wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

300-400

Total questions: 100

Worksheet time: 50mins

Name
Class
Date
1.

Beynəlxalq əmtəə (mal) birjası mal nomenklaturasına görə hansı növləri yoxdur?

a)

universal birjalar

b)

qapalı birjalar

c)

qeyri-ixtisaslaşmış birjalar

d)

dar ixtisaslaşmış birjalar

e)

ixtisaslaşmış birjalar

2.

İnkişaf etmiş ölkələrdə birjalar təşkilati-hüquqi nöqteyi-nəzərdən necə bölünür?

a)

ümumi və kütləvi birjalar

b)

kütləvi və xüsusi birjalar

c)

açıq və qapalı birjalar

d)

qapalı, ümumi və xüsusi birjala

e)

ümumi və xüsusi birjalar

3.

Birja komitəsinin səlahiyyətlərinə nə aid deyil?

a)

birjanın maliyyə vəsaitlərindən istifadəyə sərəncam verilməsi

b)

birjanın iş qaydaları haqqında qərar qəbul edilməsi

c)

birjanın bütün işləri üzrə dövlət təşkilatlarında təmsil olunması

d)

birja üçün zəruri olan bölmələrin yaradılması

e)

birja üzvlərinin ümumi iclasları arasındakı dövrdə bica fəaliyyətinə rəhbərlik edilməs

4.

Aşağıdakılardan hansı kontraktın nəqliyyat şərtlərinə daxil deyil:

a)

malın göndərilmə müddəti

b)

nəqliyyat risklərinin sığortalanma qaydaları

c)

mal müşayiət sənədləri

d)

maldan istifadə haqqında sənəd

e)

daşıyıcının adı

5.

Tranzitiv iqtisadiyyat nə deməkdir

a)

malların tranzit üsulla daşınması ilə bağlı olan iqtisadiyyat sahəsidir

b)

keçid dövrünün iqtisadiyyatı deməkdir

c)

milli bazarın inkişaf etdirilməsi nə yönəldilmiş iqtisadiyyatdır

d)

heç bir iqtisadi sazişlərə qoşulmayan ölkənin apardığı iqtisadi siyasətdir

e)

xidmət sahələrinin iqtisadiyyatı deməkdir

6.

BOT sövdələşmələri sxeminin mahiyyəti nədən ibarətdir?

a)

bu zaman özəl subyekt tam layihəni tikib başa çatdırır və onu hökumətə icarəyə verir

b)

bu zaman konsessiya müqaviləsi ilə obyektin tikintisini həyata keçirilir, sonra isə onun istismarına yardım edilir

c)

bu zaman layihəyə olan mülkiyyət hüququ bir qayda olaraq layihə şirkətinin özündə qalır

d)

bu zaman mülkiyyət hüququnun faktiki olaraq verilməsi nəzərdə tutulmur

e)

tikintinin ödənişi, orada istehsal olunan məhsulun qabaqcadan müəyyən olunmuş nisbətlərdə göndərilməsi ilə nəzərdə tutulur

7.

Qarşılıqlı alışlara nə daxil deyil?

a)

paralel sövdələşmələr

b)

üçbucaqlı (üçtərəfli) sövdələşmə

c)

birtərəfli sövdələşmələr

d)

«svitç» sövdələşmələr

e)

«offset» sövdələşmələr

8.

Broker kimdir?

a)

uzun müddətə alıcı ilə satıcının əlaqəsini yaradan firmalardır

b)

başqasının adından və başqasının hesabına əməliyyatların həyata keçirilməsində vasitəçi rolunu yerinə yetirəndir

c)

anbarı olan, ticarət şəbəkəsi olan iri kompaniyalardır

d)

uzun müddət əlaqə yaradan anbarı olan vasitəçilərdir

e)

qısa müddətli əlaqələri yaradan, malı alıb özününküləşdirən firmalardır

9.

Franşiza nədir?

a)

maliyyə lizinqinin bir növüdür ki, bu zaman lizinq predmetinin satıcısı eyni zamanda lizinqalan qismində də iştirak edir

b)

firmanın adından və texnologiyasından istifadə etmək hüququ verməklə biznesin aparılması şərtlərinin əks olunduğu müqavilədir

c)

lizinqin elə bir növüdür ki, bu zaman lizinq verən öz təhlükə və riski əsasında əmlak əldə edir

d)

qarşılıqlı tələblərin və öhdəliklərin nəzərə alınmasına əsaslanan nağdsız hesablaşma sistemidir

e)

müştərinin debitor borcunun inkasso edilməsidir ki, bu vaxt hesablar dərhal və ya borclar ödənildikcə verilə bilər

10.

Komisyon mükafat nədir?

a)

ərzaq mallarının satışına görə alınan mükafat

b)

müxtəlif xidmətlərin, sazişlərin və müqavilələrin təşkilinə görə vasitəçiyə verilən muzd, haqqdır

c)

müxtəlif xidmətlərin təşkilinə görə istehsalçıya verilən mükafat

d)

məişət cihazlarının təhvil verilməsinə görə mükafat

e)

mebel mallarının satışından alınan mükafat

11.

Hansı firmalar ticarət-vasitəçi firmalardır?

a)

istеhsalçı tərəfindən onun əmtəələrini satmaq üçün yaradılan firmalardır

b)

hüquqi və təsərrüfat münasibətləri cəhətdən istеhsalçı və istеhlakçıdan asılı olmayan firmalardır

c)

hüquqi şəxs olmayan və istеhsaldan asılı olan firmalardır

d)

hüquqi və təsərrüfat munasibətləri cəhətdən istеhsalçı və istеhlakçıdan asılı olan firmalardır

e)

bеynəlxalq ticarət əlaqələrini həyata kеçirən firmalardır

12.

