi nəzəriyyəyə
institutsionalizm nəzəriyyəsinə
firmanın davranış (bixeviorist) nəzəriyyəsinə
firmanın menecerial (idarəçilik) nəzəriyyəsinə
Aşağıdakılardan hansı neoklassik nəzəriyyəyə əsasən firmanın əlaməti deyil?
sövdələşmələrin baş tutması və müqavilələrə əməl edilməsi ilə bağlı xərclərə maikdir
firmanın davranışı rasionaldır (yəni məqsədi – mənfəətini maksimumlaşdırmaqdır)
firma istehsal funksiyasını həyata keçirir
bazar haqqında tam informasiyaya malikdir
transaksiya xərcləri 0-a bərabərdir
“Firmanın təbiəti” əsərində R. Kouz aşağıdakı 2 mühüm suala cavab axtarırdı:
Firmalar nə üçün rəqabət aparırlar? Niyə bütün istehsal bir böyük firmada həyata keçirilmir?
Firmalar nə ilə məşğul olmalıdır? Firmaların ölçüləri necə olmalıdır?
Firmalar nə üçün istehsal edirlər? Niyə bütün istehsal bazarda həyata keçirilmir?
Firmalar nə üçün mövcuddur? Niyə bütün istehsal bir böyük firmada həyata keçirilmir?
Firmalar nə üçün mövcuddur? Dövlət iqtisadiyyata müdaxilə etməlidirmi?
Neoklassik yanaşmadan fərqli olaraq firmanın institutsional nəzəriyyəsi əsas diqqəti buna yönəltdi:
firmalararası münasibətlərə
firmanın daxilində baş verən proseslərə (müqavilə münasibətlərinə)
firmanın bazardakı davranışlarına
firmanın rəqiblərinin öyrənilməsinə
transformasiya proseslərinə
Firmanın “qara qutu” modeli hansı nəzəriyyənin yanaşmasını əks etdirir?
davranış (bixeviorist) nəzəriyyəsinin
neoinstitutsional iqtisadi nəzəriyyənin
neoklassik iqtisadi nəzəriyyənin
makroiqtisadi nəzəriyyənin
firmanın menecerial (idarəçilik) nəzəriyyəsinin
Firmanın institutsional nəzəriyyəsinə əsasən firmanın məqsədi:
qaneedici mənfəət əldə etməkdir
dayanıqlı inkişafı təmin etməkdir
bazar gücünü (hakimiyyətini) artırmaqdır
mənfəəti maksimumlaşdırmaqdır
transaksiya xərclərinə qənaət etməkdir (minimumlaşdırmaqdır)
Neoklassik yanaşmaya əsasən firmanın məqsədi:
firmada olan bütün qrupların maraqlarını əlaqələndirməkdir
mənfəətini maksimumlaşdırmaqdır
bazar payını genişləndirməkdir
transaksiya xərclərini minimuma endirməkdir
bazara yeni məhsullar çıxarmaqdır
Transaksiya xərcləri dedikdə nə başa düşülür?
firmanın yaradılması və məhsul istehsalı ilə bağlı yaranan xərclər
satınalma, istehsal və satış xərclərinin məcmusu
sövdələşmələr (sazişlərlər) vasitəsiylə hüquqların ötürülməsi və qorunması ilə bağlı yaranan xərclər
məhsulun istehsal və satışı ilə əlaqədar yaranan xərclər
firmanın bütün növ xərcləri
Firmanın təbiəti, yaranması və inkişafı məsələlərinin izahında hazırda iqtisad elmində hansı yanaşma daha üstün mövqeyə malikdir?
neoklassik yanaşma
təkamül yanaşması
menecerila (idarəçilik) yanaşması
davranış (bixeviorist) yanaşması
institutsional yanaşma
Aşağıdakılardan hansını firmanın təbiətinin izahı ilə bağlı model hesab etmək olmaz?
iqtisadi resurslaırn dövriyyəsi modeli
firmanın konrtakt modeli
firmanın “qara qutu” modeli
PESTEL analiz modeli
firmanın “prinsipal-agent” modeli
Neoklassik iqtisadi nəzəriyyədə firmanın mahiyyəti hansı konsepsiya və ya model əsasında izah olunur?
firmanın “qara qutu” modeli
firmanın sahibkarlıq konsepsiyası
firmanın davranış (bixeviorist) konsepsiyası
iqtisadi resurslaırn dövriyyəsi modeli
transaksiya xərcləri konsepsiyası
Firma nəzəriyyəsini iqtisad elminə kim daxil edib
Adam Smit
Joan Robinson
Edvard Çemberlin
David Rikardo
Ronald Kouz
Aşağıdakılardan hansı iqtisadi resursların dövriyyəsi modelinə uyğun gəlmir?
dövlət “oyun qaydaları”nı qurur və onlara əməl edilməsini təmin edir
firmalar istehsal funksiyasını həyata keçirirlər
bazarlar mübadiləni təmin edir
ev təsərrüfatları istehlak edirlər
firmalar mübadiləni həyata keçirirlər
Aşağıdakılardan hansı iqtisadi resursların bazar dövriyyəsi modelinin elementi hesab olunmur?
istehsal amilləri bazarları
istehlak bazarları
informasiya
ev təsərrüfatları
firmalar
Bu əlamətlərdən hansı ev təsərrüfatına şamil olunmur?
resurslar məhdud, tələbatlar isə çox olduğundan hər zaman seçimlə qarşılaşır
malik olduğu resursları davamlı olaraq artırmağa çalışır
istehsal funksiyasını həyata keçirir
davamlı olaraq artan tələbatları var və bu tələbatları malik olduğu resurslar hesabına qarşılayır
müəyyən iqtisadi resurslara malikdir və onlardan öz istəyinə uyğun sərbəst istifadə edir
Rasional davranış hipotezinə əsasən:
hər kəs xərclərini minimumlaşdırmağa çalışır (ən az xərclə uyğun mənfəət götürməyə çalışır)
hər kəs faydasını maksimumlaşdırmağa çalışır (az xərclə daha çox fayda göyürməyə çalışır)
hər kəs mübadilənin daha ədalətli aparılmasına çalışır
hər kəs xərc çəkmədən fayda götürməyə çalışır
cəmiyyətdə qarşılıqlı faydalı mübadilə olmalıdır
Aşağıda verilən “resurs – onun qiyməti” uyğunluqlarından hansı doğru deyil?
