wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Kodlaşdırma

Total questions: 24

Worksheet time: 19mins

Name
Class
Date
1.

25 simvoldan ibarət məlumatı ASCII kodlaşdırma cədvəlinin köməyilə kodlaşdırdılar. Bu məlumatın informasiya həcmini müəyyən edin.

a)

25 bayt

b)

50 bayt

c)

20 bayt

d)

400 bit

2.

24 simvoldan ibarət məlumatı Unicode ilə kodlaşdırdılar. Bu məlumatın informasiya həcmini müəyyən edin.

a)

48 bayt

b)

24 bayt

c)

192 bit

d)

6 bit

3.

ASCII kodlaşdırma cədvəlində neçə müxtəlif simvol var?

a)

65536

b)

256

c)

128

d)

1024

4.

Mətn 60 səhifədən ibarətdir. Hər səhifədə isə 512 simvol varsa (ASCII kodl.) Mətnin informasiya həcmini Kbaytla hesablayın. Cavabda ancaq ədədi daxil edin!

(a)  

5.

Mətnin yazılması üçün 256 simvoldan ibarət əlifbadan istifadə olunur. Hər səhifədə 30 sətir və hər sətirdə 70 simvol var. 5 səhifəlik mətnin informasiya həcmi neçə bayt olar?

a)

10500

b)

105

c)

2100

d)

350

6.

Hər sətirdə 80 simvoldan və hər səhifədə 64 sətirdən ibarət mətn səhifələri 10Kbayt həcmi olan maqnit diskində saxlanılarsa mətn səhifələrinin maksimal sayını müəyyənləşdirin. (ASCII kodlaşdırma)

a)

3

b)

2

c)

4

d)

1

7.

Unicode kodlaşdırma sistemində "Qarabağ Azərbaycandır. " cümləsinin informasiya həcmini müəyyən edin.

a)

44 bayt

b)

14 bayt

c)

28 bayt

d)

Düzgün cavab yoxdur

8.

Kodlaşdırma prosesinin əksi necə adlanır?

a)

dekodlaşdırma

b)

kodun açılması

c)

şifrənin açılması

d)

Düzgün cavab yoxdur

9.

Unicode kodlaşdırılmasında mətnin informasiya həcmi 64 bayt olarsa, həmin mətni ASCII kodlaşdırılmasına çevirsək məlumatın informasiya həcmi neçə bit olar?

a)

256 бит

b)

32 байта

c)

16 бит

d)

96 бит

10.

Mətn informasiyası yaddaşda necə saxlanılır?

a)

simvolların köməyilə

b)

səkkizlik kodla

c)

 onluq kodla

d)

 ikilik kodla

11.

8 bitlə neçə simvol kodlaşdıra bilərik?

a)
 64
b)
8
c)
3
d)
256
12.

Unicode kodlaşdırma cədvəlində neçə simvol var?

a)
 65 536
b)
256
c)
128
d)
66 536
13.

Velosiped yarışında 60 idmançı iştirak edir. Xüsusi cihaz, hər bir idmançı üçün eyni olan minimum mümkün bit sayından istifadə edərək, finiş iştirakçılarının hər birinin keçidini qeyd edir. 40 velosipedçi finiş xəttini keçdikdən sonra cihaz tərəfindən qeydə alınan məlumatın informasiya həcmi neçə bayt olar?

(a)  

14.

Üzgüçülük yarışında 119 idmançı iştirak edir. Xüsusi bir cihaz, hər bir idmançı üçün eyni olan minimum sayda bit istifadə edərək qeydiyyat aparır. 70 nəfər finişi keçdikdən sonra cihaz tərəfindən qeydə alınan məlumatın informasiya həcmi neçə bit olar?

(a)  

15.

Avtomobil nömrəsi 7 simvoldan ibarətdir. Simvollar istənilən qaydada 18 müxtəlif hərf və onluq rəqəmlərdən ibarətdir. Kompüter proqramında hər bir belə nömrə mümkün olan minimum və eyni tam bayt sayında yazılır, simvollar üzrə kodlaşdırma istifadə olunur və bütün simvollar eyni və minimum mümkün bit sayı ilə kodlaşdırılır. Bu proqramın 60 nömrəni yazmaq üçün ayırdığı yaddaşın həcmini neçə bayt olar?

a)

350

b)

300

c)

260

d)

270

16.

Avtomatik cihaz əvvəlcə 16 bitlik Unicode kodu ilə yazılmış mətni ASCII kodlaşdırmasına çevirdi. Bu zaman informasiya həcmi 480 bit azalıb. Mətndəki simvolların sayını tapın.

a)

60

b)

80

c)

120

d)

240

17.

İstehsalatda anbardan sexə müəyyən qrup məhsulların çatdırılması üçün avtomatik məlumatlandırma sistemi işləyir. Sistemin iş prinsipinə görə əlaqə kanalı ilə anbara istifadə olunan məmulatın şərti nömrəsi göndərilir. Bu zaman eyni sayda və mümkün olan minimum bit sayı istifadə olunur. Əgər 19 istifadə olunan məmulatdan 9-una sorğu göndərilibsə, göndərilən məlumat neçə bit olar?

(a)  

18.

Ofisdə 55 nəfər çalışır. Girişdəki xüsusi cihaz səhər saatlarında bir işçinin işə gəlişini qeyd edir, hər bir işçi üçün eyni olan minimum mümkün bit sayından istifadə edərək işçinin nömrəsini qeyd edir. Səhər saatlarında 55 işçidən yalnız 50-si ofisə gələrsə, cihaz tərəfindən qeydə alınan məlumatın informasiya həcmi neçə bitdir?

(a)  

19.

Müəyyən bir ölkədə 200 nəfər var. Bu ölkədə əhalinin fərdi tibbi sığorta nömrələri yalnız 2, 4, 6, 8 rəqəmlərinin köməyilə yazılan eyni sayda rəqəmlərdən ibarətdir. Bütün sakinlərin tibbi sığortası varsa və bütün sertifikatların nömrələri fərqlidirsə, bu sertifikatların nömrələrində rəqəmlərin minimum sayı neçə olmalıdır?

(a)  

20.

Dükanda 114 adda məhsul satıldığını hesab edək. Məhsulların adlarını ikilik kodlaşdırma aparmaq üçün ən az neçə bit kifayət edər?

(a)  

21.

Məlumat 98 simvoldan ibarətdir. Əlifbanın gücü 28 olarsa və hər bir simvol eyni uzunluqlu minimal ikilik kodla kodlaşdırılarsa, onun informasiya həcmini müəyyən edin.

a)

490 bit

b)

500 bit

c)

450 bit

d)

49 bit

22.

İngilis əlifbasında 26 hərf var. Söz yalnız kiçik hərflərlə kodlaşdırılır. Bir hərfin kodlaşdırılması üçün minimal sayda neçə bit lazımdır?

a)

5

b)

6

c)

7

d)

4

23.

128 simvoldan ibarət məlumatın informasiya tutumu 64 baytdır. Məlumatın yazıldığı əlifbanın gücünü tapın.

a)

16

b)

4

c)

32

d)

256

24.

Mətn 4 simvoldan ibarət əlifba ilə yazılıb. Mətn başqa bir əlifba ilə kodlaşdırıldıqda

həcmi 3 dəfə artdı. Mətnin kodlaşdırıldığı əlifbanın gücünü müəyyən edin.

a)

64

b)

32

c)

8

d)

16