wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Bitkinin vegetativ orqanları

Total questions: 16

Worksheet time: 32mins

Name
Class
Date
1.

Bitki orqanlarını öyrənən bir tələbə gövdənin ayrı-ayrı qatlarına xas olan hüceyrələrin kimyəvi tərkibini araşdırır. X,Y.Z və K ilə işarələdiyi hüceyrələrdə aşağıdakı maddələrin altından xətt çəkərək xüsusi işarələyir:

X- liqnin

Y-nişasta

Z-suberin

K-su və zülallar

Bu məlumatları nəzərə alaraq hüceyrələri xaricdən daxilə doğru hansı ardıcıllıqla düzsək,gövdə qatlarını xaricdən daxilə doğru düzgün yerləşdirmiş olarıq?

a)

X,Y,Z,K

b)

Y,X,K,Z

c)

Z,K,X,Y

d)

K,X,Y,Z

2.

Yarpağın anatomik quruluşu şəkildə təsvir olunmuşdur. Buna əsasən X,Y,Z və K oxlarının ifadə etdiyi maddələr hansı variantda düzgün göstərilmişdir?

a)

X-su buxarı

Y-maye su

Z-oksigen

K-karbon qazı

b)

X-maye su

Y- su buxarı

Z-karbon qazı

K- oksigen

c)

X-karbon qazı

Y-maye su

Z- oksigen

K-su buxarı

d)

X- maye su

Y- su buxarı

Z- oksigen

K- karbon qazı

3.

X üçün ortaq ola bilər:

a)

Apikal (uc meristem)

b)

Lateral (yan meristem)

c)

Parenxim

d)

Əmici tellər

4.

Kökün bütün toxumaları uc hissədə yerləşən meristem toxumasından yaranır. Meristem toxumasından ilk yaranan hüceyrələrin hər birinin eyni quruluşlu olduğunu və ixtisaslaşmanın böyümə zonasında baş verdiyini nəzərə alsaq,aşağıdakılardan hansını ehtimal etmək olar?

a)

Meristemdən ilk yaranan toxuma örtük toxumasıdır

b)

Meristemdən ilk olaraq parenxim yaranır

c)

Meristemdən ilk yaranan toxuma ötürücü toxumadır

d)

Hər zonanın öz meristemi vardır

5.

Hansı variantda epidermisin şəkildəyişmələri quraqlığa davamlılığı artırmağa uyğunlaşmışdır?

I kutikula

II stoma

III hidatod

IV tükcüklər

a)

I və III

b)

I və IV

c)

II və III

d)

III və IV

6.

Cədvəldə birləpəli və ikiləpəli bitkilərin müəyyən əlamətləri müqayisə olunmuşdur.Buna əsasən A,B və C aşağıdakılardan hansı ola bilər?

a)

A- floema və ksilema

B- epiderma

C- mantar kambisi

b)

A- parenxima

B- kökdə mərkəzi silindr

C- kambi

c)

A- parenxima

B- floema və ksilema

C-kökdə böyümə konusu

d)

A-özək

B-kambi

C -mantar

7.

İllik halqaların əmələ gəlmə mexanizmini nəzərə alaraq aşağıdakılardan hansını söyləmək olmaz?

a)

İllik halqalar ikiləpəli ancaq bitkilərdə əmələ gəlir

b)

İllik halqalar mülayim qurşaq bitkilərində əmələ gəlir

c)

İllik halqalar tropik iqlim qurşağında daha enlidir

d)

Yay və payızda əmələ gələn hüceyrələrin divarı daha qalın olur

8.

Kökün qatları aşağıdakı kimi nömrələnmişdir:

1. floema

2. epiderma

3. endoderma

4. qabıq

5. ksilema

Kökə daxil olmuş suyun keçəcəyi qatların düzgün ardıcıllığı hansı variantda verilmişdir?

a)

5-2-1-3-4-

b)

2-5-4-3-1

c)

2-4-3-5-1

d)

3-4-2-1-5

9.