Torpaq (təbii ehtiyatlar) - renta
sahibkarlıq qabiliyyəti – mənfəət
kapital – faiz
Firma – gəlir
İş qüvvəsi – əmək haqqı
Aşağıdakılardan hansı iqtisadi resurslara aid edilmir?
İş qüvvəsi
Torpaq və təbii ehtiyatlar
Kapital
İnsanın sahibkarlıq qabiliyyəti
Firma
Sahibkarın məhddud əmlak məsuliyyəti daşıması nə deməkdir?
bu halda sahibkar öhdəliklərinə görə yalnız firmanın əmlakı ilə (firmada ona məxsus payla) cavabdehlik daşıyır, məsuliyyət sahibkarın digər əmlakına şamil olunmur
bu halda sahibkar öhdəliklərinə görə həm sahibi olduğu firmanın əmlakı, həm də özünün bütün digər əmlakı ilə məsuliyyət daşıyır
bu halda sahibkar öhdəliklərinə görə firmadakı payı ilə yox, onun firmadan kənarda malik olduğu əmlakı ilə məsuliyyət daşıyır
bu halda firmanı birgə quran iştirakçılardan hər hansı biri öz öhdəliyini yerinə yetirə bilmədikdə həmin məsuliyyət digər iştirakçıların üzərinə keçir
bu halda sahibkar firmanın bütün əmlakını satıb öhdəliklərini yerinə yetirməlidir (ödəməlidir)
Sahibkarın tam əmlak məsuliyyəti daşıması nə deməkdir?
bu halda sahibkar öhdəliklərinə görə firmadakı payı ilə yox, onun firmadan kənarda malik olduğu əmlakı ilə məsuliyyət daşıyır
bu halda firmanı birgə quran iştirakçılardan hər hansı biri öz öhdəliyini yerinə yetirə bilmədikdə həmin məsuliyyət digər iştirakçıların üzərinə keçir
bu halda sahibkar öhdəliklərinə görə həm sahibi olduğu firmanın əmlakı (firmadakı payı), həm də özünün malik olduğu bütün digər əmlakı ilə məsuliyyət daşıyır
bu halda sahibkar öhdəliklərinə görə yalnız firmanın əmlakı ilə (firmada ona məxsus payla) cavabdehlik daşıyır
bu halda sahibkar özünün bütün əmlakını satıb firmanın öhdəliklərini yerinə yetirməlidir
Tam ortaqlığın mənfəəti və zərəri onun iştirakçıları arasında necə bölünür?
onların şərikli kapitaldakı paylarına mütənasib surətdə
onların şərikli kapitaldakı paylarından asılı olmayaraq bərabər
püşkatma qaydasında
malik olduqların səhmlərin sayına və dəyərinə uyğun olaraq
mənfəət və zərər bölüşdürülmür
Təsərrüfat ortaqlıqlarının növləri hansılardır?
tam ortaqlıq və natamam ortaqlıq
təsərrüfat ortaqlığı və kommandit ortaqlıq
qapalı tipli ortaqlıq və açıq tipli ortaqlıq
tam ortaqlıq və kommandit ortaqlıq
təsərrüfat ortaqlığı və təsərrüfat cəmiyyəti
Kommersiya hüquqi şəxslərinin növləri hansılardır?
tam ortaqlıq və kommandit ortaqlıq
məhdud məsuliyyətli cəmiyyət və əlavə məsuliyyətli cəmiyyət
təsərrüfat ortaqlıqları və təsərrüfat cəmiyyətləri
açıq tipli səhmdar cəmiyyəti və qapalı tipli səhmdar cəmiyyəti
təsərrüfat ortaqlıqları və kommandit ortaqlıqlar
Fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan qurumlar:
fiziki şəxs-sahibkardır
dövlət idarəetmə qurumudur
publik hüquqi şəxslərdir
qeyri-kommersiya hüquqi şəxsləridir
kommersiya hüquqi şəxsləridir
Hüquqi şəxsin növləri hansılardır?
kommersiya hüquqi şəxsləri; publik hüquqi şəxslər; qeyri-publik hüquqi şəxslər
təsərrüfat cəmiyyətləri və təsəüürfat ortaqlıqları
fərdi firmalar, ortaqlıqlar və cəmiyyətlər
kommersiya hüquqi şəxsləri; qeyri-kommersiya hüquqi şəxsləri; publik hüquqi şəxslər
tam ortaqlıqlar, kommandit ortaqlıqlar, məhdud məsuliyyətli cəmiyyətlər və səhmdar cəmiyyətləri
Aşağıdakı əlamətlərdən hansı fiziki şəxs-sahibkara aid deyil?
sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyini bəyan edərək müvafiq qaydada dövlət qeydiyyatından keçir
sahibkarlıq fəaliyyəti ilə əlaqədar bütün hüquqi münasibətlərdə firma adından çıxış edir
vergi ödəyicisinin eyniləşdirmə (identifikasiya) nömrəsini alır
ölkə qanunvericiliyi ilə belə sahibkarlar üçün müəyyən edilmiş müvafiq vergi və ödənişləri vaxtlı-vaxtında həyata keçirir
qanunla qadağan olunmayan sahibkarlıq fəaliyyəti ilə qanunvericiliyin tələblərinə uyğun məşğul olur
Aşağıdakılardan hansı ölkənin hüquq sistemi vasitəsilə tənzimlənmir?
iqtisadi qanunauyğunluqların reallaşması
biznesə güzəştlərin və preferensiyaların təqdim olunması
mülkiyyət hüquqlarının təyin edilməsi və qorunması
müqavilə münasibətlərinin yaranması və qorunması qaydaları
inhisar fəaliyyətinin qarşısının alınması
Firmanın yaradılmasında tam məsuliyyətlə iştirak edən iştirakçı necə adlanır?
agent
ortaq (şərik)
kommandit
mayaqoyan (payçı)
səhmdar
Sahibkarlıq fəaliyyətinin təşkili formaları hansılardır?
