WorksheetsERQONOMIKA 100-150
Total questions: 50
Worksheet time: 25mins
· 101)Erqonomikanın strukturunu onun məqsədi formalaşdırır. Bu məqsədə aid deyil:
§ mühasibatlığa dair sənədlərin tərtib olunması
§ işçinin təhlükəsiz işlə təmin olunması
§ əlverişli şəraitini yaradılması
§ insan-operatorun inkişafını təmin etmək
§ İTMS-in effektivliyi
· 102)İnsanın İTMSdə fizioloji və psixofizioloji göstəricilər ilə xarkterizə olunur:
§ işçinin sürəti, enerjisi və xüsusi qabiliyyətləri
§ ətraf mühitin iş yerində ziyanlı faktorlarla üzvi təsiri
§ insanın düşüncəsi, psixoloji durumu
§ İTMSdə gigiyenik həyat tərzi şəraiti
§ antropometrik göstəricilər
· 103)İnsanın İTMSdə gigiyenik həyat tərzi şəraiti ilə xarkterizə olunur:
§ ətraf mühitin iş yerində ziyanlı faktorlarla üzvi təsiri
§ antropometrik göstəricilər
§ insanın düşüncəsi, psixoloji durumu
§ fizioloji və psixofizioloji göstəricilər
§ işçinin sürəti, enerjisi və xüsusi qabiliyyətləri
· 104)Bu şərtlərdən biri insanın öz işindən məmnunluğuna təsir edə bilməz:
§ əlverişsiz əmək şəraiti
§ avadanlıqlarda iş görülən zaman effektiv iş hərəkətinin təminatı
§ informasiya qəbulu və işlənilməsinin təminatı
§ uyğun psixofizioloji şərait
§ gigiyenik iş şəraiti
· 105)Erqonomikada “sistemli yanaşma” metodunun həyata keçirilməsi prinsiplərinə aid deyil:
§ əməkhaqqının hesablanması
§ iyerarxiya prinsipi üzrə sistemin qurulması – sistem elemetlərinin bir biri ilə bağlı olması (elementlərin ardıcıllıqla düzülməsi)
§ ölçmə, qiymətləndirmə, əks əlaqə prinsiplərinin mövcudluğu
§ hər bir elementin bütün başqa sistem elementlərinə təsiri
§ məqsədyönlü istiqamət - İTMS fəaliyyətində düzgün iş prinsipinin təşkili əsasdır
· 106)Erqonomikanın əsas tədqiqat predmeti erqonomik sistemdir. Erqonomik sistemin tərkibinə aid deyil:
§ kassa mədaxili
§ əmək aləti
§ xarici mühit
§ erqonomik sistem tərəfindən baxılan işlə bağlı olmayan təsirlər
§ insan-operator
· 107)Erqonomika sahəsində elmi məlumatların əldə edilməsi üçün empirik üsullar:
§ hamısı aiddir
§ eksperimental prosedurlar (laboratoriya və istehsal təcrübələri)
§ proseslərin və əmək fəaliyyəti məhsullarının təhlili
§ müşahidə
§ diaqnostika üsulları (müxtəlif testlər, sorğular, sosioloji, müsahibələr və söhbətlər)
· 108)Bio-telemetriyanın mahiyyəti və xüsusiyyətlərinə aid deyil:
§ qruplar daxilində işçilər arasında əlaqələr ifadə olunur
§ üsul həyata keçirilən zaman insanlara bioloji və fizioloji siqnalları ötürən əlaqə qurğuları verilir
§ uzaq məsafədən bioloji obyektlərin vəziyyətini xarakterizə edən ölçmə üsuludur (nəbz, temperatur, kosmonavtların və ya idmançıların qan təzyiqi)
§ üsulun istifadəsi çox uzun məsafələrdə və ya öyrənilən obyektin hərəkətində tədqiqat aparmağa imkan verir
§ siqnallar qəbul nöqtəsində qeydə alınır (hərəkət, nəbz)
· 109)İqtisadi üsula aiddir:
§ qəza nəticəsində dəyən iqtisadi zərər müəyyən olunur, eləcə də həmin hadisənin aradan qaldırılmasına yönəldilmiş xərclərin effektivliyi qiymətləndirilir
