Font size
WorksheetsQədim Roma
Total questions: 20
Worksheet time: 20mins
Uyğunsuzluğu müəyyən edin:
1.Civitas. 2.Prinsipat 3.Dominat
4. Oliqarxiya
A) Azlığın hakimiyyəti,qeyri -demokratik rejimin bir növü
B) Romada şəhər vətəndaş icması
C) Bərabərhüquqlu torpaq sahibkarlarının vətəndaş icmaları
D) Qədim Roma imperatorunun qeyri-məhdud hakimiyyət forması
E) Respublikanın zahiri əlamətlərinin qorunub saxlandığı monarxiya
E.ə.VIII -VI əsrlərdə Romada hökmdarlar hansı vəzifələri yerinə yetirirdilər?
Ali kahin
Sərkərdə
Xalq tribunu
Hakim
Konsul
Padşahlıq dövründə Romanın idarəetmə sisteminə aid deyil:
A) Ağsaqqallar Şurası(Senat),onun üzvləri senatorlar adlanır,senatorların ömürlük seçdiyi 1 nəfər padşah Romanı idarə edirdi.
B)Patrisilərdən fərqli olaraq plebeylər siyasi idarəetmədə iştirak edə bilməzdilər.
C)Romada hökmdarların namizədliyi senat tərəfindən irəli sürülür,xalq yığıncağı tərəfindən seçilirdi,irsi hakimiyyətə malik deyildilər.
D)Plebeylər də idarəetmədə iştirak edirdilər və əməkhaqqı alırdılar
Romada e. ə.509- cu ildə hansı hadisə baş verdi?
A) vətəndaş müharibəsi
B) patrisilərlə plebeylər arasında mübarizə başladı
C) Xalq tribunu ilk dəfə seçildi
D) Tiraniya meylli hökmdara qarşı üsyan baş verdi
Romada qurulan respublikaya aid deyil:
A) Patrisilərin plebeylər üzərindəki siyasi və iqtisadi ağalığını təmin etdiyi üçün hələ də aristokratik xarakterini qoruyub saxlamışdı.
B) E.ə.509-265 -ci illərdə patrisilərlə plebeylər arasında mübarizə getmişdi,sonda plebeylər qələbə qazanmışdılar
C) Borc əsarəti və vətəndaşların borca görə qula çevrilməsi e.ə.IV əsrin sonu ləğv edildi
D) Qulların öldürülməsi qadağan edildi
E) E.ə.V əsrin əvvəlləri plebeylərin hüquqlarını qoruyan xalq trubununun seçilməsinə imkan verildi.
Uyğunluğu müəyyən edin:
1. E.ə.Vəsrin əvvəli. 2.E.ə.IV əsrin sonu
3. E.ə.III əsrin ortaları 4. II əsr
a) Plebeylərin vətəndaşlıq hüququ əldə etməsi
b) Xalq tribunu seçmək,konsul vəzifəsini tutmaq
c) Yoxsullara vəzifə tutmaq hüququnun verilməsi ilə Romada vətəndaş cəmiyyətinin formalaşmasının başa çatması
d) Vətəndaşların borca görə qula çevrilməməsi
e) Quların öldürülməsi qadağan edildi
A) 1-b ; 2- d; 3-.a,c ;4-e
B) 1-a ; 2- d; 3-.b,c ;4-e
C) 1-d ; 2- b; 3-.e,c ;4-a
D) 1-e ; 2- c; 3-.a,d ;4-b
Roma ilk işğallara nə vaxt hansı hadisə ilə başladı?
A) E.ə.II əsrdə Karfagenin tutulması ilə
B) E.ə.II əsrdə Yunanıstanın tutulması ilə
C)E.ə.III əsrdə əvvəlcə Cənubi İtaliyadakı yunan şəhərlərinin,sonra isə bütün İtaliyanın işğalı ilə
D) E.ə.I əsrdə Misirin işğalı ilə
E) E.ə.l əsrdə Qalliyanın işğalı ilə
Romanın işğal etdiyi əraziləri baş verdiyi zamana uyğunlaşdırın:
1.E.ə. II əsrin ortaları 2.E.ə.I əsrin ortaları E.ə.l.əsrin III rübü
a) Selevki b) Misir c) Karfagen
d) Makedoniya e) Yunanıstan
A) 1-a,c,e ; 2- d ; 3-b
B) 1-c,d,e ; 2- a ; 3-b
C) 1-c ; 2- a ,d, e; 3-b
D) 1-e ; 2- a,d,e ; 3-b
E) 1-b,e ; 2- a ; 3-c,d
Uyğunluğu müəyyən edin:
1.Roma Aralıq dənizinin qərb sahillərində möhkəmləndi
2.Roma Aralıq dənizi hövzəsində qüdrətli dövlətə çevrildi.
a) Yunanısatan və Makedoniyanın tutulması ilə
b) Karfagenin dağıdılması ilə
c) Suriyanın tutulması ilə
d) Misirin tutulması ilə
A) 1-b ;2- a
B)1-d;2-a
C)1-c; 2-b
D)1-d; 2-b
Uyğunluğu müəyyən edin:
1.Respublika qquruluşunun böhranının başlanğıcını qoydu
2.Respublikanın böhranının qarşısını almaq mümkün olmadı
3.Respublika quruluşunun böhranını daha da kəskinləşdirdi.
a) Spartak üsyanı b) Qrakx qardaşları islahatları
c) Aqrar məsələnin yenidən kəskinləşməsi
A) 1-a; 2-b; 3-c
B) 1-b; 2-c; 3-a
C) 1-c; 2-b; 3-a
D) 1-a; 2-c; 3-b
Romada aqrar məsələnin kəskinləşməsinə aiddir:
A) Birinci dəfə e.ə.509-265-ci illərdə kəskinləşdi, plebeylərə onların hüququnu müdafiə edən xalq tribunu,konsul vəzifələrinin tutulması imkanı verildi,borc əsarəti,və-təndaşların qula çevrilməsi ləğv edildi.
