NEW
Font size
Worksheetsazerb 101-150
Total questions: 50
Worksheet time: 50mins
Rəsmi-işgüzar sənədlərə aid edilmiş xüsusiyyətlərdən biri yanlışdır
dəqiqlık
konkretlik
ardıcıllıq
çoxmənalılıq
Hansı sənəd hüquqi məzmuna malik deyil
konstitusiya
fərman
qanun
ərizə
Əməli yazılar ədəbi dilin hansı üslubuna aiddir?
elmi
rəsmi-işgüzar
bədii
publisistik
Aşağıda verilənlərdən yalnız biri işgüzar sənəddir
sərəncam
konstitusiya
prezidentin fərmanı
ərizə
Verilmiş başlıq hansı əməli yazı formasına aiddir? “Anadolu liseyinin direktoru M.Rəhimovaya həmin liseyin Xa sinif şagirdi S.Məmmədovdan...”
xasiyyətnamə
protokol
ərizə
etibarnamə
Məktəbi yenicə bitirmiş Ramin Bakı Baş Məşğulluq İdarəsinə işə düzəlmək üçün müraciət etməlidir. Bunun üçün o, hansı müraciət formasını seçməlidir?
reklam
akt
ərizə
izahat
Mübahisə zəminində bir nəfər digərinə maddi və mənəvi zərər yetirmişdir. Zərərçəkmiş şəxs lazımi orqanlara hansı sənədi təqdim etməlidir?
nizamnamə
bəyannamə
izahat
ərizə
Məzmununa görə ərizənin neçə növünə təsadüf olunur
1
3
4
2
Təqdimata aid olan xüsusiyyətlərdən biri səhv xarakterizə edilib
Təqdimat yalnız xoş niyyətlər üçün yazılır
Təqdimatın forması təxminən ərizə forması kimidir
Təqdimat aşağı vəzifəli şəxsin yuxarı vəzifəli şəxs qarşısında hər hansı bir məsələni qaldırması, xahiş etməsi zərurətində yazılı
Təqdimat” ərəb sözüdür
Bioqrafiya nədir?
bir şəxsin öz əli ilə yazdığı tərcümeyi-hal
kiminsə tərcümeyi-halının başqası tərəfindən yazılması
bir şəxsin özü haqqında yazdığı ətraflı məlumat
dövlətin hər bir vətəndaşa verdiyi hüquqi sənəd
Fikirlərdən biri səhvdir:
İşgüzar sənədlər həcmcə, adətən, rəsmi sənədlərə nisbətən böyük olur
Rəsmi – işgüzar sənədlərdə qaralamaya, mətn üzərində qaralayaraq düzəliş etməyə icazə verilmir
Rəsmi-işgüzar sənədlərin bəzi növlərində rəsmi üslubla bərabər, bədii üslubun elementlərinə də rast gəlmək mümkündür
Təqdimat rəsmi üslubda yazılmalıdır
Aşağıda verilənlər hansı işgüzar sənəd haqqındadır? -Sadə və мürəkkəb xarakterli olur; -İşə girərkən, rəhbər vəzifəyə çəkilərkən, mükafat təqdim olunarkən, ictimai-siyasi təşkilata üzv olunarkən və s. hallarda yazılır; -Şəxsin öz xətti ilə yazılmalıdır; -Həyat mərhələləri, oxuduğu, işlədiyi yerlər, ailə vəziyyəti, nəaliyyətlər, təltiflər və s. göstərilməlidir.
Elan
Ərizə
Tərcümeyi-hal
Akt
Tərtibedilmə formasına görə hansı sənədlər oxşardır?
teleqram –qəbz
reklam – etiket
ərizə - təqdimat
protokol- akt
Verilmiş əməli yazı nümunələrindən hansılar yalnız şəxsin öz xətti ilə yazılmalıdır?
protokol və əmr
fərman və təqdimat
tərcümeyi-hal və ərizə
zəmanət və arayış
Məzmunca bir-birinə oxşayan və eyni zamanda müəyyən xüsusiyyətlərə görə bir-birindən fərqlənən sənədlər hansılardır
töhmət, ərizə
arayış, reklam
teleqram, izahat
tərcümeyi-hal, xasiyyətnamə
“...... hər hansı bir şəxsin kimliyini təsdiq etmək məqsədi ilə bu və ya digər təşkilat tərəfindən verilən sənəddir”. Söhbət hansı sənəddən gedir?
vəkalətnamə
elan
arayış
ərizə
Tərcümeyi-halı xasiyyətnamədən fərqləndirən əsas əlamət hansıdır?