§ baş vermiş olan qəzanın faktları əsasında istehsalat təhlükələri öyrənilir
§ şəraitin hərtərəfli öyrənilməsinə tətbiq edildiyindən daha təkmilləşmiş üsuldur
§ üsulun dəqiqliyi təhlil edilən materialların keyfıyyətindən və öyrənilən hadisələrin sayından asılıdır
§ zədələnmələrin səbəbləri öyrəndikdə hadisənin bütün şəraiti araşdırılır
· 110)Monoqrafik üsula aiddir:
§ texnoloji proses, işlədilən material, maşın və avadanlıq və s. nəzərdən keçirilir, nəticədə hadisənin əsas səbəbi müəyyənləşdirilir
§ üsulun dəqiqliyi təhlil edilən materialların keyfıyyətindən və öyrənilən hadisələrin sayından asılıdır
§ eyni şəraitdə baş vermiş qəzaların sənədləri toplanaraq sistemləşdirilir
§ aşkar edilmiş təhlükə mənbələri tədqiq edilir, aradan qaldırılması üçün əməli tədbirlər hazırlanır
§ qəza nəticəsində dəyən iqtisadi zərər müəyyən olunur
· 111)Statistik üsula aiddir:
§ çoxlu sayda materialın diqqətlə öyrənilməsi
§ hər bir qəzanın bütün səbəblərinin və baş verdiyi şəraitin hərtərəfli öyrənilməsi
§ iş fəaliyyətinin dərin öyrənilməsi və ətraflı təsviri
§ hadisənin aradan qaldırılmasına yönəldilmiş xərclərin effektivliyinin qiymətləndirilməsi
§ hadisənin bütün şəraitinin araşdırılması
· 112)İstehsalat zədələnmələrini təhlil etmək üçün üç əsas metodlardan istifadə edilir:
§ statistik üsul, monoqrafik üsul, iqtisadi üsul
§ optimallaşdırma üsulu, təhlil, müqayisə
§ sintez, ümumiləşdirmə, iqtisadi üsul
§ təsəvvür, konkretləşdirmə, statistik üsul
§ induksiya, deduksiya, ümumiləşdirmə
· 113)Erqonomikada təhlükəsizliyi təmin etmək məqsədilə istifadə olunan psixofizioloji üsulların mahiyyətinə aid deyil:
§ artıq baş vermiş olan qəzanın faktları əsasında istehsalat təhlükələrinin öyrənilməsi
§ insan-operator fəaliyyətinin effektivliyinin idarə edilməsi
§ əmək fəaliyyəti üzərində tədqiqatların aparılması
§ fəaliyyət müddətində insan-operatorun funksional vəziyyətinin qiymətləndirilməsi
§ tədqiqatçıların insanın mürəkkəb prosesləri koordinasiya etməyi necə bacardığını anlamağa çalışması
· 114)Sosial istehsal sahəsində əsas subyekt olaraq çıxış edir:
§ hamısı aiddir
§ insan
§ insanın müxtəlif qabiliyyətləri
§ insanın təcrübəsi
§ insanın kompleks psixofizioloji funksiyaları
· 115)Erqonomikada əmək qabiliyyəti:
§ bir insanın yüksək məhsuldarlığı təmin etmək üçün işlədiyi vəziyyətdə potensialını formalaşdırmaq və saxlamaq qabiliyyətidir
§ tez-tez dəyişən əmək intensivliyidir
§ yalnız düşüncə, diqqət və yaddaş kimi funksiyaları cəmləşdirir
§ işçilərin peşəkar seçilməsi zamanı müəyyən olunur
§ insanın fiziki funksiyalarına dair tələbləri müəyyənləşdirən göstəricidir
· 116)Psixofizioloji yanaşmanın mahiyyəti:
§ istehsal münasibətləri şəraitində işçinin düşüncə, diqqət və emosional vəziyyətinə artan tələblər
§ insan-maşın sistemlərinin bütöv bir nəzəriyyəsi
§ tədqiqatın müxtəlif aspektlərini sintez tendensiyası
§ İTMS-in effektivliyi
