NEW
Font size
WorksheetsTaxes 2
Total questions: 48
Worksheet time: 24mins
Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxsin muzdlu işlə əlaqədar əldə etdiyi 2600(iki min altı yüz) manat gəlirindən ödəməli olduğu gəlir vergisini hesablayın?
120 manat
110 manat
112 manat
113 manat
375 manat
Yerli əhəmiyyətli tikinti materiallarına nələri aid etmək olar?
sement xammalı (əhəng daşı, mergel, gil, vulkan külü)
kvars qumları
vulkan külü və pemza
bentonit gilləri
kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı
Hesabat dövrü ərzində ƏDV-nin məqsədləri üçün vergi tutulan dövriyyə necə müəyyənləşdirilir?
yalnız verilən vergi hesab-fakturaları əsasında təqdim olunmuş malların [görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri istisna olmaqla] dəyərinə görə
təqdim olunmuş malların [görülmüş işlərin və göstərilmiş xidmətlərin] alış və təqdimetmə qiymətləri arasındakı fərqə görə
vergi tutulan əməliyyatların ümumi dəyərinə görə
elektron qaimə -faktura vermədən aparılan əməliyyatların dəyərinə görə
yalnız gəlirdən onun əldə edilməsi ilə bağlı xərclər çıxılmaqla alinan mənfəətə görə
Fərdi sahibkara, hüquqi şəxsə vergi orqanı tərəfindən verilən şəhadətnamə-dublikat olmadan sahibkarlıq fəaliyyətini göstərən hüquqi və fiziki şəxslərə hesablaşma hesabı və digər hesablar açdığına görə banklara və bank əməliyyatlarının ayrıayrı növlərini həyata keçirən kredit təşkilatlarına hər açılmış hesab üçün hansı məbləğində maliyyə sanksiyası tətbiq edilir?
60 manat
150 manat
400 manat
300 manat
1000 manat
Vergi strategiyası nəyi nəzərdə tutur?
Yalnız büdcədənkənar fondların gəlirlərinin artırılması üçün dövlətin vergi tənzimlənməsi siyasətinin həyata keçirir
Vergi sisteminə əlavə və dəyişikliklər edilməsi yolu ilə konkret bir dövrdə qarşıda duran məsələlərin həllini
Vergi sahəsində dövlətin qısamüddətli kursunu müəyyən edir və kiçik miqyaslı məsələlərin həllini
Vergi sahəsində dövlətin qısamüddətli kursunu müəyyən edir və iri miqyaslı məsələlərin
Vergi sahəsində dövlətin uzunmüddətli kursunu müəyyən edir və iri miqyaslı məsələlərin həllini
Azərbaycan Respublikasına idxal olunan, mühərrikkinin həcmi 3000 kubsantimetr olan avtobusa görə ödənilməli olan aksiz vergisini hesablayın
7000 manat
6000 manat
6100 manat
10000 manat
8000 manat
Aksizli malların istehsalı zamanı vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın neçəsinədək ödənilməlidir?
hesabat dövründən sonrakı ayın 1-dən gec olmayaraq
hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq
hesabat dövründən sonrakı ayın 5-dən gec olmayaraq
hesabat dövründən sonrakı ayın 10-dən gec olmayaraq
hesabat dövründən sonrakı ayın 15-dan gec olmayaraq
Vergi ödəyicisinin müraciəti əsasında, vergi ödəyicisinin uçotda olmasını təsdiq edən şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə hansı sənəd verilir?
şəhadətnamə-dublikat
Şəhadətnamənin yeni nüsxəsi
Şəhadətnamənin surəti
Şəhadətnamənin itməsi ilə bağlı arayış
Dövlət xərclərinin maliyyələşməsini təmin etmək üçün vergi ödəyicilərinin gəlirlərinin müəyyən hissəsinin büdcəyə cəlb edilməsi verginin hansı əsas funksiyasına aid edilir?
fiskal
nəzarət
tənzimləyici
bölüşdürücü
Stimullaşdırıcı
Makro səviyyədə «vergi yükü» kəmiyyətcə nəyi əks etdirir?