istehsal sahibkarlığı; kommersiya sahibkarlığı; innovasiya sahibkarlığı; maliyyə sahibkarlığı və fermer təsərrüfatı
fərdi firmalar; ortaqlıqlar və cəmiyyətlər
fiziki şəxs – sahibkar və hüquqi şəxs
biznes sahibkarlığı; kommersiya sahibkarlığı; sosial sahibkarlıq və dövlət sahibkarlığı
dövlət müəssisəsi, ailə firması; təsərrüfat ortaqlıqları və təsərrüfat cəmiyyətləri
Firmalaırn (müəssisələrin) təşkili formaları hansılardır?
fiziki şəxs – sahibkar və hüquqi şəxs
fərdi firmalar; ortaqlıqlar və cəmiyyətlər
fərdi firmalar; məhdud məsuliyyətli müəssisələr və səhmdar cəmiyyətləri
dövlət müəssisəsi, ailə firması; təsərrüfat ortaqlıqları və təsərrüfat cəmiyyətləri
məhdud məsuliyyətli müəssisə, tam ortaqlıq, kommandit ortaqlıq və cəmiyyət
Sahibkarın əmlak məsuliyyətinin növləri hansılardır?
bütöv məsuliyyət, fərdi məsuliyyət və qismən məsuliyyət
tam məsuliyyət, məhdud məsuliyyət və subsidiar məsuliyyət
tam məsuliyyət, fərdi məsuliyyət və birgə məsuliyyət
ümumi məsuliyyət, fərdi məsuliyyət və birgə məsuliyyət
xüsusi məsuliyyət, ümumi məsuliyyət və qismən məsuliyyət
Sahibkarın əmlak məsuliyyəti nədən yaranır?
sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sahibkarın sazişlər (müqavilələr) üzrə öz üzərinə götürdüyü öhdəliklərə əməl edə bilməməsindən
ölkədə sahibkarlıq (biznes) və investisiya mühitində olan problemlərdən
öz ehtiyacları üçün mal və xidmətlərin istehsalının və istehlakının həyata keçirilməsi ilə bağlı fəaliyyətən
cəmiyyətin ehtiyac duyduğu mal və xidmətləri istehsal edib təqdim etməklə bağlı fəaliyyətin təşkilindən
sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı sahibkarın sazişlər (müqavilələr) üzrə öz üzərinə götürdüyü öhdəliklərə əməl etməsindən
Biznes riski nədir?
işə cəlb edilən resursların (mayanın) batması və zərərə düşmək ehtimalıdır
hər-hansı bir ideyanın reallaışdırılmasına cəhd etmək, bu istiqamətdə real addımlar atmaqdır
cəmiyyətin ehtiyac duyduğu mal və xidmətləri istehsal edib təqdim etməkdir
sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı ortaya çıxan hesabatdır
məqsədi cəmiyyətin ehtiyac duyduğu mal və xidmətləri istehsal edib təqdim etmək (satmaq) olan iqtisadi fəaliyyətdir
Firmaların təşkilati strukturlarının belə bir quruluşu yoxdur?
U-forma (unitar)
M-forma (multidivizional)
K-forma (konsorsium)
H-forma (holding)
Firmanın təşkilat strukturunun multidivizional quruluşuna (M-forma) aid olmayan əlamət hansıdır?
burada baş şirkətin tərkibində çox sayda mənfəət mərkəzləri olur və bunların hər birinin fəaliyyətinin nəticələri ayrıayrılıqda qiymətləndirilir
bulə struktur məhsulun tipi yaxud coğrafi əlamətlər üzrə formalaşdırılan və özünümaliyyələşdirmə prinsipi əsasında fəaliyyət göstərən qismən müstəqil istehsal bölmələrinin yaradılmasını nəzərdə tutur
hər bir bölməyə özünün strateji inkişafını planlamaq müstəqilliyi verilir
belə strukturda strateji qərarların qəbulunda mərkəzləşdirmə prinsipi saxlanılıb, amma eyni zamanda operativ nəzarət və idarəetmə əksmərkəzləşdirilib
struktura daxil olan agentlər, mənfəətin bölünməsi istisna olmaqla, demək olar bütün qərarların qəbulunda sərbəstdirlər
Firmanın təşkilat strukturunun holding quruluşuna (H-forma) aid olmayan əlamət hansıdır?
holdinqə daxil olan bütün firmalar üzrə konsolidasiya edilmiş maliyyə hesabatı hazırlanır
əlində olan nəzarət-səhm zərfi holdinq şirkətinə həlledici səs hüququ verir ki, bu da ona agent firmalar üzrə vahid siyasət yürütməyə imkan verir
agentlər, mənfəətin bölünməsi istisna olmaqla, demək olar bütün qərarların qəbulunda sərbəstdirlər
burada baş şirkətin tərkibində çox sayda mənfəət mərkəzləri olur və bunların hər birinin fəaliyyətinin nəticələri ayrıayrılıqda qiymətləndirilir
burada baş şirkət digər firmaların fəaliyyətinə və idarə edilməsinə nəzarət etmək üçün onların nəzarət-səhm zərfinə (paya) malik olur
Təşəbbüskarlıq dedikdə nə başa düşülür?
işə cəlb edilən resursların (mayanın) batması, zərərə düşmək ehtimalı
alqı-satqı (mübadilə) proseslərində iştirak etmək
hər-hansı bir ideyanın reallaışdırılmasına cəhd etmək, bu istiqamətdə real addımlar atmaq
başqaları ilə müqavilələr bağlamaq
qanunların işləməsini təmin etmək
Sahibkarlıq nədir?
mal və xidmətlərin istehsalı və satışı məqsədi ilə firmanın yaradılması və içinin davamlı olaraq təşkili fəaliyyətidir
cəmiyyətin ehtiyac duyduğu mal və xidmətləri istehsal edib təqdim etmək yolu ilə gəlir (mənfəət) əldə etmək məqsədi ilə həyata keçirilən iqtisadi fəaliyyətdir
öz ehtiyacları üçün mal və xidmətlərin istehsalının və istehlakının həyata keçirilməsi ilə bağlı iqtisadi fəaliyyətdir
ölkədə mövcud qanun və qaydalar çərçivəsində fəaliyyət göstərərək gəlir əldə etmək məqsədi güdən iqtisadi fəaliyyətdir
məqsədi cəmiyyətin ehtiyac duyduğu mal və xidmətləri istehsal edib təqdim etmək (satmaq) olan iqtisadi fəaliyyətdir
Firmanın təşkilat strukturunun unitar quruluşuna (U-forma) aid olmayan əlamət hansıdır?