Təkrar satış üzrə əməliyyatlar necə həyata keçirilir?

a)

agentin adından və onun hesabına həyata keçirilir

b)

sifarişçinin adından və onun hesabına həyata keçirilir

c)

ticarət vasitəçisi tərəfindən onun öz adından, lakin sifarişçinin hesabına həyata keçirilir

d)

ticarət vasitəçisi tərəfindən onun öz adından və öz hesabına həyata keçirilir

e)

brokerin adından və onun hesabına həyata keçirilir

13.

İkiölçülü ştrix-kodlara aşağıdakılardan hansı aid deyil?

a)

QR код

b)

Data Matrix

c)

DataCode

d)

MaxiCode

e)

Microsoft Tag

14.

Alqı-satqı üzrə kontraktın preambulası nədir?

a)

malın göndərilməsinin bazis şərtləridi

b)

kontraktın giriş hissəsi olmaqla müqavilə iştirakçılarının açıqlanmasını nəzərdə tutur

c)

risklər nəticəsində sığorta olunana dəyişmiş zərərin ödəniləcəyi barədə öhdəlikdir

d)

yük daşıyan tərəfindən yükün daşınmaya qəbul edilməsi barədə sənəddir

e)

müqavilə üzrə nəzərdə tutulan malların siyahısıdır

15.

“Inkoterms 2010”-ə “C” qrupu bazis şərtlərinə daxil deyil:

a)

CFR

b)

CPT

c)

CİP

d)

CES

e)

CİF

16.

“CIP“ termini nəyi ifadə edir?

a)

franko gəmi bortu boyunca dеməkdir

b)

sərhəddə qədər göndərilmişdir

c)

yükdaşıma xərcləri, fraxt və sığorta göstərilən təyinat yerinə qədər satıcı tərəfindən ödənilmişdir

d)

gömrük rüsumu ödənilməklə çatdırılmışdır

e)

dəyər və fraxt dеməkdir

17.

Inkoterms 2000”-ə m “D” qrupu bazis şərtlərinə nə daxil deyildir?

a)

DAF

b)

DDR

c)

DEQ

d)

DDU

e)

DES

18.

“Inkoterms 2010”-də bazis şərtlərinə nə daxil olunmayıb?

a)

DAT

b)

DDU

c)

DDP

d)

CPT

e)

DAP

19.

«İncoretms» əsasən satıcının alıcının ölkəsindəki təyinat məntəqəsinədək daşıdığı xərclərin və risklərin çox hissəsinin və yaxud hamısının aid olduğu qrup hansıdır?

a)

A

b)

F

c)

D

d)

C

e)

E

20.

Bar-kod (bar-code) nə deməkdir?

a)

bir istiqamətdə üfüqi oxunan koddur

b)

informasiyanın ikiölçülü xırda azad həm üfüqi, həm də şaquli sahədə kodlaşdırılmasıdır

c)

radionişanlı olmaqla ikiölçülü eyniləşdirmə sisteminin məntiqi davamıdır

d)

əmtəələrin mühüm, zəruri və ümumi əlamətləri sistemidir

e)

informasiyanın böyük bir həcminin üçölçülü istiqamətdə təqdim olunmasıdı

21.

Alıcı ofеrtanın bütün şərtləri ilə razılaşdıqda hansı hərəkətləri yеrinə yеtirilir?

a)

ofеrtaya qarşı əks ofеrta göndərir

b)

poçt və ya tеlеqraf vasitəsilə satıcıya yazılı şəkildə onu təsdiq еtmək barədə cavab göndərir

c)

əmtəəni göndərməyə başlayır

d)

müqaviləni imzalayıb gеri qaytarır

e)

sifariş olunan əmtəəni qəbul еtməyə hazırlaşır

22.

Beynəlxalq sövdələşmələrə nə aid deyil?

a)

barter sövdələşmələri

b)

kompensasiyalı sövdələşmələr

c)

qarşılıqlı alışlar

d)

beynəlxalq yardımların göstərilməsi

e)

əks alışlar

23.

İşgüzar protokol nədir?

a)

danışıqların aparılması üçün qonaqların dəvət olunması, protokolun yazılması (vaxt, reqlament, iyerarxiya)

b)

danışıqların yeri, şəraiti, beynəlxalq saziş qaydaları

c)

danışıqların yeri, şəraiti, göstərilən sənəd (yerin rahatlığı, səs küysüz şərait)

d)

xarici ticarət əlaqələrinin yaradıldığı vaxt, tərəflərin bağladığı saziş

e)

işgüzar görüşlərin aparılması qaydasıdır (görüşün vaxtı, yeri, şəraiti, qəbulun seçilməsi, qonaqların siyahısı)

24.

İşgüzar danışıqların aparılmasına hansı daxil deyil?

a)

ancaq faktlarla əsaslanmaq, detallara çox da fikir verməmək

b)

tərəf müqabili sıxışdırmaq, daha çox mənfəət əldə etmək məqsədi ilə təkbaşına fəaliyyətə can atmaq

c)

mürəkkəb məsələlərin həlli yollarını axtarmaq, onu daha da mürəkkəbləş-dirməmək

d)

tərəf müqabili ilə konfliktdən qaçmaq

e)

aydın və qısa danışmaq, mən kəlməsindən ehtiyatla istifadə etmək

25.

Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyü hansı müsbət nəticələr vеrə bilər:

a)

Azərbaycanın ərazi bütövlüyü və suvеrеnliyinə tam təminat vеrilər

b)

Azərbaycanın xarici borcları silinə bilər

c)

Azərbaycanın xarici ölkələrdə ticarətində məhdudiyyətlər aradan götürülər

d)

Azərbaycana daha amır şərtlərlə krеditlər ayrıla bilər

e)

Azərbaycana invеstisiya axınları sürətlə artar

26.