ÜDM ilə vergilərin ümumi məbləğinin fərqini
ÜDM-də vergilərin xüsusi çəkisini
Büdcə gəlirlərində vergilərin xüsusi çəkisini
ÜMM-də vergilərin xüsusi çəkisini
Milli gəlirdə vergilərin xüsusi çəkisini
Diskresion vergi siyasəti nəyi nəzərdə tutur?
Hökumətin qərarlarından asılı olmayaraq, avtomatik surətdə həyata keçirilir
Yalnız vergi güzəştləri ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir
Vergi dərəcələri və ya vergitutmanın strukturu ilə manipulyasiya etmək barədə hökumətin qərarları əsasında həyata keçirilir
Vergi dərəcələri və ya vergitutmanın strukturu ilə manipulyasiya etmək barədə beynəlxalq təşkilatların qərarları əsasında həyata keçirilir
Yalnız vergilərin ləğv edilməsi yolu ilə hökumətin qərarları əsasında həyata keçirilir
Dövlətin vergi siyasətinin vəzifələrinə aşağıda göstərilənlərdən hansı aid deyil?
Dövlətin maliyyə ehtiyyatları ilə təmin edilməs
Sahə və ərazi nöqteyi-nəzərindən ölkə iqtisadiyyatının tənzimlənməsi üçün şəraitin yaradılması
Sosial iqtisadi vəziyyətdən aslı olmayaraq-yüksək vergi dərəcələri tətbiq etmək, vergilərin sayını artırmaqla mümkün qədər çox maliyyə vəsaitləri toplamaq
Vergitutma bazasının artırılması
ixracın stimullaşdırılması
Muzdlu işlə əlaqədar aylıq gəliri 2500 manatadək olan(qeyri dövlət və qeyrineftqaz sahələrində çalışanlar istisna olmaqla)fiziki şəxsin gəlir vergisinin hesablanması zamanı hansı dərəcə tətbiq olunur?
30 faiz
350 manat + 2000 manatdan çox olan məbləğin 20 faizi
14 faiz
350 manat + 2000 manatdan çox olan məbləğin 25 faizi
15 faiz
Azərbaycan Respublikasının rezident vergi ödəyicilərinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlərindən neçə faiz dərəcəsi ilə gəlir vergisi tutulur?
22 faiz
14-22 faiz
18 faiz
2500 manatdan çox olan hissəsindən 25faiz
20 faiz
Sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malik olan vergi ödəyiciləri müvafiq bəyannaməni və ya bu hüquqdan istifadə etməyəcəyi barədə yazılı məlumatı hansı müddətdə uçotda olduğu vergi orqanına təqdim etməlidirlər?
hər il aprel ayının 20-dən gec olmayaraq
hər il mart ayının 30-dən gec olmayaraq
hesabat dövründən sonrakı ayın 22-dən gec olmayaraq
hesabat ayındakı ayın 20-dən gec olmayaraq
hesabat dövründün sonrakı ayın 25-dən gec olmayaraq
Bakı şəhərində sərnişin daşımasını(taksi istisna olmaqla) həyata keçirən vergi ödəyicisi 10 oturacaq yerinə görə neçə manat sadələşdirilmiş vergi ödəməlidir?
26 manat
16 manat
32 manat
20 manat
36 manat
Taksi ilə sərnişin daşınmasına görə 1 ədəd nəqliyyat vasitəsi üçün sadələşdirilmiş verginin aylıq məbləği nə qədərdir?
6 manat
9 manat
12 manat
13 manat
15 manat
Azərbaycan Respublikasının ərazisinə daxil olan mühərrikinin həcmi 2000 kub santimetrədək olan xarici dövlətlərin minik avtomobillərinə görə bir ay üçün yol vergisi hansı dərəcə ilə hesablanır?