burada baş şirkətin tərkibində çox sayda mənfəət mərkəzləri olur və bunların hər birinin fəaliyyətinin nəticələri ayrıayrılıqda qiymətləndirilir
belə firmalarda idaəetmə (hakimiyyət) münasibətləri maksimum dərəcədə mərkəzləşdirilmişdir
bu, unitar firmaların funksional əlamətlər üzrə təşkilinin ənənəvi tipidir
burada bütün əsas qərarları prinsipal verir, özü də bunların icrasına nəzarət edir
burada şaquli ierarxiya var və funksional bölmələr mövcuddur
Bu tip firmalarda nizamnamə fondu təsis müqaviləsi ilə müəyyən edilən həcmdə paylara bölünür. İştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və onun öhdəliklərinə görə qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Belə firma öz öhdəliklərinə görə özünə (firmaya) məxsus olan bütün əmlakı ilə cavabdehdir. Sual: Bu firmanın hüquqi şəxs kimi statusu nədir?
kommandit ortaqlıq
məhdud məsuliyyətli cəmiyyət
səhmdar cəmiyyəti
əlavə məsuliyyətli cəmiyyət
tam ortaqlıq
Digər (əsas) təsərrüfat ortaqlığı və ya cəmiyyəti onun nizamnamə kapitalında üstün iştirakına görə və ya onlar arasında bağlanmış müqaviləyə uyğun olaraq həmin cəmiyyətin qəbul etdiyi qərarları müəyyənləşdirmək imkanına malik olursa, belə təsərrüfat cəmiyyəti necə adlanır?
törəmə təsərrüfat cəmiyyəti
kooperativ
əlavə məsuliyyətli cəmiyyət
asılı təsərrüfat cəmiyyəti
məhdud məsuliyyətli cəmiyyət
Aşağıdakılardan hansı firmaların təşkilat strukturunun inkişaf trayektoriyasına təsir göstərən amillər sırasına daxil deyil?
istehlak texnologiyaları
firmanın aktivlərinin spesifiklik dərəcəsi
instututsional inkişaf trayektoriyası
menecerlərin riskə meyllilik dərəcəsi
xarici mühitin qeyri-müəyyənlik səviyyəsi
Prinsipal-agent probleminin həllində başlıca məsələ:
agentlərin bilik və bacarıqlarının artırılması, onların əxlaqi davranışlarının yaxşılaşdırılmasıdır
prinsipalların opportunist davranışlarını məhdudlaşdıran stimullar sisteminin qurulmasıdır
prinsipalların (mülkiyyətçilərin) şirkətin fəaliyyətində iştirakının genişləndirilməsidir
agentlərin opportunist davranışlarını stimullaşdıran stimullar sisteminin qurulmasıdır
agentlərin opportunist davranışlarını məhdudlaşdıran stimullar sisteminin qurulmasıdır
Prinsipal-agent problemi nədir?
mənfəətin bölünməsi zamanı agent tərəfindən prinsipalın manipulyasiya edilməsi təhlükəsidir
cəmiyyətin fəaliyyətinin təşkili məsələləri üzrə müzakirələr zamanı səhmdarlarla menecerlər arasında fikir ayrılığının yaranması təhlükəsidir
prinsipalın qoyduğu tapşırıqların və qaydaların yerinə yetirilməsi zamanı agent tərəfindən prinsipalın manipulyasiya edilməsi təhlükəsidir
agentin qoyduğu tapşırıqların və qaydaların yerinə yetirilməsi zamanı prinsipal tərəfindən agentin manipulyasiya edilməsi təhlükəsidir
mənfəətin bölünməsi zamanı səhmdarlar arasında fikir ayrılığının yaranması təhlükəsidir
Təsərrüfat cəmiyyətlərində mülkiyyət və idarəetmənin ayrılması nə deməkdir?
səhmdarlar hər zaman firmanın mənfəətinin maksimumlaşdırılmasında maraqlıdırlar
belə şirkətlərdə firmanın sahibləri ilə işinin nəticəsi bu mənfəəti yaratmaq olan işçilər eyni deyillər
belə şirkətlərdə mənfəətin bölünməsi və istafadəsi ilə bağlı qərarları kənar şəxslər verir
menecerlər səhmdarların fəaliyyətinə nəzarəti təmin etmək mexanizmləri tətbiq etmək zərurəti ilə üzləşirlər
belə şirkətlərdə mənfəətin son alıcıları (yəni firmanın sahibləri) ilə nəticəsi bu mənfəətin həcmini müəyyənləşdirəcək qərarları qəbul edən menecerlər eyni şəxslər deyillər
MMC-nin nizamnamə kapitalının 20 faizindən çoxu və ya SC-nin səsvermə hüququ verən səhmlərinin 20 faizindən çoxu digər (üstün, iştirakçı) ortaqlığa və ya cəmiyyətə mənsub olduqda belə cəmiyyət necə adlandırılır?
asılı təsərrüfat cəmiyyəti
törəmə təsərrüfat cəmiyyəti
əlavə məsuliyyətli cəmiyyət
ortaq məsuliyyətli cəmiyyət
məhdud məsuliyyətli cəmiyyət
Səhmdar cəmiyyətinin ali idarəetmə orqanı hansıdır?
Nəzarət-Təftiş Komissiyası
Direktorlar Şurası
Müşahidə Şurası
Himayədarlar Şurası
Onun səhmdarlarının ümumi yığıncağı
Aşağıdakılardan biri kommersiya hüquqi şəxslərinin növlərini bir-birindən fərqləndirən əlamətlər sırasına aid deyil. Bu əlamət hansıdır?
İdarəetmədə iştirak
Fəaliyyət növü
Əmlakda iştirak
Son nəticələrin mənimsənilməsi (bölünməsi)
Riskin bölünməsi (əmlak məsuliyyətin dərəcəsi)
Qanunvericiliyin tələbinə əsasən QSC-nin iştirakçılarının sayı bundan çox ola bilməz:
25
30
50
100
75
Bir şəxs neçə firmada tam ortaq ola bilər?
