wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

makro75

Total questions: 76

Worksheet time: 38mins

Name
Class
Date
1.

Xalis Şəxsi Gəlir necə hesablanır?

a)

Yerli vətəndaşların xaricdə əldə etdiyi gəlirləri ÜDM-yə əlavə etməklə və xaricilərin ölkədə qazandıqları gəlirləri ÜDM-dən çıxmaqla alınır

b)

İstehlak, İnvestisiya, Dövlət Xərcləri və Xalis İxracatın cəmi kimi hesablanır

c)

Şəxsi gəlirdən şəxsi gəlir vergisi və digər qeyri-vergi ödəmələrini çıxdıqdan sonra qalan gəlirdir

d)

Ölkə vətəndaşlarının ümumi gəlirlərindən amortizasiya xərclərini çıxdıqdan sonra alınır

e)

XMM-dən dolayı biznes vergilərini çıxmaqla və biznes dotasiyalarını əlavə etməklə hesablanır

2.

Şəxsi Gəlir nəzərə almır?

a)

Korparasiyanın qazandığı, lakin sahibinə ödəmədiyi mənfəəti, yəni saxlanılan gəlirləri

b)

Onların borc kağızlarından əldə etdikləri faiz gəlirlərini

c)

Ailə təsərrüfatlarının sosial rifah və sosial müdafiə kimi dövlət proqramlarından əldə etdikləri gəlirləri

d)

Bunların hamısını

e)

Korporativ Gəlir Vergisini və sosial sığorta ilə bağlı ödəmələri

3.

Milli Gəlir (MG) necə hesablanır?

a)

Ölkə vətəndaşlarının ümumi gəlirlərindən amortizasiya xərclərini çıxdıqdan sonra alınır

b)

İstehlak, İnvestisiya, Dövlət Xərcləri və Xalis İxracatın cəmi kimi hesablanır

c)

Hər hansı istehsalçının ÜMM-un istehsalına sərf etdiyi əlavə dəyərin cəmlənməsi ilə hesablanır

d)

XMM-dən dolayı biznes vergilərini çıxmaqla və biznes dotasiyalarını əlavə etməklə hesablanır

e)

Şəxsi gəlirdən şəxsi gəlir vergisi və digər qeyri-vergi ödəmələrini çıxdıqdan sonra qalan gəlirdir

4.

Ümumi Daxili Məhsul (ÜDM) necə hesablanır?

a)

Ölkə vətəndaşlarının ümumi gəlirlərindən amortizasiya xərclərini çıxdıqdan sonra alınır

b)

XMM-dən dolayı biznes vergilərini çıxmaqla və biznes dotasiyalarını əlavə etməklə hesablanır

c)

Yerli vətəndaşların xaricdə əldə etdiyi gəlirləri ÜDM-yə əlavə etməklə və xaricilərin ölkədə qazandıqları gəlirləri ÜDM-dən çıxmaqla alınır

d)

İstehlak, İnvestisiya, Dövlət Xərcləri və Xalis İxracatın cəmi kimi hesablanır

e)

Şəxsi gəlirdən şəxsi gəlir vergisi və digər qeyri-vergi ödəmələrini çıxdıqdan sonra qalan gəlirdir

5.

Aşağıda göstərilənlərdən hansı ÜMM-ə daxil edilir:

a)

köhnə avtomobilin alınması

b)

ölkənin özəl firmasında müvəqqəti işləyən xarici menecerin gəliri

c)

özəl firmaların faiz ödəmələri

d)

ölkə vətəndaşlarının xarici firmaların səhmlərinə görə aldıqları dividentlər

e)

xarici firmanın ölkədə əldə etdiyi mənfəət

6.

İnsan kapitalı bir çox cəhətdən fiziki kapitala bənzəyir. Doğru olanını seçin:

a)

Fiziki kapital kimi, insan kapitalı hər hansı dövlətin əmtəə və xidmət istehsal etmək qabiliyyətini artırır

b)

İnsan kapitalınının iqtisadi artım üçün xüsusi əhəmiyyət kəsb etdiyini iddia edirlər

c)

İnsan kapitalına qoyulan investisiya, fiziki kapitala qoyulan investisiya kimi alternativ dəyərə malikdir

d)

Bunların hamısı

e)

Fiziki kapital kimi, insan kapitalı da istehsal olunmuş istehsal amilidir

7.

Əgər insan kapitalı müsbət təsirlərə malikdirsə,

a)

beyin axını həmin insanların daha varlı olmasına səbəb olar

b)

bunların hamısı

c)

beyin axını həmin insanların rifah halına təsir etməz

d)

beyin axını həmin insanların daha kasıb olmasına səbəb olar

e)

beyin axını kasıb dövlətin insan kapitalı ehtiyatını artırar

8.

İnsan kapitalı nəyi ifadə edir?

a)

əmtəə və xidmətlərin istehsal edilməsi üçün istifadə edilən avadanlıq və strukturları göstərir

b)

bunların hamısı

c)

cəmiyyətin dünyanın necə işləməsi haqqında biliklərini ifadə edir

d)

vahid vaxt ərzində istehsal olunan məhsulun miqdarını göstərir

e)

biliklərin işçi qüvvəsinə köçürülməsinə sərf olunan sərvətləri göstərir

9.

