wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Hüceyrə.Bakteriyalar

Total questions: 20

Worksheet time: 14mins

Name
Class
Date
1.

Aşağıdakılardan hansı hüceyrənin əsas hissələrindən biri deyildir?

a)

Plazmatik membran

b)

Nüvə

c)

Hüceyrə divarı

d)

Sitoplazma

2.

Hər bir orqanın yerinə yetirdiyi funksiya onu təşkil edən hüceyrələrin quruluşu və funksiyası ilə əlaqədardır.Bu,aşağıdakılardan hansını deməyə əsas verir?

a)

Hüceyrə canlının ən kiçik bioloji vahididir

b)

Hüceyrə canlının quruluş vahididir

c)

Hüceyrə vanlının inkişaf vahididir

d)

Hüceyrə canlının funksiya vahididir

3.

Nüvə haqqında verilənlərdən hansı doğru deyildir?

a)

Bəzi hüceyrələrin nüvəsi yoxdur

b)

Bəzi hüceyrələrin birdən çox nüvəsi ola bilər

c)

Bütün hüceyrələrdə irsiyyət maddəsi nüvədə yerləşir

d)

Nüvəsi çıxarılan hüceyrə ölər

4.

Hüceyrənin həyati prosesləri onun hansı hissəsində yerinə yetirirlir?

(a)  

5.

Kəmalə müəllim şagirdlərə hüceyrə ilə dövlət arasında əlaqə qurmalarını tapşırır. Dövlətin paytaxtı ilə uyğun olan hüceyrənin hansı hissəsi ola bilər?

(a)  

6.

Bir idmançı olimpiadalara hazırlaşır. Çoxlu məşqlər edir və əzələlərinin daha güclü olmasına çalışır.İdmançının əzələlərinin yaxşı işləməsi üçün aşağıdakı hüceyrə orqanoidlərindən hansı daha çox çalışmalıdır?

a)

Mitoxondri

b)

Nüvə

c)

Vakuol

d)

Ribosom

7.

Müxtəlif qidaların olduğu mühitə K.L,M və N bakteriya növləri yerləşdirilmişdir. Bu sınaq qabına növbə ilə X,Y,və Z antibiotikləri əlavə edilmişdir. Hər antibiotik növü əlavə edildikdən sonra bakteriyaların yaşamağa necə davam etməsi şəkildə göstərilmişdir.Bununla əlaqədar hansı fikir doğru hesab edilə bilməz?

a)

M və N bakteriya növləri X və Y antibiotikırinə qarşı dözümlüdür

b)

Z antibiotiki ancaq N bakteriyasının çoxalma və inkişafını dayandırır

c)

M bakteriya növü hər üç antibiotik növünə qarşı dözümlüdür

d)

Hər üç antibiotik eyni vaxtda əlavə edilsəydi,fərqli gedişat meydana çıxa bilərdi

8.

Xüsusi qidalı mühitdə çoxaldılan bakteriya populyasiyasında (qrup) müəyyən zaman müddətində fərd sayında meydana gələn dəyişikliklər qrafikdə əks olunmuşdur. Bu dəyişikliklə əlaqədar olaraq aşağıdakılardan hansını söyləmək olmaz?

a)

Qidalı mühitdək ümumi bakteriya sayı müəyyən müddətdən sonra azalmışdır

b)

Fərd sayının artdığı zamanlarda da bakteriya ölümü baş verə bilər

c)

Əmələ gələn bakteriya sayı bütün zaman kəsiklərində ölən bakteriya sayı ilə eyni olmuşdur

d)

Mühitdə toplanan ifrazat məhsullarının miqdarı zamanla artmışdır

9.

Aşağıdakı bitki orqanlardan hansında meyoz bölünmə baş verə bilər?

a)

kök

b)

çiçək

c)

yarpaq

d)

gövdə

10.

Mitoz bölünmə haqqında hansı fikir səhvdir?

a)

Həm birhüceyrəlilərdə,həm də çoxhüceyrəlilərdə çoxalma üsulu ola bilər

b)

Bütün canlı hüceyrələrdə baş verə bilər

c)

Eukariot hüceyrələrin bölünmə üsuludur

d)

Qeyri-cinsi və cinsi hüceyrələrin əmələ gəlmə üsuludur.