üçündə
heç birində
ikisində
buna məhdudiyyət yoxdur
yalnız birində
Sahibkar statusu almaqla şəxsin cəmiyyətə bəyan etdiyi elementlərdən biri aşağıda yanlış təqdim olunub. Yanlış təqdim edilən element hansıdır?
bunun risklə bağlı olduğunu anlayır və belə riskə getməyə hazırdır
o, iqtisadi qanunauyğunluqları bilir və fəaliyyətini həmin qanunauyğunluqlar əsasında həyata keçirəcək
bu fəaliyyətlər zamanı dövlət, cəmiyyət və tərəfdaşlar qarşısında yaranacaq öhdəlikləri uyğun şəkildə yerinə yetirəcək
o, qanunla qadağan olunmayan iqtisadi fəaliyyətlə məşğul olaraq mənfəət (gəlir) götürmək niyyətindədir
öz fəaliyyətini ölkədə mövcud qanun və qaydalar çərçivəsində həyata keçirəcək və bunlara əməl edəcək
“Bazar iqtisadiyyatı – mahiyyətcə qanunverici konstruksiyadır” – fikrini söyləməklə Perulu iqtisadçı Ernando de-Soto hansı prinsipin əhəmiyyətini vurğulaylıb?
qanunun aliliyi və qanun qarşısında hər kəsin bərabərliyi prinsipini
seçim azadlığı prinsipi
“görünməz əl” prinsipini
xərclərə qənaət prinsipini
qanunvericilik aktlarının yradılması prinsipini
Ortqalıq və cəmiyyətlərin təşkilini fərqləndirən əsas əlamət hansıdır?
firmanın mənfəətinin bölünməsi şərtləri
firmanın yaradılmasında iştirak edənlər arasında təsis müqaviləsinin olması
ortaqlıqda təsisçilərdən (iştirakçılardan) ən azı birinin tam məsuliyyətli içtirakçı olması
firmanın uçot və hesabat sisteminin qurulması
təsisçilərdən (iştirakçılardan) ən azı birinin məhdud məsuliyyətli iştirakçı olması
Subsidiar məsuliyyət nədir?
bu halda sahibkarın üzərinə götürdüyü öhdəliklər qarşı tərəflərlə birlikdə yenidən müzakirə olunur və müqavilə şərtlərinə dəyişikliklər edilir
sahibkar öhdəliklərinə görə yalnız firmanın əmlakı ilə (firmada ona məxsus payla) cavabdehlik daşıyır
firmanı birgə quran iştirakçılardan hər hansı biri (və ya bir neçəsi) öz öhdəliyini yerinə yetirə bilmədikdə, məsuliyyətin yerinə yetirilməyən hissəsi müəyyən edilmiş qaydada digər iştirakçıların üzərinə keçir
bu halda sahibkar öhdəliklərinə görə firmadakı payı ilə yox, onun firmadan kənarda malik olduğu əmlakı ilə məsuliyyət daşıyır
firmanın öhdəliklərinə görə məsuliyyət firmanın əmlakına yox, sahibkarın bütün digər əmlakına yönəldilir
Transaksiya xərcləri necə meydana çıxır?
sövdələşmələrin baş tutması və onlara əməl edilməsi (yaxud hüquqların ötürülməsi və onların qorunması) ilə bağlı
firmanın əldə etdiyi resursların və istehsal etdiyi məhsulların daşınması (nəql edilməsi) ilə bağlı
istehsal prosesində hazır məhsulun yaradılmasına iqtisadi resursların (əmək, kapital və s.) sərf edilməsi ilə bağlı
iqtisadi resursların bazarın tələblərinə uyğunlaşdırılması, onların əldə edilməsi və hazır məhsula çevrilməsi ilə bağlı
istehsalın həcmi ilə onu yaradan istehsal amilləri (kapital və əmək) arasında asılılığın olması ilə bağlı
Kouzun fikrincə, məhz bu, istehsal olunan məhsulun dəyərinin artmasına gətirib çıxarır:
məhsula olan tələblə onun təklifi arasında olan kənarlaşma dərəcəsi
mülkiyyət hüquqlarının yenidən bölünməsinin bazar mexanizmi əsasında baş verməsi
resurslar üzərində mülkiyyət hüquqlarının olmaması
mülkiyyət hüquqlarının yenidən bölünməsinin firma tərəfindən baş verməsi
mülkiyyət hüquqlaırnın yenidən bölünməsinin dövlət tərəfindən həyata keçirilməsi
Azərbaycan Respublikasının Mülki Məcəlləsində mülkiyyət hüququnun əsasən bu 3 səlahiyyəti vurğulanır:
əldə etmək, istifadə etmək və özgəninkiləşdirmək hüquqları
istehsal etmək, mübadilə etmək və istehlak etmək hüquqları
sahib olmaq, müddətsizlik və geri qaytarılmaq hüquqlaır
əldə etmək, istifadə etmək və istehlak etmək hüquqları
sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqları
Aşağıdakılardan hansı istehsalın səmərəlilik prinsiplərinə aid deyil?
qənaətlilik prinsipi
nəticəlilik prinsipi
allokativlik prinsipi
məhsuldarlıq prinsipi
X-səmərəsizliyin başlıca səbəbi nə hesab olunur?
maliyyə resurslarının çatışmazlığı
tələbin azlığı
rəqabətin olmaması
prinsipal-agent problemi
informasiya asimmetriyası
X-səmərəlilik dedikdə nə başa düşülür?
resurslaırn allokativ səmərəliliyi
dinamik səmərəlilik
istehsalın səmərəliliyi
istehsalın səmərəliliyi və dinamik səmərəlilik
allokativ və dinamik səmərəlilik
Müxtəliflik effekti nədir?
firmanın istehsal xərclərinin strukturunun istehsal texnologiyasından asılılığıdır
firmanın istehsal xərclərinin müxtəlifliyinin məhsul buraxılışı həcminə təsiridir
firmanın istehsal etdiyi məhsul çeşidinin artmasının istehsal xərclərinin səviyyəsinə təsiridir
firmanın istehsal etdiyi məhsul çeşidinin artmasının istehsal xərclərinin müxtəlifliyinə təsiridir
firmanın istehsal etdiyi məhsul həcminin artmasının istehsal xərclərinin səviyyəsinə təsiridir
Şaquli inteqrasiya aşağıdakı xərclərdən hansına qənaət etməyə imkan verə bilməz?
hüquqların ötürülməsi xərcləri
məhsul vahidinin istehsalına sərf edilən material məsrəfinin həcmi (materialtutumu)
ölçmə xərcləri
xammal-materiallaırn alınması üzrə sövdələşmə xərcləri
tədarük xərcləri
Aşağıdakı xərc qruplaırndan hansı ex post xərclərə aid edilmir?