Sorğu nədir?

a)

istehsalçının alıcıya müraciətini əks etdirən kommersiya sənədidir

b)

istehsalçının alıcıya müraciətini əks etdirən işgüzar protokoldur

c)

satıcının alıcıya müraciətini əks etdirən kommersiya sənədidir

d)

istehsalçının alıcıya müraciətini əks etdirən müqavilədir

e)

istehsalçının alıcıya göndərdiyi tələbnamədir

27.

İxrac güzəşti nədir?

a)

əmtəənin preyskurant və ya sorğu qiymətindən edilən güzəştdir

b)

əvvəlcədən razılaşdırılmışmiqdardan artıq alan alıcılara verilən güzəştdir

c)

xüsusi razılaşma əsasında daimi alıcılara verilən güzəştdir

d)

satıcıların xüsusilə maraqlı olduqları sifarişlərdə imtiyazlı alıcılara verilən güzəştdir

e)

satıcılar tərəfindən əmtəələrin xarici alıcılara satışı zamanı yerli alıcılara verilən güzəştdən artıq verilən güzəştdir

28.

Xarici iqtisadi fəaliyyətin Əmtəə nomenklaturası nədir?

a)

gömrük sərhəddindən keçirilə bilən malların mühüm əlamətlər üzrə qruplaşdırılmış sistemidir

b)

çoxluğun müəyyən əlamətlər üzrə paylanmasıdır

c)

gömrük sərhəddindən keçirilə bilən mal və nəqliyyat vasitələrinin zəruri və ümumi əlamətlərinə görə sistemləşdirilməsidir

d)

malların müəyyən təsnifat sisteminə uyğun olaraq paylanmış çoxluğudur

e)

əmtəələrin mühüm, zəruri və ümumi əlamətləri sistemidir

29.

Məhsulun həyat döviliyinin hansı mərhələsində məhsulun qiyməti daha aşağı olur?

a)

sabitlik mərhələsindəi

b)

inkişaf mərhələsində

c)

böhran mərhələsində

d)

artım mərhələssində

e)

bazara çıxma mərhələsində

30.

Firma mallara yüksək qiymət müəyyən edərkən nəyə nail olmağa çalışır?

a)

digər satıcılardan özünü fəqləndirməyə

b)

kapitallaşma dəyərini azaltmağa

c)

bazarda liderlik uğrunda mübarizədə qalib olmağa

d)

maksimal mənfəət əldə etməyə

e)

satışın həcminin artırılmasına

31.

Tələb və təklifin təsiri altında formalaşan qiymət bazarını göstərin:

a)

oliqopolis bazar

b)

xalis rəqabət bazarı

c)

xalis inhisar bazarı

d)

təbii resurslar bazarı

e)

beynəlxalq bazar

32.

Mallara maksimal qiymət necə müəyyən edilə bilər?

a)

mallara rəqiblərin qiyməti ilə

b)

tələbin dəyəri ilə

c)

mənfəətə maksimal iddialarla

d)

məcmu xərclərin səviyyəsi ilə

e)

tələbin kəmiyyəti ilə

33.

Dünya bazarında qiymət strategiyasının işlənilməsi mərhələsinə nə aid deyildir?

a)

bazarda qiymətlərin aşağı salınmasına nəzarətin həyata keçirilməsi

b)

qiymətyaranma məqsədlərinin formalaşdırılması

c)

birbaşa qiymət strategiyası

d)

qiymətyaranmanın vahid siyasətinin aparılmas

e)

qiymət strategiyasının həyata keçirilməsi

34.

Müxtəlif nəşrlərdə dərc olunan daxili topdansatış və yaxud xarici ticarət qiymətləri hansılardır?

a)

auksion qiymətləri

b)

sorğu-məlumat qiymətləri

c)

birja kotirovkaları

d)

beynəlxalq qiymətlər

e)

faktiki sövdələşmə qiymətləri

35.

Marketinqdə qiymətin səviyyəsinə daha az təsir edən amillər hansılardır?

a)

bölgü kanalının istehlakçıları

b)

istehlakın səviyyəsi

c)

rəqiblər və istehlakçılar

d)

mənfəətin səviyyəsi

e)

istehlak xərcləri

36.

“Dempinq” nədir?

a)

ixrac subsidiyası

b)

müxtəlif ölkələrdə fəaliyyət göstərən inhisarçılar arasındakı rəqabət

c)

qiymət diskriminasiyası

d)

ticarət qanunlarının istənilən pozuntusu

e)

idxal tarifi

37.

Sahənin rəqabət qabiliyyəti nəyi nəzərdə tutmur?

a)

səmərəli sahəvi quruluşu

b)

sazlanmış təcrübi-konstruktor, mütərəqqi istehsalat-texnoloji bazanın, inkişaf etmiş sahəvi infrastrukturun olmasını

c)

təbii resursların olmasını

d)

sahənin digər müəssisələrini öz səviyyəsinə dartıb çıxara bilən yüksək rəqabət qabiliyyətli liderlər qrupunu

e)

sahə və ölkə daxilində, onun xaricində digər sahələrlə çevik elmi-texniki, istehsalat, maddi-texniki, kommersiya əməkdaşlığı sistemini

38.

Rəqabət üstünlüklərini nə qədər çox vaxtda saxlamaq qabiliyyəti hansı amildən asılı deyildir?

a)

üstünlüyün mənbəyinin nədən ibarət olmasından

b)

təbii resursların olmasından

c)

istehsalın daima yeniləşdirilməsindən

d)

digər fəaliyyət növlərinin yeniləşdirilməsindən

e)

müəyyən firmanın aşkar rəqabətli istehsal mənbələrinin sayından

39.

