NEW
Font size
WorksheetsMəlumat azadlığı haqqında Qanun (ilk dərs)
Total questions: 20
Worksheet time: 10mins
Məlumat azadlığının məhdudlaşdırılmasına hansı hallarda yol verilir?
Heç bir halda;
Yalnız Konstitusiyada nəzərdə tutulmuş hallarda;
Beynəlxalq normalara uyğun olaraq;
Yalnız cəmiyyətin istədiyi hallarda;
Məlumat münasibətlərinin subyektləri kimlərdir?
vəzifəli şəxslər;
fiziki və hüquqi şəxslər;
əcnəbilər;
dövlət orqanları;
Hər kəs istədiyi məlumatı hansı yolla əldə edə bilər?
qanuni yolla;
qeyri-qanuni yolla;
istədiyi yolla;
göstərilən yolla;
Bu qanunun məqsədləri üçün məlumat dedikdə təbiətdə, cəmiyyətdə və .... baş vermiş hadisələr, proseslər, faktlar və şəxslər haqqında xəbərlər başa düşülür.
iqtisadiyyatda;
siyasətdə;
dövlətdə;
həyatda;
Məlumat azadlığı Konstitusiyanın neçənci maddəsinə uyğun həyata keçirilir?
56;
51;
54;
50;
Məlumat azadlığı haqqında Qanun nəyi tənzimləyir?
Məlumat azadlığının həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri;
Məlumat azadlğının yaranması ilə əlaqədar olan münasibətləri;
Hüquqların həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri;
Bütün azadlıqların həyata keçirilməsi ilə əlaqədar yaranan münasibətləri;
Məlumat azadlığının həyata keçirilməsinin əsas prinsiplərindən hansı düzgün deyil?
məlumat azadlığının təmin edilməsi;
məlumatın tamlığı;
məlumatın həqiqiliyi;
məlumatın subyektivliyi;
Məlumatın əldə edilməsi yollarından düzgün olmayanı seçin.
dövlət hakimiyyəti orqanlarının və bələdiyyələrin öz fəaliyyətləri və qəbul olunmuş qərarları barədə məlumatlar vermələri yolu ilə;
dövlət hakimiyyəti orqanlarında məlumatın əldə edilməsi üçün informasiya xidmətlərinin yaradılması ilə;
vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yaradan fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə əhaliyə dərhal məlumat verilməsi ilə;
media subyektlərində dövlət senzurasına yol verilməsi ilə;
Məlumatın əldə edilməsi üçün təminatlardan hansı düzgündür?
vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yaradan fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə əhaliyə dərhal məlumat verilməsi ilə;
vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yaradan fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə əhaliyə 24 saat ərzində məlumat verilməsi ilə;
vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yaradan fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə əhaliyə 3 gün ərzində məlumat verilməsi ilə;
vətəndaşların həyatı və sağlamlığı üçün təhlükə yaradan fövqəladə hallar, təbii fəlakətlər və qəzalar barədə əhaliyə gün ərzində məlumat verilməsi ilə;
Məlumatın əldə edilməsinin təminatı yollarında hansı aktların əhalinin nəzərinə çatdırılmasından bəhs olunur?
hüquqi aktların;
normativ xarakterli aktların;
normativ-hüquqi aktların;
qanunların;
Verilənlərdən hansı məlumat mənbələrinə aid deyil?
açıq çıxışlar;
məlumatları özündə əks etdirən yalnız sənədlər;
kütləvi informasiya vasitələrinin məlumatları;
məlumatları özündə əks etdirən sənədlər və başqa daşıyıcılar;
Açıq məlumatın əldə edilməsi üsullarından hansı düzgün deyil?
rəsmi və qeyri-rəsmi nəşrlərlə;
fiziki və hüquqi şəxslərə təqdim edilməsi ilə;
kütləvi informasiya vasitələrinin yayılması ilə;
internet informasiya ehtiyatları vasitəsi ilə;
Açıq məlumatın alınması qaydası və şərtləri hansı ilə müəyyən olunmur?
müqavilə ilə;
Məlumat azadlığı haqqında Qanunla;
İnformasiya əldə etmək haqqında Qanunla;
beynəlxalq hüquq normaları ilə;
Məlumatın əldə edilməsi üçün sorğunun verilməsi qaydası hansı qanuna uyğun tənzimlənir?
İnformasiya əldə etmək haqqında Qanuna;
Məlumat azadlığı haqqında Qanuna;
Vətəndaşların müraciətləri haqqında Qanuna;
Fərdi məlumatlar haqqında Qanuna;
Məlumatın verilməməsi barədə hansına şikayət etmək olar?
məlumat sahibinin aşağı orqanına;
İnsan hüquqları üzrə müvəkkilə;
Yalnız Konstitusiya Məhkəməsinə;
İnsan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən şəxslərə;
Məlumatın verilməməsi barədə hansına şikayət etmək olar?
məlumat sahibinin yuxarı orqanına;
məlumat sahibinin aşağı orqanına;
yalnız Konstitusiya Məhkəməsinə;
İnsan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət göstərən şəxslərə;
Şəxsiyyətin dini mənsubiyyəti və əqidəsi haqqında məlumat hansı hallarda toplanıla bilər?
qanunla müəyyən edilmiş hallarda;
heç bir halda;
yalnız könüllü təqdim edildikdə;
dövlət orqanları istədikdə;
Məlumatın verilməməsinin qanuniliyini sübut etmək hansının üzərinə düşür?
Məlumat sahibinin yuxarı orqanının;
İnsan hüquqları üzrə müvəkkilin;
Məhkəmənin;
Cavabdehin;
Şəxsiyyətin onun haqqında məlumatın toplanması ilə əlaqədar hüquqlarından hansı düzgündür?
onun haqqında toplanılan məlumatla tanış olmaq;
Məlumatın toplanılmasına mane olmaq;
Məlumatın toplanılmasını tələb etmək;
Məlumatın saxlanılması şərtlərini müəyyən etmək;
Şəxsiyyətin onun haqqında məlumatın toplanılması ilə bağlı hansı qanuna uyğun digər hüquqları da vardır?
İnformasiya əldə etmək haqqında Qanuna;
Məlumat azadlığı haqqında Qanuna;
Fərdi məlumatlar haqqında Qanuna;
İnzibati icraat haqqında Qanuna;