İnkişafın səmərəlilik effekti nədir?

a)

iqtisadi rifahın cəmiyyət üzvləri arasında adil surətdə bölüşdürülməsi xüsusiyyətidir

b)

istehsal amilləri artdıqca hər bir əlavə istehsal amili vahidindən əldə olunan gəlirin azalması xüsusiyyətidir

c)

varlı ölkələrin yoxsul ölkələrə nisbətən daha sürətlə inkişaf etməsi xüsusiyyətidir

d)

cəmiyyətin malik olduğu qıt sərvətlərdən maksimum dərəcədə faydalanmaq xüsusiyyətidir

e)

yoxsul ölkələrin varlı ölkələrə nisbətən daha sürətlə inkişaf etməsi xüsusiyyətidir

10.

Verginin azalması ailə təsərrüfatlarının istənilən faiz dərəcəsində əmanət toplamaq həvəsini artırdığı üçün:

a)

hər bir faiz dərəcəsində investisiya miqdarını və bununla da borc kapitalına olan tələbi dəyişdirəcəkdir


b)

təklif olunan siyasət hər bir faiz dərəcəsində borc kapitalının tələbini artıracaqdır

c)

təklif olunan siyasət hər bir faiz dərəcəsində borc kapitalının tələbini azaldacaqdır

d)

təklif olunan siyasət hər bir faiz dərəcəsində borc kapitalının təklifini artıracaqdır

e)

hər bir faiz dərəcəsində investisiya miqdarını və bununla da borc kapitalına olan tələbi artıracaqdır

11.

Əmanətlərini artırmaq istəyənlərin təklif etdiyi vəsaitlərlə, investisiya etmək istəyənlərin tələb etdiyi vəsaitlərin uzlaşdırılmasını təmin edən hansı mexanizmdir?

a)

bazar mexanizmi

b)

səmərəli bazarlar hipotezi

c)

bazarların irasionallığı

d)

milli hesablar sistemi

e)

maliyyə sistemi

12.

ABŞ dövlətinin kredit riski aşağı olduğu üçün:

a)

dövlətin buraxdığı istiqrazlar adətən çox yuxarı faiz verir

b)

çox aşağı faiz dərəcəsi təklif edən dəyərsiz səhmlər buraxır

c)

çox yüksək faiz dərəcəsi təklif edən dəyərsiz səhmlər buraxır

d)

dövlətin buraxdığı istiqrazlar adətən çox aşağı faiz verir

e)

çox yüksək faiz dərəcəsi təklif edən dəyərsiz istiqrazlar buraxır

13.

Son alqı-satqı günündə satılan səhmlərin miqdarıdır:

a)

dividentin həcmi

b)

səhm üzrə gəlir

c)

səhm indeksi

d)

qiymət-mənfəət nisbəti

e)

əməliyyat həcmi

14.

Müəssisədə qismən sahibkarlığa iddia sənədidir:

a)

Çeklər

b)

Bank sertifikatı

c)

Veksel

d)

Səhm

e)

İstiqraz

15.

Kiçik ərzaq dükanı biznesini maliyyələşdirmək üçün hansı maliyyə vasitəçilərindən istifadə edə bilər?

a)

istiqraz və səhm bazarından

b)

birgə fondlardan

c)

kredit ittifaqlarından

d)

yerli banklardan

e)

sığorta şirkətləri və kredit təklif edən şəxslərdən

16.

Səmərəli Bazar Hipotezinin ikinci mənası odur ki:

a)

bazar qiymətində təklif edilən səhmlərin sayı, məhz insanların almaq istədikləri səhmlərin sayından çoxdur

b)

bazar qiymətində təklif edilən səhmlərin sayı, məhz insanların almaq istədikləri səhmlərin sayına bərabərdir

c)

bazar qiymətində tələb edilən səhmlərin sayı, məhz insanların satmaq istədikləri səhmlərin sayından çoxdur

d)

bazar qiymətində təklif edilən səhmlərin sayı, məhz insanların almaq istədikləri səhmlərin sayından azdır

e)

bazar qiymətində tələb edilən səhmlərin sayı, məhz insanların satmaq istədikləri səhmlərin sayına bərabərdir

17.

Bazarda daha yaxşı nəticə göstərməyin qeyri-mümkün olduğunu deyir:

a)

İndeks fondları

b)

Birgə fondlar

c)

Portfel menecerləri

d)

Ən fəal fond menecerləri

e)

Səmərəli bazarlar hipotezi

18.

Şirkətin mənfəətliliyini müəyyən edən amilləri göstərin:

a)

Müştərilərin sadiqliyi

b)

Hansı hökumət tənzimlənməsi və vergi yükü ilə üzləşməsi

c)

Onun məhsuluna olan tələb

d)

İşçilərin həmkarlar təşkilatında birləşib-birləşməməsi

e)

Bunların hamısı

19.