Ölçmə xərcləri
Üçüncü şəxslərdən qorunma xərcləri
Opportunizmin izlənilməsi və qarşısının alınması xərcləri
Mülkiyyət hüquqlarının spesifikasiyası (təyin edilməsi) və qorunması xərcləri
Aşağıdakı xərc qruplaırndan hansı ex ante xərclərə aid edilmir?
Tərəfdaşların inandırılması xərcləri
Ölçmə xərcləri
Opportunizmin izlənilməsi və qarşısının alınması xərcləri
Danışıqların aparılması xərcləri
İnformasiyanın axtarışı xərcləri
O.Vilyamson bütün transaksiya xərclərini sazişə münasibətdə yaranma dövrünə görə belə təsnifləşdirir:
idarəetmə xərcləri və mənimsəmə xərcləri
hüquqlaırn yaranması xərcləri və hüquqların qorunması xərcləri
ex ante xərcləri və ex post xərcləri
firmadankənar və firmadaxili transaksiya xərcləri
koordinasiya (əlaqələndirmə) xərcləri və motivasiya xərcləri
Kouz teoremi standart (neoklassik) iqtisadi nəzəriyyədə olan hansı sistemi dağıtmış oldu?
Marşal sistemini
Keyns sistemini
Piqu sistemini
“Görünməz əl” sistemini
Rikardo sistemini
Cəmiyyətdə səmərəli və ədalətli mübadilənin baş verməsi üçün bu, son dərəcə vacibdir:
mülkiyyət münasibətlərinin elmi-nəzəri əsaslarının işlənilməsi
resurslardan mövcudluğu və məhdudluğu
qiymətlərin dövlət tərəfindən təyin edilməsi
resurslar üzərində mülkiyyət hüquqlarının dəqiq təyin edilməsi və qorunması
mübadilə şərtlərinin və formalarının əvvəlcədən razılaşdırılması
Transaksiya xərcləri:
hüquqların ötürülməsi və onların qorunması xərcləridir
nəqletmə (daşınma) xərcləridir
texniki və texnoloji xərclərdir
istehsal xərcləridir
xammal və materialların alınması və daşınması xərcləridir
Istehsal funksiyası aşağıdakı əlamətlərdən hansı biri ilə şərtlənmir?
resursların qarşılıqlı əvəz oluna bilməsi
istehsalın səmərəliliyi
məhsul bazarının miqyası
istehsal texnologiyası
resursların (amillərin) bir-birini tamamlaması
Kobb-Duqlas istehsal funksiyası nəyi ifadə edir?
istehsalın həcmi ilə onu yaradan istehsal amilləri (kapital və əmək) arasında asılılığı
firmanın əldə etdiyi mənfəətlə onu yaradan istehsal amilləri (kapital və əmək) arasında asılılığı
istehsal həcmi ilə firmanın bazar payı arasında asılılığı
istehsalın həcmi ilə onu yaradan sahibkarlıq qabiliyyəti arasında asılılığı
firmanın gəliri ilə xərcləri arasında olan asılılığı
Kobb-Duqlas istehsal funksiyasının ümumi şəkli belədir?
Q = f(F1, F2, …, Fn)
Y = A x K x L x Tr
Y = f (K, L)
Q = min{aK, bL}
Y = A x K x L
Leontyev istehsal funksiyası hansı hal üçündür?
istehsal amillərinin bir-birini tamamladığı, lakin tamamilə qarşılıqlı əvəzlənmənin mümkün olmadığı hal üçün
istehsal amillərinin bir-birini tamamlamadığı, lakin tamamilə qarşılıqlı əvəzlənmənin mümkün olduğu hal üçün
istehsal amillərinin həm bir-birini tamamlamamağına rəğmən qarşılıqlı əvəzlənmənin tamamilə mümkün olduğu hal üçün
istehsal amillərinin həm bir-birini tamamlamadığı, həm də qarşılıqlı əvəzlənmənin mümkün olmadığı hal üçün
istehsal amillərinin həm bir-birini tamamladığı, həm də tamamilə qarşılıqlı əvəzlənmənin mümkün olduğu hal üçün
İstehsal funksiyası göstərir ki:
istehsal olunan məhsulun miqdarı istehsal prosesinə cəlb edilən amillərin miqdarından və onların nə dərəcədə səmərəli istifadə olunmasından asılıdır
istehsal olunan məhsulun miqdarı istehsal prosesinə cəlb edilən amillərin miqdarından və onların nə dərəcədə səmərəli istifadə olunmasından asılı deyil
istehsal olunan məhsulun miqdarı bazarda məhsula olan tələbin həcmindən asılıdır
istehsal olunan məhsulun miqdarı istehsal prosesinə cəlb edilən amillərin miqdarından asılıdır, amma onların nə dərəcədə səmərəli istifadə olunmasından asılı deyil
istehsal olunan məhsulun miqdarı istehsal prosesinə cəlb edilən amillərin miqdarından yox, onların nə dərəcədə səmərəli istifadə olunmasından asılıdır
İstehsal funksiyası nəyi təsvir edir?
istehsal xərcləri ilə transaksiya xərcləri arasındakı əlaqəni
istehlak xərcləri ilə məhsul buraxılışının miqdarı arasındakı əlaqəni
istehsal xərcləri ilə məhsulun satış qiyməti arasındakı əlaqəni
istehsal xərcləri ilə məhsul buraxılışının miqdarı arasındakı əlaqəni
istehsal xərcləri ilə iqtisadi resursların sərfi miqdarı arasındakı əlaqəni
İstehsal xərcləri iqtisadi baxımdan həm də belə adlandırılır:
transformasiya xərcləri
transaksiya xərcləri
transkripsiya xərcləri
translyasiya xərcləri
tranzit xərcləri
İstehsal (transformasiya) xərcləri necə meydana çıxır?
