wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Senaye iqtisadiyyati

Total questions: 20

Worksheet time: 5hrs 0mins

Name
Class
Date
1.

Dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi yüksəlişində rol oynayan aparıcı sahə hansı olub?

a)

sənaye

b)

ticarət

c)

ictimai iaşə

d)

kənd təsərrüfatı

2.

Aşağıdakılardan hansı iqtisadiyyatın sahəsi yox, altsahə hesab olunur?

a)

Kənd təsərrüfatı

b)

Maşınqayırma sənayesi

c)

Turizm və ictimai iaşə

d)

Tikinti

3.

Aşağıdakı sənaye sahələrindən hansı mədənçıxarmaya aid deyil?

a)

neft və qazçıxarma

b)

kimyəvi xammal ha­si­latı (kükürd, müxtəlif duzlar, kükürd kolçedanı, appatit və s.)

c)

rezin və plastmas  məmulatların istehsalı

d)

filiz və qeyri-filiz kimi mi­neral xammalı hasil edən sə­­naye sahələri

4.

Mədənçıxarma sənayesinə aid aşağıdakı sənaye sahələrindən hansı ölkəmizdə yoxdur?

a)

tikinti materialları

b)

əlvan metal filizlərinin hasilatı

c)

qara metal filizlərinin hasilatı

d)

kömür, torf və başqa yanar maddələr hasilatı

5.

Aşağıdakılardan hansı sənaye üzrə iqtisadi fəaliyyət növlərinin NACE təsnifatı üzrə bölmələrin sırasında deyil?

a)

Mədənçıxarma sənayesi

b)

Emal sənayesi

c)

Elektrik enerjisi, qaz, buxar və kondisiyalaşdırılmış hava ilə təchizat

d)

Su təchizatı, içməli və texniki suyun çəkilməsi

6.

Aşağıdakı sənaye sahələrindən hansı emal sənayesinə aid deyil?

a)

Qida məhsullarının istehsalı

b)

Toxuculuq sənayesi

c)

Tikinti (mişar) daşı stehsalı

d)

Geyim istehsalı

7.

Sənaye haqqında hansı fikir doğrudur?

a)

maddi istehsalın bir sahəsidir

b)

kənd təsərrüfatının bir sahəsidir

c)

kommersiya təşkilatıdır

d)

səhmdar cəmiyyətlərinin məcmusudur

8.

Sənayenin ilkin rüşeymi hesab olunur:

a)

 əkinçilik

b)

heyvandarlıq

c)

sənətkarlıq

d)

manufaktura

9.

Əmtəə təsərrüfatı nə vaxt meydana çıxdı?

a)

şəhərlərin meydana çıxması ilə

b)

kənd təsərrüfatı istehsalının yaranması ilə

c)

əkinçiliyin heyvandarlıqdan ayrılması ilə

d)

sənətkarlığın kənd təsərrüfatından ayrılması ilə

10.

Birinci sənaye çevrilişinin (inqilabının) əsas mənbəyi nə hesab olnur?

a)

C. Uatt tərəfindən buxar maşınının ixtirası (1784)

b)

ilk toxuculuq dəzgahının ixtirası (1733)

c)

Hargrivsin pambıqəyirmə maşınının ixtirası (1765)

d)

Kartraytın mexanikləşdirilmiş toxuculuq dəzgahının ixtirası (1776)

11.

Aşağıdakılardan hansı II sənaye çevrilişinin xarakteristikası deyil? 

a)

İstehsalın avtomatlaşdırılması

b)

İrimaşınlı sənayeyə keçid

c)

Axınlı istehsalın yaranması və axın xəttlərinin tətbiqi

d)

Kimyəvi materialların, kimyəvi liflərin və plastmassın istehsala tətbiqi

12.

Üçüncü sənaye çevrilişinin (inqilabının) əsasını təşkil edən budur:

a)

elektrikləşdirmə

b)

əl əməyindən maşınlı sənayeyə keçid

c)

analoqlu texnologiyalardan rəqəmsal texnologiyalara keçid

d)

kütləvi istehsaldan seriyalı istehsallara qayıdış

13.

Dördüncü sənaye inqilabının əsas hərəkətverici qüvvəsinin nə olması gözlənilir?

a)

kiber-fiziki sistemlər

b)

nanotexnologiyalar

c)

alternativ enerji mənbələri

d)

innovasiyalar

14.

Bunu dördüncü sənaye inqilabının ilkin əlaməti hesab edirlər:

a)

“3D printing” və məhsulları

b)

“süni intellect”in yaradılması

c)

kvant texnologiyaları

d)

bunların hamısını

15.

Azərbaycanda ilkin sənaye münasibətlərinin formalaşması hansı sahə ilə bağlıdır?

a)

neft hasilatı ilə

b)

kənd təsərrüfatı məhsullarının emalı ilə

c)

ipəkçiliklə

d)

toxuculuq sənayesi ilə

16.

Azərbaycanda sənayeləşmənin başlanğıcı hesab olunan hadisə hansıdır?

a)

Azərbaycanda sovet hakimiyytinin qurulmasını

b)

Bakı ətrafında neftin tapılmasını

c)

Bakı neftinə xarixi investorların cəlb edilməsini

d)

Bakıda neftin sənaye üsulu ilə hasilatına başlanılması

17.

XIX əsrin sonu – XX əsrin əvvəllərində Bakı neft sənayesində hansı əcnəbi ölkənin kapitalı üstünlük təşkil edirdi?

a)

 İngiltərə

b)

Almaniya

c)

Fransa

d)

Hollandiya 

18.

1940-cı ildə Azərbaycan sənayesinin ümumi məhsulunda ən böyük paya malik sənaye sahəsi hansı olub?

a)

yüngül sənaye

b)

yeyinti sənayesi

c)

yanacaq sənayesi

d)

metallurgiya sənayesi

19.

1970-cı ildə Azərbaycan sənayesinin ümumi məhsulunda ən böyük paya malik sənaye sahəsi hansı olub?

a)

yeyinti sənayesi

b)

yüngül sənaye

c)

kimya və neft-kimya sənayesi

d)

yanacaq sənayesi

20.

Azərbaycanda yaradılmış aşağıdakı sənaye müəssisələrindən hansı keçmiş SSRİ-də bu sahədə olan yeganə müəssisə olub?

a)

Bakı Soyuducular Zavodu (1959)

b)

Bakı poladtökmə zavodu (1969)

c)

Sumqayıt məişət kompressorları zavodu (1971)

d)

Bakı məişət kondisionerləri zavodu (1975)