Səmərəli bazarlar hipotezinə əsasən:

a)

insanlar səhm alıb satarkən səhmin əsas dəyəri haqqında məlumatları şirkətlərin illik hesabatlarını oxumaqla əldə edirlər

b)

insanlar səhm alıb satarkən səhmin əsas dəyəri haqqında məlumatları “Wall Street” təhlilçilərinin məsləhətlərinə qulaq asmaqla alırlar

c)

insanlar səhm alıb satarkən səhmin əsas dəyəri haqqında məlumatları fundamental təhlillər aparan və qərarlar verən menecerlərdən alırlar

d)

insanlar səhm alıb satarkən səhmin əsas dəyəri haqqında məlumatları rasional şəkildə istifadə edirlər

e)

insanlar səhm alıb satarkən səhmin əsas dəyəri haqqında məlumatları irasional şəkildə istifadə edirlər

20.

Sığorta bazarlarının riski bölüşmək qabiliyyətinə mane olan arzu edilməyən seçimi müəyyən edin:

a)

insanlar sığortanı aldıqdan sonra onlar riskli davranışlarına az diqqət yetirirlər

b)

böyük riskli şəxs aşağı riskli şəxsə nisbətən daha gec-gec sığortaya müraciət edir

c)

böyük riskli şəxs aşağı riskli şəxsə nisbətən daha tez-tez sığortaya müraciət edir

d)

insanlar sığortanı aldıqdan sonra onlar riskli davranışlarına çox diqqət yetirirlər

e)

insanlar sığortanı aldıqdan sonra onlar riskli davranışlarına diqqət yetirmirlər

21.

Əgər r faiz dərəcəsidirsə, onda N ildən sonra alınacaq X məbləğinin cari dəyəri necə hesablanır?

a)

(1+r)N x X

b)

X ⁄ (10−r)N

c)

X ⁄ rN

d)

(1–r)N x X

e)

X ⁄ (1+r)N

22.

Verilmiş səhm indeksində olan bütün səhmləri alan qarşılıqlı fonddur:

a)

Sığorta fondu

b)

Maliyyə fondu

c)

Ən fəal fond menecerləri

d)

Birgə fondlar

e)

İndeks fondları

23.

Federal Ehtiyatlar Sisteminin monetar siyasət vasitələrinə 3 alət daxildir:

a)

Gəlirin həcmi, istehlakın həcmi, psixoloji amil

b)

Mübadilə vasitəsi, hesablama vahidi, əmanət vasitəsi

c)

Faiz norması, istehlakın və yığımın həcmi

d)

Açıq bazar əməliyyatları, ehtiyatlar üzrə tələblər, diskont faizi

e)

Tələb üzrə depozitlər, səyahətçi çekləri, qısamüddətli depozitlər

24.

Birləşmiş Ştatların iqtisadiyyatındakı pul kütləsinin M1 pul aqreqatına aşağıdakılardan hansıları aiddir:

a)

Tələb üzrə depozitlər

b)

Səyahətçi çekləri

c)

Valyuta (nəğd pul)

d)

Digər çek depozitləri

e)

Bunların hamısı

25.

Ölkədə əmtəə və xidmətlərin alqı--satqısını təmin edən, nəğd və nəğdsiz (ödəmə) formalarda olan pul vəsaitlərinin (pul aqreqatlarının) məcmusu:

a)

Pul sistemi

b)

Pul bazası

c)

Pula olan tələb

d)

Pul kütləsi

e)

Pul aqreqatı

26.

“Qiymətləri ölçmək və borcları qeydiyyata almaq üçün insanların istifadə etdiyi meyar” - pulun hansı funsiyasına aiddir:

a)

Likvidlik

b)

Yalnız likvidlik və əmanət vasitəsi

c)

Mübadilə vasitəsi

d)

Əmanət vasitəsi

e)

Hesablama vahidi

27.

Mübadilə vasitəsi funksiyasını … pullar yerinə yetirir.

a)

İdeal, xəyal edlilən

b)

Plastik kartlı

c)

İdeal və real

d)

Ancaq real

e)

Ancaq nağdsız

28.

Ən yüksək likvidliyə malikdir:

a)

Dölət istiqrazı

b)

Qzııl

c)

Mənzil

d)

Banknot

e)

Avtomobil

29.

Deyvid Hyuma görə:

a)

Pul təklifinin dəyişməsi real dəyişənlərə təsir etsə də nominal dəyişənlərə təsir etmir

b)

Pul təklifinin dəyişməsi həm nominal dəyişənlərə, həm də real dəyişənlərə təsir edir

c)

Pul təklifinin dəyişməsi nominal dəyişənlərə təsir etsə də real dəyişənlərə təsir etmir

d)

Pula olan tələbin dəyişməsi real dəyişənlərə təsir etsə də nominal dəyişənlərə təsir etmir

e)

Pula olan tələbin dəyişməsi nominal dəyişənlərə təsir etsə də real dəyişənlərə təsir etmir

30.