İxrac və idxal kvotaları necə müəyyən edilir?

a)

malın keyfiyyətinə görə

b)

yeniliyinə görə

c)

ixrac və idxal olunan malların həcminin ÜDM-nin həcminə nisbətinə görə

d)

rəqabət etmə səviyyəsinə görə

e)

istehsalın ixtisaslaşma səviyyəsinə görə

40.

Qlobal rəqabət qabiliyyətliyi indeksinin hesablanması zamanı hansı göstərici nəzərə alınmır?

a)

innovasiya potensialı göstəricisi

b)

ölkə ərazisinin sahəsi və əhalisinin sayı göstəricisi

c)

makroiqtisadi sabitlik göstəricisi

d)

mallar və xidmətlər bazarının effektivliyi göstəricisi

e)

infrastrukturun vəziyyəti göstəricisi

41.

Müəssisənın xarixi iqtisadi fəaliyyətinin risklərinin idarə edilməsinin səmərəli üsuluna nə adiddir?

a)

konyunkturun təhlili və proqnozlaşdırılması

b)

risklərin sığortalanması

c)

ehtiyatların planlaşdırılması

d)

beynəlxalq biznesin aparılmasıının mütərəqqi təcrübəsinə yiyələnmə

e)

mümkün ola bilən zərərlərin təsirlərinin təhlili

42.

Beynəlxalq ticarət sövdələşmələri nədir?

a)

beynəlxalq əmtəə dövriyyəsini təmin edən əsas və köməkçi əməliyyatların yerinə yetirilməsi üçün bağlanan sövdələşmədir

b)

əmtəənin hər hansı bir ölkənin daxili bazarında satılmaq üçün idxal olunmasıdır

c)

istənilən sövdələşmədir

d)

əmtəə göndərilməsi və xidmət göndərilməsi üçün müxtəlif ölkələrdə yerləşən iki və ya bir neçə tərəf arasında bağlanmış müqavilədir

e)

obyektlərin birgə tikilməsi və istismarı ilə əlaqədar daha çox tərəf arasında bağlanmış sövdələşmədir

43.

Əsas beynəlxalq ticarət sövdələşmələrinə nə daxildir?

a)

beynəlxalq alqı-satqı sövdələşmələri

b)

broker əməliyyatları

c)

komisiyon əməliyyatları

d)

agent əməliyyatları

e)

füçers sövdələşmələri

44.

Alqı-satqı sövdələşməsinə nə aid olunmur?

a)

əşya formasına malik olan malların alqı-satqısı

b)

əşya formasına malik olan malların tərəflərin razılaşdığı valyuta ilə dəyərinin ödənişilə bağlı olan fəaliyyət

c)

injinirinq xidmətləri

d)

alqı-satqı müqaviləsinin bağlanılması yolu ilə xarici ticarətin əsas həcmini təşkil eləyən mal mübadiləsi

e)

xarici ticarət müqavilələrinin ən vacib tərkib hissəsi kimi

45.

Xarici ticarət dövriyyəsi nədir?

a)

humanitar göndərmələr çıxılmaqla ixracatın həcmi dеməkdir

b)

ixrac və idxalın cəmi dеməkdir

c)

vеrgi tutulmadan daxil olan əmtəələrdən başqa bütün idxal dеməkdir

d)

təkrar ixrac və idxalın cəmi dеməkdir

e)

bütün ixracatın həcmi dеməkdir

46.

Beynəlxalq ticarət sövdələşmələri üzrə müqavilənin təsviri hansı konvensiyada verilmişdir?

a)

veksellər üzrə BMT Konvensiyası (1988)

b)

“Əmtəə nişanları haqqında” qanuna əsasən (1988)

c)

1980-ci il Vyana Konvensiyası

d)

Bretton-Vud sazişi ilə (1976)

e)

Turizm üzrə beynəlxalq konvensiya (Brüssel, 1970)

47.

Beynəlxalq texnologiyalarla mübadilədə nə kommersiya yanaşmasına aid edilmir?

a)

yeni texniki və texnoloji işləmələr əsasında maşın və avadanlıqların yaradılması

b)

injinirinq xidmətləri

c)

idarəetmə kontraktları

d)

ixtisaslı işçi qüvvəsinin hazırlanması

e)

elmi-texniki nəşrlər

48.

Xarici ticarətin tənzimlənməsinin maliyyə metodlarına aiddir:

a)

gömrük kvotası və gömrük rüsumları

b)

subsidiyalar, kreditləşdirmə, dempinq;

c)

dövlət tədarükləri

d)

kvotalaşdırma, lisenziyalaşdırma, “könüllü” məhdudiyyətlər

e)

vergi və rüsumlar, texniki maneələr

49.

Xarici ticarət siyasətinin maliyyə metodlarına nə aid deyil ?

a)

idxalat subsidiyalaşdırması

b)

ixracat subsidiyalaşdırması

c)

lizinq

d)

kreditləşdirmə

e)

dempinq

50.

İxrac və idxal dəyərinin fərqi:

a)

dünya tələbatının həcmidir

b)

ticarət dövriyyəsidir

c)

xarici ticarət balansıdır

d)

ticarət saldosudur

e)

dünya təklifinin həcmidir

51.

bütün dövlətlərin idxal həcmlərinin cəm

a)

idxalat və ixracat dövriyyələrinin cəmi

b)

bütün dövlətlərin ixrac kvotaları

c)

bütün dövlətlərin idxal kvotaları

d)

bütün dövlətlərin ixrac həcmlərinin cəmi

e)

bütün dövlətlərin idxal həcmlərinin cəmi

52.

Leontyev paradoksu (təzadı) bildirir ki:

a)

böyük həcmdə mövcud olan resursların sahibləri uduzurlar

b)

ölkələr beynəlxalq ticarətdə lazımi səviyyədə iştirak etmirlər

c)

ABŞ-ın ixracı idxalından daha kapital tutumludur

d)

ölkələr mövcud texnologiyanı ən səmərəli şəkildə istifadə edərək istehsal olunan məhsulların ixracı üzrə ixtisaslaşırlar

e)

ölkələrarasında istehsal amillərinin qiyməti bərabərləşmir

53.