iqtisadi resursların bazarın tələblərinə uyğunlaşdırılması, onların əldə edilməsi və hazır məhsula çevrilməsi ilə əlaqədar olaraq
istehsal prosesində hazır məhsulun yaradılmasına iqtisadi resursların (əmək, kapital və s.) sərf edilməsi ilə əlaqədar olaraq
məhsul istehsalı üçün bazarların araşdırılması, resursların alınması, gətirilməsi, hazır məhsulun yaradılması, satışı və gəlir əldə olunması ilə əlaqədar olaraq
istehsal prosesində iqtisadi resurslar üzərində mülkiyyət hüquqlarının ötürülməsi və onların qorunması ilə əlaqədar olaraq
firmanın fəaliyyətinin təşkili və idarə edilməsi ilə əlaqədar olaraq
Yaranma xarakterinə (təbiətinə) görə firmanın xərcləri belə təsnifləşdirilir:
texnoloji xərclər, istehsal xərcləri və satış xərcləri
mühasibat xərcləri və iqtisadi xərclər
istehsal xərcləri, idarəetmə xərcləri və ümumi xərclər
istehsal (transformasiya) xərcləri və transaksiya xərcləri
daxili xərclər və xarici xərclər
Bunlardan hansı firmanın şaquli sərhədlərini məhdudlaşdıran amillərə aid deyil?
uçot xərclərinin artması
informasiyanın təhrif edilməsi effekti
materialtutumunun artması effekti
nəzarətin itirilməsi fenomeni
motivasiyanın zəifləməsi
Şaquli inteqrasiya dedikdə nə başa düşülür?
son hazır məhsulun istehsalı üzrə dəyər yaradılması zəncirinə aid olmayan müəssisələrin təşkilati baxımdan birləşməsi
son hazır məhsulun istehsalı üzrə dəyər yaradılması zəncirinin bütün yaxud müəyyən həlqələrində olan müstəqil firmaların rəqabət aparması
son hazır məhsulun istehsalı üzrə dəyər yaradılması zəncirinin bütün yaxud müəyyən həlqələrində olan müstəqil müəssisələrin istehsal və təşkilati baxımdan əməkdaşlığı
firmanın istehsal etdiyi məhsullaırn çeşid və assortimentinin genişləndirilməsi
son hazır məhsulun istehsalı üzrə dəyər yaradılması zəncirinin bütün yaxud müəyyən həlqələrində olan müəssisələrin istehsal və təşkilati baxımdan birləşməsi
Firmanın şaquli ölçüləri (sərhədləri) başlıca olaraq nə ilə müəyyən olunur?
istehsal xərcləri (istehsal edilən məhsulların çeşid sayı və miqdarı) ilə
sahədə olan rəqabətin intensivliyi ilə
iqtisadi xərclərin miqdarı ilə
ölkədə sosial-iqtisadi durumla
transaksiya xərcləri ilə
Firmanın üfüqi ölçüləri (sərhədləri) başlıca olaraq nə ilə müəyyən olunur?
istehsal xərcləri (istehsal edilən məhsulların çeşid sayı və miqdarı) ilə
sahə bazarının sərhədləri ilə
şaquli inteqrasiya imkanları ilə
iqtisadi xərclərin miqdarı ilə
transaksiya xərcləri ilə
Qaytarılmayan xərclər nədir?
alternativ istifadəsi mümkün olmayan aktivlərə qoyulan investisiyalardır
alternativ istifadəsi mümkün olan aktivlərə qoyulan investisiyalardır
xammal və materialların alınması və əmək haqqı üçün artıq firmanın ödədiyi xərclərdir
spesifik aktivlərin əldə edilməsinə qoyulan investisilardır
firmanın (biznesin) qurulmasına çəkilən xərclərdir
“İqtisadi qərarlar __________ əsasında qəbul edilməlidir” fikrini aşağıdakı ifadələrdən hansı ilə tamamlamaq doğru olar?
transaksiya xərcləri
istehsal xərcləri
mühasibat xərcləri
iqtisadi xərclər
xarici xərclər
Daxili (görünməyən yaxud inplisit) xərclər nelecə qiymətləndirilir:
allokativ səmərəlilik üzrə
faktiki məsrəflər (sərfolunma miqdarı) üzrə
istehsal olunan məhsul vahidinə düşən miqdarı üzrə
alternativ xərclərlə (əldən verilmiş imkanlar üzrə)
son hədd xərcləri üzrə
Bunlardan hansı daxili (görünməyən) xərclərə aid edilir?
əməyin ödənişi xərcləri
kənardan alınan material resursları üzrə məsrəflər
sosial sığortalar üzrə xərclər
konkret istehsal zamanı firmanın özünə məxusus resurslardan məsrəflər
amortizasiya xərcləri
Firmanın fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi baxımından xərclər belə təsnifləşdirilir:
xarici (aşkar) xərclər və daxili (görünməyən) xərclər
qaytarılan xərclər və qaytarılmayan xərclər
istehsal xərcləri və transaksiya xərcləri
ex ante xərcləri və ex post xərcləri
firmadankənar xərclər və firmadaxili xərclər
Aşağıdakı xərclərdən hansı firmadaxili transaksiya xərclərinə aid deyil?
iş vaxtının xronometrajının aparılması
şaquli inteqrasiya etmiş firmada xammal-materialların tədarükçüdən istehsal bölməsinə alınması
məhsul istehsalı prosesində resursların firmanın müxtəlif sexləri arasında hərəkəti
firmada dispetçer xidmətinin təşkili
müstəqil tədarükçüdən (təchizatçıdan) xammal və materialların alınması
Aşağıdakılardan hansını tərəfdaşların inandırılması üzrə transaksiya xərclərinə aid deyil?
