NEW
Font size
WorksheetsCanlılarda hərəkət ,dayaq.Bitkilərdə qidalanma
Total questions: 21
Worksheet time: 34mins
Aşağıdakı nümunələrdən hansında aktiv hərəkət müşahidə olunur?
Bitkilərin işığa doğru uzanması
Amöbün qidalanması
Toxumun cücərməsi
Spirogiranın su axını ilə uzaq məsafələrə getməsi
Şəkildə təsvir olunmuş hərəkətin rast gəlindiyi canlılar haqqında hansı məlumat doğrudur?
Bu cür hərəkət yalnız su mühitində baş verə bilər
Bu cür hərəkət növü yalnız heyvanlara məxsusdur
Bu cür hərəkət yalnız canlılarda baş verir
Bu cür hərəkət bədəndən hansısa bir hissənin müəyyən sürətlə ayrılması nəticəsində baş verir
Şagird müəllimin təqdim etdiyi şəklə əsasən soxulcanın bədəninin ayrı-ayrı hissələrində eyni anda əzələlərin yığılma ardıcıllığını aşağıdakı kimi təsvir etmişdir:
həlqəvi-uzununa -həlqəvi-uzununa
Müəllimin təqdim etdiyi şəkil hansı ola bilərdi?
I
II
III
IV
Canlıların hərəkətə xidmət edən uyğunlaşmaları haqqında fikirlərdən hansı doğrudur?
Qamçılar,yalançı ayaqlar və kirpikciklər yalnız birhüceyrəli orqanizmlərdə rast gəlinir
Əzələlər yalnız çoxhüceyrəli heyvanlara məxsusdur
Qamçılar,yalançı ayaqlar və kirpikciklər yalnız birhüceyrəli heyvanlara məxsus hərəkət vasitələridir
Qamçılar,kirpikciklər və yalançı ayaqlar tək hüceyrənin hərəkətinə xidmət edir
Şagird fərqli heyvanlarda skeletin tərkibi haqqında məlumatları aşağıdakı kimi qeyd etmişdir:
I- yalnız qeyri-üzvi (mineral) maddələr
II- üzvi və mineral maddələr
III- hüceyrələr
Bu tərkibdə xarici skelet və bu skeltin rast gəlindiyi heyvan arasında uyğunluq hansı variantda düzgün verilmişdir?
I-soxulcan
II-xərçəng
III balıq
I-ilbiz
II- may böcəyi
III- qurbağa
I-hörümçək
II-anadonta
III- quş
I-qarışqa
II-kərtənkələ
III-ilbiz
Xarici skelet haqqında aşağıdakı fikirlərdən hansı yanlışdır?
Xarici skelet mühit amilləri ilə bilavasitə qarşılıqlı təsirdədir
Xarici skeletə həmişə əzələlər birləşmir
Xarici skeletə əzələlər daxildən birləşir
Xarici skelet ya tərkibində yalnız mineral maddələr,ya da həm üzvi,həm mineral maddələr olan hüceyrələrdən ibarətdir
Xarici skeletlə daxili skelet üçün ortaq ola bilər:
Əzələlərin bağlanma yeri
Tərkibində üzvi və mineral maddələrin olması
Xarici mühitlə birbaşa təmasda olması
Canlı hüceyrələrdən təşkil olunması
Bitkilərdə bədən hissəsinin istiqamətlənmiş hərəkəti tropizm adlanır.Tropizm müsbət və mənfi olur.Aşağıdakı tropizm növlərindən hansı adətən həmişə müsbət olur?
Köklərdə baş verən xemotropizm
Köklərdə baş verən hidrotropizm
Köklərdə baş verən fototropiz
Gövdədə baş verən geotropizm
Bitkidə böyümə zamanı auksin hormonunun sintez olunduğu hissələr şəkildə təsvir olunmuşdur.Buna əsasən bitkinin üzərinə günəş işığının hansı istiqamətdən düşdüyünü ehtimal etmək olar?
Bitkilərdə hərəkətin əsas iki forması vardır: tropizm və nasti.Tropizm ,adətən,böyüyən,uzanan hissələrdə baş verir. Nasti hərəkətləri turqor təzyiqinin dəyişməsi ilə əlaqədardır.Buna əsasən aşağıdakılardan hansı nasti hərəkəti ola bilər?
Noxud bitkisinin dayağa dırmaşması
Günəbaxan səbətinin günəşə doğru çevrilməsi
İstinin təsirindən yarpaqların aşağıya doğru sallanması
Kökün su tapmaq üçün dərinliyə doğru böyüməsi
Aşağıdakı canlılardan hansında müsbət fototaksis baş verə bilər?