Merkantilizmin ən mühim formalarından olan subsidiyalar nədir?

a)

dövlətin rəqabət qabiliyyəti zəif olan firmalara faiz ayırması

b)

yerli istehsalçılara iqtisadi vəziyyətlərini yaxşılaşdırmaq üçün dövlət tərəfindən edilən maddi yardımlar

c)

dövlətin yerli firmalara vergidən yayınmaya görə kəsdiyi cərimələr

d)

hökümətin ixracatçılara vergi güzəştləri etməsi

e)

istehsalçı firmların dövlət qarşısında hüquq və vəzifələri

54.

“Merkantalizm” nəzəriyyəsinin banisi kimdir?

a)

D.Rikardo

b)

V.Stopler

c)

A.Smit

d)

A.Monkretyen

55.

Beynəlxalq ticarətin tənzimlənməsinin metodları hansılardır?

a)

aksiz vergiləri

b)

inzibati metodlar

c)

normativlər

d)

tarif metodları

e)

qadağalar

56.

Qlobal iqtisadiyyatın formalaşması prosesi nəyin yaranması ilə şərtlənir?

a)

elmi-texniki tərəqqi

b)

iqtisadi təhlukəsizlik

c)

əhalinin sıxlığı

d)

Qərb ölkələrində iri maşınlı sənayenin inkişafı

e)

xarici ticarət siyasəti

57.

Kontragentlər kimdir?

a)

əmtəə reklam edənlər və xidmət göstərənlər

b)

mal, məhsul istehsal edənlər

c)

hər hansı bir ölkədən mal alan firmalar

d)

müqavilə münasibətlərində olan tərəflər

e)

dövlət və unitar müəssisələr

58.

Ticarət siyasəti nədir?

a)

beynəlxalq ticarətin realizasiyası vəsitəsidir

b)

regional inkişafın tarazlaşdırılması vasitəsidir

c)

təbii tesursların dünya bazarlarına çıxarılması vasitəsidir

d)

xarici və yerli məhsulların daxili və xarici bazarlara daxil olunmasının təmin olunması və tənzimlənməsidir

e)

daxili bazarların və istehsalçıların qorunması vasitəsidir

59.

Qarşılıqlı mal göndərmələr üzrə qiymətlər əsasən hansı qiymətlər əsasında müəyyənləşdirilir?

a)

tərəflərin razılaşdıqları qiymətlər əsasında

b)

çevik qiymətlər əsasında

c)

məhsul istehsal olunan ölkənin bazarında təşəkkül tapmış qiymətlər əsasında

d)

dünya bazarında təşəkkül tapmış qiymətlər əsasında

e)

transfer qiymətlər əsasında

60.

Gömrük tarifinin müdafiə funksiyası nəyə xidmət edir?

a)

büdcənin xərclər hissəsinin doldurulmasının təmin edilməsinə

b)

milli iqtisadiyyatın həddən artıq rəqabətdən qorunmasına

c)

sərhəddən keçən mallara görə vergilərin yığılmasına

d)

struktur dəyişikliklərin stimullaşdırılmasına

e)

bir sahənin inkişafının həvəsləndirilməsi, digərinin ləngidilməsi hesabına istehsalın formalaşdırılmasına

61.

Beynəlxalq kommersiya əməliyyatlarında verilən sığorta polisi nədir?

a)

müqavilə üzrə nəzərdə tutulmuş fors-major hadisələrini təsdiq edən sənəddir

b)

bədbəxt hadisələr və risklər nəticəsində sığorta olunana dəymiş zərərin sığorta edən tərəfindən ödəniləcəyi barədə öhdəlik sənədidir

c)

sığortalama barədə sığorta olunanın göstərişlərinin sığortalama prosesində yerinə yetirilməsi barədə sığorta edənin verdiyi sənəddir

d)

malın göndərildiyi limanda xüsusi blankda tərtib olunan, həm sığorta edən, həm də sığorta olunan tərəfindən imzalanan sənəddir

e)

yük daşıyan tərəfindən yükün daşınmaya qəbul edilməsi barədə imzalanan sənəddir

62.

Gömrük rüsumunun fiskal funksiyası

a)

milli iqtisadiyyatı həddən artıq rəqabətdən qoruyur

b)

büdcənin gəlir hissəsinin doldurulmasını təmin edir

c)

ölkəyə mal gətirilməsinin qarşısını almaqdır

d)

ölkədən mal çıxarılmasının stimullaşdırılmasına xidmət edir

e)

bir sahənin inkişafının həvəsləndirilməsi və digərinin ləngidilməsi vasitəsilə istehsalın quruluşunun formalaşdırılmasına təsir göstərməyə xidmət edir

63.

Birbaşa kompensasiya sövdələşmələri

a)

valyutada hesablaşmanı nəzərdə tutan, qarşılıqlı şəkildə eyni dəyərdə əmtəə göndərilməsini nəzərdə tutan sövdələşmədir

b)

qarşılıqlı satınalmalar üzrə ixracatçının öz öhdəliklərini üçüncü tərəfə verməklə həyata keçirilən sövdələşmələrdir

c)

valyutada hesablaşmanı nəzərdə tutmayan, qarşılıqlı şəkildə eyni dəyərdə əmtəə göndərilməsini nəzərdə tutan sövdələşmədir

d)

ixracatçının sonradan ekvivalent miqdarda ixracatçıdan mal alacağı barədə öhdəlik götürməsi üzrə bağlanmış sövdələşmədir

e)

müstəqil ixrac əməliyyatları həyata keçirən və çoxlu müxtəlif kontragentləri olan TMŞ tərəfindən həyata keçirilən sövdələşmələrdir

64.

