NEW
Font size
WorksheetsAzərbaycan dili
Total questions: 20
Worksheet time: 40mins
Nümunədə neçə ikihecalı söz var ?
Yağan güclü yağış kənddə ciddi problemlərə səbəb olmuşdur.
4
6
5
3
Hansı variantda qe hərfi dörd səsi ifadə edir ?
qənd, şəfəq, budaq, qonaq otağı
qar, qayçı , üfüq, yataq otağı
ayıq, arıq, ayaqqabı, toqqa
quş, soyuq, qabiliyyətli, otaq
Hansı bənddə ahəng qanunu pozulmuşdur ?
həyat, yenə, bağlama
sarğı, qoyun, qarpız
banan, çiyələk, səbirli
doğru, qaranlıq, çətir
Hansı şəkilçini sinif sözünə artırsaq səsdüşümü baş verər ?
-də
-lər
-imiz
-dən
Hansı sözə saitlə başlanan şəkilçi artırdıqda q samiti ğ samitinə keçmir ?
ayaq
budaq
arıq
monoloq
Hansı qoşasamitli sözlərin yazılışı ilə tələffüzü arasında fərq yoxdur ?
addım, amma, təəccüb
tappıltı, doqquz, toqqa
haqqında, xəttat, hətta
ətriyyat, hoppanmaq, saqqal
Sözdüzəldici ( leksik ) şəkilçilərlə düzələn söz sırası hansıdır ?
kitabdan, qapını, qələmi
gülçülük, sinifdəki, heyrətlə
çiçəyi, otaqda, şagirdlər
ağacı, qarda, tülkünü
Hansı fikir doğru deyil ?
Sözün əsas məna bildirən hissəsinə kök deyilir.
Tərkibində şəkilçi olan bütün sözlər düzəltmə sözlərdir.
Kökə sözdüzəldici şəkilçilər qoşulduqda yeni söz əmələ gəlir.
Sözün quruluşca üç növü var.
Sözlərdən neçəsi mürəkkəbdir ?
yolüstü, mehmanxana, ayaqqabı, qızılgül, babamgil, bağayarpağı, kəklikotu,aşkar, istiot
3
4
5
6
Hansı söz birləşməsi deyil ?
sevimli uşaq
əlaçı şagird
Nizaminin əsərləri
mən gəldim
Əsas nitq hissələrinə aid olan əlamətlər hansıdır ?
Suala cavab verir, sintaktik vəzifə daşıyır.
Cümlə üzvü olmur. Hallana bilmir.
Müstəqil leksik mənası yoxdur, şəkilçi qəbul etmir.
Ancaq qrammatik mənası olur, heç bir suala cavab vermir.
Biri nəqli cümlədir. ( durğu işarələri buraxılmışdır )
Eh Yenə imtahandan kəsildim.
Sabah saat neçədə görüşəcəyik
Pəncərədən baxanda gözəl bir mənzərə canlanırdı
Bunları yüz dəfə fikirləşin
Biri antonim sözlərdən düzələn mürəkkəb sözdür.
az-maz
əvvəl-axır
toyuq-cücə
birə-beş
Hansı cümlədə qeyri-müəyyən miqdar sayı var ?
Çox adam bunun nə olduğunu bilmirdi.
Bu gün dördüncü siniflər imtahan verəcək.
Bu gün iyirmi test həll etdik.
Tədbirə qonaqların yalnızca beşdə-bir hissəsi gəlmişdi.
Öz eybini görmürsən, özgədə nöqsan axtarırsan. - cümləsini hansı atalar sözü ilə əvəz etmək olar ?
Dostunu göstər, sənə kim olduğunu deyim.
Göz gördüyünə inanar.
Öz gözündə tiri görmür, özgə gözündə tük seçir.
Göz gördüyündən qorxar.
Hansı cümlədə mübtəda söz birləşməsi ilə ifadə olunub ?
Hava yenicə qaralmağa başlamışdı.
Dənizin havası bizə xoş təsir etdi.
Gülnar ona verilən bütün tapşırıqları zamanında həll etdi.
Həkim xəstəsinə qayğı ilə yanaşırdı.
Modal sözlər haqqında verilən fikirlərdən biri səhvdir.
Cümlənin ortasında gəldikdə hər iki tərəfində vergül qoyulur.
Əlbəttə, şübhəsiz, fikrimcə - modal sözlərdir.
Cümlənin təsir gücünü artırır.
Danışanın ifadə etdiyi fikrə münasibətini bildirən köməkçi nitq hissəsidir.
Hansı cümlədə xitab işlənməmişdir. ( durğu işarələri buraxılıb )
Baş alıb gedirsən hayana ceyran
( S. Vurğun )
Eldar Aysunun yanına gəlmişdi.
Gəl baba gəl gedək bizim kəndə
Könlüm quşu qanad çalmaz. Sənsiz bir an Azərbaycan
( M. Şəhriyar )
Hansı atalar sözü mürəkkəb cümlə şəklindədir.
Təkrar biliyin anasıdır.
Qürbət görməyən adam vətən qədri bilməz.
Böyük danışar, kiçik götürər.
Böyük olan yerdə kiçik danışmaz.
Cümlələrdən biri düzgün qurulmayıb.
Cavanlar yaşlılara hörmətlə yanaşmalıdırlar.
Uşaqlar tədbirə hazırlaşırdılar.
Kəpənəklər uçuşur.
Maşınlar ötüşürlər.