1-ci sənəd hər hansı şəxs barəsində başqası tərəfindən, 2-cisi isə şəxsin özü tərəfindən yazılır
Tərcümeyi-halı ən azı iki məsul şəxs imzalayır
1-ci sənəd şəxsin özü tərəfindən, 2-cisi isə müəyyən şəxs barəsində rəhbərlik tərəfindən yazılır
Xasiyyətnamələrin heç biri dövlət əhəmiyyəti daşımır
İşgüzar sənədi seçin:
bəyanat
nota
təqdimat
sərəncam
Yeni işə qəbul olunduqda, rəhbər vəzifəyə seçildikdə və ya dövlət orqanları tərəfindən tələb olunduqda hər hansı şəxs haqqında ... verilir.
elan
qəbz
vəkalətnamə
xasiyyətnamə
Verilən sənədlərdən hansı imzalanır
teleqram
elan
annotasiya
təqdimat
Hansı sənədi təşkilat rəhbəri hazırlayır və möhür vurur?
tərcümeyi-halı
anonsu
arayışı
aktı
"Verilmiş sənəd növünü müəyyənləşdirin:“Əli Ramazan oğlu Məmmədov həqiqətən, Bakı şəhər 158 saylı məktəbin IX sinif şagirdidir”.
ərizə
arayış
bildiriş
protokol
İctimai həyatın müxtəlif sahələrində istifadə edilən və şəxsin özü haqda ətraflı məlumat verməsi məqsədi ilə yazılan sənəd necə adlanır?
akt
protokol
tərcümeyi-hal
annotasiya
Tərcümeyi-halın 1-ci cümləsində hansı durğu işarələrindən istifadə olunur?
iki nöqtə
nida və tire
sual və vergül
vergül və nöqtə
Motivasiya məktubu yazarkən nələrə əməl edilməlidir? Yanlış fikri göstərin:
Bu məktubu standart internet resurslarından mümkün qədər uzaq duraraq, özünüzün yazıb hazırlamanız daha məqsədəuyğundur
Yazdığınız dilin qrammatik qaydalarına riayət etməlisiniz
Məktubun həcminin 1,5-2 səhifə həddini keçməsinə yol verməməlisiniz
Məktubla müraciət etdiyiniz universiteti və ya təşkilatı xeyli tərifləməlisiniz
Məktublarınstrukturuna daxil olan hissələrdən biri artıqdır:
ümumi hissə
müraciət hissəsi (başlanğıc)
başlanğıc, ümumi, yekunlaşdırıcı hissə
məktublarda nəzakət qaydalarına əməl edilən hissə
Biri elektron məktubun məzmununa uyğun deyil:
Qısaltmalardan, gündəlik məişət ifadələrindən, jarqonlardan və s. imtina etmək
Dilin qrammatik qaydalarına riayət etmək
Sadə və aydın yazmaq
Mövzu ilə birbaşa əlaqədar olmayan fikir və ifadələrdən istifadə etmək
E-mail göndərərkən nələrə diqqət yetirilməlidir? Yanlış cavabı göstərin:
Rəsmi müraciət formalarından istifadə daha məqsədəuyğundur
Elektron yazışmanın mövzusu maraq doğurmalıdır
Texniki cəhətdən düzgün tərtibat o qədər də əhəmiyyətli deyil
Məzmun qrammatik cəhətdən düzgün, sadə və aydın olmalıdır
Aşağıdakılardan hansı məktubun növlərinə aid deyil?
açıq məktublar
işgüzar məktublar
qapalı məktublar
ədəbi məktublar
Məktub yazarkən gözlənilən sistemə aşağıdakılardan hansı aid deyil?
fərqləndirici hissə
normativ hissə
ümumi hissə
müraciət hissəsi
Məktubların növlərindən biri səhvdir:
yuxarı təşkilatlardan hər hansı bir idarə və müəssisələrə daxil olan məktublar
işgüzar məktublar
ayrı-ayrı şəxslərdən gələn məktublar
şəxsi məktublar
“Hörmətli cənab! Sizin sadaladığınız əmtəə məhsullarını bu gün almalıydıq. Təəssüf ki, indiyədək nə malın növü, nə də yüklənmə haqqında bildiriş almamışıq...” Belə bir müraciət hansı əməli yazı nümunəsinə aiddir?
