NEW
Font size
WorksheetsMarketinq 1
Total questions: 25
Worksheet time: 13mins
Satış konsepsiyasına aid olanı seçin:
Nəticə: müştəri məmnunluğundan əldə edilən gəlir
Vasitələr: inteqrasiya edilmiş marketinq
İstehlakçılarla əks əlaqənin çox yüksək olması
İstinad nöqtəsi: müəssisənin istehsal gücləri
4C-yə aid olmayanı seçin:
yer
müştərinin xərci
rahatlıq
əlaqə
"Sağmal inəklərə" aid olan fikri seçin:
Nisbi bazar payı və bazarda artım tempi hesabına əldə olan mənfəət onların ulduz mövqelərinin qorunub saxlanılmasına yönəldilir.
Bazarın artım tempi və nisbi bazar payı yuxarı olan məhsullar və yaxud strateji biznes vahidləridir.
Bu cür biznes vahidlərinin biznes portfelindən çıxarılması - onların ya ləğv edilməsi ya satılması müvafiqdir.
Onların inkişafı və investisiyalara çevrilməsi baxımından investisiyalar tələb edilir.
Nisbi bazar payı və bazarda artım tempi hesabına əldə edilən mənfəət ulduzların mövqeyinin qorunub saxlanmasına və sual işarələrinin inkişaf etdirilməsinə yönəldilir.
Nəzərdə tutulmuş pozisiyalaşdırmada həvəsləndirməyə aid olanları seçin: 1) reklam 2) güzəştlər 3) fərdi satış 4) xidmət 5) yerləşmə
1,2,5
3,5
2,4
1,3,5
1,3
Şirkətin mikro mühitinə hansı aid deyil?
müştərilər
təbii mühit
şirkət
təchizatçılar
Müasir marketinq haqqında aşağıda qeyd edilən fikirlərdən yalnızı biri səhvdir:
Marketinq müştərilər üçün dəyər yaratmaqdır.
Marketinq müştərilərlə sərfəli əlaqələrin yaradılması və idarə edilməsidir.
Marketinq müştəriləri məmnun etməklə gəlir qazanmaqdır.
Satış və reklam, marketinq ilə sinonim məna daşıyır
Aşağı qeyd edilənlərdən biri insan ehtiyacının başqa bir formasıdır. O, fərdin şəxsiyyətinə və mədəni səviyyəsinə müvafiq olaraq formalaşır. Misal üçün, amerikalılar yeməyə ehtiyac duyurlar, amma “Big Mac”, fransız qızartmaları və spirtsiz içki istəyirlər. Qeyd edilənlərin aid olduğu variantı seçin:
tələb
sosial ehtiyac
fiziki ehtiyac
özünü təsdiq ehtiyacı
Marketinq alıcıya diqqəti artırmalı və onu daha da razı salmalıdır. Eyni zamanda öz mənfəətini əldən verməməlidir, onun mənfəəti marketinq mənfəətini üstələməməlidir. ___ təmin etmək üçün, məhsulun keyfiyyəti alıcının ümidlərini doğrultmalıdır. Uyğun variantı seçin.
Müştərinin gözlədiyi dəyər
Müştəri dəyəri
Marketinq təklifi
Müştəri məmnunluğu
Şirkətin strateji planlaşdırmasının korporativ səviyyəsində missiyanın müəyyənləşdirilməsi, şirkətin məqsəd və vəzifələrinin qoyulması, _____ dayanır. Üçüncü mərhələ hansıdır?
biznes portfelinin qurulması
məqsəd və resursların hazırlanması
marketinq və digər funksional strategiyanın planlaşdırılması
dəyişən marketinq imkanları arasında strateji uyğunluqların işlənib hazırlanması
Şirkətin mövcud biznes və məhsullarının toplusu necə adlanır?
