wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Bitkinin generativ orqanları

Total questions: 21

Worksheet time: 37mins

Name
Class
Date
1.

Şagird müxtəlif bitkilərin çiçəkləri üzərində müşahidə aparır. Dişiciyə aid məlumatlara əsasən çiçəkləri bir neçə qrupda yerləşdirdi.Aşağıdakılardan hansı çiçəklərin fərqli qruplarda yerləşdirilmə səbəbi ola bilməzdi?

a)

Dişiciyin sayı

b)

Dişicikdə yumurtalığın sayı

c)

Dişicikdə ağızcığın sayı

d)

Dişicikdə sütuncuq haqqında məlumat

2.

Şəkildə üç müxtəlif bitkiyə aid çiçək təsvir olunmuşdur.Buna əsasən aşağıdakılardan hansını söyləmək olmaz?

a)

Bütün çiçəklər ikiqat yanlığa malikdirlər

b)

Bütün çiçəklərdə meyoz prosesi baş verəcəkdir

c)

Bütün çiçəklərdən meyvə və toxum əmələ gələcəkdir

d)

Bitkilər birevli və ikievli ola bilərlər

3.

Histoqramda müxtəlif çiçəklərdə struktur elementlərinin sayı rənglərlə göstərilmişdir. Hər rəng bir çiçək strukturunu əks etdirir.Bu histoqrama əsasən aşağıdakı nəticələrdən hansına gəlmək olmaz?

a)

Yalnız I çiçək tam çiçəkdir

b)

IV çiçək ikicinsli çiçək ola bilər

c)

III çiçəyə ,adətən,ikievli bitkilərdə rast gəlinir

d)

II çiçək bircinsli və ya sadə yanlıqlı çiçək ola bilər

4.

Şagirdə 5 müxtəlif bitki haqqında məlumat təqdim olunmuşdur.

X bitkisi - mil kök sistemi var

Y bitkisi -həşəratla tozlanma baş verir

Z bitkisi- küləklə tozlanma baş verir

K bitkisi- meyvə əmələ gətirir

L bitkisi- toxumla çoxalır

Şagird bu bitkilərdən hansıların çiçəkli bitki olduğunu qətiyyətlə söyləyə bilər?

a)

X,Y,K bitkilərinin

b)

Y və K bitkilərinin

c)

Z və L bitkilərinin

d)

X,Y,Z,K,L bitkilərinin

5.

A,B,C,D bitkilərinin çiçəkləri şəkildə təsvir olunmuşdur. Buna əsasən doğru fikri seçin:

a)

Bitkilərin hər birində meyvə və toxum əmələ gələ bilər

b)

C və D bitkiləri ikievli bitkilərdir

c)

A və B bitkiləri ikievli bitkilərdir

d)

B bitkisinin çiçəkləri ikicinslidir

6.

Aşağıdakı ifadələrdən hansını qətiyyətlə söyləmək olar?

a)

Bir çiçəkdən bir meyvə əmələ gəlir

b)

Bir dişicikdən bir meyvə əmələ gəlir

c)

Bir dişicikdə bir toxum əmələ gəlir

d)

Bir dişicikdə bir tozcuq borusu əmələ gəlir

7.

Bir bitkidə çiçəyin olması haqqında məlumat aşağıdakı fikirlərdən hansını müəyyən etmək üçün kifayət deyildir?

a)

Bitkinin aid olduğu şöbəni

b)

Bitkidə əmələ gələ biləcək kök növlərini

c)

Bitkinin kök sistemini

d)

Bitkidə bir yumurtacıqda baş verən mayalanmada iştirak edən hüceyrə sayını

8.

Şəkildə diaqramı verilmiş çiçək üçün hansı düsturu yazmaq olar?

a)

K3L3E(6)D1

b)

K(3)L(3)E6D1

c)

K3L3E6D3

d)

K3L3E6D1

9.

Yumurtalıqların vəziyyətinə əsasən aşağıdakı nəticələrdən hansı və ya hansıları söyləmək olmaz?

1. I üst,II yarımalt,III alt yumurtalıqdır

2. II və III çiçəkdən meyvə əmələ gələrkən çiçək yatağı da iştirak edə bilər

3. I çiçəkdən yalançı meyvə əmələ gəlir

a)

Yalnız 1

b)

1 və 2

c)

Yalnız 3

d)

2 və 3

10.

Müəllim şagirdlərlə yarışma keçirir.Hər dəfə şagirdlərdən biri müəllimin təqdim etdiyi çiçək qrupu haqqında açar sözləri söyləməli və yoldaşları çiçək qrupunu buna əsasən müəyyənləşdirməlidirlər.Aşağıdakı açar sözlərdən hansı çiçək qrupunu müəyyən etmək üçün kifayət edər?

a)

Çiçək yatağı nəlbəki kimi genişlənmişdir

b)

Çiçək oxu ətləşmişdir

c)

Çiçəklər uzun əsas oxa malikdir

d)

Çiçəklər bərabər uzunluqlu saplaqlar üzərində yerləşir

11.