Real faiz dərəcinin hesablanma qaydasını müəyyən edin:

a)

Real faiz dərəcəsi= Nominal faiz dərəcəsi +İnflyasiya dərəcəsi

b)

Real faiz dərəcəsi=Nominal valyuta məzənnəsi – İnflyasiya məzənnəsi

c)

Real faiz dərəcəsi= Nominal faiz dərəcəsi +Borclar üzrə faiz dərəcəsi

d)

Real faiz dərəcəsi= Nominal faiz dərəcəsi – İnflyasiya dərəcəsi

e)

Real faiz dərəcəsi=Nominal faiz dərəcəsi –Borclar üzrə faiz dərəcəsi

31.

Fiziki vahidlərlə ölçülən dəyişənlər ... adlanır.

a)

Klassik dixotomiya

b)

Nominal əməkhaqqı

c)

Monetar neytrallıq

d)

Real dəyişənlər

e)

Nominal dəyişənlər

32.

İnflyasiya insanları daha az pul saxlamağa sövq etdikdə israf olunan resurslar:

a)

Menyu xərcləri

b)

Vergi effekti

c)

Fişer effekti

d)

Ayaqqabı altlığı xərcləri

e)

İstehsal xərcləri

33.

Pulun kəmiyyət nəzəriyyəsi sabit kəmiyyət kimi nəyi nəzərdə tutur:

a)

qiymətlər səviyyəsini

b)

xalis kapital axınını

c)

buraxılışın nominal həcmini

d)

pulun dövretmə sürətini

e)

tədavüldə olan pulun həcmini

34.

ABŞ vətəndaşının “Telmex” və ya “Meksika” telefon şirkətinin səhmlərini alması:

a)

ABŞ-ın xalis kapital axınını azaldır

b)

ABŞ-ın xalis kapital axınını artırır

c)

ABŞ-ın xalis ixracatını azaldır

d)

Beynəlxalq ticarətin həcminə təsir göstərir

e)

ABŞ-ın xalis ixracatını artırır

35.

Əgər xalis ixracat mənfidirsə:

a)

ixrac idxalı üstələyir, yəni ölkə xaricə digər ölkələrdən aldığından daha çox əmtəə və xidmət satır

b)

ixrac idxaldan azdır, yəni ölkə xaricə başqa ölkələrdən ixrac etdiyindən az əmtəə və xidmətlər idxal edir

c)

ixrac idxaldan çoxdur, yəni ölkə xaricə başqa ölkələrdən idxal etdiyindən az əmtəə və xidmətlər ixrac edir

d)

ixrac idxaldan azdır, yəni ölkə xaricə başqa ölkələrdən idxal etdiyindən az əmtəə və xidmətlər ixrac edir

e)

ixrac idxaldan azdır, yəni ölkə xaricə başqa ölkələrdən idxal etdiyindən çox əmtəə və xidmətlər ixrac edir

36.

Yapon vətəndaşı ABŞ hökumətinin buraxdığı qiymətli kağızları aldıqda:

a)

bu ABŞ-ın xalis kapital axınını artırır

b)

bu beynəlxalq ticarətin həcminə təsir göstərir

c)

bu ABŞ-ın xalis ixracatı artırır

d)

bu ABŞ-ın xalis kapital axınını azaldır

e)

bu ABŞ-ın xalis ixracatı azaldır

37.

Əgər ABŞ-da əmanətlər azalıbsa,

a)

onda xaricilərin ABŞ-a investisiya yatırmaması ümumiyyətlə investisiya yatırlmasından daha məqsədəuyğundur

b)

bu azalma kapital ehtiyatının inkişafına mənfi, əmək məhsuldarlığına və real əmək haqqına müsbət təsir göstərəcək

c)

bu azalma kapital ehtiyatının inkişafına müsbət, əmək məhsuldarlığına və real əmək haqqına mənfi təsir göstərəcək

d)

onda xaricilərin ABŞ-a investisiya yatırması ümumiyyətlə investisiya yatırlmamasından daha məqsədəuyğundur

e)

bu azalma kapital ehtiyatının inkişafına, əmək məhsuldarlığına və real əmək haqqına müsbət təsir göstərəcək

38.

Əgər milli əmanətlərin səviyyəsi ticarət kəsiri yaratmadan aşağı düşürsə:

a)

ABŞ-da dövlət xərcləri artmalıdır

b)

ABŞ-da xalis kapital axını sıfra bərabərdir

c)

ABŞ-da investisiya səviyyəsi artmalıdır

d)

ABŞ-da istehlak səviyyəsi artmalıdır

e)

ABŞ-da investisiya səviyyəsi azalmalıdı

39.

ABŞ-da real valyuta məzənnəsinin dəyər qazanması:

a)

ABŞ-ın ixracını artırır, idxalını isə azaldır

b)

Həm daxildəki, həm də xaricdəki istehlakçıları daha çox ABŞ məhsullarını almağa təhrik edir

c)

ABŞ məhsullarını xarici məhsullarla müqayisədə daha ucuz edir və ABŞ-ın xalis ixracatı azalır

d)

ABŞ məhsullarını xarici məhsullarla müqayisədə daha bahalı edir və ABŞ-ın xalis ixracatı artır

e)

ABŞ məhsullarını xarici məhsullarla müqayisədə daha bahalı edir və ABŞ-ın xalis ixracatı azalır

40.