11.

Mitoz bölünmə zamanı ilk olaraq hansı rəqəmlə göstərilən hüceyrə hissəsində dəyişikliklər baş verəcəkdir?

(a)  

12.

Müəyyən zaman ərzində mühitə daxil edilmiş başlanğıc sayı bir olan bakteriyadan 6 nəsil yaranmışdır. Bu müddət ərzində neçə bakteriya hüceyrəsi bölünməyə məruz qalmışdır? ( bakteriyaların ölümü baş verməmişdir)

(a)  

13.

26 xromosomlu bir hüceyrənin mitoz bölünməsi zamanı əmələ gələn hüceyrələrdə cəmi 208 xromosom sayılmışdır.Bu qədər xromosomun yaranması üçün neçə dəfə mitoz baş vermişdir?

(a)  

14.

Mitoz bölünmə zamanı hansı proses baş vermir?

a)

Nüvə pərdəsinin itməsi

b)

Sitoplazmanın bölünməsi

c)

Xromosomların sitoplazmaya çıxması

d)

Xromosomların qütblərə çəkilməsi

15.

Meyoz bölünmə ilə əlaqədar doğru fikri seçin:

a)

prokariot hüceyrələrin bölünmə üsuludur

b)

əmələ gələn hüceyrələrdə xromosom sayı bölünən hüceyrədəkindən 2 dəfə az olur

c)

əmələ gələn hüceyrələrdə xromosom sayı başlanğıc ana hüceyrədəkindən 2 dəfə az olur

d)

Zədələnmiş və ya itirilmiş bədən hissələrinin bərpasını təmin edir

16.

Bir bakteriya üzvi maddəni qeyri-üzvi maddələrdən sintez edir.Bu bakteriya üçün mühitin işıqlı və ya qaranlıq olmasının əhəmiyyəti yoxdursa,bu bakteriya haqqında hansı mülahizəni söyləmək olmaz?

a)

Bu bakteriyanın ilkin enerji mənbəyi yaşıl bitkilərlə eynidir

b)

Bu bakteriya xemotrof bakteriyadır

c)

Bu bakteriya avtotrof bakteriyadır

d)

Bu bakteriya kimyəvi rabitələr enerjisindən istifadə edir

17.

Bakteriyaların oksigenə tələbatına görə aerob,anaerob və fakultətiv olaraq qruplaşdırıldıqları məlumdur.Bu barədə bilikləriniz və şəkildən istifadə edərək düzgün mülahizənin yürüdüldüyü variantı seçin:

a)

1-mütləq anaerobdur

b)

2 -mütləq aerobdur

c)

3- fakultətiv,müvəqqəti anaerobdur

d)

4-aerob bakteriyadır,amma müvəqqəti olaraq oksigensiz mühitdə də yaşaya bilər

18.

Təcrübə zamanı bitki hüceyrəsinin müəyyən hissəsindən yeridilmiş çəhrayı rəngli maddənin bir qədər sonra müəyyən bir istiqamətdə bütün sitoplazmaya yayıldığı müşahidə olunmuşdur.Buna səbəb aşağıdakılardan hansı ola bilər?

a)

Maddənin hüceyrə şirəsində toplanması

b)

Maddənin xlorofili parçalaması

c)

Sitoplazmanın hərəkəti

d)

Maddənin plastidlərin membranını əritməsi

19.

Antosian piqmenti aşağıdakılardan hansına səbəb ola bilər?

a)

Payızda yarpaqların saralmasına

b)

Yazda yarpaqların yaşıl olmasına

c)

Gavalı meyvəsinin yetişərkən göy-bənövşəyi rəng almasına

d)

Yerkökünün meyvəkökünə narıncı rəng verməyə

20.

Prokariotlarla bütün eukariotları bir-birinə yaxın edən xüsusiyyətləri seçin:

a)

Formalaşmış nüvənin olması

b)

Ribosomlara malik olma

c)

Hüceyrə divarının olması

d)

İrsiyyət maddəsinin olması