NEW
Font size
Worksheetsmkriq
Total questions: 10
Worksheet time: 5mins
Çox sayda alıcının və satıcının oxşar əmtəələr alıb satdığı, hər bir alıcı və satıcının qiymətlə razılaşan olduğu bazar növü necə adlanır?
İnhisarçı rəqabət
İnhisar
Rəqabətli bazar
Oliqopoliya
Monopson
Marjinal gəlirin marjinal xərclərdən çox olduğu müddətdə, istehsal həcminin artırılması … də artırır.
Gəliri
Mənfəəti
Fayda
Xərci
Zərəri
Mənfəəti maksimallaşdırmaq üçün inhisarçı firma istehsalın elə həcmini seçir ki
Marjinal gəlir marjinal xərclərdən böyük olur
Marjinal xərclər marjinal gəlirdən böyük olur
Ortalama gəlir qiymətə bərabər olur
Marjinal gəlir marjinal xərcə bərabər olur
Orta gəlir marjinal gəlir bərabər olur
İnhisarçı firmanın tarazlığını hansı şərt əks etdirir
P>MR=MC
P=MR=MC
AC=MC<MR
MC<MR=P
P>ATC
Firmanın fəaliyyətinin müvəqqəti dayandırma tarazlığı?
MR < MC
P<AVC
MR > MC
P>MR
P>ATC
Firmanın fəaliyyətini müvəqqəti dondurduğu halda qısa müddətdə dəyişməz xərcləri necə adlanır
Əsas xərclər
Dəyişən xərclər
Alternativ xərclər
Batmış xərclər
Məcmu xərclər
Firmanın bazarı tərk etmə halındakı tarazlığı
P< ATC
MR < MC
P>MR
P>ATC
P>AVC
Uzun müddətdə daxilolma və tərk etmə prosesi nəticəsində, bazarda hansı firmalar qalacaqdır?
Daha çox müştərisi olan
Mühasibat mənfəəti çox olan
İqtisadi mənfəəti sıfır olan
Mənfəəti çox olan
Marjinal gəliri marjinal xərcindən çox olan
Aşağıdakılardan hansını Azərbaycanda rəqabətli bazara yaxın bir nümunə olaraq göstərmək olar?
Taksi şirkətləri bazarı
Neft istehsalı bazarı
Silah istehsalı bazarı
Telekommunikasiya xidmətləri bazarı
Mobil operator xidməti bazarı
Aşağıdakı mallara aid bazarlarda hansı rəqabətli bazara nümunə olaraq verilə bilər?
Diş məcunu
Avtomobil
Mobil telefon
Kartof
Neft