50 ABŞ dolları
20 ABŞ dolları
16 ABŞ dolları
30 ABŞ dolları
15 ABŞ dolları
Mədən vergisi [yerli əhəmiyyətli tikinti materiallarına görə mədən vergisi istisna olmaqla] hansı büdcəyə ödənilir?
büdcədənkənar dövlət fondlarına
yerli büdcəyə [bələdiyyə büdcəsinə]
yerli icra hakimiyyəti orqanının xüsusi hesabına
maliyyə orqanlarının xüsusi hesablarına
dövlət büdcəsinə
Mədən vergisinin bəyannaməsi nə vaxt vergi orqanına təqdim edilir?
hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq
hesabat ayından sonrakı ayın 25-dən gec olmayaraq
hesabat ayının 20-dən gec olmayaraq
hesabat ayından sonrakı ayın 10-dan gec olmayaraq
hesabat ayından sonrakı ayın 5-dan gec olmayaraq
Torpaq mülkiyyətçilərinin və ya istifadəçilərinin təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq vergisi hansı qaydada hesablanır?
torpağın təyinatı və coğrafi yerləşməsindən asılı olaraq hər il müxtəlif məbləğlərdə
ilin sonunda şəxsin təsərrüfat fəaliyyətinin nəticəsi zərərli olduqda torpaq vergisi hesablanmır
fəaliyyətin nəticəsindən asılı olaraq
torpaq sahələrinə görə hər il dəyişkən tədiyyə şəklində
torpaq sahəsinə görə hər il sabit tədiyyə şəklində
Kənd təsərrüfatı torpaqları üçün torpaq vergisinin dərəcəsi nə qədər təşkil edir?
1 şərti bal üçün 0,05 manat
1 şərti bal üçün 0,06 manat
1 şərti bal üçün 0,5 manat
1 şərti bal üçün 0,6 manat
1 şərti bal üçün 1 manat
Fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin sahəsinin ən azı neçə kv.metr-dən çox olan hissəsindən əmlak vergisi tutulur?
50 kv.metr
60 kv.metr
30 kv.metr
35 kv.metr
40 kv.metr
Fiziki şəxslərin əmlak vergisi hansı büdcəyə ödənilir?
büdcədənkənar fondlara
dövlət büdcəsinə
yerli büdcəyə [bələdiyyə büdcəsinə]
xüsusi fondlara
yerli icra hakimiyyətinin hesabına
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergi nədir?
Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, vergi məcəlləsində başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.
Vergi - bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə qeyri rezidentlərin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, vergi məcəlləsində başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.
Vergi - dövlətin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə yalnız rezidentlərin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, vergi məcəlləsində başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.
Vergi - bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan əsas vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, vergi məcəlləsində başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.
Vergi - dövlətin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan əsas vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, vergi məcəlləsində başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.
Hansı vergi yerli vergilərə [bələdiyyə vergilərinə] aid deyildir?
bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi
fiziki şəxslərin əmlak vergisi
yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
hüquqi şəxslərin torpaq vergisi
fiziki şəxslərin torpaq vergisi
Hansı vergi dövlət vergilərinə aid deyildir?
əlavə dəyər vergisi
fiziki şəxslərin əmlak vergisi
aksizlər
fiziki şəxslərin gəlir vergisi
yol vergisi
Vergi məbləğlərinin bilavasitə mənbədən tutulması dedikdə nə başa düşülür?
Verginin tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən ödənilməs
Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
Verginin gəlir və mənfəət əldə edilməsinədək tutulması
Verginin gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsinədək tutulması
Vergi məbləğlərinin bəyannamə forması üzrə tutulması dedikdə nə başa düşülür?
Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
Verginin gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsinədək tutulması
Verginin gəlir və mənfəət əldə edilməsinədək tutulması
Verginin tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən ödənilməsi
Vergitutma bazası nədir?
