wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Makroiqtisadiyyat

Total questions: 30

Worksheet time: 30mins

Name
Class
Date
1.

İxrac idxalı üstələyirsə:

a)

ölkəyə kapital axını baş verir

b)

düzgün cavab yoxdur

c)

məcmu gəlir məcmu xərcləri üstələyir

d)

ölkədən kapital axını baş verir

e)

məcmu xərclər məcmu gəlirləri üstələyir

2.

Bir ölkənin pul vahidinin qiymətinin digər ölkənin pul vahidi ilə ifadəsi necə adlanır:

a)

Dou – Cons indeksi

b)

likvidlik əmsalı

c)

Cini əmsalı

d)

valyuta məzənnəsi

e)

faiz dərəcəsi

3.

“Torpaq” amilindən əldə olunan gəlir necə adlanır:

a)

sahibkarlıq gəliri

b)

renta

c)

mənfəət

d)

faiz dərəcəsi

e)

torpağın qiyməti

4.

Makroiqtisadi göstərici kimi çıxış etmir:

a)

kompüterin qiyməti

b)

işsizliyin səviyyəsi

c)

qiymətlər səviyyəsi

d)

ticarət balansının kəsiri

e)

ÜDM­in artım tempi

5.

Makroiqtisadiyyatın öyrənmədiyi problemlərə aiddir

a)

iqtisadi artım

b)

dövlət borcu

c)

pul dövriyyəsi

d)

inhisarçı rəqabət

e)

işsizlik

6.

İqtisadi nəzəriyyənin müstəqil bölməsi kimi makroiqtisadiyyat nə zaman meydana gəlmişdir:

a)

XVIII əsrin sonunda

b)

XIX əsrin sonunda

c)

XX əsrin 60­cı illərinin əvvəlində

d)

XX əsrin 30­cu illərində

e)

XIX əsrin əvvəllərində

7.

“Makroiqtisadiyyat” anlayışı ilk dəfə kim tərəfindən irəli sürülmüşdür:

a)

A.Marşall

b)

C. M. Keyns

c)

P.Samuelson

d)

R.Friş

e)

S.Kuznets

8.

Maliyyə bazarının tərkib hissələridir:

a)

torpaq bazarı

b)

düzgün cavab yoxdur

c)

təbii resurslar bazarı

d)

pul bazarı və qiymətli kağızlar bazarı

e)

əmək bazarı

9.

Milli gəlir – ÜMM­dən nəyin çıxılması nəticəsində alınır:

a)

amortizasiyanın

b)

düzgün cavab yoxdur

c)

amortizasiyanın, biznesə dolayı vergilərin və korporasiyaların mənfəətinin

d)

amortizasiyanın və biznesə görə dolayı vergilərin

e)

amortizasiya, biznesə dolayı vergilərin, korporasiyaların mənfəətinin və sosial təminata görə haqların

10.

İşsizliyin səviyyəsi hesablanarkən işsizlərə aid edilir:

a)

yalnız 18 yaşından yuxarı olanlar

b)

iş yerləri olmayan bütün insanlar

c)

evdar qadınlar

d)

işsizliyə görə müavinət alanlar

e)

uşaqlar

11.

Gözlənilən inflyasiya:

a)

tələb inflyasiyasıdır

b)

əvvəlcədən nəzərə alınan, proqnozlaşdırılan inflyasiyadır

c)

təbii inflyasiyadır

d)

açıq inflyasiyadır

e)

təklif inflyasiyasıdır

12.

Əhalinin hər nəfərinə düşən maddi nemətlərin və xidmətlərin kəmiyyət və keyfiyyətini əks etdirən göstərici:

a)

əmək haqqı

b)

həyat göstəricisi

c)

yaşayış vasitələri

d)

həyat səviyyəsi

e)

həyat tərzi

13.

Xarakterinə görə inflyasiyanın növləri:

a)

açıq və gizli

b)

hiper və mülayim

c)

düzgün cavab yoxdur

d)

tələb və təklif

e)

uyğunlaşan və gözlənilən

14.

Ümumi iqtisadi tarazlıq nəzəriyyəsinin banisi kimdir?

a)

C.Keyns

b)

L.Valras

c)

A.Smit

d)

D.Rikardo

e)

A.Marşall

15.

Əmək bazarının funksiyaları hansılardır:

a)

tənzimləyici və bölüşdürücü

b)

düzgün cavab yoxdur

c)

iqtisadi və bölüşdürücü

d)

sosial və iqtisadi

e)

sosial və bölüşdürücü

16.

