NEW
Font size
Worksheetsolip
Total questions: 10
Worksheet time: 5mins
Bir-biri ilə qarşılıqlı əlaqədə olan iqtisadi subyektlərin hər birinin bütün digər subyektləri seçdiyi strategiyanı nəzərə almaqla ən yaxşı strategiyanı seçdiyi situasiya?
Nash tarazlığı
Dustaqlar dilemması
Duopoliya
Oyun nəzəriyyəsi
Ortaqların faciəsi
Aşağıdakılardan hansını Oliqopoliya bazarına nümunə olaraq göstərmək yanlış olar?
İngilis dili kursu
Hava yolu nəqliyyatı bazarı
Avtomobil bazarı
Mobil operator bazarı
Elektrikli əşya bazarı
Tam rəqabət bazarı ilə müqayisədə Oliqopoliya bazarında ….. .
Daha az məhsul daha baha satılır
Daha az məhsul daha ucuz satılır
Daha çox məhsul daha baha satılır
Daha çox məhsul istehsal olunur, bazara daha çox çıxarılır
Daha çox məhsul daha ucuz satılır
Firma ya da dövlətlərin bir araya gələrək müəyyən bir məhsulun qiymət və miqdarına nəzarət etmək məqsədilə təşkil etdiyi birlik
Kartel
Sövdələşmə
Biznes
İnhisar
Cəmiyyət
Bir neçə əmtəə istehsalçının və çoxsaylı istehlakçının olması ilə səciyyələnən bazar strukturu necə adlanır?
Oliqopoliya
Monopsoniya
İnhisar
Tam rəqabət
İnhisarçı rəqabət
Oliqopoliya – bu:
bir neçə iri firmanın fəaliyyət göstərdiyi bazar tipi
qiymətlərə nəzarət məqsədilə istehsalın məhdudluğu haqqında müqavilə bağlamış firmalar qrupu
bir satıcı çoxlu alıcının olduğu bazar tipi
qiymətə nəzarətin olmadığı bazar tipi
təkmil rəqabət bazar tipi
Sadalanan sahələrdən hansı bir qayda olaraq oliqopolik quruluşa malikdir:
avtomobil istehsalı
ticarət
ayaqqabı istehsalı
məişət xidmətləri
kənd təsərrüfatı
Oliqopoliyanın əlamətlərinə aşağıdakılar aid deyil
oliqopolist firma başqa firmaların davranışını nəzərə almır
hər firmanın istehsal həcmi o qədər yüksəkdir ki, bütün sahənin təklifinə təsir edə bilir
oliqopoliyanın məhsuluna tələb əyrisi inhisar şəraitindəki tələb əyrisinə bənzəyir
oliqopolist firmalar rəqabətin qeyri-qiymət metodlarına üstünlük verirlər
sahədə bir neçə iri firmalar üstün yer tuturlar
Eyni əmtəə istehsal edən yalnız iki satıcı rəqib olduğu bazar quruluşu modeli - bu:
duopoliya
inhisar rəqabəti
inhisar
monopsoniya
təkmil rəqabət
Oliqopoliyanın təkmil rəqabətdən fərqi ondadır ki
sahəyə daxil olmaq üçün maneələr mövcuddur
oliqopoliya zamanı daha aşağı qiymətlər müəyyənləşdirillir
onlar arasında əhəmiyyətli fərqlər yoxdur
məhsullar differensiallaşdırılmışdır
oliqopoliya şəraitində təkmil rəqabətdə olduğundan daha çox məhsul istehsal olunur
