NEW
Font size
WorksheetsKurikulum ümumi sınaq 1
Total questions: 15
Worksheet time: 15mins
Müəllim dərs zamanı asetonun fiziki və kimyəvi xassələrini şagirdlərə öyrədir. Lakin bu maddənin insan həyayında vacibliyindən bəhs etmir. Burada ümumi təhsilin təşkilinə dair ümumi pe daqoji tələblərdən hansı pozulmuşdur?
dəstəkləyici mühitin yaradılması
inkişafyönümlülük
təhsildə bərabər imkanlarıın yaradılması
inklüzivlik
pedaqoji prosesin tamlığı
Öyrənmə bacarıqlarına aid deyil:
kritik düşüncə
kreativ düşüncə
kommunikasiya
kooperasiya
sosiallıq
Hansı fikir doğru deyil?
Tədrisə köməkçi heyət-tibb xidməti işçiləri təhsil prosesinin iştirakçılarıdır
Respublika fənn olimpiadalarının qalibləri istənilən ixtisas üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunurlar
Məzmun standartı summativ qitmətləndirilmənin keçirilməsini təmin edir
Ali təhsil təhsilin pilləsidir
Övladını dəyərlərə hörmət ruhunda tərbiyə etmək valideynin vəzifəsidir
“Müəllim təhsilanlar tərəfindən ona verilən şəxsi məlumatların məxfiliyini qorumalıdır”
Verilmiş cümlə müəllimin etik davranış qaydalarından hansına daha çox uyğundur?
loyallıq
vicdanlılıq
qərəssizlik
mədəni davranış
konfidensiallıq
“Şagird dərsdən sonrakı vaxtını səmərəli bölür.”
Verilmiş situasiya hansı düşünməyə daha çox uyğundur?
verbal
qeyri-verbal
analoji
sistemli
ardıcıl
“Summativ zamanı şagirdlərdən biri yanındakı yoldaşı ilə danışır. Müəllim onlara müdaxilə edərək qaydanı pozduğunu xatırladır. Şadird isə yoldaşı ilə danışmadığını, onun pozanı olub-olmamasını soruşduğunu deyir.”
Verilmiş situasiyada şagird hansı məntiq xətasına yol verir?
çoxmənalı danışıq
özünü bənzətmək
sirkulyar arqument
boş adam
şəxsi qərəzlilik
Tənqidi düşünən insan:
1.Problemin yaranma səbəbini araşdırır
2. Problemi sistemli şəkildə həll edir
3. Şəxsi seçimlərini dəlillərdən üstün tutur
4. Məlumatları qruplaşdırır
5. Bir fikrin çoxları tərəfindən qəbul edilməsini həmin fikrin etibarlı olması ilə əlaqələndirir
Yuxarıda verilmiş fikirlərdən neçəsi doğrudur?
1
2
3
4
5
Yaradıcı təfəkkürü inkişaf etdirmək üçün istifadə olunan üsullara aid deyil:
Beyin həmləsi
4N1KH üsulu
Fakt yoxsa fikir
Analogiyanın tapılması
Əşyaların qeyri-adi istifadəsi
“Şagird tarix fənnindən öyrəndiyi mövzunu yaxşı yadda saxlamaq üçün daim müzakirə aparır. O hesab edir ki, müzakirə onun öyrənməsini təmin edir”
Verilmiş situasiya hansı bilik növünə aiddir?
metakoqnitiv
terminoloji
konseptual
prosedural
spesifik
Dərs zamanı müəllimi diqqətlə dinləyən şagird, müzakirə zamanı qeydlər aparır”Verilmiş situasiya taksonomiyanın affektiv sahəsinin hansı mərhələsinə aid oluna bilər?
qəbuletmə
cavabvermə
dəyərləndirmə
təşkiletmə
xarakterizəetmə
Rəssamlıq üzrə dərnəyə yazılan şagird müəllimin göstərdiklərini təkrar edərək şəkil çəkir. Verilmiş situasiya psixomotor taksonomiyanın hansı mərhələsinə aiddir?
dəqiqlik
imitasiya
artikulyasıya
manipulyasiya
təbiiləşmə
Avtomobillərin istifadəsinin təbiətə ziyanı ilə bağlı mövqeyini bölüş, arqumentlər gətir. Verilən tapşırıq Blumun idrak takso nomiyasının ... mərhələsinə uyğundur.
Tətbiq etmək
Xatırlamaq
Dəyərləndirmək
Təhlil etmək
Yaratmaq
Refleksiyaya aid olmayanı seçin.
Şagirdlərdə yuxarı təfəkkür səviyyəsini formalaşdırmış olur
Bu proseslə müəllim həm də öz fəaliyyətini qiymət ləndirmiş olur.
Müəllimə növbəti dərslərin planlaşdırılmasına dəyişiklik etmək imkanı verir
Şagirdlər üçün keçilən mövzuya maraq oyatmaqla onların akademik nəticələrini artırır
Metakoqnitiv biliyi formalaşdırır
“ Gərək bu tapşırığı həll edərkən düsturdan istifadə edərdin. Səhv yazmısan. “ Verilmiş rəylə bağlı hansı fikir doğrudur?
Gələcəyə yönəlikdir
Həssaslıqla çatdırılıb
Keçmişə yönəlikdir
Konstruktivdir
İdraki fəaliyyətə əsaslanır
“Rəqəmsal bacarıqlar “ sinifləri ilə adi siniflərin fərqi nədir?” Verilmiş sual Blumun İdrak taksonomiyasının hansı mərhələsinə aiddir?
tətbiq etmək
təhlil etmək
xatırlamaq
yaratmaq
dəyərləndirmək