§ elmi tədqiqat sahəsində insan fəaliyyətinin daxil edilməsi
· 117)Erqonomika, hər hansı bir elm kimi, növbəti göstəricilərlə xarakterizə olunur:
·
§ hamısı aiddir
§ öyrənmə obyekti və mövzusu
§ elmin qarşısında duran vəzifələr
§ araşdırma metodları və problemlərin həlli
§ elmi tədqiqatin əsasına qoyulan prinsiplər
· 118)Erqonomikanın tərkibinə daxil olmayan xüsusiyyət:
§ “erqonomika” sözünün seçimi yeni elm sahəsinin tanınmış elmlərdən fərqlənmədiyini göstərir
§ “erqonomika” sözünün seçimi yeni elm sahəsinin tanınmış elmlərdən heç birinə aid olmadığını göstərir
§ erqonomika digər elmlərlə sıx əlaqədə inkişaf edir
§ erqonomika ilə fənlərarası əlaqələr ikitərəfli, qarşılıqlı elmləri zənginləşdirir
§ elmi intizam eyni zamanda fəaliyyət göstərən iki proseslər nəticəsində yaranıb: elmi biliklərin fərqləndirilməsi və inteqrasiyası
· 119)Ekstremal iş mühitinin təsviri:
§ insan orqanizmində patoloji dəyişikliklərin baş verməsinə və (və ya) işin icrasının mümkünsüzlüyünə səbəb olur
§ operatorun optimal dinamikasını, sağlamlığını və sağlamlığının qorunmasını təmin edir
§ patoloji xəstəliklərə gətirib çıxara bilməyən funksional dəyişikliklərə səbəb olur
§ nəticədə xoşagəlməz funksional dəyişikliklərə səbəb olur
§ insan yaradıcılığının azalmasına səbəb olur
120)Təhlükəli iş mühitinin təsviri:
§ patoloji xəstəliklərə gətirib çıxara bilməyən funksional dəyişikliklərə səbəb olur
§ nəticədə xoşagəlməz funksional dəyişikliklərə səbəb olur
§ işin icrasının mümkünsüzlüyünə səbəb olur
§ insan orqanizmində patoloji dəyişikliklərin baş verməsinə səbəb olur
§ operatorun optimal dinamikasını, sağlamlığını və sağlamlığının qorunmasını təmin edirs
· 121)Narahat iş mühitinin təsviri:
§ nəticədə xoşagəlməz funksional dəyişikliklərə səbəb olur
§ patoloji xəstəliklərə gətirib çıxara bilməyən funksional dəyişikliklərə səbəb olur
§ işin icrasının mümkünsüzlüyünə səbəb olur
§ insan orqanizmində patoloji dəyişikliklərin baş verməsinə və (və ya) işin icrasının mümkünsüzlüyünə səbəb olur
§ operatorun optimal dinamikasını, sağlamlığını və sağlamlığının qorunmasını təmin edir
· 122)Rahat iş mühitinin təsviri:
§ operatorun optimal dinamikasını, sağlamlığını və sağlamlığının qorunmasını təmin edir
§ nəticədə xoşagəlməz funksional dəyişikliklərə səbəb olur
§ patoloji xəstəliklərə gətirib çıxara bilməyən funksional dəyişikliklərə səbəb olur
§ insan orqanizmində patoloji dəyişikliklərin baş verməsinə və (və ya) işin icrasının mümkünsüzlüyünə səbəb olur
§ insan yaradıcılığının azalmasına səbəb olur
· 123)İş yerindəki ətraf mühit faktorları operatora təsir edən İTMS –nin xüsusiyyətləri:
§ hamısı aiddir
§ fiziki
§ bioloji
§ informativ
§ kimyəvi
124)İTMS-də istehsalın maksimum etibarlılıq səviyyəsini əldə etməyə çalışan mütəxəssisləri göstərin:
§ hamısı aiddir
§ mühəndislər
dizaynerlər
həkimlər
o texniki işçilər
· 125)Hansı səbəbdən insan amilinin səmərəli istifadəsi üçün erqonomika elmi kifayət qədər zəruri hesab olunur?