Vergi ödəycisinin mülkiyyətində olan torpaq sahəsinin dəyəri
rezident vergi ödəyicilərinin tətbiq etdiyi vergi güzəştləri
vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsi
vergi ödəyicisinin pul vəsaiti
vergi ödəyicisinin əmlakının dəyəri
Vergi ödəyicisi aşağıda göstərilən hansı fəaliyyət növləri üzrə nağd pul hesablaşmalarının aparılmasını nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməyə bilər? 1. Kənd təsərrüfatı məhsullarının bazarlarda səyyar qaydada satışı 2.mobil telefonların istənilən yerdə satışı; 3. Qiymətli kağızların satışı; 4.lotereya biletlərinin satışı5. Dövlət orqanlarında və Nazirliklərdə gəlir əldə edilən ictimai-iaşə fəaliyyəti.
3, 4, 5
1, 2, 5
1, 3, 4
1, 3, 5
2, 3, 4
Aşağıdakılardan hansılar vergi orqanlarının hüquqlarına aiddir? vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə;2 vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasını habelə vergi ödəyicisi auditor tərəfindən yoxlanılmalı olduğu halda auditor rəyini tələb etmək; 3. qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək; 4. müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə və ya məqsədli dövlət fondlarına ödənilməsini təmin etmək;5.vergi orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsi üçün nəzarət-kassa aparatının müəyyən olunmuş modelini sifariş vermək.
1, 3, 5
2,3,4
1, 2, 5
1,3,4
1,4,5
Vergi qanunvericiliyinə uyğun olaraq kimlər vergi agenti hesab olunur?
Dövlət vergi xidmətinin bütün əməkdaşları
vergi ödəyicisinin vergisini hesablamağa, onu vergi ödəyicisindən tutmağa borclu olan şəxslər yalnız vergi orqanının əməkdaşı
vergi ödəyicisinin vergisini hesablamağa, onu vergi ödəyicisindən tutmağa və təyinatı üzrə köçürməyə borclu olan şəxslər
vergi ödəyicilərinin fəaliyyətini izləyən xüsusi şəxslər
yalnız vergi ödəyicisinin ailə üzvləri
Vergi nəzarətinin həyata keçirilməsini təmin etmək məqsədi ilə bəyannamə verməli olan rezident fiziki şəxslər harda uçota alınırlar?
Azərbaycan mənbəyindən gəlirin əldə edildiyi yer üzrə vergi orqanlarında uçota alınırlar
gömrük orqanında
fəaliyyət göstərdikləri yer üzrə vergi orqanlarında uçota alınırlar
yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınırlar
olduqları yer üzrə vergi orqanlarında uçota alınırlar
Olduqları yer üzrə vergi uçotuna alınmış şəxslər sonradan xüsusi vergi rejimli müəssisələrə aid edildikdə necə uçota alınılar?
əvvəlki eyniləşdirmə nömrələri ilə mərkəzləşdirilmiş qaydada uçota alınırlar
sonrakı(yeni) eyniləşdirmə nömrələri ilə mərkəzləşdirilmiş qaydada uçota alınırlar
yeni eyniləşdirmə nömrəsi ilə yaşadıqları yer üzrə vergi orqanında uçota alınırlar
yeni eyniləşdirmə nömrəsi ilə fəaliyyət göstərdiyi yer üzrə vergi orqanında uçota alınırlar
əvvəlki eyniləşdirmə nömrələri ilə gəlirin alındığı yer üzrə qaydada uçota alınırlar
Vergi orqanları tərəfindən növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində neçə dəfədən çox olmayaraq keçirilir?
5 dəfədən
4 dəfədən
3 dəfədən
1 dəfədən
məhdudiyyət nəzərdə tutulmamışdır
Vergi ödəyicisi tərəfindən vergi qanunvericiliyinin bir neçə pozuntusuna yol verildikdə, maliyyə sanksiyaları necə tətbiq edilir?