Tam çiçəkdən saplağa malik əsas hissə çıxarılmışdır. Bu çiçəkdə aşağıdakılardan hansı heç bir halda əmələ gələ bilməz?

I meyvə

II toxum

III tozcuq

a)

Yalnız I

b)

Yalnız III

c)

II və III

d)

I,II,III

12.

Dişiciyə aid rəqəmlərlə işarələnmiş hissələrdən hansı yalnız örtülütoxumlu bitkilərə məxsus deyil? ?

a)

1

b)

2

c)

3

d)

4

13.

Dişiciyə aid hissələr aşağıda nömrələnmişdir.

I sütuncuq

II ağızcıq

III yumurtalıq

IV yumurtacıq

Bu hissələr sayı ən çox olmaq ehtimalı olandan ən az olana doğru hansı variantda düzgün sıralanmışdır?

a)

IV-II-III-I

b)

I-III-IV-II

c)

IV-III-I-II

d)

III-II-I-IV

14.

Sxemdə bitkilərin aid olduğu sistematik vahidlər müxtəlif ölçülü dairələrlə göstərilmişdir. Aşağıda bu dairələrin nəyi ifadə etdiyini təyin etmək üçün açar sözlər verilmişdir:

a-toxum

b-meyvə

c-ixtisaslaşmış toxuma və orqanlar

d-mil kök sistemi

e-çiçək

f-tozlanma

Aşağıdakı variantlardan hansında bu açar sözlərin I,II və III sistematik vahidləri təyin etməyə imkan verdiyi düzgün göstərilmişdir?

a)

I-a,e; II-b,d,f; III- c

b)

I-b; II-a,d,f; III c,e

c)

I-c; II-a,d,f; III- b,e

d)

I-c; II-b,e; III- a,d,f

15.

"Çiçək şəklini dəyişmiş qısalmış zoğdur"-çiçəyin bu tərifindən hansı nəticəni çıxarmaq olmaz?

a)

Çiçək zoğlarında təpə meristemi olmur

b)

Çiçək zoğlarında yarpaq və tumurcuq ola bilər

c)

Çiçək zoğlarından yeni zoğlar inkişaf edə bilməz

d)

Generativ tumurcuqda çiçək başlanğıcından əlavə tumurcuq və yarpaq başlanğıcı da ola bilər

16.

Aşağıdakı ifadələrdən hansılar örtülütoxumlular şöbəsindən daha böyük sistematik vahidi təyin etməyə imkan verər? (iki doğru cavab seçin)

a)

yumurtacıq

b)

tozluq kisəsi

c)

yumurtalıq

d)

dişicik

e)

erkəkcik

17.

Şəkildə iki müxtəlif çiçəyin dişiciyi təsvir olunmuşdur.Buna əsasən aşağıdakı fikirlərdən hansını əminliklə söyləmək olmaz?

a)

Bu çiçəklər həşəratlarla çarpaz tozlanır

b)

Hər iki çiçəkdən çoxtoxumlu meyvə əmələ gəlir

c)

Çiçəklərdən əmələ gələcək meyvələrdə maksimum toxum sayı fərqlidir

d)

Bu çiçəklərdən yalançı meyvə əmələ gəlməz

18.

Şəkildə xiyar bitkisinin bir zoğ üzərindəki iki çiçəyini görürsünüz. Əgər xiyar bitkisinin çiçəklərini sxematik olaraq təsvir etmək istəsək, aşağıdakı təsirlərdən hansı heç bir halda bu bitkiyə uyğun olmayacaq?

a)

b)

c)

d)

19.

Hansı şəkildə verilmiş çiçəkdən mürəkkəb meyvə əmələ gələ bilər?

a)

b)

c)

d)

20.

A və B çiçəklərinin dişicikləri şəkildə təsvir olunmuşdur.Aşağıdakılardan hansı bu çiçəklər üçün ortaq ola bilər?

a)

Yumurtalığın vəziyyəti

b)

Əmələ gələcək meyvələrin sayı

c)

Tozlanma üsulu

d)

Çiçək yatağının forması

21.

Aşağıda üç çiçək qrupu növü verilmişdir.

qalxan

salxım

sünbül

Bu çiçək qrupları üçün ortaq xüsusiyyət hansıdır?

a)

Oturaq çiçəklər

b)

Bərabər saplaqlı çiçəklər

c)

Uzanmış çiçək oxu

d)

Saplaqlı çiçəklər