§ insan kapitalının intellektual imkanları tükənə bilər
§ mühüm nəticəyə mütəxəssislərin qarşılıqlı fəaliyyəti təsir göstərə bilər
§ elm qarşısında duran vəzifələr dəyişə bilər
§ insanın İTMSdə gigiyenik həyat tərzi şəraiti sabitləşə bilər
§ elmi biliklərin fərqləndirilməsi və inteqrasiyası baş verə bilər
· 126)İş fəaliyyətinin təsiri altında insan orqanizminin funksional vəziyyətində dəyişikliklərin öyrənilməsi, işin yüksək səviyyədə davam etdirilməsinə kömək edən qaydalar və fəaliyyətlərin inkişafının elmi intizamı necə adlanır?
§ erqonomika
§ anatomiya
§ psixofiziologiya
§ insan fiziologiyası
§ antropometriya
· 127)Şirkətin səmərəli işi birbaşa hansı amildən asılıdır?
§ iş yerində, ofisdə işçilərin özünü rahat hiss etməsindən
§ istehlak məqsədləri üçün istifadə edilən şəxsin xüsusiyyətlərdən
İTMS-də qəzalara gətirən səhvlərdən
§ psixoloji tədqiqatlardan
§ mütəxəssislərin müxtəlif bilik sahələrindən
· 128)Avadanlıqların və əmək predmetlərinin yerləşdirilməsinin əsas tələblərinə aiddir:
§ hamısı aiddir
§ işin əmək məzmunundan asılı olaraq, iş mövqeyinin rahatlığını təmin etmək
§ profilaktik baxım və yoxlamalar
§ işçinin tez-tez istifadə etdiyi vasitələrin daha az istifadə olunan vasitələrə nisbətən daha yaxın yerləşməsi
əmək alətlərinin, idarəetmə orqanlarının, lazımsız hərəkatlərə yol verməyən vasitələrin əlçatan olması
· 129)Avadanlıqların və əmək predmetlərinin yerləşdirilməsinin əsas tələblərinə aiddir:
§ işin əmək məzmunundan asılı olaraq, iş mövqeyinin rahatlığını təmin etmək
§ əmək alətlərinin, idarəetmə orqanlarının uzaq məsafədə yerləşməsi
§ istehsalın bütün vasitələrinin qeyri-rasional yerləşdirilməsi
§ iş səthinin quruluşunda işıq mənbəyinin nəzərə alınmaması
§ fövqəladə hallarda iş yerindən sərbəst gediş imkanının mümkün olmamasıs
· 130)İş yerinin səmərəli planlaşdırılmasına aiddir:
§ hamısı aiddir
§ rahat iş mövqeyi
§ işçilərin fəaliyyətinin gərginliyinin minimum səviyyəyə enməsi
§ düzgün bir ardıcıllığa riayət edilməsi imkanı
§ qabaqcıl texnika və iş metodlarının tətbiqi
· 131)İşçi iş yerində daha çox vaxtı oturaraq keçirdikdə, hansı fəsadlar baş verə bilər?
§ qan axınlarının durğunluğu baş verə, həzm pozuntuları müşahidə oluna bilər
§ qan dövranı pozulur, bu da damarların genişlənməsinə, yəni varikoz xəstəliyinin yaranmasına səbəb olur
§ işçinin vaxtının və enerjisinin qeyri-məhsuldar xərcləri yaranır
§ işdə düzgün bir ardıcıllığa riayət edilməsi imkanı yaranır
§ işçilərin fəaliyyətinin gərginliyini minimum səviyyəyə enir
· 132)İşçi iş yerində daha çox vaxtı ayaqüstə dayanaraq keçirdikdə, hansı fəsadlar baş verə bilər?
