NEW
Font size
WorksheetsTaxes 1
Total questions: 35
Worksheet time: 18mins
Aşağıdakılardan hansı verginin tərifinə uyğun gəlir?
Vergilər – dövlətin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində, istifadəsində və operativ idarəçiliyində olan əmtəələrin özgəninkiləşdirilməsi şəklində tutulan məcburi, fərdi, ödənişdir.
Vergilər – dövlət və bələdiyyələrin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində, istifadəsində və operativ idarəçiliyində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində tutulan məcburi, fərdi, əvəzsiz ödənişdir.
Vergilər – dövlət və xəzinədarlığın maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində tutulan məcburi, fərdi ödənişdir.
Vergilər – bələdiyyələrin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində, istifadəsində və operativ idarəçiliyində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində tutulan məcburi, ümumi ödənişdir.
Vergilər – dövlət və bələdiyyələrin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində, istifadəsində və operativ idarəçiliyində olan əmlakın özgəninkiləşdirilməsi şəklində tutulan məcburi, əvəzsiz ödənişdir.
Hansılar verginin funksiyalarına aiddir?
bölüşdürücü
maarifləndirici
təşviqedici
yiğim vasitəsidir
ehtiyat
Fiskal funksiyanın mahiyyəti və əsas vəzifəsi nədir?
əsas mahiyyət və vəzifəsi dövlət xərclərinin maliyyələşməsini təmin etmək üçün vergi ödəyiciləri gəlirlərinin müəyyən hissəsinin büdcəyə cəlb edilməsidi
istehsal prosesinə əhəmiyyətli dərəcədə təsir göstərir, kapital yığımını gücləndirir və ya zəiflədir
maliyyə resurslarını yenidən bölüşdürərək ümumdövlət əhəmiyyətli məqsədli proqramların maliyyələşməsini həyata keçirir
əmtəə istehsalçıları və istehlakçılara vergi yükünü azaltmaqla daha prioritet fəaliyyət növlərini yaratmaq, bu və digər iqtisadi fəaliyyət subyektinə təsir etmək imkanı əldə edir.
təsərrüfat subyektləri və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətinə, onların gəlir mənbələrinə və vəsaitlərin xərclənməsi istiqamətlərinə nəzarət edir.
Vergitutma subyektlərinə görə vergilər necə təsnifləşdirilir?
yalnız rezidentlərdən tutulan vergilər
fiziki şəxslərdən və hüquqi şəxslərdən tutulan vergilər
yalnız hüquqi şəxslərdən tutulan vergilər
yalnız fiziki şəxslərdən tutulan vergilər
yalnız qeyri rezidentlərdən tutulan vergilər
Dolayı vergitutmada vergi yükü kimin üzərinə düşür?
İstehlakçının
dövlətin
Sifarişçinin
Vergi orqanının
Sığortalının
Vergi siyasətinin fiskal vəzifələri dedikdə nə nəzərdə tutulur?
Öz funksiyalarini yernə yetirilməsi üçün dövləti malyyə resurslari ilə təmin etmək məgsədilə budcəyə pul vəsaitlərinin cəlb edilməsi
sahibkarlıq və işgüzar aktivliyin canlandırılmas
dövlətin iqtisadi inkişaf səviyyəsinin artırılması
sosial problemlərin həllinə köməklik etmək
iqtisadi subyektlərin fəaliyyətinə nəzarətin təmin edilməsi
Qeyri-diskresion vergi siyasəti nəyi nəzərdə tutur?
Vergi sahəsində dövlətin uzunmüddətli kursunu müəyyən edir və iri miqyaslı məsələlərin həllini
İkiqat vergitutmanın aradan qaldırılmasını, müxtəlif ölkələrin vergi sistemlərinin yaxınlaşmasını, onların vahid şəklə salınmasını
Hökumətin qərarlarından asılı olaraq həyata keçirilir
Hökumətin qərarlarından asılı olmayaraq, avtomatik surətdə həyata keçirilir
Beynəlxalq təşkilatların vergi sahəsində qoyduğu tələbləri yerinə yetirmək
Sosial yönümlü yüksək dərəcəli vergilər siyasəti nədir?
Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə aşağı vergilər tətbiq etməklə nəzərəçarpacaq sosial müdafiə proqramları işləyib
hazırlayır
Vergi sahəsində dövlətin vergi tarazlaşdırılması siyasətinin həyata keçirir
Bu siyasətin səmərəsi yoxdur
Bu siyasət həyata keçirilərkən dövlət kifayət dərəcədə yüksək vergilər tətbiq etməklə nəzərəçarpacaq sosial müdafiə proqramları işləyib
hazırlayır
Beynəlxalq təşkilatların vergi sahəsində qoyduğu tələbləri yerinə yetirmək
Vergi taktikası nəyi nəzərdə tutur?
Beynəlxalq çərçivəsində həyata keçirilir və daxili məsələlərin həllini
Vergi sahəsində dövlətin qısamüddətli kursunu müəyyən edir və iri miqyaslı məsələlərin həllini
Vergi qanunvericiliyinin dəyişdirilməsini
Yeni qanunların qəbul edilməsini
Vergi sisteminə əlavə və dəyişikliklər edilməsi yolu ilə konkret bir dövrdə qarşıda duran məsələlərin həllini
Aşağıdakılardan hansı səmərəlilik prinsipinin mahiyyətini düzgün əks etdirir?
Səmərəlilik prinsipinə əsasən hər bir vergi iqtisadi cəhətdən məqsədyönlü olmalı, onların tətbiqi neqativ nəticə verməməli və dövlətin onun tutulmasına sərf etdiyi vəsaitlər minimal olmalıdır
A. Səmərəlilik prinsipinə əsasən bütün vergi ödəyicilərindən vergi tutulmalıdır, yəni ölkənin hər bir vətəndaşı dövlət gəlirlərinin maliyyələşdirilməsində vergi ödəyicisi üçün əlverişli olan vaxtda və üsulla tutulmalıdır
A. Səmərəlilik prinsipinə əsasən bütün vergi ödəyicilərindən vergi tutulmalıdır, yəni ölkənin hər bir vətəndaşı dövlət xərclərinin maliyyələşdirilməsində öz gəlir və imkanlarına uyğun olaraq iştirak etməlidir
Səmərəlilik prinsipinə əsasən hər bir vergi iqtisadi cəhətdən məqsədyönlü və vergilərin məbləği onların hesablanması və ödənilməsi üsulları vergi ödəyicisinə əvvəlcədən məlum olmalıdır
Səmərəlilik prinsipinə əsasən vergilər vergi ödəyicisi üçün əlverişli olan vaxtda və üsulla tutulmalıdır
Dövlət vergiləri dedikdə, hansı vergilər nəzərdə tutulur?
Vergi qanunvericiliyi ilə müəyyən edilən və Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər
Azərbaycan Respublikasının bütün ərazisindən ödənilməli olan vergilər kənarda
hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasının bütün ərazisində ödənilməli olan vergilər
Vergi Məcəlləsinə müvafiq olaraq müəyyən edilən və Azərbaycan Respublikasının ərazisində olan bələdiyyələrə ödənilməli olan vergilər
İnzibati Xətalar Məcəlləsi və Gömrük Məcəlləsinə uyğun olaraq müəyyən edilən vergilər
Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər Azərbaycan Respublikasının hansı
qanunvericilik aktı ilə müəyyən edilir?
