Worksheetsmarketinq 4
Total questions: 10
Worksheet time: 8mins
Martin hazırda Şimali Floridada fəaliyyət göstərən şirkətdə baş marketinq meneceri kimi fəaliyyət göstərir. Martin şirkətin üzləşdiyi önəmli bir problemdən çıxış yolunu tapmaq üçün şirkətin müştəriləri ilə əlaqəli toplamış olduğu məlumatları araşdırır.Martin hazırda nəyin tədqiqi ilə məşğuldur?
Daxili məlumat bazası
Marketinq kəşfiyyatı
Sorğu və müçahidə
Xarici məlumat bazası
İlkin məlumatların toplanılması planına (tədqiqat planına) aşağıda sadalananlardan hansı daxil edilmir?
Məlumatların təhlil metodunun təyini
Secmə planını təyini
Əlaqə yollarının təyini
Tədqiqat alətlərinin təyini
Jon məhsulun qiymətində 5% azalma olacağı təqdirdə satışların kəskin artacağı fərziyyəsini araşdırmaq istəyi Bu zaman Jonun hansı tədqiqat yanaşmasından istifadə etməlidir?
Eksperiment
Qrup müsahibələri
Müşahidə
Sorğu
Marketinqin informasiya sisteminin funksiyasına daxildir:
İnformasiyaya olan ehtiyacın təyin edilməsi
Tərəfdaşlarla sıx əlaqələrin qurulması
Məhsula qarşı marağın yaradılması
Marketinq planının tərtib edilməsi
Jon məhsulun qiymətində 5% azalma olacağı təqdirdə satışların kəskin artacağı fərziyyəsini araşdırmaq istəyi Bu zaman Jonun tədqiqatının məqsədini təyin edir:
Səbəbi öyrənmək üçün tədqiqat
Təsviri tədqiqat
Etnoqrafik tədqiqat
Kəşfiyyat tədqiqatı
Şirkətin müştəriləri ilə bağlı mövcud olan məlumatların araşdırılması; şirkətin gəlirləri və xərcləri ilə bağlı məlumatların araşdırılması; satışların miqyası ilə bağlı məlumatların araşdırılması; müştərilərin şikayətlərinin araşdırılması sadalananlar hansına nümunədir?
Daxili məlumat bazası
Marketinq kəşfiyyatı
Xarici məlumat bazası
Marketinq tədqiqatı
Daxili databazalardan istifadənin üstünlüklərinə daxildir:
Digər bazalar ilə müqayisədə daxili databazalara daha tez və az xərclə daxil olmaq mümkündür
Daxili databazalarda olan məlumatlar lazımı formada olduğundan onları analiz etməyə ehtiyac yoxdur
Daxili databazalar hər zaman daha dolğun, doğru və müvafiq məlumatlarla təmin edir
Daxili databazalarda olan məlumatlar hər zaman yeni olur
Sadalananlardan hansı marketinq kəşfiyyatına daxildir?
Rəqiblərin Web səhifələrinin izlənilməsi
Məhsul diversifikasiyasının həyata keçirilməsi
İlkin tədqiqatın aparılması və məlumatların təhlili
Tədqiqat planının tərtibi və icrası
Marketinq kəşfiyyatının mənbələrinə daxil deyil:
Rəqiblərin daxili databazaları
Rəqiblərin Web səhifələri
Rəqiblərin biznes nəşirləri və hesabatları
Rəqiblərin press-relizləri
Verilənlərdən hansı MİS- i daha dolğun ifadə edir?
marketinq üzrə qərar qəbul edənlər üçün vaxtında və dəqiq tələb olunan məlumatın toplanmasına,seçilməsinə, təhlilinə, qiymətləndirilməsinə xidmət edən insanlar, avadanlıqlar və prosedurlardır
qərar qəbul edənlər üçün vaxtında və dəqiq tələb olunan məlumatın toplanmasına,seçilməsinə, təhlilinə, qiymətləndirilməsinə xidmət edən insanlar, avadanlıqlar və prosedurlardır
marketinq üzrə qərar qəbul edənlər üçün tələb olunan məlumatın toplanmasına,seçilməsinə, təhlilinə, qiymətləndirilməsinə xidmət edən avadanlıqlar və prosedurlardır
qərar qəbul edənlər üçün vaxtında və dəqiq tələb olunan məlumatın toplanmasına,seçilməsinə, təhlilinə, qiymətləndirilməsinə xidmət edən prosedurlardır