Bitkilərdə böyümənin sürətini araşdıran tələbə öz dəftərində müşahidə apardığı iki bitkinin böyüməsini şəkildəki diaqramda olduğu kimi təsvir etmişdir.Bu diaqrama əsasən hansı fikri dəqiq söyləmək düzgün olmaz?

a)

I bitki uc meristemi ilə böyüyür

b)

II bitkidə interkalyar böyümə vardır

c)

I bitki ağac,II bitki ot bitkisidir

d)

Hər iki bitkidə böyümənin sürəti eynidir

10.

Şəkildə çoxillik ağac bitkisinin oduncağı təsvir olunmuşdur.X,Y və Z haqqında verilmiş fikirlərdən hansı düzgün deyil?

a)

X- yazda əmələ gələn hüceyrələri göstərir

b)

Y X ilə birlikdə Z illik halqasını  təşkil edir

c)

Y yayın sonları,payızda əmələ gələn hüceyrələrdir

d)

X-in rənginin açıq olması onun  yayda əmələ gələn hüceyrələrdən ibarət olduğunu göstərir

11.

Şəkildə müəyyən bir hissəsi təsvir olunmuş zoğ haqqında aşagıda verilənlərdən hansı və ya hansılar doğrudur?

I Zoğ üzərində yarpaq və tumurcuqlar növbəli düzülmüşdür

II 2 ilə göstərilmiş tumurcuq 4 ilə göstərilmiş hissədə əmələ

gələn tumurcuqla eyni funksiyanı yerinə yetirə bilər

III 3-də yerləşən tumurcuq növü  başqa orqanlarda əmələ gəlmir

a)

Yalnız I     

b)

I və II    

c)

Yalnız III    

d)

I,II,III

12.

Nağı bitkilər üzərində təcrübə aparmağı sevir.O,otaq bitkilərindən birini kökləri ilə birlikdə rəngli suya qoydu.Bir müddətdən sonra yarpaq damarlarının rəngləndiyini müşahidə etdi.Daha sonra bitkinin uzununa kəsiyinə baxdı.Bu zaman Nağı aşağıdakılardan hansının rəngləndiyini  müşahidə edə bilməz?

a)

Kökün sorucu zonasının

b)

Gövdənin oduncaq hissəsinin

c)

Gövdənin mantarla kambi arasında qalan hissəsinin

d)

Yarpaq ayasının

13.

Şəkildə birləpəli və ikiləpəli bitki gövdələrinin sxematik quruluşu verilmişdir.Bununla əlaqədar aşağıdakı fikirlərdən hansı doğrudur?

a)

B –birləpəli bitkidir ,çünki onda kambi toxuması var

b)

A –ikiləpəli bitkidir,çünki ötürücü boruları parenxima içərisində səpələnmiş haldadır

c)

A və B hər ikisi ikiləpəli bitkidir,çünki hər ikisində ksilema və floema vardır

d)

Floema və ksilemanın nizamlı düzülüşü B-nin ikiləpəli olduğunu göstərir

14.

Şəkildə ikiləpəli bitki gövdəsi verilmişdir.Cədvəldə gövdə hissələrinin funksiyalarına uyğun gələn hissələrin nömrələrini ardıcıl olaraq yazın.

(a)  

15.

Müəllim orqan şəkildəyişmələrini öyrənmək məqsədi ilə şagirdlərə 3 herbari nümunəsi təqdim edir. Bunlardan :

I bitkidə zoğda buğumda tikanlar ;

II bitkidə mürəkkəb yarpağın uc hissəsində bığcıqlar;

III bitkidə buğumaralarında tikanlar

IV bitkidə sadə yarpaqlı gövdədə bığcıqlar

müşahidə edilmişdir. Buna əsasən aşağıdakı nəticələrdən hansına gəlmək olmaz?

a)

I və II bitkidə yarpaq,III və IV bitkilərdə gövdənin şəkildəyişməsi baş vermişdir

b)

Hər üç bitkidə mexaniki toxuma zəif inkişaf etmişdir

c)

Bitkilər quraq ərazidə yayıla bilərlər

d)

I və III bitkilər müxtəlif iqlim şəraitində bitə bilərlər

16.

Gövdənin eninə böyüməsini əks etdirən şəkildə hansı hissə düzgün qeyd olunmamışdır?

a)

Birincil və ikincil floema

b)

Birincil və ikincil ksilema

c)

Floema və ksilema

d)

Mantar kambisi