§ qan dövranı pozulur, bu da damarların genişlənməsinə, yəni varikoz xəstəliyinin yaranmasına səbəb olur
§ işçinin vaxtının və enerjisinin qeyri-məhsuldar xərcləri yaranır
§ qan axınlarının durğunluğu baş verə, həzm pozuntuları müşahidə oluna bilər
§ işçilərin fəaliyyətinin gərginliyini minimum səviyyəyə enir
§ işdə düzgün bir ardıcıllığa riayət edilməsi imkanı yaranır
· 133)İş yerinin planlaşdırılması nəticələrinə aid deyil:
§ işçilərin fəaliyyətinin gərginliyini maksimum səviyyəyə qalxması
§ avadanlıqların və əmək predmetlərinin yerləşdirilməsinin əsas tələblərinin yerinə yetirilməsi
§ əmək prosesinin həyata keçirilməsi üçün zəruri olan bütün elementlərin, bir işçi və ya işçi qrupu üçün təhlükəsiz əmək şəraitinin təşkili
§ rahat iş mövqeyi, qabaqcıl texnika və iş metodlarının tətbiqi
§ düzgün bir ardıcıllığa riayət edilməsi imkanı
· 134)Ümumi işlərin icrası zamanı, iş yerinin hündürlüyü hansı amilə əsaslanır?
§ əllərin rahat işləməsi ilə görmə məsafəsi arasında kompromiss əldə olunmalıdır
§ nəqliyyat vasitələrini istifadə etmək imkanı nəzərə alınır
§ görmə qabiliyyətinin daha dəqiq olması ilə müəyyən edilir
§ uzun müddət oturma vəziyyəti təmin olunur
§ işin yüksək səviyyədə davam etdirilməsi təmin olunur
· 135)Dəqiq işlərin icrası zamanı, iş yerinin hündürlüyü hansı amilə əsaslanır?
§ görmə qabiliyyətinin daha dəqiq olması ilə müəyyən edilir
§ nəqliyyat vasitələrini istifadə etmək imkanı nəzərə alınır
§ iş yerinin xarici mühitini xarakterizə edən əsas şərtlər müəyyənləşir
§ işin yüksək səviyyədə davam etdirilməsi təmin olunur
§ uzun müddət oturma vəziyyəti təmin olunur
· 136)İş yerinin hündürlüyü xüsusiyyətlərinə aid deyil:
§ yalnız iş masasının hündürlüyü ilə müəyyən olunur
§ masanın müəyyən bir hündürlüyü üçün oturacağın hündürlüyü daha yüksək seçilməlidir
§ bəzən iş zamanı istifadə edilən qurğuların da hündürlüyü nəzərə alınmalıdır
§ müşahidə olunan və ya istifadə edilən əmək predmetlərinin yerləşdiyi hündürlükdür
§ icra olunan iş növü nəzərə alınmalıdır
· 137)İş yerinə aid olmayan xüsusiyyət:
§ iş yerinin erqonomikasını təşkil edərkən, iqtisadi, erqonomik və insan tələblərinə cavab verən amillər nəzərə alınmır
§ iş yeri iş vəzifələrinin yerinə yetirildiyi bir iş sistemində məkan sahəsidir
§ iqtisadi cəhətdən sərfəli istehsal həcmi təmin olunmalıdır
§ kifayət qədər keyfiyyət
§ bir işçinin daşıyacağı iş yükünün nəzərə alınması
138)Təhlükəsizliyin təmin olunması məqsədilə ofis binalarının tikintisi zamanı nəzərə alınacaq amilə aid deyil:
§ yanğının bir binadan digərinə keçməməsi üçün binalar arasındakı yanğına qarşı minimum ara məsafəsi yalnız bir - ən hündür binanın odadavamlılıq dərəcəsinə görə qəbul edilir
§ normal təbii işıqlanmanın təmin olunması üçün binalar arasındakı məsafə qonşu binalardan yüksək olanın hündürlüyündən az olmamalıdır
§ ərazidən səmərəli istifadə olunmasını təmin etmək məqsədilə tikintinin sıxlıq dərəcəsi normallaşdırılmalıdır
§ yanğının bir binadan digərinə keçməməsi üçün binalar arasındakı yanğına qarşı minimum ara məsafəsi hər iki binanın odadavamlılıq dərəcəsinə görə sinifindən asılı olaraq qəbul edilir
§ nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması üçün binaların ara məsafəsi nəqliyyat vasitələrinin enindən asılı olaraq təyin edilir
· 139)Sənaye müəssisələri ərazisinin sanitariya cəhətdən abadlaşdırılması məsələləri hansı bölməyə daxildir?
