Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

maliyyə nəzarəti və audio ÜMUmi

Total questions: 28

Worksheet time: 14mins

Name
Class
Date
1.

İlk dəfə auditorların fəaliyyətini tənzimləyən qanunvericilik aktı hansı ölkədə və nə vaxt qəbul edilmişdir?

a)

Fransada - 1318-ci ildə

b)

Rusiyada - 1656-cı ildə

c)

ABŞ-da - 1883-cü ildə

d)

İngiltərədə - 1285-ci ildə

e)

Almaniyada - 1566-cı ildə

2.

Maliyyə nəzarəti....

a)

maliyyənin bölüşdürücü funksiyasının həyata keçirilməsi formasıdır

b)

bələdiyyələrin pul fondlarının formalaşdırılması, bölüşdürülməsi və istifadəsi üzərində qeyri-dövlət orqanlarının və təşkilatlarının nəzarətidir

c)

nəzarət funksiyaları verilmiş ictimai orqanların istehsalın səmərəliliyinin yüksəldilməsi istiqamətində həyata keçirdikləri nəzarətdir

d)

özünəməxsus, spesifik forma və metodlar tətbiq etməklə maliyyə və təsərrüfat əməliyyatlarının yoxlanılması üzrə dövlət və qeyri- dövlət orqanlarının fəaliyyətlərinin məcmusudur

e)

regionların sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə ictimai təşkilatlar tərəfindən həyata keçirilən nəzarətdir

3.

İdarəetmənin hansı funksiyası təşkilatın fəaliyyətinin məqsədinin və bu məqsədə nail olmaq üçün daha effektiv metod və vasitələrin müəyyənləşdirilməsini nəzərdə tutur?

a)

Motivasiya funksiyası

b)

Təşkilatçılıq funksiyası

c)

Planlaşdırma funksiyası

d)

Nizamlama funksiyası

e)

Nəzarət funksiyası

4.

V.J.Rıkunova görə idarəetmənin hansı funksiyası müəssisənin normal fəaliyyətinin və ya sistemin müvazinətinin təmin edilməsinə yönəlmişdir?

a)

Koordinasiya funksiyası

b)

Planlaşdırma funksiyası

c)

Kadr təminatı funksiyası

d)

Nizamlama funksiyası

e)

Nəzarət funksiyası

5.

Maliyyə nəzarəti bu elmlərdən hansı ilə qarışılıqlı əlaqədə fəaliyyət göstərmir?

a)

İqtisadi təhlil

b)

Statistika

c)

Maliyyə

d)

Arxeologiya

e)

Mühasibat uçotu

6.

Azərbaycan Respublikasının Hesablama Palatası...

a)

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 09 Fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə yaradılan, dövlət büdcəsinin, o cümlədən məqsədli büdcə fondlarının və büdcə təşkilatlarının büdcədənkənar vəsaitlərinin, habelə dövlət zəmanəti ilə alınmış kreditlərin məqsədli və səmərəli xərclənməsi üzərində dövlət maliyyə nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır

b)

“Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaradılan, ölkə ərazisində auditor xidmətinin dövlət tənzimlənməsini təşkil edən, auditor xidmətinin inkişafına və təkmilləşdirilməsinə yönəlmiş normativ aktların layihələrini, tədbirlər sistemini hazırlayan, dövlətin, təsərrüfat subyektlərinin və auditorların (auditor təşkilatlarının) mənafelərini müdafiə edən müstəqil maliyyə nəzarəti orqanıdır

c)

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 288 nömrəli Fərmanı ilə yaradılan, qiymətli kağızlar bazarı, investisiya fondları, sığorta, kredit təşkilatları, valyuta mübadiləsi fəaliyyəti və ödəniş sistemləri sahəsində fəaliyyətin lisenziyalaşdırılmasını, tənzimlənməsini və həmin sahələrə nəzarətin həyata keçirilməsini təmin edən dövlət nəzarəti orqanıdır

d)