Azərbaycan Respublikasının Konstitusiyası ilə
Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə
Naxçıvan Muxtar Respublikasının Vergi Məcəlləsi ilə
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə
Hansı vergilər bildiriş əsasında ödənilir?
fiziki şəxslərin əmlak vergisi, fiziki şəxslərin torpaq vergisi
ƏDV Aksizlər
Mənfəət vergisi, gəlir vergisi, fiziki şəxslərin əmlak vergisi
yol vergisi, aksiz vergisi, mədən vergisi
sadələşdirilmiş vergi, yol vergisi
Vergitutma bazası nədir?
vergitutma obyektinin vergi dərəcəsi tətbiq edilən, yəni vergi güzəşt və çıxılmaları nəzərə alınmayan hissəsidir
vergi güzəştdir
vergitutma subyektinin vergi dərəcəsi tətbiq edilən hissəsidir
vergi ödəyicisinin əmək haqqının məbləğidir
vergi ödəyicisinin dövriyyəsidir
Qeyd olunanlardan hansilar vergitutmanın elementlərinə aiddir:
1.vergi hesabatı
2 vergi dərəcəsi;
3.vergitutma bazası;
4.vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN);
5.vergitutma obyekti;
2.3.5
1.2.3
2.4.5
1.3.4
4.5
Artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin yazılı ərizəsinə əsasən hansı müddət ərzində geri qaytarılır?
45 gün
35 gün
25 gün
20 gün
10 gün
Vergi öhdəliyi nədir?
vergi ödəyicisinin vergi ganunveriiciliyində müəyyən edilmiş vergiləri [o cümlədən cari vergi ödəmələrini], hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi
vergitutma bazasını müəyyənləşdirmək
vergi bəyannaməsi vermək vəzifəsi
vergi uçotuna dayanmaq
vergi hesablamaq vəzifəsi
Ləğv edilən müəssisənin (təşkilatın) vergi öhdəliklərini kim yerinə yetirir?
onun pul vəsaitləri, o cümlədən müəssisənin (təşkilatın) əmlakının satışından əldə edilən gəlir hesabına ləğvetmə komissiyası
onun hüquqi varisi (hüquqi varisləri) tərəfindən, qanunla müəyyən edilmiş növbəlilik qaydasında yerinə yetirilir
onun hüquqi varisi (hüquqi varisləri)
onun varisi (varisləri) miras qalan əmlakın dəyəri hüdudlarında və mirasın alındığı tarixdəki payına mütənasib şəkildə
onun hüquqi varisi (hüquqi varisləri) tərəfindən onun pul vəsaitləri, o cümlədən müəssisənin (təşkilatın) əmlakının icarəsindən əldə edilən gəlir hesabına
Qanunla ona həvalə olunmuş vəzifələri yerinə yetirməməyə və ya lazımınca yerinə yetirməməyə görə vergi agenti hansı qaydada
məsuliyyət daşıyır?
Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə
Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada
heç bir məsuliyyət daşımır
Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə müəyyən edilmiş qaydada
Konstitusiya ilə müəyyən edilmiş qaydada
Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra hansı müddət ərzində ondan düzgün tutulmamış vergi, faiz və maliyyə sanksiyalarının hesablanmasını (yenidən hesablanmasını )tələb etmək hüququna malikdir?
vergi ödəyicisinin belə bir hüququ yoxdur
1 il
2 il
3 il
5 il
Aşağıdakılardan hansı vergi ödəyicisinin hüquqlarına aiddir?
müəyyən edilmiş qaydada vergi orqanları və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) inzibati qaydada məhkəməyə şikayət etmək
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən qaydalarda nəzərdə tutulmuş sənədləri vergi orqanının tələbi ilə təqdim etmək
qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin), o cümlədən vergidən azad edilən gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq
vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq
qanunla müəyyən edilmiş vergiləri, habelə hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək
Vergi ödəyicisi olan hüquqi şəxslər harda uçota alınır?
dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş ünvan üzrə
Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə
yaşadıqları yer üzrə
Bakı şəhərində
Uçota alınmırlar
Vergi ödəyicisinin hüquqlarının və qanuni maraqlarının müdafiəsi qaydası hansı qanunlarla müəyyən edilir?
Mülki Məcəllə ilə
“ İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanuni ilə
“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanuni ilə
Vergi Məcəlləsi və digər qanunlarla
Əmək Məcəlləsi ilə
Aşağıdakılardən hansı vergi ödəyicilərinin vəzifələrinə aid deyildir?