§ istehsalat sanitariyası
§ binanın odadavamlılıq dərəcəsi
§ texnologiyanın səmərələşdirilməsi
§ tikintinin sıxlıq dərəcəsi
§ nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması
· 140)İstehsalatda zədələnmələrə qarşı ümumi mübarizə tədbirləri:
§ hamısı aiddir
§ texnologiyanın səmərələşdirilməsi
§ sanitariya cəhətdən abadlaşdırılması məsələləri
§ istehsalat proseslərinin mexanikləşdirilməsi, avtomatlaşdırılması
§ işçilərə fərdi mühafızə vasitələrinin verilməsi və s.
· 141)İstehsalat binalarında yerləşən ümumi məişət avadanlıqlarındakı çatışmazlıqlara aiddir:
§ istehsalat binalarının qızdırılma və işıqlandırlma sistemlərindəki çatışmazlıq, binalarda sanitariya normalarına görə işçilərə lazım gələn iş yeri həcminin azlığı, ventilyasiya sistemlərindəki çatısmazlıq və s.
§ uzun müddət oturaq vəziyyətdə işləmə
§ uzun müddət ayaqüstə işləmə
§ operatorun sümük - əzələ sisteminin yüklənməsi
§ istirahət vaxtlarının əlverişsiz təşkili
· 142)Əmək prosesinin xüsusiyyətlərindən və rejimindən asılı olan zərərlərə aid deyil:
§ havalandırma (ventilyasiya) sistemlərindəki çatısmazlıq
§ istirahət vaxtlarının əlverişsiz təşkili
§ operatorun sümük - əzələ sisteminin yüklənməsi
§ iş rejiminin pozulması
§ uzun müddət oturaq vəziyyətdə işləmə
· 143)İstehsalat prosesinin xüsusiyyətindən, maşın və avadanlıqdan asılı olan zərərlərə aiddir:
§ qeyri-normal temperatur, nəmlik, istilik şüalanması, zəhərli buxar və qazlar, səs-küy, titrəyiş
§ orqanizmin sümük - əzələ sisteminin birtərəfli yüklənməsi
§ binalarının qızdırılma və işıqlandırlma sistemlərindəki çatışmazlıq
§ iş yeri həcminin azlığı
§ iş rejiminin pozulması, normadan artıq işləmə
· 144)İstehsalat sanitariyasına aid deyil:
§ nəqliyyat vasitələrinin normal hərəkətinin təmin olunması
§ əmək şəraitinin sağlamlaşdırılması və əmək məhsuldarlığının yüksəldilməsi üçün tədbirlərin hazırlanması
§ peşə zərərlərinin və insanı əhatə edib orqanizmə mənfı təsir edən başqa istehsalat zərərlərinin kifayət qədər azaldılması və qarşısının alınması üsulları
§ ofis binalarında sanitariya normalarına uyğun tədbirlərin təşkili
§ əhalinin sağlam əmək və həyat şəraitinin yaxşılaşdırıması üçün elmin gigiyenik tələb və nəticələrə əsaslanan təcrübə üsulları hazırlanması
· 145)Aşağıdakilardan hansına peşə və ya istehsalat zədələri deyilir?