Azərbaycan Respublikasının Konstitusiyasının 92-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən yaradılan, Milli Məclisə hesabat verən, daimi fəaliyyət göstərən, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarının büdcələrindən ayrılan vəsaitlərin qanunauyğun, məqsədyönlü, səmərəli və təyinatı üzrə istifadəsinə nəzarəti həyata keçirən, dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcə layihələrinə, dövlət büdcəsinin icrası barədə illik hesabata rəy verən ali audit orqanıdır

e)

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi tədbirləri haqqında” 09 Fevral 2009-cu il tarixli 48 nömrəli Fərmanı ilə yaradılan, dövlət büdcəsinin kassa icrasını həyata keçirən və həmin maliyyə əməliyyatlarının uçotunu aparan, dövlətə məxsus maliyyə vəsaitlərinin vahid mərkəzdən idarə edilməsi, bu vəsaitlərin daxil olması və məqsədyönlü xərclənməsi sahəsində cari nəzarəti həyata keçirən icra hakimiyyəti orqanıdır

7.

Vergi nəzarətinin ən effektiv forma və növlərindən sayılan səyyar vergi yoxlamalarının üstünlüklərinə və xüsusiyyətlərinə aid edilmir

a)

Səyyar vergi yoxlamaları vergi hüquq pozmalarının, vergidən yayınma hallarının qarşısının alınmasına istiqamətlənir

b)

Səyyar verdi yoxlamaları vergi ödəyicisinin konkret dövr ərzində fəaliyyətinin daha dərindən yoxlanılmasını nəzərdə tutur və nöqsanların vaxtında aşkar edilib, aradan qaldırılmasına şərait yaradır

c)

Səyyar vergi yoxlamalarının keçirilməsi üçün vergi orqanının rəhbərinin qərarı və bir o qədər də çox vaxt tələb olunmur və bu yoxlamalar yalnız vergi bəyannamələrinin yoxlanılması ilə məhdudlaşır

d)

Səyyar vergi yoxlamalarının yekunları üzrə aşkar olunan nöqsanların, hüquq pozma hallarının xarakteri vergi nəzarətinin hansı istiqamətlərdə təkmilləşdirilməsinin zəruri olduğunu ortaya çıxarmağa imkan verir

e)

Səyyar vergi yoxlamaları vergi ödəyiciləri ilə sıx əlaqəni təmin edir, onlar haqqında daha səhih məlumatlar əldə etməyə imkan verir

8.

Azərbaycanda vergi nəzarətinin subyekti kimi hazırda hansı qurum çıxış edir?

a)

AR Maliyyə Nazirliyi

b)

AR Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

c)

AR Vergilər Nazirliyi

d)

AR İqtisadiyyat Nazirliyi

e)

AR Mərkəzi Bankı

9.

Auditorların öz fəaliyyətlərində əsas götürdükləri prinsiplərdən peşə davranışı prinsipi peşəkar auditorların üzərinə bəzi öhdəlikləri qoyur. Aid olmayanı göstərin

a)

müvafiq qanunvericiliyə və tənzimləyici qaydalara riayət etmək

b)

peşəni gözdən sala bilən hər hansı hərəkətlərdən çəkinmək

c)

təklif edə bildikləri xidmətləri, malik olduqları ixtisası və ya əlavə etdikləri təcrübəni şişirtməmək

d)

peşə biliklərini və vərdişlərini müştəriyə və ya işəgötürənə ixtisaslı peşəkar xidmətlər göstərməyə imkan verən səviyyədə saxlamaq

e)

ləkələyici istinadlar etməmək və ya başqa şəxslərin işi ilə əsassız münaqişələr aparmamaq

10.