İdxal-ixrac əməliyyatlarında bazis şərtlərinin rolu nədən ibarətdir?

a)

bütün ölkələr üzrə idxal-ixrac əməliyyatlarını nümünəviləşdirir

b)

bu əməliyyatları çətinləşdiri

c)

beynəlxalq ticarətdə bu əməliyyatları sadələşdirir və standartlaşdırır

d)

idxal-ixrac əməliyyatlarında məhdudiyyətləri aradan qaldırır

e)

bu əməliyyatlarda xərcləri azaldır

65.

Müqayisəli üstünlüklər nəzəriyyəsi kimə aiddir?

a)

Leontiyev

b)

D.Rikardo

c)

Mill

d)

Marşall

e)

A.Smit

66.

A.Smit hansı nəzəriyyəni irəli sürmüşdür?

a)

müqaisəli üstünlüklər

b)

mütləq üstünlüklər

c)

texnoloji üstünlüklər

d)

merkantalizm

e)

rəqabət üstünlükləri

67.

Françayzinqdən istifadə olunması françayzi üçün hansı imkanları yarada bilməz?

a)

marketinq və reklama minimal xərc çəkilməsi

b)

zəmanətli mal təchizatının olması

c)

diversifikasiyanın (şaxələnmənin) həyata keçirilməsi

d)

özünün şəxsi biznesinin aparılması imkanlarını

e)

françayzerin bilik bazasına girişin əldə olunması

68.

Françayzi françayzinqdən hansı üstünlükləri əldə edə bilmir?

a)

riski aşağı salma imkanlarının olması

b)

sınanılmış biznes-sistemdən istifadə olunması

c)

sahəni seçə bilmə imkanlarının olması

d)

öz şəxsi biznesinin aparılması texnologiyasını

e)

bazara uğurla daxil olma imkanının olması

69.

Bunlardan hansı françayzinqin növü deyil?

a)

əmtəə

b)

material

c)

biznes-format

d)

servis (xidmət)

e)

istehsalat (sənaye)

70.

Royalti nədir?

a)

xüsusi hesab açılması barədə alıcının bank şöbəsinin malgöndərənin bank şöbəsinə tapşırığıdır

b)

hesab sahibinin onun hesablaşma hesabından pul alanın hesabına pul vəsaitinin köçürülməsi barədə banka verdiyi sərəncamlar

c)

pul, hesablaşma, əmtəə sənədlərinin və yaxud əmtəələrin dəyərlərinin ödənilməsinə alıcının razılığı

d)

françayzerə məxsus olan əmtəə nişanından, patentdən və digər müəllif hüquqlarından istifadəyə görə ödənilən aylıq haqq

e)

səhmdar cəmiyyətinə kapital kimi müəyyən miqdarda pul əməyi ilə müəyyən edilən qiymətli kağızlar

71.

Pauşal ödəniş nədir?

a)

ödəyicinin xahişi və onun göstərişinə əsasən malgöndərənlə ödənişin həyata keçirilməsi üzrə bank öhdəliyidir

b)

françayzi tərəfindən ilkin mərhələdə françayzerə ödədiyi franşizanın məbləğidir

c)

səhmdar cəmiyyətinə kapital kimi müəyyən miqdarda pul əməyi ilə müəyyən edilən qiymətli kağızlar

d)

hesab sahibinin çekdə göstərilən pul məbləğinə onun hesabından banka keçirilməsini təmin edən tapşırıqdı

e)

vekselləri yazan və ödəniş müddəti başa çatan vekselləri ödəmələri öz öhdəsinə götürən şəxsdir

72.

Operativ (əməliyyat, xidmət) lizinq (operating lease) nədir?

a)

lizinqin elə bir növüdür ki, bu zaman lizinq verən öz təhlükə və riski əsasında əmlak əldə edir

b)

lizinqverən əmlakı alır və sonradan onu lizinq predmeti kimi müəyyən müddətə, haqqla və şərtlərlə müvəqqəti istifadəyə verir

c)

müştərinin debitor borcunun qaytarılmasıdı

d)

qısa müddətə tətbiq edilən maliyyə

e)

müştərinin debitor borcunun inkasso edilməsi, bu vaxt hesablar dərhal və ya borclar ödənildikcə verilə bilər

73.

Geri qaytarılan lizinq (sale and lease back) nədir?

a)

qarşılıqlı tələblərin və öhdəliklərin nəzərə alınmasına əsaslanan nağdsız hesablaşma sistemidir

b)

lizinqin bu formasında əmlakın sahibi əvvəl onu lizinq şirkətinə satır və sonradan isə onu lizinqə geri götürür

c)

maliyyə lizinqinin bir növüdür ki, bu zaman lizinq predmetinin satıcısı eyni zamanda lizinqalan qismində də iştirak edir

d)

müştərinin debitor borcunun inkasso edilməsidir ki, bu vaxt hesablar dərhal və ya borclar ödənildikcə verilə bilər

e)

lizinqin elə bir növüdür ki, bu zaman lizinq verən öz təhlükə və riski əsasında əmlak əldə edir

74.

Faktorinq nədir?

a)

maliyyə lizinqinin bir növü olmaqla malsatanla malalan arasında iqtisadi əlaqələr yaradan mexanizmdir

b)

lizinqin elə bir növüdür ki, bu zaman lizinq verən öz təhlükə və riski əsasında əmlak əldə edir

c)

malsatanla malalan arasında bağlanılan birillik icarə müqaviləsi əməliyyatıdır

d)

özlərinin ticarət fəaliyyətini möhlətli ödəniş şərti ilə aparan mal göndərənlər üçün maliyyə xidməti kompleksidir

e)

maliyyə lizinqinin elə bir növüdür ki, icarə faktor tərəfindən ödənilir

75.

