NEW
Font size
WorksheetsPSTM
Total questions: 15
Worksheet time: 8mins
Əgər mina və partlamamış hərbi sursatlara rast gələrsinizsə nə edərsiniz?
Ehtiyatla götürüb təhlükəsiz yerə qoyaram
Ehtiyatla götürüb hökumət orqanlarına təhvil verərəm
Yerini kənardan nişanlayıb aidiyyatı orqanlara xəbər verərəm
Özüm zərərsizləşdirməyə çalışaram
Əgər bilmədən minalanmış əraziyə daxil olsanız nə edərsiniz ?
Dərhal qaçıb həmin ərazidən uzaqlaşaram
Barmaq uclarında yavaş-yavaş yeriməklə həmin ərazidən uzaqlaşaram
Gəldiyim yolla geri qayıdaram
Dayanıb peşəkar kömək çağıraram
Meşədə odun ( moruq, giləmeyvə, meyvə ) yığdığınız zaman mina xəbərdaredici nişana rast gəlsəniz nə edərsiniz ?
Nişanlanmış yerdən 5-10 metr kənarda odun yığmaqda davam edərəm
Həmin yerdən tamamilə uzaqlaşıb, başqalarının oraya getməsinə mane olaram
Mal-qaranı həmin yerdən keçirməklə oranın təhlükəli olub-olmadığını yoxlayaram
Nişanlanmış yerin sağ və sol tərəflərində odun yığmaqda davam edərəm
Minadan zərəçəkənə yardım ehtiyac olarsa nə edərdiniz ?
Dərhal onun yanına gedib yardım göstərərdim
Uzaqda dayanıb kömək çağıraram, kömək gələnə qədər yaralıya lazımi göstərişlər verərdim
Təhlükəsiz yerə çıxmasını məsləhət görərdim
Hadisə yerinə gəlmiş adamlara onu həmin təhlükəli yerdən götürməyi məsləhət bilərdim
Siz maşınla minalı sahəyə çıxsanız nə edərsiniz?
Yüksək sürətlə həmin ərazidən çıxaram
Həmin ərazidən yavaş-yavaş (aşağı sürətlə) çıxaram
Aidiyyatı orqanlara xəbər verərəm, maşında qalıb kömək gələnə qədər gözləyərəm
Maşını dərhal saxlayıb arxa tərəfdən təkərlərin izi ilə geri qayıdaram
Sizə tanış olmayan ərazidə necə hərəkət edərsiniz?
Öz müşahidələrimə əsasən hərəkət edərəm
Yerli əhalidən həmin ərazinin təhlükəli olub -olmamasını soruşaram
Asfalt döşənmiş və gündəlik istifadə edilən yollardan istifadə edərəm
Yalnız nəqliyyatdan istifadə edərəm
Mina və PHS-lər neçə ildən sonra xarab olur?
2-3 ildən sonra
10-15 ildən sonra
80-100 ildən sonra
Xarab olmur
Ağır texnika ilə iş görərkən sursata rast gəldiyiniz zaman nə edərsiniz ?
Qazma işlərini davam etdirərəm
Traktordan düşüb sursatın ətrafını təmizləyərəm, hərəkəti davam edərəm
İşi dərhal dayandıraram, məlumat verərəm, xilasediciləri gözləyərəm
Qazmanın istiqamətini dəyişərəm
Nəqliyyat vasitəsi ilə hərəkət zamanı ilk dəfə yolda nizamlı çala görsəniz nə edərsiniz ?
Hərəkəti davam etdirib, çalanın üzərindən sürüb keçərəm
Çalaları kənardan ötüb keçməyə çalışaram
nəqliyyat vasitəsini dayandırıb zəng edərəm, təhlükəyə dair məlumat toplayaram
avtomobili döndərib, geriyə hərəkət edərəm
Aşağıdakı anlaşyışlardan hansı doğrudur ?
təhlükəli ərazidə donmuş torpaqda risk azdır, ehmalca gəzmək olar
Təhlükəli ərazidə ayaqların ucunda hərəkət təhlükə riskini azaldır
Ərazidə heyvanların otlaması, həmin ərazinin təhlükəsiz olması demək deyildir
Təhlükəli ərazidə maşını sürətlə sürməklə riskdən yayınmaq mümkündür
Aşağıdakılardan hansı təhlükəli ərazinin əlaməti deyildir ?
qalaq-qalaq yığılmış daşlar, budağa bağlanmış lent, mina və PHS hissələri
istifadə olunmayan cığırlar, dağılmış binalar, torpaqda yanıq izləri, çalalar
ərazidə biçin işləri olub, təmir-tikinti işləri, asfaltlama
Təhlükəli ərazi nişanları, ölmüş heyvan sümükləri, rəngli taxta parçaları
Hansı bənd minaların forması və əlamətinə aid deyildir?
minalar yaşıl, boz, qara rəngdə olur
forması yumru, silindrik, kvadrat və düzbucalı şəkildə ola bilir
minalar mavi rəngdə, çox iri və metaldan hazırlanır
metaldan, plastik və ağacdan ola bilir
Təhlükəli ərazidə davranış qaydalarından hansı doğrudur?
əraziyə siqaret kötüyü atmaq, ərazini yandırmaq, minalı ərazilərə yaxın durmaq
ərazidə işarələri yoxlamaq, yaxından şəkillər çəkib minanı yadda saxlamaq
avtomobili iti sürətlə idarə etmək, təhlükəyə düçar olmamaq
təhlükəsiz cığırdan, yerdən kənara çıxmamaq, şübhəli əşyaya toxunmamaq
Partlamamış hərbi sursatlara aşağıdakılardan hansılar aiddir?
əl qumbaraları, piyada əleyhinə mina, qumbaraatan
tank mərmisi, top mərmiləri, qrad raketləri, bombacıq
su hövzəsində tapılan mərmilər, tank əleyhinə minalar
tərk edilmiş plastik minalar, raketlər, zirehdələn, minaatan mərmisi
Basdırılmayan mina və partlamamış halda olan mərmi təhlükəsizdirmi?
Minalar və partlamamış hərbi sursatlar bütün vəziyyətdə təhlükəlidir
Onlar belə vəziyyətdə tamamilə təhlükəsizdir
Əgər onlar təzədirsə, təhlükəsizdir
Əgər onlar köhnədirsə, paslanıbsa təhlükəsizdir