ticarət markasının yaradılması və tanııdlması işləri
tanıtım proqramları və səfərləri
reklam və PR işləri
İSO-9000 və digər standartların alınması
məhsulun tanıdılması kampaniyaları
Sazişlər nəzəriyyəsinin yanaşmasına əsasən transaksiya xərclərinin təbiəti bununla bağlıdır:
istehsal və marketinq xərcləri ilə
müxtəlif sazişlərin hər zaman yanaşı (əlaqəli) baş verməsi ilə
maraqların uzlaşdırılması xərcləri ilə
rəqabət aparılması xərclərinin artması ilə
sövdələşmə ilə bağlı informasiya xərcləri ilə
Ictimai seçim nəzəriyyəsinə əsasən bu, maraqlaırn uzlaşdırılması xərclərini azaldan amildir:
informasiyanın açıq olması
şəxsi nüfuz effekti
miqyasın mənfi effekti
miqyasın müsbət effekti
rəqabətin yüksək olması
İctimai seçim nəzəriyyəsinin yanaşmasına əsasən transaksiya xərclərinin təbiəti bununla bağlıdır:
rəqabət aparılması xərcləri ilə
müxtəlif sazişlərin hər zaman yanaşı (əlaqəli) baş verməsi ilə
istehsal və marketinq xərcləri ilə
informasiya xərcləri ilə
maraqların uzlaşdırılması xərcləri ilə
Transaksiya xərcləri nəzəriyyəsinin yanaşmasına əsasən transaksiya xərclərinin təbiəti bununla bağlıdır:
istehsal xərcləri ilə
müxtəlif sazişlərin hər zaman yanaşı (əlaqəli) baş verməsi ilə
maraqların uzlaşdırılması xərcləri ilə
sövdələşmə ilə bağlı informasiya xərcləri ilə
istehsal və marketinq xərcləri ilə
R.Kouz (Kouz teoremi) xarici (yan) təsirlər probleminin həlli üçün bunu təklif edir:
resurslaırn əldə edilməsi xərclərinin azaldılmasını
resurslar üzərində mülkiyyət hüququnun dəqiq təyin edilməsini
təshihedici vergilərin və subsidiyalaşdırmanın tətbiq edilməsini
resurslar üzərində mülkiyyət hüququnun dəqiq təyin edilməməsini
istehsal xərclərinin azaldılmasını
Kouz teoremi məhz bunun zəruriliyini əsaslandırır:
mübadilənin qarşılıqlı faydalı olması zəruriliyini
istehsal və satış xərclərinin minimumlaşdırılması zəruriliyini
istehsal amillərindən istifadənin səmərəliliyinin artırılması zəruriliyini
resurslar üzərində mülkiyyət hüquqlarının dəqiq təyin edilməsi zəruriliyini
resurslar üzərində mülkiyyət hüquqlarının xüsusi əhəmiyyət kəsb etməməsi zəruriliyini
Bunlardan biri tədarükçülərin bazar gücünü müəyyən edən amil deyil:
tədarükçü firmanın maliyyə durumu
tədarükçülərin və tədarük olunan malların sayı
malgöndərənlər üçün zəruri olan minimum tədarük həcmi
başqa tədarükçüyə keçidin məsrəfləri
tədarük xərcləri
Bunlardan biri sahədə mövcud firmalar arasında rəqabətin intensivliyini müəyyən edən amillər sırasına daxil deyil. Həmin amil hansıdır?
sahə bazarına giriş maneələri
sahənin həyat tsiklinin mərhələsi
sahədən çıxış maneələri
sahədə rəqabət aparan firmaların sayı və təmərküzləşmə səviyyəsi
məhsulun fərqliləşdirilməsi və məhsula tələbatın səviyyəsi
Aşağıdakılardan hansı “Rəqabətin hərəkətverici qüvvələri” modelinində göstərilən rəqabət amilləri sırasına aid deyil?
Sahədə mövcud firmaların rəqabəti
Tədarükçülərin bazar gücü
Əvəzedici məhsulların təhlükəsi
Sahəyə yeni daxil ola biləcək potensial rəqiblər
Dövlət siyasəti
Aşağıdkılardan hansı sahə bazarının fəaliyyətinin nəticələrini xarakterizə edən amildir?
əvəzedici malların mövcudluğu
firmanın mənfəətliliyi
istehsalın səmərəliliyi (X-səmərəlilik)
alıcı və satıcıların sayı
giriş və çıxış maneələri
“Quruluş-davranış-nəticəlilik” paradiqması baxımından sahə bazarlarının quruluşunu müəyyən edən əsas amillərə aid olmayan hansıdır?
alıcı və satıcıların sayı və bölünməsi (yerləşməsi)
giriş və çıxış maneələri
məhsulun fərqliləşdirilməsi (differensasiyası)
şaquli birləşmələr və şaxələnmə (diversifikasiya)
məşğulluq səviyyəsi
Bunlardan hansı bazar quruluşunun xüsusiyyətlərinə aid deyil?
Satıcıların təmərküzləşmə dərəcəsi
Məhsulun fərqliləşdirilməsi (diferensasiyası) dərəcəsi
Alıcıların təmərküzləşmə dərəcəsi
Bazara giriş maneələri
İstehsal texmologiyası
Lerner indeksi belə hesablanır:
L = (P – MC)/P
L = (MC – P)/P
L = (P – MC)/MC
L = (MC – P)/MC
L = (P +MC)/ MC
Bazarın coğrafi (məkan) sərhədlərinin müəyyən edilməsində adətən bundan istifadə olunur:
əmtəənin istehsalının coğrafi mənşəyi
əmtəənin nəqletmə xərclərinin quruluşu
əmtəənin istehsal və satış xərcləri ilə nəqletmə xərcləri arasındakı nisbəti
əmtəənin məkan və zaman uyğunluğu
əmtəənin nəqletmə xərclərinin səviyyəsi (əmtəəənin dəyəri ilə müqayisəsi əsasında qiymətləndirilməklə)
Eyni əmtəənin fərqli qiymətləri (məsələn, şəhərin müxtəlif ərazilərində oxşar mənzillərin qiymətinin fərqli olması) nəyi göstərir?
bazarların böyük olmasını
bazarların inhisarlaşmasını
bazarların tarazlaşmadığını
bazarların eyni olmasını
bazarların fərqli olmasını
Əgər B məhsulunun qiyməti artanda A məhsuluna tələb artarsa, onda bunlar:
qarşılıqlı əvəz olunan əmtəələrdir
idxal olunmuş əmtəələrdir
müstəqil (bir-birindən asılı olmayan) əmtəələrdir
fərqliləşdirilmiş məhsullardır
bir-birini qarşılıqlı tamamlayan əmtəələrdir
Qiymətləndirilən mallar bir-birini qarşılıqlı tamamlayan (komplementar) əmtəələr olduqda, qiymət üzrə tələbin çarpaz elastikliyi:
0-dan kiçik olar
hesablanmaz
0-a bərabər olar
0-dan böyük olar