§ insanın əmək fəaliyyəti zamanı istehsalat, yaxud əmək prosesinin bəzi amilləri orqanizmə müəyyən müddət mənfi təsir göstərir və nəticədə onun əmək qabiliyyəti azalır
§ texnologiyanın səmərələşdirilməsi üsulları
§ normal təbii işıqlanmanın təmin olunması üçün tədbirlər toplusu
§ tikintinin sıxlıq dərəcəsi
§ sənaye müəssisələri ərazisinin sanitariya cəhətdən abadlaşdırılması yolları
· 146)Operator-kompüter fəaliyyətinə aid edilən qrupların düzgün təsviri və iş intensivliyi vardır. Yanlış kateqoriyanı seçin:
§ A qrupu - dialoq rejimində yaradıcılıq işi, kateqoriya üçün davamlı iş saatı 3-4 saat
§ A qrupu - ilkin sorğu işi, kateqoriya üçün davamlı iş saatı - 2 saat;
§ C qrupu - dialoq rejimində yaradıcılıq işi, kateqoriya üçün davamlı iş saatı 1,5-2 saat
§ hər intensiv iş saatından sonra 15 dəqiqəlik fasilə, intensivlik səviyyəsi aşağı əmək fəaliyyəti zamanı isə hər 2 saatdan sonra 15 dəqiqəlik fasilə təşkil edilə bilər
B qrupu - məlumatların daxil edilməsi, kateqoriya üçün davamlı iş saatı 1,5-2 saat
· 147)Operatorun əmək fəaliyyəti zamanı “informasiyanın qiymətləndirilməsi və emalı” mərhələsinə aid olan cəhətlər:
§ hamısı aiddir
§ informasiyanın müqayisəsi həyata keçirilir
§ təhlükəli vəziyyətlər müəyyən edilir
§ məlumatların emalı prioritetləri əvvəlcədən müəyyən edilmiş əhəmiyyətli və təcili meyarlara əsasən təyin olunur
§ məlumat təhlil edilir
· 148)Operatorun fəaliyyət mərhələləri:
§ hamısı düzdür
§ informasiya qəbulu - siqnalların aşkarlanması
§ qərar vermə - zəruri tədbirlər barədə qərar - sistemin məqsəd və şərtləri, mümkün metodları, düzgün və səhv qərarların nəticələri
§ qərarın həyata keçirilməsi
§ informasiyanın qiymətləndirilməsi və emalı - sistemin müəyyən edilmiş və mövcud rejimlərinin müqayisəsi həyata keçirilir
· 149)Operator kompüter, avadanlıq və ya texnika ilə işləyən zaman, baş verən bütün təhlükəli və zərərli amillər bir neçə qrupa bölünür. Onlara aid deyil:
§ erqonomikanın digər sahələrdən əldə etdiyi nəticələri
§ iş yerinin və iş sahəsinin parametrləri (bir insanın antropometrik məlumatlarına, iş vəziyyətinin rahatlığına, səmərəli və effektiv iş hərəkətlərinə uyğun olmaması)
§ radiasiya (rentgen, elektromaqnit radiasiya və mikrodalğalı radiasiya və s.)
§ elektrostatik sahələr
§ vizual, görmə faktorları (parlaqlıq, kontrast)
· 150)Operator kompüter, avadanlıq və ya texnika ilə işləyərkən, yaranan iş təhlükələrinə aid deyil:
§ düzgün təşkil edilmiş iş yerində işçinin sağlamlığına zərərli amillərin təsiri minimuma enir
§ elektromaqnit sahələrinin bir çox təhlükəli və zərərli amilləri, infraqırmızı və ionlaşdırıcı radiasiya işçi sağlamlığına mənfi təsir edir
§ şüalanmanın - rentgen, elektromaqnit, mikrodalğalı, elektrostatik kimi növlərinin zərərli təsiri
§ işçilər vizual işin yüksək intensivliyi nəticəsində, əhəmiyyətli zehni stres və emosional yükə məruz qalır
§ kompüterdə çalışarkən təhlükəli vizual faktorlar (parlaqlıq, kontrast)