Normativ sənədlərdə əks olunma səviyyəsinə görə maliyyə nəzarətinin prinsipləri aşağıdakı kimi təsnifləşdirilir. Uyğun olmayanı qeyd edin

a)

Beynəlxalq hüquqi aktlarda (konvensiyalarda, sazişlərdə) birbaşa göstərilən prinsiplər

b)

Normativ sənədlərdə öz əksini tapmayan prinsiplər

c)

Başqa normativ sənədlərdə (Auditorların Peşə Etikası Məcəlləsi) göstərilən prinsiplər

d)

Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamlarında əks olunan prinsiplər

e)

AR qanunlarında (Hesablama Palatası haqqında Qanun)birbaşa göstərilən prinsiplər

11.

İstehsalın və texnoloji proseslərin təşkilinə nəzarət zamanı maliyyə nəzarətinin hansı metodundan istifadə daha məqsədəuyğundur?

a)

Sorğu

b)

Sintez

c)

Təhlil

d)

Müşahidə

e)

İnventarizasiya

12.

Təftiş aktının əsaslandırma (məzmun) hissəsi hazlrlanarkən nəzarətin nəticələrinin ümumiləşdirlməsinin və reallaşdırılmasının bəzi üsullarından istifadə edilir. Uyğun olmayanı göstərin

a)

Təftişin nəticələri üzrə qərarların qəbul edilməsi

b)

Analitik qruplaşma

c)

Aralıq aktın tərtib olunması

d)

Nöqsanların fərqləndirilməsi

e)

Çatışmamazlıqların sistemləşdirilmiş şəkildə qruplaşması

13.

Ali audit orqanının (Hesablama Palatası) reallaşdırdığı auditin keçirilmə formaları hansılardır?

a)

Qismən, tam, kameral

b)

Növbəti və növbədənkənar

c)

Səyyar və kameral

d)

Çarpaz, tematik , kompleks

e)

Sənədli, faktiki , qarşılıqlı

14.

Hesablama Palatası tərəfindən həyata keçirilməsi nəzərdə tutulan nəzarət tədbirinin başlanmasından ən azı neçə gün əvvəl nəzarət obyektinə bu barədə bildiriş göndərilir?

a)

15gün

b)

3gün

c)

30gün

d)

5gün

e)

10gün

15.

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti nəzarət tədbirlərini səlahiyyətlərinə uyğun olaraq bu metodlardan istifadə etməklə həyata keçirir. Aid olmayanı qeyd edin

a)

Təftiş

b)

Monitorinq

c)

Təhlil

d)

Eksperiment

e)

Yoxlama

16.

Maliyyələşmə mənbəyinə görə aşağıdakı idarəetmə subyektlərini ayırd edirlər. Səhv olanı göstərin:

a)

büdcə hesabına maliyyələşənlər

b)

    sahibkarlıq fəaliyyəti hesabına maliyyələşənlər

c)

təsisçi hesabına maliyyələşənlər

d)

müxtəlif mənbələr hesabına maliyyəşənlər

e)

auditorlar tərəfindən maliyyələşənlər

17.

Aşağıda sadalananlardan hansını S.V.Stepaşin “Dövlət maliyyə nəzarəti” əsərində milli gəlirin istehsalı, bölüşdürülməsi və onun səmərəli istifadəsinə dair, bir tərəfdən dövlət, digər tərəfdən hüquqi və fiziki şəxslər arasında yaranan münasibətlər kimi müəyyən edir.

a)

maliyyə nəzarətinin obyektini

b)

maliyyə nəzarət metodunu

c)

maliyyə nəzarət formasını

d)

maliyyə nəzarət subyektini

e)

maliyyə nəzarət sistemini

18.

İnzibati qanunvericilik çərçivələrində fəaliyyət göstərən orqanlara aid deyil:

a)

AR Hesablama Palatası

b)

Kommersiya auditor təşkilatları

c)

Dövlət maliyyə nəzarəti orqanları

d)

Bələdiyyə maliyyə nəzarəti orqanları

e)

Təşkilatların daxili nəzarət orqanları

19.

