WorksheetsSınaq 31
Total questions: 15
Worksheet time: 20mins
DNT-nin ikiləşməsi hüceyrə həyatının hansı mərhələsində baş verir?
metafazada
profazada
anafazada
telofazada
interfazada
Aşağıdakılardan hansı kənd təsərrüfatı bitkilərinin ziyanvericisidir?
lələkyeyən gənə
xaçlı hörümçək
qoturluq gənəsi
tor gənəsi
adi böv
Qatırquyruğuların nümayəndələrinə aid olmayan:
1.Toxumları var
2.Toxumları yoxdur
3.Erkək qametləri qamçılıdır
4.Erkək qametləri qamçısızdır
1,2
2,4
1,3
2,3
1,4
Çiçəyində yumurtacığın sayı yumurtalığa bərabər olmayan bitkilər:
ərik,xaş-xaş,turp
buğda,turp,ərik
çovdar,quşəppəyi birəotu
alma,xaş-xaş,lobya
qarğıdalı,ərik,xaş-xaş
Bir-birinə oxşamayan 4 əkizin 3-ü qız,1-i oğlandır.Onların əmələ gəlməsində neçə erkək,neçə dişi qamet əmələ gəlmişdir?
8-8
3-1
2-2
4-4
6-2
İnsanda həzm kanalının hansı şöbəsi əsasən döş boşluğunda yerləşir?
udlaq
mədə
qida borusu
nazik bağırsaq
traxeya
İnsanın ifrazat sistemində hansı orqanına qarışıq sekresiya vəzilərinin axarları açılır?
sidik kanalına
sidik axarlarına
böyrəklərə
qaraciyərə
sidik kisəsinə
Əgər quş oturan zaman 1 dəqiqədə 26 tənəffüs hərəkəti edərsə,onun ağ ciyərlərində bu müddət ərzində neçə dəfə qaz mübadiləsi gedər?
26
52
13
32
16
Çılpaqtoxumlu bitkilərin örtülütoxumlardan fərqi:
gövdələri və mil kök sistemləri olmur
əsas kökləri və yarpaqları olmur
ikiqat mayalanma və meyvə olmur
generativ orqanları olmur
vegetativ orqanları olmur
İnsanın gövdə skeletində yalnız bir sümüklə bilavasitə birləşmə əmələ gətirən sümüklərin sayı ümumi skelet sümüklərinin sayının neçə faizini təşkil edir?
~0,9%
~0,5%
~5,9%
~2,3%
~1,8%
azərbaycan hansı birtoxumlu meyvə əmələ gətirən bitkilərin ola bilər?
1.Çovdar 2.Qarpız 3.Arpa 4.Üzüm
5.Yemiş 6.Buğda 7.Boranı
1,6
3,4
2,5
1,5
5,7
"Qran":
mitoxondrinin daxili membranının çıxıntısıdır
hüceyrədə yağların sintez olunduğu yerdir
mitoxondrinin xarici membranıdır
Holci aparatının formalaşdığı yerdir
xloroplastın daxili membranının qırışıqlı çıxıntısıdır
Yaşıl bitkinin üstünə düşən işığı söndürsək,aşağıdakılardan hansı daha tez baş verər?
karbonhidratların sintezi dayanacaq
oksigenin ayrılması dayanacaq
karbon qazının udulması dayanacaq
tənəffüs dayanacaq
ATF sintezi dayanacaq
Qida zənciri 5 halqadan təşkil olunmuşdur.3-cü halqaya minimum 20000 kC enerji keçmişdir.Birinci və 5-ci halqalarda müvafiq olaraq neçə kC ola bilər?
40-400
800-5
8000000-50
2000000-1600
500000-800
Nəqliyyatda(avtobusda) kitab oxuyarkən gözün yorulmasının bilavasitə səbəbi nədir?
qüzehli qişada piqmentin miqdarının artıb-azalması
rəngləri seçmə qabiliyyətinin pisləşməsi
konyuktvit xəstəliyi
bəbəyin tez-tez daralıb-genəlməsi
büllurun qabarıqlığının tez-tez dəyişməsi