B) ikinci dəfə e.ə. 49-30 -cu illərdə kəskinləşdi. Romanın imperiya elan edilməsi ilə nəticələndi.
C) İkinci dəfə e.ə.II əsrin sonu kəskinləşdi.Respublikanın böhranının başlanğıcı oldu,islahatlarla qarşısını almaq istəsələr də alınmadı.
D) Birinci dəfə e.ə.74-cü ildə kəskinləşdi. Üsyanların başlanması üçün şərait yaratdı
Romada hakimiyyətin plebeyləri tamhüquqlu vətəndaş kimi tanımasına vadar edən nə idi?
A) Üsyanlardan qorxdular
B) Vətəndaş müharibəsi təhlükəsi vardı
C) Qarşıda gözlənilən müharibələr bütün qüvvələrin cəmləşməsini tələb edirdi
D) Respublikanın süqutunun qarşısını almağa çalışırdılar
Romanın işğallarının artmasının respublika üçün nəticələrinə aid deyil:
A) Çoxlu sayda qullar gətirildi ölkəyə
B) Kəndlilər kütləvi şəkildə müflisləşdi,kəndlilərin əldə etdiyi məhsul qulların əməyi ilə yaradılan ucuz məhsulla rəqabət apara bilmirdi
C) Müflisləşən torpaqsız Roma kəndliləri silah ala bilmədiklərinə görə ordunun sayının azalmasına gətirib çıxardı,nəticədə Roma ordusu e.ə.II srin sonu muzdlu orduya çevrildi.
D) Qrakx qardaşları uğurlu islahatlarla respublikanı mökləmləndirdilər
Mətni tamamlayln:
....... triumf zamanı tribun yerlərinin yanından keçərkən tribunlardan birinin onun qarşısında ayağa qalxmadığını gördükdə elə qəzəbləndi ki, ucadan dedi:
"Akvila,xalq tribunu bəlkə sənə respublikanı da qaytaraq?"
A) Mark Trayan
B) Yuli Sezar
C) Oktavian Avqust
D) Antoni
E) Konstantin
Uyğunluğu müəyyən edin:
1.Yuli Sezar 2.Oktavian Avqust 3.Antoni
a) Senat onu dövlət şurasının başçısı elan etdi
b) Qalların müqavimətini qırmaqla bütün Qalliyanı tabe etdi
c) Roma üzərinə hücum etdi,müqavimətə rast gəlmədən Romanı və bütün İtaliyanı tutdu
d) Aktsi döyüşündə məğlub oldu
e) Senat onu ömürlük diktator elan etdi.
f) Senat ona imperator titulu verdi,özü isə tanrılarla bərabər tutuldu
A) 1-b,c,d; 2-a,e; 3- f
B) 1-b,c,e; 2-a,f; 3- d
C) 1-b,d; 2-a,e; 3- c,f
D) 1-a,b,d; 2-c,e; 3- f
Romada quldarlıq sisteminin tənəzzülü aiddir:
A) E.ə.ll əsrin sonu
B) E.ə.I əsrdə
C) II əsrin sonu-III əsrdə
D) E.ə.II əsrin sonu-III əsrdə
E) E.ə.II əsrin ortaları
Mətni tamamlayın:
"Əvvəllər ...... titulunu yalnız triumfa layiq görülmüş sərkərdələrə verirdilər. ...... vaxtından isə o,monarxiya tipli dövlət başçısının tituluna çevrilmişdir.
A) prinsipat,Yuli Sezar
B) imperator,Oktavian
C) diktator ,Yuli Sezar
D) Dominat,Konstantin
Romada imperiyanın və quldarlıq quruluşunun süqutunun yaxınlaşdığını göstərən amillər:
Aqrar məsələnin kəskinləşməsi
Xristianlığın yayılması
Qul əməyinə əsaslanan təsərrüfatın böhranı
Barbarların basqınları
Vətəndaş müharibəsi
Mətni tamamlayın:
"...... peşəkar muzdlu ordunun formalaşdırılmasına başlanıldı.Bu,
.......... siyasi nüfuzunun ....... və dövlət hakimiyyəti orqanlarının əhəmiyyətinin .......... gətirib çıxardı".
A) E.ə.II əsrin sonu; konsulların;
zəifləməsinə; güclənməsinə
B) E.ə. II əsrin sonu; sərkərdələrin;
güclənməsinə; zəifləməsinə
C) E.ə. III əsrin sonu; sərkərdələrin;
güclənməsinə; zəifləməsinə
D) II əsrin ortaları; tribunların;
güclənməsinə; zəifləməsinə
E) II əsrin sonu; sərkərdələrin;
güclənməsinə; zəifləməsinə
Etruskların incəsənətindən öküz başlı riton necənci əsrə aiddir?
A) IV əsr
B) III əsr
C) E.ə.III əsr
D) E.ə.IV əsr
E.ə.II əsr
