wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

İdarəetmə uçotu fənni üzrə testlər-27.10.2022

Total questions: 10

Worksheet time: 30mins

Name
Class
Date
1.

İdarəetmə uçotunun hansı metodu uçot obyektinin faktiki vəziyyətini, habelə uçot məlumatlarından kənarlaşmaları, qeydiyyatdan kənarda qalan resursları, itkiləri, çatışmazlıqları və mənimsəmələri müəyyən etmək üsuludur:

a)

İnventarizasiya

b)

Sənədləşmə

c)

Nəzarət hesabları

d)

İkitərəfli yazılış

e)

Qiymətləndirmə, qruplaşma və ümumiləşdirmə

2.

Nəzarətin hansı növü işlərin və tapşırıqların (planların) yerinə yetirilməsi prosesində həyata keçirilir:

a)

Cari nəzarət

b)

İlkin nəzarət

c)

Sonrakı (son) nəzarət

d)

Kombinələşmiş nəzarət

e)

Texniki nəzarət

3.

Təhlil (qiymətləndirmə):

a)

Müəssisənin qəbul etmiş olduğu qərarların, planların və bütövlükdə qarşıya qoymuş olduğu məqsədlərin necə yerinə yetirildiyi, onun fəaliyyətinin güclü və zəif cəhətləri, nəticələrə təsir edən daxili və kənar amillər, planlaşdırmada, nəzarət və motivasiya sistemində olan çatışmazlıqlar aşkar edilir və qiymətləndirilir

b)

İstehsal olunacaq məhsulun, işin, xidmətin hər vahidinə sərf oluna biləcək maddi, əmək və maliyyə resurslarının sərfi normaları və normativlərinin müəyyən edilməsi prosesidir

c)

İdarəetmənin bir funksiyası olmaqla hər hansı müəssisənin fəaliyyətinin texniki, iqtisadi-psixoloji və hüquqi tərəflərinin nizama salınmasını təmin edir

d)

Ümumi şəkildə faktiki əldə olunmuş nəticələrin plan göstəriciləri (planlaşdırılan göstəricilər) ilə müqayisə edilib yoxlanılmasıdır

e)

Müəyyən dövr üçün müəssisənin qoymuş olduğu məqsədlərin kəmiyyət, yaxud dəyər ifadəsində müəyyən edilməsi və bu məqsədlərə çatmağın yollarının işlənib hazırlanması prosesidir

4.

Balanslaşdırılmış göstəricilər sisteminin müştəri tərkibinə daxil edilən "Bazar payı" göstəricilər qrupu:

a)

Sənaye qruplarının, ticarət assosiasiyalarının, dövlət statistika orqanlarının reytinqləri üzrə müəssisənin bazardakı payını əks etdirir (müştərilərin sayı, sərf olunan pul vəsaitləri, yaxud satılmış məhsulların həcmi baxımından)

b)

Şirkətin müştəri bazasının saxlanılması və genişləndirilməsini əks etdirən göstəricini mütləq, yaxud nisbi vahidlərlə qiymətləndirir

c)

Fəaliyyətin nəticələrinin xüsusi meyarlarına uyğun olaraq müştərinin qane olması dərəcəsini qiymətləndirir (poçt, telefon vasitəsilə sorğu və şəxsi söhbət)

d)

Müştərinin, yaxud bazar seqmentinin fəaliyyətindən asılı olaraq xalis mənfəəti qiymətləndirir

e)

Düzgün cavab yoxdur

5.

Əməliyyat prosesi daxili dəyər zəncirinin ümumi modelində əsas sayılır və özündə istehsalı və sifarişçiyə malların, xidmətlərin çatdırılmasını birləşdirir. Əməliyyat prosesinin vaxt göstəricilərinə aiddir:

a)

Sorğuya cavab reaksiyasının vaxtı

b)

Müəyyən miqdar məmulata düşən qüsurların (defektlərin) sayı

c)

Tullantılar

d)

Zay məhsulun yenidən emalı

e)

Qaytarılma

6.

Balanslaşdırılmış göstəricilər sisteminin təhsil və inkişaf tərkibinin hansı istiqamətləri mövcuddur:

a)

İşçinin imkanları, informasiya sisteminin imkanları, motivasiya, səlahiyyətin verilməsi, şəxsi məqsədlərin korporativ məqsədlərə uyğunluğu

b)

İşçinin imkanları və informasiya sisteminin imkanları

c)

İşçinin imkanları, səlahiyyətin verilməsi, şəxsi məqsədlərin korporativ məqsədlərə uyğunluğu

d)

İnformasiya sisteminin imkanları və motivasiya

e)

İşçinin imkanları və motivasiya

7.

İdman kompleksinin tikintisi üçün iki alternativ yer nəzərdə tutulur: şəhərin mərkəzi və şəhər ətrafı. Əgər şəhər mərkəzi seçilərsə, onda idman kompleksinin saxlanılması xərcləri ildə təxminən 52000 manat, şəhər ətrafı seçilərsə 67000 manat ola bilər. Əgər tikinti üçün şəhər ətrafı seçilərsə, onda idman kompleksinin tikintisi üzrə differensial xərclər:

a)

15000 manat təşkil edəcək

b)

10000 manat təşkil edəcək

c)

5000 manat təşkil edəcək

d)

2000 manat təşkil edəcək

e)

20000 manat təşkil edəcək

8.

İstehlak olunan, yaxud sərf olunan material resurslarının miqdarının müəyyən edilməsinin retroqrad metoduna xas olan cəhətə aiddir:

a)

İstehlak (sərf) edilən material resurslarının miqdarı məhsul vahidinə norma üzrə düşən materialların sərfi, normal itkilər və buraxılan məhsulun həcmi nəzərə alınmaqla geri hesablama yolu ilə müəyyən edilir

b)

İstehlak (sərf olunan) material resurslarının hesabat dövrü ərzində miqdarı materialların sərfini əks etdirən ilkin sənədlərin məlumatları əsasında tərtib edilən yığım cədvəllərində müəyyən edilir

c)

Material resurslarının sərf edilmiş miqdarı inventarizasiya aparılmaqla müəyyən edilir

d)

Həmin metoddan istifadə zamanı bütün material resurslarının növləri üzrə miqdarı ayrıca müəyyənləşdirilir və buna görə də onlar barədə dəqiq məlumatlar əldə etmək mümkündür

e)

Düzgün cavab yoxdur

9.

Dəyişən xərclərin hansı yarımqrupu birbaşa istehsalın həcmindən asılı olan xərcləri əhatə edir:

a)

Proporsional (mütənasib) xərclər

b)

Proqressiv xərclər

c)

Reqressiv xərclər

d)

Sıçrayışa bənzər xərclər

e)

Deqressiv xərclər

10.

İstehsal qaimə xərclərini aşağıdakı qruplara bölmək olar:

a)

Köməkçi (dolayı) material xərcləri; dolayı əmək haqqı xərcləri; digər dolayı fabrik-zavod xərcləri

b)

Köməkçi (dolayı) material xərcləri; dolayı əmək haqqı xərcləri

c)

Köməkçi (dolayı) material xərcləri; digər dolayı fabrik-zavod xərcləri

d)

Dolayı əmək haqqı xərcləri; digər dolayı fabrik-zavod xərcləri; alternativ xərclər

e)

Köməkçi (dolayı) material xərcləri; dolayı əmək haqqı xərcləri; alternativ xərclər