wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Canlılarda qidalanma ,tənəffüs,bitkilərdə ifrazat

Total questions: 15

Worksheet time: 22mins

Name
Class
Date
1.

Cədvəldə insanın yediyi qidanın tərkibindən qana keçmiş maddələr haqqında məlumatlar qeyd olunmuşdur.Bu məlumatlara əsasən A,B,C hansı maddələr ola bilər?

a)

A-vitamin

B-mineral maddələr

C-yağlar

b)

A-su

B- karbohidrat

C- zülal

c)

A-mineral madələr və su

B-vitaminlər

C- yağlar

d)

A-zülallar

B-karbohidratlar

C- yağlar

2.

Sxemdə bir canlının qidalanması zamanı baş verən proses təsvir olunmuşdur.Sxemə əsasən hansı nəticəyə gəlmək olmaz?

a)

Bu canlı saprofitdir

b)

Ölmüş orqanizmlərdən canlıya üzvi maddə daxil olur

c)

Qida zəncirində bu canlıya bütün halqalardan ox yönələ bilər

d)

Bu canlı yalnız prokariot ola bilər

3.

Birhüceyrəli ibtidai heyvanlarda həzm vakuolu nə zaman yaranır?

a)

Qida hüceyrəyə daxil olanda

b)

Qida membranla əhatə olunduqda

c)

Qida vakuolu lizosomla birləşdikdə

d)

Qida lizosoma daxil olduqda

4.

Aşağıdakı proseslərdən hansı ağız boşluğunda baş verən kimyəvi dəyişkənlikdir?

a)

Qidanın ağız suyunda islanması

b)

Qidanın tərkibindəki karbohidratın parçalanması

c)

Qidanın dişlər tərəfindən xırdalanması

d)

Qidanın sürüşkən hala düşməsi

5.

6-cı sinif şagirdi heyvanlarda həzm sistemi mövzusunu araşdırdıqdan sonra şəkildəki sxemi qurmuşdur. Sxemə əsasən təsvir olunmuş həzm kanalının şöbəsi haqqında hansı fikri söyləmək olmaz?

a)

Bu şöbə nazik bağırsaqdır

b)

Bu şöbədə bütün qida maddələri həzmə məruz qalır

c)

Bu şöbədə qida maddələrinin parçalanması və sorulması baş verir.

d)

Qida maddələrinin hamısı bağırsaqdan qana sorulur

6.

Cədvəldə heyvanların təbii birlikdəki qarşılıqlı münasibətləri və bəzi xüsusiyyətləri öz əksini tapmışdır.Cədvələ əsasən hansı canlı cütlüyü uyğun deyildir?

a)

X-zürafə -ibtidai birhüceyrəli heyvan

b)

Y-canavar-tülkü

c)

Y-qartal-kərkəs

d)

Z- kaftar-quzğun

7.

Yumrucuq bakteriyaları ilə mikoriza əmələ gətirən canlılar arasında hansı ortaq xüsusiyyət vardır?

a)

Ot bitkiləri ilə simbioz yaşayırlar

b)

Bitkini su və mineral maddələrlə təmin edirlər

c)

Prokariotdurlar

d)

Onların fəaliyyəti bitkinin köklərinin işinə yardım edir

8.

Şagird mövzunu öyrəndikdən sonra təcrübə aparmaq qərarına gəlir.Əvvəlcə o,iki eyni ölçüdə eyni növdən olan bitkini tərəziyə qoyur və A vəziyyətini qeydə alır.Bir gün sonra təcrübəni təkrar edərkən B vəziyyətini müşahidə edir.Buna əsasən aşağıdakılardan hansı və ya hansıları söyləmək olmaz?

I Şagird soldakı birkini qaranlıqda,sağdakını işıqda saxlamışdır

II Sağdakı bitkidə həm tənəffüs,həm də fotosintez ,soldakında yalnız tənəffüs prosesi getmişdir

III Sağdakı bitkidə enerjinin miqdarı soldakından azdır

a)

Yalnız I

b)

I və III

c)

Yalnız III

d)

II və III

9.

Dərisində selik ifraz edən vəzilərə ehtiyacı olan canlılar haqqında hansı fikri söyləmək olmaz?

a)

Bu canlılar dəri ilə tənəffüs edirlər

b)

Bu canlılarda tənəffüs orqanı ağciyərlərdir

c)

Bu canlıların əlavə tənəffüs orqanı yoxdur

d)

Bu canlılara yalnız suda rast gəlmək olar

10.

Şagird canlıdakı tənəffüs prosesini təsvir etmək üçün şəkildəki sxemi çəkmişdir. Sxemə əsasən aşağıdakı nəticələrdən hansı və ya hansılara gəlmək olar?

I Bu canlının tənəffüsündə burun dəlikərinin əhəmiyyəti yoxdur

II Bu canlı suda həll olmuş oksigenlə tənəffüs edir

III Bu canlı suda və quruda yaşaya bilir

a)

I və II

b)

Yalnız II

c)

II və III

d)

Yalnız III

11.

Qəlsəmə tənəffüsü ilə ağciyər tənəffüsü üçün ortaq xüsusiyyət aşağıdakılardan hansı ola bilər?

a)

Həm nəfəsalma .həm də nəfəsvermə zamanı xarici mühitlə bilavasitə maddə mübadiləsi

b)

Oksigenin qana daxil olması,karbon qazının qandan xaric olması

c)

Atmosfer oksigeninin mənimsənilməsi

d)

Oksigenin iki istiqamətdə hərəkəti

12.

Epidermis-əzələ-kapilyar

Əgər oksigen bu istiqamətdə hərəkət edərsə,hansı canlıdan danışmaq olmaz?

a)

Balıq

b)

Soxulcan

c)

Qurbağa

d)

Ağ planari

13.

Traxeyalar qan damarlarından aşağıdakılardan hansı ilə fərqlənir?

a)

Oksigeni toxuma və orqanlara çatdırması ilə

b)

Qida maddələrinin daşınmasında iştirak etməsi ilə

c)

Qaz mübadiləsinin baş verdiyi səthin birqatlı epitel olması ilə

d)

Qazların diffuziya yolu ilə keçməsi ilə

14.

İki cür tənəffüs orqanı olan canlılar haqqında hansı fikir doğrudur?

a)

Bu canlıların hamısında ağciyər və dəri tənəffüsü baş verir

b)

Bu canlıların hamısında ağciyə r və traxeyaya rast gəlinir

c)

Bu canlıların hamısında ağciyər və traxeya tənəffüs orqanıdır

d)

Bu canlıların hamısı xarici skeletə malikdirlər

15.

Yarpağın ifrazat funksiyası ilə əlaqədar hansı fikir səhvdir?

a)

Yarpaq yalnız xəzan zamanı ifrazat funksiyası yerinə yetirir

b)

Yarpaq transpirasiya və quttasiya edərkən də ifrazat funksiyası yerinə yetirir

c)

Yarpaq əsasən suyun artıq hissəsini xaric edir

d)

Yarpaq zərərli maddələri quttasiya və xəzan zamanı xaric edə bilər