Kapitalın Meksikadan uzaqlaşdırılması:

a)

Meksikanın faiz dərəcəsini azaldır və xarici valyuta mübadiləsi bazarında Meksika pesosunun dəyərini artırır

b)

Həm Meksikanın faiz dərəcəsini, həmdə xarici valyuta mübadiləsi bazarında Meksika pesosunun dəyərini artırır

c)

Meksikanın faiz dərəcəsini artırır və xarici valyuta mübadiləsi bazarında Meksika pesosunun dəyərini aşağı salır

d)

Həm Meksikanın faiz dərəcəsini, həmdə xarici valyuta mübadiləsi bazarında Meksika pesosunun dəyərini aşağı salır

e)

Meksikanın faiz dərəcəsini artırır və xarici valyuta mübadiləsi bazarında Meksika pesosunun dəyərinə təsir etmir

41.

Kapitalın Meksikadan uzaqlaşdırılması:

a)

Meksikanın faiz dərəcəsini azaldır və xarici valyuta mübadiləsi bazarında Meksika pesosunun dəyərini artırır

b)

Həm Meksikanın faiz dərəcəsini, həmdə xarici valyuta mübadiləsi bazarında Meksika pesosunun dəyərini artırır

c)

Meksikanın faiz dərəcəsini artırır və xarici valyuta mübadiləsi bazarında Meksika pesosunun dəyərini aşağı salır

d)

Həm Meksikanın faiz dərəcəsini, həmdə xarici valyuta mübadiləsi bazarında Meksika pesosunun dəyərini aşağı salır

e)

Meksikanın faiz dərəcəsini artırır və xarici valyuta mübadiləsi bazarında Meksika pesosunun dəyərinə təsir etmir

42.

Borc kapitalı bazarında:

a)

təklif xalis kapital axını, tələb isə xalis ixracatdan irəli gəlir və real valyuta məzənnəsi tələb və təklifi tarazlaşdırır

b)

tələb milli əmanətlərdən, təklif isə yerli investisiya və xalis kapital axınından irəli gəlir və real faiz dərəcəsi tələb və təklifi tarazlaşdırır

c)

təklif xalis kapital axını, tələb isə xalis ixracatdan irəli gəlir və real faiz dərəcəsi tələb və təklifi tarazlaşdırır

d)

tələb xalis kapital axını, təklif isə xalis ixracatdan irəli gəlir və real valyuta məzənnəsi tələb və təklifi tarazlaşdırır

e)

təklif milli əmanətlərdən, tələb isə yerli investisiya və xalis kapital axınından irəli gəlir və real faiz dərəcəsi tələb və təklifi tarazlaşdırır

43.

Real valyuta məzənnəsi tarazlıq səviyyəsindən yüksək olarsa:

a)

dollar çatışmamazlığı dolların dəyərini aşağı salar

b)

dollar izafiliyi dolların dəyərini yüksəldər

c)

dolların təklif həcmi tələb həcmindən az olar

d)

dolların təklif həcmi tələb həcminə bərabər olar

e)

dolların təklif həcmi tələb həcmindən çox olar

44.

ABŞ vətəndaşı Yaponiyada istehsal olunan avtomobil idxal etdikdə:

a)

bu sövdələşmə dolların təklif həcmində azalma kimi deyil, dolların tələb həcmində artım kimi qəbul edilir

b)

bu sövdələşmə dolların həm tələb həcmində, həm təklif həcmində artım kimi qeyd edilir

c)

bu sövdələşmə dolların tələb həcmində artım kimi deyil, dolların təklif həcmində azalma kimi qəbul edilir

d)

bu sövdələşmə dolların təklif həcmində artım kimi deyil, dolların tələb həcmində azalma kimi qəbul edilir

e)

bu sövdələşmə dolların tələb həcmində azalma kimi deyil, dolların təklif həcmində artım kimi qəbul edilir

45.

ABŞ-dakı real faiz dərəcəsindəki artım:

a)

amerikalıları xarici aktivləri almağa sövq və əcnəbiləri ABŞ aktivlərini almaqdan çəkindirir


b)

əcnəbiləri xarici aktivləri almağa sövq edir

c)

amerikalıları ABŞ aktivlərini almaqdan çəkindirir

d)

amerikalıları xarici aktivləri almaqdan çəkindirir və əcnəbiləri ABŞ aktivlərini almağa sövq edir

e)

həm amerikalıları, həm də əcnəbiləri ABŞ aktivlərini almaqdan çəkindirir

46.

Yerli valyutanı digər ölkələrin valyutası ilə mübadilə etmək istəyən insanları koordinasiya edən bazar:

a)

İstehsal amilləri bazarı

b)

Əmək bazarı

c)

Borc kapitalı bazarı

d)

Əmtəə və xidmətlər bazarı

e)

Xarici valyuta mübadiləsi bazarı

47.

İqtisadiyyatdakı əmanətlər, investisiya və xalis borc kapitalı axınını koordinasiya edən bazar:

a)

İstehsal amilləri bazarı

b)

Əmək bazarı

c)

Xarici valyuta mübadiləsi bazarı

d)

Əmtəə və xidmətlər bazarı

e)

Borc kapitalı bazarı

48.