müştəri payı
strateji planlaşdırma
missiya
biznes portfeli
Müştərinin ömürlük dəyəri:
Məhsulun keyfiyyətinin alıcının ümidlərini nə dərəcədə doğrultmasını göstərir
Müştərinin məhsuldan aldığı fayda əsasında müəyyən edilir
Müştərinin məhsulun alınmasına çəkdiyi xərc əsasında müəyyən edilir
Müştərinin ömrü boyu etdiyi alış-veriş axarının ümumi dəyəri ilə müəyyən edilir
Tam müştəri dəyəri ilə tam müştəri xərcləri arasındakı fərqdlə müəyyən edilir
Müştəri məmnunluğu:
Tam müştəri dəyəri ilə tam müştəri xərcləri arasındakı fərqdlə müəyyən edilir
Müştərinin məhsuldan aldığı fayda əsasında müəyyən edilir
Müştərinin məhsulun alınmasına çəkdiyi xərc əsasında müəyyən edilir
Müştərinin şirkətlə ömrü boyu etdiyi alış-veriş axarının ümumi dəyəri ilə müəyyən edilir
Məhsulun keyfiyyətinin alıcının ümidlərini nə dərəcədə doğrultmasını göstərir
Müştərinin gözlədiyi dəyər:
Müştərinin məhsuldan aldığı faydadır
Məhsulun keyfiyyətinin alıcının ümidlərini doğrultmasıdır
Məhsulun faydalı xüsusiyyətlərinin müştərinin probleminin həllinə uyğun olmasıdır
Tam müştəri dəyəri ilə tam müştəri xərcləri arasındakı fərqdir
Müştərinin məhsulun alınmasına çəkdiyi xərcdir
Müasir marketinq sisteminin elementi deyil:
Son istehlakçı
Marketinq vasitəçiləri
İctimai qruplar
Şirkət
Tədarükçülər
Marketinq strategiyası müştərilərin və cəmiyyətin rifahını dəstəkləmək və təkmilləşdirmək yolu ilə müştərilərə dəyər çatdırmalıdır. Bu fikir sadalanan konsepsiyalardan hansına uyğundur?
Marketinq konsepsiyasına
İstehsal konsepsiyasına
Məhsul konsepsiyasına
Sosial marketinq konsepsiyasına
Satış konsepsiyasına
Müştərilərin məqsədi və arzuladıqları dəyərlər şirkətin satış və gəlirlərinə yol açır. Bu fikir aşağıda sadalanan konsepsiyalardan hansına uyğundur?
Satış konsepsiyasına
Məhsul konsepsiyasına
İstehsal konsepsiyasına
Sosial marketinq konsepsiyasına
Marketinq konsepsiyasına
Şirkətin öz məqsədlərinə nail olması üçün hədəf qruplarının ehtiyac və istəklərini qavraması və bu əsasda müştərilərə arzuladıqları dəyərləri öz rəqiblərindən daha yaxşı çatdırması:
Satış konsepsiyasına uyğundur
Sosial marketinq konsepsiyasına uyğundur
İstehsal konsepsiyasına uyğundur
Məhsul konsepsiyasına uyğundur
Marketinq konsepsiyasına uyğundur
Şirkətin iri miqyaslı satış və həvəsləndirmə tədbirlərini həyata keçirmədən müştərilərin onun məhsulu almayacaqları ilə bağlı məsələləri özündə ehtiva edən konsepsiya:
Sosial marketinq konsepsiyasıdır
Məhsul konsepsiyasıdır
İstehsal konsepsiyasıdır
Satış konsepsiyasıdır
Marketinq konsepsiyasıdır
İstehlakçının yaxşı keyfiyyətə, görünüşə və novator xüsusiyyətlərinə malik məhsullara üstünlük verməsi məsələlərini özündə ehtiva edən konsepsiya:
İstehsal konsepsiyasıdır
Sosial marketinq konsepsiyasıdır
Marketinq konsepsiyasıdır
Məhsul konsepsiyasıdır
Satış konsepsiyasıdır
Henri Ford şirkəti “Model T”-ni müştərilərinin ala bilməsi üçün məhsuldarlığın artırılması hesabına qiyməti azaltmağa qərar vermişdir. Bu şirkətin tətbiq etdiyi konsepsiya:
Məhsul konsepsiyasıdır
İstehsal konsepsiyasıdır
Marketinq konsepsiyasıdır
Sosial marketinq konsepsiyasıdır
Satış konsepsiyasıdır
Marketinq tətqiqatları prosesinin mərhələlərinin düzgün ardıcıllığı hansıdır?
1) məlumat toplanması üçün ümumi tədqiqat planının qurulması 2) kəşflərin şərhi 3) problemin və tədqiqatın məqsədinin müəyyən edilməsi 4) tədqiqat planının tətbiqi
3,1,4,2
3,4,1,2
2,3,1,4
3,2,1,4
1,2,3,4
İlkin məlumatların toplanması üçün istifadə olunan metodlara aid deyil:
sorğu
təcrübə
nəzarət
eksperiment
İstehlakçının davranışına təsir göstərən amillər hansılardır?
ətraf mühit
təşkilati
siyasi
sosial
Sosial amillərə aiddir:
həyat tərzi
sosial sinif
mədəniyyət
etalon və ya referent qrupları
Maslounun ehtiyaclar ierarxiyasında ilk növbədə insanlar hansı ehtiyacları ödəməyə çalışırlar?
sosial
təhlükəsizlik
hörmət
özünüifadə
heç biri