Birja ticarətinin təşkilatçısına qarşı hansı tələblər irəli sürülə bilinməz?

a)

lazım olan informasiyanın saxlanması, mühafizəsi, emalı və açılması imkanının təmin edilməsi

b)

əmtəələrin qorunmasının təmin edilməsi

c)

qiymətli kağızların alqı-satqı müqavilələrinin bağlanması qaydası, yoxlanması, qeydiyyatı və icrası üzrə tədbirlər

d)

listinq və delistinq qaydalarının təmin olunması

e)

qiymətli kağızların alqı-satqı müqavilələri üzrə hesablaşma sisteminin təşkil edilməsi

76.

Füçers ticarətinin əsas əlamətlərinə nə daxil deyildir?

a)

əqdlərin fiktiv xarakterli olması

b)

tərəfdaşlara qarşılıqlı “əlverişli rejim prinsipi”nin tətbiqi

c)

əqdin sahibinin göstərilməməsi və onun kontragentlərinin dəyişilə bilməsi

d)

hər hansı bir fərdi xüsusiyyətlərindən məhrum olunmuş və vahid şəklə alınmış əmtəənin istehlak dəyəri

e)

əmtəə göndərilməsi şərtlərinin tamamilə unifikasiya edilməsi

77.

Aşağıdakılardan hansı səhmlərin dəyərinin müəyyən olunmasına aid deyildir?

a)

səhmlərin nominal dəyəri

b)

səhmlərin diskontlaşdırılmış dəyəri

c)

səhmlərin balans dəyəri

d)

səhmlərin bazar dəyəri

e)

səhmlərin emissiya dəyəri

78.

Listinq nədir?

a)

majoritar səhmdarların sayının müəyyən olunması üsuludur

b)

qiymətli kağızların birja siyahısına daxil olunması prosedurları toplusudur

c)

səhmdarlar cəmiyyətinin ümumi yığıncağının keçirilməsi prosedurudur

d)

birya zalında qiymətlərin müəyyən olunması üsuludur

e)

səhmdarlara verilən dividendin həcminin müəyyən olunması üsuludur

79.

Beynəlxalq ticarətdə birbaşa üsul nəyi nəzərdə tutur?

a)

beynəlxalq ticarətin vasitəçilərin köməkliyi ilə həyata keçirilməsini

b)

beynəlxalq ticarətin beynəlxalq iqtisadi təşkilatlarının köməkliyi ilə həyata keçirilməsini

c)

alınmış əmtəələrin birbaşa istehlakçılara çatdırılmasını

d)

istehsalçı ilə son istehlakçı arasında birbaşa əlaqənin yaradılmasını

e)

beynəlxalq ticarətin dövlətlər arasında həyata keçirilməsini

80.

Füçers sövdələşməsi müqaviləsində olan tərəflər kimlərdir?

a)

iki konkret kontragentlər

b)

şəxsiyyətləri müəyyən olunmamış partnyorlar

c)

birja əməliyyatlarını aparan treyderlər

d)

birjanın idarə aparatının işçiləri

e)

birjada çıxış eləyən brokerlər

81.

Forvard sövdələşməsi nədir?

a)

mövcud aktivin dərhal göndərilməsini nəzərdə tutan ikitərəfli fərdi sazişdir

b)

aktivin ikitərəfli sazişlə müəyyən olunmuş keyfiyyətdə, miqdarda və yerdə gələcəkdə göndərilməsidir

c)

təbii tesursların dünya bazarlarına çıxarılması üçün bağlanılan sazişdir

d)

milli bazarlara mal və xidmətlərin buraxılmasını tənzimləyən sazişdir

e)

daxili bazarların və istehsalçıların qorunması ilə bağlı olan sazişdir

82.

Spot sövdələşməsi nədir?

a)

aktivin ikitərəfli sazişlə müəyyən olunmuş keyfiyyətdə, miqdarda və yerdə gələcəkdə göndərilməsidir

b)

mövcud aktivin dərhal göndərilməsini nəzərdə tutan ikitərəfli fərdi sazişdir

c)

təbii tesursların dünya bazarlarına çıxarılması üçün bağlanılan sazişdir

d)

milli bazarlara mal və xidmətlərin buraxılmasını tənzimləyən sazişdir

e)

daxili bazarların və istehsalçıların qorunması ilə bağlı olan sazişdir

83.

Aşağıdakılardan hansı sosial infrastruktura aid edilə bilər?

a)

gömrük sistеmi

b)

mənzil və kоmmunal təsərrüfatı, məişət хidməti

c)

ticarət palataları və digər ictimai könüllü və dövlət birlikləri

d)

kоnsaltinq (məsləhət) kоmpaniyalar

e)

auditоr kоmpaniyaları

84.

Bazar (biznes) infrastrukturuna nə daxil deyildir?

a)

markеtinq və markеtinq еlmi-tədqiqat mərkəzləri

b)

səhiyyə və təhsil

c)

hərraclar (auksiоnlar), yarmarklar və təşkilati cəhətdən qеyri-birja vasitəçiliyinin digər fоrmaları

d)

krеdit sistеmi və еmissiya bankları

e)

birjalar, о cümlədən əmtəə (хammal daхil оlmaqla), əmək, fоnd (qiymətli kağızlar), valyuta

85.

İnfrastruktur kimi nə başa düşülür?

a)

ancaq sosial xarakterli xidmətlər göstərən sahələr

b)

əsas sahələrə xidmət göstərən müxtəlif təsərrüfat sahələri toplusu

c)

əsas sahələrə xidmət göstərən ancaq turizm və məişət xidməti sahələri

d)

göstərdiyi xidmət növündən asılı olmayaraq bütün əsas və köməkçi sahələrin məcmusu

e)

ancaq istehsal xarakterli xidmətlər göstərən sahələr

86.