İlk “klassik” böhran harada baş vermişdir:

a)

ABŞ­da

b)

İngiltərədə

c)

Azərbaycanda

d)

Rusiyada

e)

Almaniyada

17.

İqtisadi artımın optimal məqsədi:

a)

milli iqtisadiyyatın inkişafı

b)

geniş təkrar istehsalın sabit artım tempi

c)

kənd təsərrüfatının inkişafı

d)

bütün əhalinin həyat səviyyəsinin artması

e)

müəssisələrin inkişafı

18.

Yalnız bir ölkə daxilində tətbiq edilən valyuta:

a)

çevrilməz valyuta

b)

yerli valyuta

c)

çevrilən valyuta

d)

kollektiv valyuta

e)

qismən çevrilən valyuta

19.

Pul:

a)

sövdələşmənin həyata keçirilməsi üçün istifadə olunan maliyyə aktividir

b)

dəyər ehtiyatı, hesablaşma vahidi, tədavül vasitəsi və tədiyyə vasitəsidir

c)

bütün cavablar düzgündür

d)

əmtəə və xidmətlərin alınması üçün qanuni ödəniş vasitəsidir

20.

Pul aşağıdakı funksiyaları yerinə yetirir:

a)

istehsal amili

b)

gəlirin artırılması vasitəsi

c)

düzgün cavab yoxdur

d)

inflyasiyadan müdafiə vasitəsi

e)

yığım vasitəsi

21.

Pul aşağıdakı funksiyanı yerinə yetirmir

a)

dəyər ehtiyatı

b)

hesablaşma vahidi

c)

tədavül vasitəsi

d)

tamahkarlığın ölçü vahidi

e)

düzgün cavab yoxdur

22.

İlk müasir tipli bank XV əsrdə harada yaradılmışdır:

a)

İngiltərədə

b)

ABŞ­da

c)

Almaniyada

d)

İtaliyada

e)

Fransada

23.

Əgər əhali nağd pul şəklində daha çox vəsait saxlamaq qərarına gələrsə, bu nəyin artmasına səbəb olacaqdır:

a)

qiymətlər səviyyəsinin

b)

faiz dərəcəsinin

c)

məşğulluğun

d)

ehtiyat normasının

e)

sərəncamda olan şəxsi gəlirin

24.

Əgər insan avtomobil almaq üçün hər ay 1000 manata qənaət edirsə, onda pul hansı funksiyanı yerinə yetirir

a)

tədavül vasitəsi

b)

dəyər ehtiyat

c)

təxirə salınmış ödəmələr vasitəsi

d)

düzgün cavab yoxdur

e)

hesablaşma vahidi

25.

Monetar siyasət kim tərəfindən həyata keçirilir:

a)

hökümət

b)

parlament

c)

prezident

d)

mərkəzi bank

e)

maliyyə nazirliyi

26.

İşlənmə qaydasına görə valyutanın növləri:

a)

tam və qismən çevrilən valyuta

b)

qismən və çevrilməz valyuta

c)

tam və çevrilməz valyuta

d)

tam, qismən və çevrilməz valyuta

e)

tam çevrilən valyuta

27.

Vergilər nədir:

a)

hüquqi şəxslərin dövlətə könüllü ödənişləri

b)

fiziki və hüquqi şəxslərin dövlətə könüllü ödənişləri

c)

dövlət tərəfindən insanlardan və müəssisələrdən tutulan könüllü və məcburi ödənişlər

d)

Mərkəzi və yerli hakimiyyət orqanları tərəfindən fiziki və hüquqi şəxslərdən tutulan məcburi ödənişlər

e)

düzgün cavab yoxdur

28.

Kənd təsərrüfatında torpaq və başqa resurslardan istifadəyə görə verilən haqq

a)

icarə haqqı

b)

birbaşa vergi

c)

torpaq rentası

d)

pul ödəmələri

e)

torpağa görə faiz

29.

Fiskal siyəsət nə deməkdir

a)

vergilərin məhdudlaşdırıcı rolu

b)

büdcə gəlirləri və xərclərinin tənzimlənməsi siyasəti

c)

məcmu tələb və məcmu təklifin tənzimlənməsi

d)

büdcə xərclərinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi siyasəti

e)

vergi dərəcələrinin tənzimlənməsi siyasəti

30.

Hər bir insana birbaşa və daha güclü təsir edən makroiqtisadi problem hansıdır:

a)

aşağı faiz dərəcəsi

b)

əmanətlərin az olması

c)

investisiyaların az olması

d)

işsizlik

e)

inflyasiya