Doğru olanı seçin:

a)

Əmanət = Daxili investisiya + Xalis kapital axını


b)

Əmanət = Daxili investisiya + İstehlak xərcləri

c)

Əmanət = Daxili investisiya + Kapitalın uzaqlaşdırılması

d)

Əmanət = Daxili investisiya + Dövlət xərcləri

e)

Əmanət = Xarici investisiya + Xalis kapital axını

49.

Ölkədə yerləşən aktivlərə olan tələbdə böyük və qəfil azalma:

a)

Xalis kapital axını


b)

Alıcı qabiliyyəti pariteti

c)

Xarici valyuta mübadiləsi

d)

Kapitalın ölkədən uzaqlaşdırılması

e)

Xalis ixracat

50.

Xalis kapital axınını müəyyən edən əsas faktor:

a)

nominal faiz dərəcəsidir

b)

nominal valyuta məzənnəsidir

c)

xalis ixracatdır

d)

real valyuta məzənnəsidir

e)

real faiz dərəcəsidir

51.

Ölkədəki real faiz dərəcəsi təsir edir:

a)

Dövlət əmanətlərinə

b)

Xalis kapital axınına

c)

Daxili investisiyaya

d)

Bunların hamısı

e)

Fərdi əmanətlərə

52.

Xarici valyuta mübadiləsi bazarında hansı qiymət tələb və təklifi tarazlaşdırır:

a)

real faiz dərəcəsi

b)

istehsal amillərinin qiyməti

c)

nominal faiz dərəcəsi

d)

real valyuta məzənnəsi

e)

nominal valyuta məzənnəsi

53.

Əgər dövlət İzolandiyalılara polad idxal və ixrac etməyə icazə verərsə, poladın qiyməti və yerli polad bazarında satılan poladın həcmi ilə nə baş verər?

a)

ticarətə icazə verilmirsə, İzolandiyadakı qiymət dünyada üstünlük təşkil edən qiymətlə eyni səviyyədə olacaqdır


b)

ticarətə icazə verilərsə, İzolandiyadakı qiymət dünyada üstünlük təşkil etməyən qiymətlə eyni səviyyədə olacaqdır

c)

ticarətə icazə verilərsə, İzolandiyadakı qiymət dünyada üstünlük təşkil edən qiymətdən yuxarı səviyyədə olacaqdır

d)

ticarətə icazə verilərsə, İzolandiyadakı qiymət dünyada üstünlük təşkil edən qiymətlə eyni səviyyədə olacaqdır

e)

ticarətə icazə verilərsə, İzolandiyadakı qiymət dünyada üstünlük təşkil edən qiymətdən aşağı səviyyədə olacaqdır

54.

Hər hansı ölkə ticarətə icazə verərək əmtəə ixracatçısına çevrildikdə:

a)

yerli əmtəə istehlakçıları xeyir götürdüyü halda yerli əmtəə istehsalçıları itkilərə məruz qalır

b)

bunların hamısı

c)

qazananların gəlirlərinin itirənlərin itkilərini üstələməsi nöqteyi-nəzərindən ticarət dövlətin iqtisadi rifahına mənfi göstərir

d)

yerli əmtəə istehsalçıları xeyir götürdüyü halda yerli əmtəə istehlakçıları itkilərə məruz qalır

e)

qazananların gəlirlərinin itirənlərin itkilərini üstələməsi nöqteyi-nəzərindən ticarət dövlətin iqtisadi rifahına təsir göstərmir

55.

Polad üzərinə qoyulan rüsum poladın qiymətini qaldırır ki,

a)

yerli istehsalçılar bunun dünya qiymətindən də aşağı olmasını təklif edə bilər və nəticədə poladın istehsalının artırılmasına şəirait yaranar


b)

yerli istehsalçılar bunun dünya qiymətinə bərabər olmasını təklif edə bilər və nəticədə poladın istehsalının artırılmasına şəirait yaranar

c)

yerli istehsalçılar bunun dünya qiymətindən də yüksək olmasını təklif edə bilər və nəticədə poladın istehsalının azalmasına şəirait yaranar

d)

yerli istehlakşılar bunun dünya qiymətindən də yüksək olmasını təklif edə bilər və nəticədə poladın istehsalının artırılmasına şəirait yaranar

e)

yerli istehsalçılar bunun dünya qiymətindən də yüksək olmasını təklif edə bilər və nəticədə poladın istehsalının artırılmasına şəirait yaranar

56.

Əgər yerli qiymət yüksəkdirsə,

a)

İzolandiyada polad istehsalının maya dəyəri yüksək olur ki, bu da xarici ölkələrin polad istehsalında nisbi üstünlüyə malik olmasını təmin etmir

b)

İzolandiyada polad istehsalının maya dəyəri yüksək olur ki, bu da İzolandiyadanın polad ixracatçısına çevrilməsini təmin edir

c)

İzolandiyada polad istehsalının maya dəyəri yüksək olur ki, bu da xarici ölkələrin polad istehsalında müqləq üstünlüyə malik olmasını təmin edir

d)

İzolandiyada polad istehsalının maya dəyəri aşağı olur ki, bu da xarici ölkələrin polad istehsalında nisbi üstünlüyə malik olmasını təmin edir

e)

İzolandiyada polad istehsalının maya dəyəri yüksək olur ki, bu da xarici ölkələrin polad istehsalında nisbi üstünlüyə malik olmasını təmin edir

57.