Vavilonda şah Xammurapinin kodeksinə görə ilk dəfə müstəqil uçot aparılması kimə tapşırılmışdı:

a)

mühasiblərə

b)

auditorlara

c)

tacirlərə

d)

nazirlərə

e)

vəzifəli şəxslərə

20.

Audit standartları, audit aparılması şərtlərindən asılı olmayaraq, auditor peşəsinin bütün nümayəndələri tərəfindən metodoloji məsələlərə əməl edilməklə....... müəyyən edir. Yanlış variantı seçin

a)

baza prinsiplərinə riayət edilməsini

b)

auditin aprılmasına ümumi yanaşmanı

c)

vergilərin ödənilməsini qaydalarını

d)

auditor hesabatının növlərini

e)

auditor yoxləmasının həcmini

21.

Ərazi təşkilat səviyyəsinə görə ayırd edilən nəzarət subyektləri. Yanlış cavabı göstərin:

a)

beynəlxalq

b)

dövlət

c)

regional

d)

auditor

e)

ayrıcıca müəssisə və təşkilat

22.

Maliyyə nəzarətinin funksiyasını göstərin:

a)

bölgü

b)

yenidən bölgü

c)

tənzimləyici

d)

stimullaşdırıcı

e)

önləyici tədbirlər

23.

Nəzarətin hansı növü dəyər kateqoriyalarının istifadəsi ilə əlagələndirilir?

a)

Sanitar

b)

İnzibati

c)

Maliyyə

d)

Ekoloji

e)

Texnoloji

24.

Maliyyə nəzarətinin obyekti nədir?

a)

beynəlxalq münasibətlər

b)

təsərrüfat münasibətləri

c)

iqtisadi münasibətlər

d)

bölgü münasibətləri

e)

·      variantların heç biri düz deyil

25.

İstehsal fondlarının bərpası, genişləndirilməsi və ictimai tələbatın ödənilməsi ilə bağlı olan əməliyyatları maliyyə nəzarəti təkrar istehsalın hansı mərhələsində yoxlayır ?

a)

mübadilə

b)

bölğü

c)

istehsal

d)

istehlak

e)

nəticələrinin qəbulu

26.

Maliyyə nəzarəti müqavilə münasibətlərinə ictimai təkrar istehsalın hansı mərhələsində nəzarət edir?

a)

mübadilə

b)

bölğü

c)

istehsal

d)

istehlak

e)

nəticələrinin qəbulu

27.

Maliyyə nəzarəti sistemi nədir?

a)

·      məhsuldar güvvələrin və istehsal münasibətlərinin nizama salınmasl məqsədi ilə onların inkişafına mənfi təsir edən amilləri aşkar edir

b)

·      maddi, əmək və maliyyə resurslarının rasional xərclənməsi sahəsində konkret metodlarla iqtisadiyyatı idarə etməyi təmin edir

c)

ü maliyyənin spesifik mexanizmi vasitəsilə reallaşdırılan maliyyə nəzarətinin obyekti haqqında idarə edən, nəzarət edən və nəzarət edilən subyektlərin qarşılıqlı əlaqəsidir

d)

·      dövlət büdcəsi vasitələrindən istifadə ilə əlaqədar qanundan kənara çıxma hallarını müəyyən edir

28.

İşlənib hazırlanma səviyyəsindən asılı olaraq audit standartlarının aşağıdakı səviyyələri vardır. Aid olmayanı göstərin:

a)

beynəlxalq auditor standartları

b)

bir sıra ölkələrin auditor təşkilatlarının üzv olduqları professional mühasıbat audit birlikləriniun birgə audit standartları

c)

istehsal müəssisələrinin auditorlarının audit standartları

d)

·     

konkret ölkənin milli audit standartları

e)

·      ölkədaxili professional audit birliklərinin audit standartları