ərizə
qəbz
elan
məktub
Bunlardan biri rəsmi məktub növü deyil:
təqdimat
sorğu
tələbnamə
təliqə
Bunlardan hansı məktub növü deyil?
təbrik
rəsmi
işgüzar
şəxsi
“Məktub” sözü hansı mənşəlidir?
monqol
türk
fars
ərəb
Aşağıdakılardan birini rəsmi-işgüzar üslubun ən sərbəst forması hesab etmək olar:
bildiriş
ərizə
arayış
məktub
Bunlardan biri elan növünə aid deyil:
açıq məktub
bildiriş
anons
afişa
"“Salam, əziz dostum. Bu, mənim sənə əsgərlikdən göndərdiyim sonuncu ...” – verilmiş bu sözlərlə hansı əməli yazı nümunəsi başlayır?
elan
inşa
məktub
hekayə
Biri işgüzar məktub nümunəsinə aid deyil:
cavab
tövsiyə
xasiyyətnamə
məlumat
Verilmiş fikirlərdən yalnız biri protokola aiddir:
Şəxsin kimliyini təsdiq etmək məqsədilə bu və ya digər təşkilat tərəfindən verilir
Bədii üsluba əsaslanır
Şikayət və ya xahiş etmək məqsədilə yazılır
Təşkilatın adı, tarix və yığıncağın keçirildiyi yer, çıxışlar və qərarlar qeyd olunur
Protokolla bağlı verilmiş fikirlərdən biri səhvdir:
İclaslarda söylənilən çıxışları və qərarları təzahür etdirmək üçün yazılır
Təşkilatın adı, tarix və yığıncağın keçirildiyi yer qeyd olunmalıdır
Faktlar (oxuduğu, işlədiyi yerlər, nailiyyətləri və s.) ardıcıl sadalanmalıdır
Dövlətlərarası saziş, müqavilə və s. bağlanan zaman keçirilən yığıncaqlarda da yazılır
Protokol haqqında yazılanlardan biri doğru deyil
Əməli yazı nümunəsidir, rəsmi sənəd formasıdır
Bir neçə aktual məsələni özündə əks etdirə bilər
Protokol bir şəxs tərəfindən imzalanır
Dövlət qanunu, qayda pozulubsa, akta əlavə olaraq yazılır
İşgüzar protokol nədir?
danışıqların yeri, şəraiti, beynəlxalq saziş qaydaları
xarici ticarət əlaqələrinin yaradıldığı vaxt, tərəflərin bağladığı saziş
işgüzar görüşlərin aparılması qaydasıdır (görüşün vaxtı, yeri, şəraiti, qəbulun seçilməsi, qonaqların siyahısı)
danışıqların aparılması üçün qonaqların dəvət olunması, protokolun yazılması (vaxt, reqlament)
Protokol nə vaxt yazılır?
qiymətli bir əşyanı müəyyən təşkilatdan almaq məqsədilə
hər hansı faktı aşkarlamaq məqsədilə
ezamiyyətə göndərilən zaman
konfrans, iclas, qurultayda söylənilən çıxışları qeyd etmək məqsədilə
"Müşavirə, konfrans və iclaslarda söylənilən çıxışları, qəbul edilən qərarları özündə təzahür etdirmək üçün, həmçinin hər hansı bir qaydanın, yaxud qanunun pozulması zamanı tərtib olunan akta əlavə etmək üçün yazılır:
təqdimat
ərizə
protokol
аkt
Bunlardan biri protokolda öz əksini tapmır:
sədr və katibin imzası
xülasə
gündəlik məsələlər
qərar
Protokol kimlər tərəfindən imzalanır?
yalnız sədr
sədr və katib
məruzəçi
iclasda iştirak edən bütün şəxslər
Sənəd formalarından hansı təqvim ili boyunca nömrələnir və kitabda qeydə alınır?
bildiriş və zəmanətlər
tərcümeyi-hal və xasiyyətnamələr
əmr və protokollar
hesabat və izahatlar
Məntiqi ardıcıllığı tamamlayın: Annotasiya, rəy, reklam …
bəyanat, manifest
qanun, qərar
protokol, ərizə
fərman, sərəncam
Aşağıdakı xüsusiyyətlər hansı sənədə aiddir? 1. İclasın gündəliyi 2. Eşidildi 3. Çıxışlar 4. Qərar
akt
ərizə
protokol
arayış