Uzunmüddətli dövrdə məcmu tələbdəki dəyişiklik:

a)

qiymət istehsal səviyyəsində deyil, tam olaraq istehsal səviyyəsində əks olunur

b)

istehsal səviyyəsində deyil, tam olaraq faiz dərəcəsində əks olunur

c)

istehsal səviyyəsində deyil, tam olaraq qiymət səviyyəsində əks olunur

d)

istehlak səviyyəsində deyil, tam olaraq qiymət səviyyəsində əks olunur

e)

həm istehsal, həm də qiymət səviyyəsində əks olunur

58.

Qısamüddətli məcmu təklif əyrisinin mövqeyinə təsir edən yeni və mühüm dəyişən:

a)

kapitaldan irəli gələn yerdəyişmələrdir

b)

təbii ehtiyatlardan irəli gələn yerdəyişmələrdir

c)

işçi qüvvəsdəni irəli gələn yerdəyişmələrdir

d)

texnologiyadan irəli gələn yerdəyişmələrdir

e)

insanların qiymət səviyyəsi ilə bağlı gözləmələridir

59.

İqtisadiyyat uzunmüddətli tarazlıq halında olduqda əmək haqqları, qiymətlər və anlamalar elə bir şəkildə uyğunlaşmalıdır ki,

a)

istehsal öz təbii dərəcəsində qalsın və qiymət səviyyəsi yüksəlin

b)

məcmu tələbdəki dəyişiklik ümumi qiymət səviyyəsinə və istehsala təsir etsin

c)

məcmu təklif ilə uzunmüddətli məcmi təklifin kəsişməsi məcmu tələb ilə qısamüddətli məcmu təklifin kəsişməsi ilə eyni olsun

d)

aşağı əmək haqqı öz növbəsində məhsulların təklifini artırsın

e)

məcmu tələb ilə qısamüddətli məcmi təklifin kəsişməsi məcmu tələb ilə uzunmüddətli məcmu təklifin kəsişməsi ilə eyni olsun

60.

Nə üçün qısamüddətli məcmu təklif əyrisi dəyişə bilər?

a)

İşçi qüvvəsi və kapitaldan irəli gələn yerdəyişmələr


b)

Gözlənilən qiymət səviyyəsindən irəli gələn yerdəyişmələr

c)

Texnologiyadan irəli gələn yerdəyişmələr

d)

Bunların hamısı

e)

Təbii ehtiyatlardan irəli gələn yerdəyişmələr

61.

Nə üçün məcmu təklif əyrisi şaqulidir?

a)

Qiymət səviyyəsi real ÜDM-ni müəyyən edən uzunmüddətli faktorlara təsir etdiyinə görə

b)

Real dəyişən real ÜDM-ni müəyyən edən uzunmüddətli faktorlara təsir etmədiyinə görə

c)

Qiymət səviyyəsi real ÜDM-ni müəyyən edən qısamüddətli faktorlara təsir etmədiyinə görə

d)

Qiymət səviyyəsi real ÜDM-ni müəyyən edən uzunmüddətli faktorlara təsir etmədiyinə görə

e)

Qiymət səviyyəsi nominal ÜDM-ni müəyyən edən uzunmüddətli faktorlara təsir etmədiyinə görə

62.

Məcmu təklifdə yerdəyişmələr:

a)

iqtisadiyyatın əmtəə və xidmətlər istehsalında səbatsızlıqlara səbəb olur

b)

iqtisadiyyatın əmtəə və xidmətlər istehsalında səbatsızlıqlara səbəb olmur

c)

azalan istehsal və artan qiymətlər kombinasiyası olan inflyasiyaya səbəb olur

d)

umumi qiymət səviyyəsinə təsir etsə də, istehsala təsir etmir

e)

azalan istehsal və artan qiymətlər kombinasiyası olan staqflyasiyaya səbəb olur

63.

Uzunmüddətli dövrdə məcmu tələbdəki dəyişikliklər:

a)

azalan istehsal və artan qiymətlər kombinasiyası olan staqflyasiyaya səbəb olur

b)

azalan istehsal və artan qiymətlər kombinasiyası olan inflyasiyaya səbəb olur

c)

iqtisadiyyatın əmtəə və xidmətlər istehsalında səbatsızlıqlara səbəb olur

d)

iqtisadiyyatın əmtəə və xidmətlər istehsalında səbatsızlıqlara səbəb olmur

e)

umumi qiymət səviyyəsinə təsir etsə də, istehsala təsir etmir

64.