Konseptual baxımdan logistika və logistik menecmentin müasir nəzəriyyəsi hansı metodologiyaya əsaslanmır?

a)

sistemli təhlil

b)

sosioloji təhlil

c)

əməliyyatların tədqiqi

d)

iqtisadi-riyazi modelləşdirmə

e)

kibernetik yanaşma

87.

Maddi-texniki baza nədən ibarətdir?

a)

əsas istehsal fondlarından

b)

məhsuldar qüvvələrin maddi elementləri toplusundan

c)

ticarət-texnoloji işçilərin məcmusundan

d)

dövriyyə vəsaitlərindən

e)

istehsal prosesinin texnologiyasından

88.

Qarşılıqlı təsir infrastrukturu nədir?

a)

istifadə olunan kommunikasiya vasitələrindən asılı olanlar

b)

iqtisadi fəallığın keçirilməsi formasına təsir göstərənlər

c)

xidmətin predmeti və qarşılıqlı təsir vasitəsi ilə müəyyən olunanlar

d)

malın predmeti və qarşılıqlı təsir vasitəsi ilə müəyyən olunanlar

e)

qarşılıqlı sövdələşmələri həyata keçirənlər

89.

İnjinirinq xidmətlər nəyi əhatə edir?

a)

elmi-məsləhət xarakterli vasitəçilik xidmətlərin göstərilməsini

b)

sənaye, tikinti, sosial obyektlərin tikintisi və inşası üzrə vasitəçilik xidmətlərin göstərilməsini

c)

texniki vasitələrin, maşın və avadanlıqların uzunmüddətli dövrə icarəyə verilməsi üzrə xidmətləri

d)

malların reklam olunması sahəsində xidmətlərin göstərilməsi

e)

malın alışının və satışının təşkili üçün lazım olan informasiyanın təqdim olunması üzrə vasitəçilik xidmətlərini

90.

Sənaye müəssisəsinin kommersiya xidmətində bazardakı vəziyyəti öyrənən xidmət hansıdır?

a)

mal alışları və satışının əlaqələndirilməsi şöbəsi

b)

marketinq və qiymət şöbəsi

c)

reklam şöbəsi

d)

vasitəçilərlə iş şöbəsi

e)

nəqliyyat və gömrük əməliyyatları şöbəsi

91.

Ticarət xidmətinin səviyyəsini nə müəyyən edir?

a)

ticarət xidməti prosesi

b)

ticarət xidmətinin keyfiyyəti və mədəniyyəti

c)

satış forması

d)

satış metodu

e)

ticarət xidmətinin forması

92.

İstehlak bazarının idarəetmə obyektləri hansılar ola bilər?

a)

rəqiblər

b)

mal, xidmət

c)

tələbat

d)

satıcılar

e)

istehlakçılar

93.

Ticarət xidmətinin bütün mərhələlərində alıcı psixologiyasının nəzərə alınmasına aid deyil?

a)

malın alıçı zamanı alıcının motivlərinin, məqsəd və səbəblərinin nəzərə alınması

b)

mal göndərənlərlə qarşılıqlı əlaqələrin qurulması

c)

ticarət reklamının təsirinin psixoloji xüsusiyyətləri

d)

tələb və təklifə təsiredici qüvvəyə malik olan modanın psixologiyası

e)

tələbin fərdi, yaş-cins, milli xüsusiyyətlərinin nəzərə alınması

94.

Ticarət хidmətlərinin kоmpleksi nədir?

a)

mağazalar şəbəkəsidir

b)

müхtəlif хidmət növlərinin uyğunlaşdırılmasıdır

c)

kоmpleks metоdlar toplusudur

d)

sistem metоdlardır

e)

sistem metоdlardır

95.

Kommersiya xidmətləri təsnifatına nə aid deyil?

a)

logistik xidmətlər

b)

dövlət xidmətləri

c)

marketinq xidmətləri

d)

reklam xidmətləri

e)

informasiya-kommersiya xidmətləri

96.

Müəssisənin daxili imkanları dedikdə nə başa düşülür?

a)

işin səmərəli təşkili və idarə edilməsı

b)

idarəetmə funksiyaları

c)

müəssisənin maddi və intellektual potensialı

d)

marketinq funksıyalarının idarə edilməsi

e)

mal ehtiyatlarının həcmi

97.

Planlaşdırmanın metodları hansılardır?

a)

texniki, riyazi, statistik, faktik, iqtisadi təhlil

b)

balans, texniki-riyazi, iqtisadi-statistik, iqtisadi-riyazi

c)

tədqiqat, balans. təbliğat, riyazi-iqtisadi

d)

strateji, texniki-iqtisadi, iqtisadi-hesablamalar, taktiki

e)

idarəetmə, texniki-riyazi, statistik-təhlil, iqtisadi-texniki

98.

Reklamın idarə edilməsi nədən ibarətdir?

a)

reklam vasitələrindən istifadənin müəyyən olunması

b)

хarici reklam vasitələrinin yerləşdirilməsi yollarının tapılmasından

c)

оnun istiqamətinin və yayılma vasitələrinin seçilməsindən

d)

reklamın teхnikasından istifadə yollarının müəyyən olunmasından

e)

daхili reklam vasitələrinin yerləşdirilməsi yollarının tapılmasından

99.

Ümumən qəbul olunmuş humanistlik və əxlaq normalarını pozan reklam necə adlanır?

a)

yada salan reklam

b)

haqsız reklam

c)

qeyri-etik reklam

d)

qeyri-səhih reklam

e)

yayımlanan reklam

100.

Özündə həqiqətə uyğun olmayan məlumatı cəmləşdirən reklam nədir?

a)

haqsız reklam

b)

kommersiay reklamı

c)

qeyri-səhih reklam

d)

qeyri-etik reklam

e)

janr reklamı