Qanunla müəyyən edilmiş vergiləri ödəmək
Vergi orqanlarından VÖEN almaq
Vergi münasibətlərində öz nümayəndəsi vasitəsi ilə iştirak etmək
Qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) uçotunu aparmaq
Nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz,bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək
Aşağıdakı hansı məlumatlar Kommersiya və (və ya) vergi sirri hesab olunur?
1. Vergi ödəyicisinin eyniləşdirmə nömrəsi haqqında məlumat
2. Müəssisənin nizamnamə fondu haqqında məlumat
3. Vergi ödəyicisi tərəfindən istehsal olunmuş və təqdim edilmiş malların həcmi barədə məlumatlar
4. Vergi ödəyicisinin idxal-xarici əməliyyatları barədə məlumatlar
5. Hüquqi şəxslərin dövlət reyestrindəki məlumatlar ( kommersiya hüquqi şəxslərin təsisçiləri ( iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla)
1.3
3.4
2.4
4.5
Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirən qeyri-kommersiya hüquqi şəxs uçota alınmaq üçün vergi orqanına nə vaxt müraciət etməlidir?
filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində
filialın və ya nümayəndəliyin yaradılmasından sonra 15 gün müddətində
filialın və ya nümayəndəliyin yaradılmasından 10 gün əvvəl
filialın və ya nümayəndəliyin yaradıldığı gün
filialın və ya nümayəndəliyin yaradılmasından sonra 6 ay sonra
Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə vergi orqanına hansı sənədi təqdim edir?
şəxsiyyətini təsdiq edən sənədin sürətini
fəaliyyət növünü təsdiq edən sənəd
olduğu yer (ünvanı) haqqında məlumat
yaşadığı yer haqqında arayış
Fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması hansı müddət ərzində həyata keçirilir?
dərhal
15 iş günü ərzində
1 ay müddətində
2 gün müddətində
3 gün müddətində
Xüsusi notariuslar harda uçota alınır?
fəaliyyət göstərdiyi yer üzrə
yaşadıqları yer üzrə vergi ödəyicisi hesab olunmurlar
vergi ödəyicisi hesab olunmurlar
Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə
Baki şəhərində
Vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür:
1) vəfat etdikdə;
2) məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda;
3) fəaliyyət növü dəyişdirildikdə;
4) fəaliyyətini dondurduqda;
5.fəaliyyətinə xitam verildikdə;
1.2.5
1.2.3
2.3.5
3.4.5
1.3.5
Banklarda,digər kredit təşkilatlarında və poçt rabitəsinin milli operatorunda hesab açmaq üçün verilən şəhadətnamə -dublikat neçə hissədən ibarətdir?
5
4
3
2
1
Vergi orqani tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçərilən yoxlamalar necə adlanır?
kameral vergi yoxlaması
səyyar vergi yoxlaması
operativ vergi nəzarəti
xronometraj metodu ilə müşahidə aparılması
audit yoxlama
Vergi qanunvericiliyinə əsasən vergi ödəyicisi xronometraj metodu ilə yeni müşahidənin keçirilməsi haqqında tələbi nə vaxt təqdim edə bilər?
istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra
sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 6 ay keçdikdən sonra
tələb edə bilməz
ildə bir dəfə
istənilən vaxt
Növbədənkənar səyyar vergi yoxlaması kecirildikdə vergi organı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı necə gün əvvəl yazılı bildiriş göndərilir?
10 gün
20 gün
25 gün
1 ay qabaq
bildiriş göndərilmir
Səyyar vergi yoxlamasının nəticələrini rəsmiləşdirən sənəd tərtib edildiyi tarixdən necə gün sonra vergi ödəyicisinə verilir və ya göndərilir?
5 gündən gec olmayaraq
25 gündən gec olmayaraq
bir il sonra
göndərilmir
dərhal