Verilmiş qiymət səviyyəsində xalis ixracat xərclərinin azalmasına səbəb olan hər hansı hadisə məcmu tələb əyrisinin yerini necə dəyişir?

a)

Sola doğru dəyişir

b)

Yuxarıya doğru dəyişir

c)

Sağa doğru dəyişir

d)

Dalğavarı dəyişir

e)

Nöqtə boyunca dəyişir

65.

Uzunmüddətli dövrdə əmtəə və xidmətlərin təklif həcmini nə müəyyən edir:

a)

İş qüvvəsi

b)

Texnologiya

c)

Təbii ehtiyatlar

d)

Bunların hamısı

e)

Kapital

66.

Gəlirlərin azaldığı, işsizliyin isə artdığı dövr daha ağır olduqda. Bu necə adlandırılır:

a)

geriləmə

b)

canlanma

c)

bunların hamsı

d)

yüksəliş

e)

depressiya

67.

Məcmu tələb əyrisi nə zaman sağa doğru sürüşəcəkdir:

a)

İnvestisiya xərcləri azaldıqda

b)

Yeni silah sisteminin alışı azaldıqda

c)

Pul təklifi azaldıqda

d)

ABŞ hökuməti daha çox magistral yollar tikməyə başladıqd

e)

İnvestisiya vergi imtiyazı ləğv olunduqda

68.

Uzunmüddətli dövrdə məcmu tələbdəki dəyişikliklər ümumi qiymət səviyyəsinə təsir etsə də nəyə təsir etmir:

a)

istehlaka


b)

faiz dərəcəsinə

c)

investisiyaya

d)

istehsala

e)

yığıma

69.

Yüksək faiz dərəcəsi borc götürməyi daha baha edir ki,

a)

Bu da investisiya xərclərini artırır

b)

Bu da sosial xərcləri artırır

c)

Bu da investisiya xərclərini azaldır

d)

Bu da innovasiya xərclərini artırır

e)

Bu da istehlak xərclərini azaldır

70.

Stimullaşdırıcı fiskal siyasət hansı məqsədlə istifadə olunmalıdır:

a)

inflyasiyanın azaldılması üçün


b)

dövlət büdcəsi kəsirinin azaldılması üçün

c)

inflyasiya boşluğunun ləğv edilməsi üçün

d)

resessiya boşluğunun ləğv edilməsi üçün

e)

faiz dərəcəsinin azaldılması üçün

71.

İstehlak xərcləri artdığına görə vergilərin azalması:

a)

Məcmu təklif əyrisi yerini sağa doğru dəyişir

b)

Məcmu təklif əyrisi yerini sola doğru dəyişir

c)

Məcmu tələb əyrisi sabit qalır

d)

Məcmu tələb əyrisi yerini sağa doğru dəyişir

e)

Məcmu tələb əyrisi yerini sola doğru dəyişir

72.

Dövlət şəxsi gəlir vergisini azaltdıqda:

a)

Ailənin xalis qazancını azaldır

b)

Ailənin real gəliri azalır

c)

Ailə şəxsi qazancına qənaət edir

d)

Ailənin xalis qazancını artırır

e)

Ailənin xalis qazancı sabit qalır

73.

Keynsin faiz dərəcəsinin pul təklifini və pula olan tələbini tarazlışdıracaq şəkildə dəyişdiyini göstərən nəzəriyyə- Bu:

a)

Mütləq üstünlük nəzəriyyəsi

b)

İqtisadi artım nəzəriyyəsi

c)

Nisbi üstünlük nəzəriyyəsi

d)

Likvidliyin üstünlüyü nəzəriyyəsi

e)

Pulun miqdar nəzəriyyəsi

74.

Keynsə görə investisiyaların faiz dərəcəsinin dəyişməsinə həssaslığı nə qədər az olsa:

a)

İS əyrisi bir o qədər qeyri-elastik olar

b)

LM əyrisi tamamilə elastik olar

c)

İS əyrisi bir o qədər elastik olar

d)

LM əyrisi bir o qədər qeyri-elastik olar

e)

İS əyrisi tamamilə elastik olar

75.

Əmtəə bazarında müvazinəti göstərən İS əyrisinin elastikliyi nədən asılıdır?

a)

Yığımın faiz dərəsəsinin dəyişməsindən Multiplikatorun ölçülərindənYığıma son hədd meylliyindənBunların hamısıİnvestisiyaların dəyişməsindən

b)

Multiplikatorun ölçülərindən

c)

Yığıma son hədd meylliyindən

d)

Bunların hamısı

e)

İnvestisiyaların dəyişməsindən

76.

İS əyrisinin yerdəyişməsi nəticəsində:

a)

müvazinətli milli gəlir aşağı düşür, eyni zamanda müvazinətli faiz dərəcəsi artır

b)

həm müvazinətli milli gəlir, həm də müvazinətli faiz dərəcəsi artır

c)

müvazinətli milli gəlir atrır və eyni zamanda müvazinətli faiz dərəcəsi aşağı düşür

d)

həm müvazinətli milli gəlir, həm də müvazinətli faiz dərəcəsi aşağı düşür

e)

müstəqil xərclərin artması nəticəsində İS-LM modelinin müvazinəti dəyişmir