Vergi Məcəlləsində nəzərdə tutulmuş ən aşağı maliyyə sanksiyası tətbiq edilir
qanun pozuntunun yüksək məbləği götürülür və ona uyğun maliyyə sanksiyası tətbiq edilir
hər pozuntuya münasibətdə ayrıca tətbiq edilir
vergi orqanının müəyyən etdiyi qaydada
Vergi Məcəlləsində nəzərdə tutulmuş ən yüksək maliyyə sanksiyası tətbiq edilir
Vergilər üzrə borcun alınması üçün hərraca çıxarılmış əmlakın satışı zamanı hansı alıcı həmin əmlak üzərində mülkiyyət hüququnu əldə edir?
ən az qiymət təklif etmiş
ilk qiymət təklif etmiş [qədərindən asılı olmayaraq
ən optimal qiymət təklif etmiş
ən az qiymətlə nağd ödəniş etmiş
ən yüksək qiymət təklif etmiş
Vergi ödəyicisinin vergi öhdəliyinə aşağıda göstərilən hansı hallarda xitam verilir?
hüquqi şəxs təşkilati hüquqi formasını dəyişdikdə
vergi ödəyicisi olan fiziki şəxs yaşayış yerini dəyişdikdə
vergilər ödənildikdə
vergi ödəyicisi fəaliyyətini dayandırdıqda
bir hüquqi şəxs digər hüquqi şəxsə birləşdirildikdə
Vergi ödəyicisinin vergi öhdəliyi nədir?
Vergi məcəlləsində göstərilən hallarda və qaydada vergini [o cümlədən cari vergi ödəmələrini], hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi
yalnız vergini hesablamaq vəzifəs
yalnız vergitutma bazasını müəyyənləşdirmək vəzifəsi
vergitutma obyektinin uçotunu aparmaq vəzifəsi
Vergilərin hesablanması üçün vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər hansı məlumatlar əsasında hesablanır?
kütləvi informasiya vasitələrində verilən məlumatlar əsasında
statistika orqanlarının məlumatları əsasında
analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında
yalnız gömrük orqanlarının məlumatları əsasında
maliyyə orqanlarının məlumatları əsasında
Müəssisələrin mənfəətindən mənfəət vergisi hansı dərəcə ilə tutulur?
20faiz
28faiz
14faiz
30faiz
25faiz
Rezident müəssisənin mənfəət vergisinin məqsədləri üçün vergitutma obyekti nədir?
gəlir və xərcləri
ümumi dövriyyəsi
mənfəəti
yalnız aldığı dividend və faizlərin məbləği
ümumi gəliri
Vergi qanunvericiliyinə uyğun olaraq hansı xərclərin gəlirdən çıxılmasına yol verilir?
gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər
Əmək haqqı kartlarının alınmasına çəkilən xərclər istisna olmaqla, fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri
Faktiki ezamiyyə xərclərinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi normadan artıq olan hissəsi
Qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin
işçilərin mənzil və digər sosial xarakterli xərclərinin
ƏDV-yə cəlb edilən malların idxalı zamanı ƏDV hansı faiz dərəcəsi ilə tutulur?
18 faiz
10 faiz dərəcə ilə
20 faiz
15 faiz
5 faiz
Sahibkarlıq fəaliyyəti göstərən və əvvəlki 12 aylıq dövrün istənilən ayında (aylarında)vergi tutulan əməliyyatlarının həcmi ən azı hansı məbləğdən çox olduqda, o ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməlidir?
50000 manatdan
200000 manatdan
150000 manatdan
220000 manatdan
100000 manatdan
Aksizli malların ixracı hansı dərəcə ilə vergiyə cəlb olunur?
qanunvericiliklə müəyyən edilən dərəcənin 50 faizi məbləğində
malların dəyərinin 10 faizi
20 faiz dərəcəsi ilə
gömrük orqanının müəyyən etdiyi dərəcə ilə
sıfır [0] dərəcə ilə
Aksizlər hansı büdcəyə ödənilir?
gömrük orqanlarının büdcədənkənar fonduna
həm yerli, həm də dövlət büdcəsinə
dövlət büdcəsinə
büdcədənkənar dövlət fondlarına
yerli büdcələrə