Adi amöb
Xlamidomonada
İnfuzor tərlik
Xlorella
Şəkildə bitki hüceyrəsinin üç müxtəlif vəziyyəti təsvir olunmuşdur. Hansı halda bitki su çatışmazlığından əziyyət çəkir?
A
B
C
B və C
Şəkildə hüceyrənin üç müxtəlif halı təsvir olunmuşdur.Hansı halda daha çox ağızcıqda daha geniş yarıqdan danışmaq olar?
A
B
C
A və C
Aşağıdakılardan hansı turqor təzyiqindən asılı deyil?
Ağızcıqların açılıb-qapanması
Ot bitkilərinin gövdəsinin dik dayanması
Suyun köklərə daxil olması
Bitkilərdə tropizm hərəkətləri
Gecə-gündüz işıqlandırılan bir bitki fasiləsiz olaraq su ilə də təmin olunur. Bu bitkidə fotosintez prosesi ilə əlaqədar hansı nəticəyə gəlmək olmaz?
Bitkidə fotosintez fasiləsiz olaraq baş verə bilər
Bitkidə fotosintezin intensivliyini göstərən əyri artan istiqamətdə olacaqdır
Bu bitki üçün temperatur və yarpaq sahəsi məhdudlaşdırıcı ola bilər
Karbon qazı fotosintez üçün məhdudlaşdırıcı amil deyil
Sxem suyun bitkiyə daxil olma istiqamətini əks etdirir. Buna əsasən aşağıdakılardan hansı dorğu deyil?
X içi boş ölü hüceyrələrdən ibarətdir
IV parenxim toxumasının şəklini dəyişməsi nəticəsində yaranmışdır
I və III qabığın xarici və daxili sərhəddini müəyyən edir
II -nin hüceyrələri bölünərək qabığın qalınlaşmasını təmin edir
Kök təzyiqi ilə bağlı hansı fikir səhvdir?
Kök təzyiqi torpaqda suyun miqdarı əmici tellərdəkindən çox olduqda yaranır
Kök təzyiqi suyun ksilema borularında hərəkətini təmin edir
Quttasiya və transpirasiya kök təzyiqinin təsiri altında baş verir
Kök təzyiqinin yaranması üçün əmici tellərdə osmos təzyiqi torpaqdakından çox olmalıdır
Qrafik əmici tellərin fəaliyyətinin müxtəlif amillərdən asılılığını əks etdirir.Buna əsasən X,Y və Z hansı amildən asılılığı göstərir?
X-temperatur
Y- boruların diametri
Z-buxarlanmanın sürəti
X-buxarlanma sürəti
Y- temperatur
Z- boruların diametri
X-boruların diametri
Y-buxarlanma sürəti
Z-temperatur
X-transpirasiyanın sürəti
Y-quttasiya
Z- boruların diametri
Müəllim evdə əkdiyi üç müxtəlif bitkini dərsə gətirir.O,bu bitkilərin hərəsinə bir gübrə verdiyini söyləyir və şagirdlərin hansı bitkiyə hansı gübrənin verilməsini təyin etmələrini tapşırır.Şagirdlər I bitkiyə kalium,II bitkiyə fosfor,III bitkiyə azot gübrəsi verildiyini söyləyirlər.Müəllim onların söylədiklərini təsdiqləyir. Aşağıdakılardan hansı şagirdlərin tapşırığı yerinə yetirməsində əhəmiyyətli deyildir?
Yeraltı orqanların inkişafı
Çiçəkaçma və meyvələrin inkişafı
Əmələ gələn toxumların ölçüsü
Gövdə və yarpaqların ölçüsü
Qrafik yaşıl bitkilərdə fotosintezin sürətinin işığın dalğa uzunluğundan asılılığını əks etdirir. X nöqtəsi haqqında aşağıdakı fikirlərdən hansı yanlışdır?
X nöqtəsi fotosintezin sürətinin ən aşağı olduğunu göstərir
X nöqtəsi işığın yaşıl spektrinə uyğundur
X nöqtəsindən sağa və sola doğru getdikcə işığın spektri yaşıla doğru dəyişir
X nöqtəsi yaşıl işığın ən çox əks etdirildiyi nöqtədir
Bitkilərdə havadan və torpaqdan qidalanmanın müqayisəsi hansı variantda doğru aparılmamışdır?
Havadan qidalanma zamanı bitkiyə üzvi,torpaqdan qidalanma zamanı mineral maddələr daxil olur
Torpaqdan qidalanma zamanı maddələr bitkiyə suda həll olmuş,havadan qidalanma zamanı qaz halında daxil olur.
Havadan qidalanma zamanı suyun xaric olması,torpaqdan qidalanma zamanı bitkiyə daxil olması baş verir
Torpaqdan alınan qida maddələri ksilema,havadan alınan qida maddələri floema boruları ilə hərəkət edir
