wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Kommersiya 1

Total questions: 50

Worksheet time: 25mins

Name
Class
Date
1.

Kommersiya fəaliyyəti nədir?

a)

əhalinin tələbatının təmin olunması və mənfəət əldə edilməsi üzrə mürəkkəb operativ-təşkilati bir sistemdir

b)

yerinə yetirilən fəaliyyətdən ancaq qazanc əldə edilməsi məqsədilə həyata keçirilən sadə operativ-təşkilati bir sistemdir

c)

əmtəə-pul münasibətləri şəraitində obyektin rentabellik səviyyəsini təmin edə bilən məqsədyönlü tədbirlər sistemidir

d)

istehsalçıların tələbinin öyrənməsini, malın istehsal edilib bazara çıxarılmasını təşkil eləyən sistemdir

e)

əmtəə-pul münasibətləri şəraitində obyektin maliyyə vəziyyətinin sabitliyini təmin edə bilən məqsədyönlü tədbirlər sistemidir

2.

«Kommersiya fəaliyyəti» kursu nəyi öyrənir?

a)

bazar münasibətləri şəraitində əmtəə tədavülü və bölgüsü sferasında baş verən prosesləri

b)

ticarət proseslərinin daha effektiv yerinə yetirilməsini, malların son istehlakçıya çatdırılmasını

c)

bütün ticarət proseslərini, əsasən malların istehsaldan istehlakçıya qədər keçdiyi səmərəli yolunu

d)

əsasən pərakəndə və topdansatış ticarətdə həyata keçirilən ticarət-texnoloji prosesləri

e)

makroiqtisadi proseslərin dövlət tərəfindən tənzimlənməsini və kredit-pul münasibətlərini

3.

«Kommersiya fəaliyyəti» kursunun predmeti nədir?

a)

əmtəə (mal) tədavülü sferasında həyata keçirilən kommersiya prosesləridir

b)

əmtəə tədavülü sferasında həyata keçirilən topdan və pərakəndə ticarət fəaliyyətidir

c)

kommersiya fəaliyyətinin idarə edilməsi ilə bağlı olan proseslərdir

d)

kommersiya fəaliyyətində marketinq alətlərindən istifadə olunmasıdır

e)

bazar infrastrukturu elementlərinin kommersiya fəaliyyətinə təsirinin öyrənilməsidir

4.

Kommersiya əməliyyatlarına aşağıdakılardan hansı aid deyil?

a)

əmtəələrin pərakəndə və topdan alqı-satqısı

b)

xeyriyyəçilik məqsədləri üzrə əməliyyatlar

c)

birja fəaliyyətində həyata keçirilən əməliyyatlar

d)

kommersiya banklarının əməliyyatları

e)

injinirinq, tikinti, nəqliyyat xidmətləri

5.

Sahibkarlıq fəaliyyəti nədir?

a)

öz riski hesabına sistematik olaraq gəlir əldə olunması məqsədilə müstəqil qaydada həyata keçirilən fəaliyyətdir

b)

kənardan vəsait cəlb olunması hesabına gəlir əldə olunması məqsədilə müstəqil qaydada həyata keçirilən fəaliyyətdir

c)

istehsal, emal xarakterli işlərin və alqı-satqı ilə əlaqədar olan fəaliyyətlərin həyata keçirilməsidir

d)

bu fəaliyyətlə məşğul olanlara gəlir gətirməyən iqtisadi, siyasi, xeyriyyəçilik və digər fəaliyyətlərin təşkilidir

e)

sahibkarın kapitalı əsasında yerinə yetirilən alqı-satqı prosesinin həyata keçirilməsi ilə bağlı hər hansı fəaliyyətdir

6.

Kommersiya dövriyyəsinin təşkilatçılarına kimlər aid deyillər?

a)

topdansatış sərgilər

b)

topdansatış ərzaq bazarları

c)

yarmarkalar

d)

əmtəə birjaları

e)

sığorta agentlikləri

7.

“Kommersiya fəaliyyəti” kursunun ümumelmi metodlarına aiddir:

a)

anket sorğuları, ekspert qiymətləri, iqtisadi-riyazi modelləşdirmə

b)

müqayisə, müşahidə,ekspert qiymətləri, iqtisadi modelləşdirmə

c)

riyazi modelləşdirmə, anket sorğuları

d)

müşahidə, anket sorğuları

e)

müşahidə, eksperiment, müqayisə, analogiya

8.

Uzunmüddətli kommersiya proqnozları nədir?

a)

əsasən 5 illik dövr ərzində kəmiyyət xarakteristikalarını əhatə edir

b)

müxtəlif xidmətlərin, sazişlərin, müqavilələrin hazırlanmasını əhatə edir

c)

əsasən 5 ildən çox müddətə tərtib olunur, strateji məqsədləri ifadə edir

d)

əsasən 3-5 il müddətini əhatə edir, rəhbərlik tərəfindən işlənib hazırlanır

e)

ərzaq mallarının uzun müddətli dövrə satışını proqnozlaşdırır

9.

«Kommersiya əlaqələri» anlayışı nədir?

a)

göndərilən mallara görə hesablaşmalar üzrə bazar iştirakçıları arasında olan iqtisadi münasibətlər sistemidir

b)

reklam-informasiya xidmətlərinin göstərilməsi üzrə bazar iştirakçıları arasında olan kommersiya münasibətlər sistemidir

c)

mal kütləsinin göndərilməsi üzrə bazar iştitakçıları arasında olan iqtisadi, kommersiya, hüquqi, maliyyə və digər münasibətlər sistemidir

d)

malların anbarlaşdırılması üzrə bazar iştirakçıları arasında olan kommersiya münasibətləri sistemidir

e)

göndərilən mallara görə hesablaşmalar üzrə bazar iştirakçıları arasında olan iqtisadi münasibətlər sistemidir

10.

Kommersiya əlaqələrinin rəsmiləşdirilməsi mərhələsində kommersiya fəaliyyətinin hansı elementləri yerinə yetirilir?

a)

malların göndərilməsi, iddia işinin həyata keçirilməsi üzrə işlərin yerinə yetirilməsi

b)

təsərrüfat əlaqələri şərtlərinin razılaşdırılması, müqavilə üzrə fikir ayrılıqlarının aradan götürülməsi, müqavilə mətninin tərtib olunması

c)

müqavilənin yerinə yetirilməsinə uçotun və nəzarətin yerinə yetirilməsi

d)

mal alışının mümkün ola bilən mənbələrinin müəyyən olunması

e)

malların bazarının öyrənilməsi, marketinq tədqiqatlarının yerinə yetirilməsi

11.

Kommersiya əlaqələrinin sadə strukturu nəyi nəzərdə tutur?

a)

istehsalçı müəssisələrlə pərakəndə ticarət müəssisələri arasında vasitəçilərin iştirakı ilə əlaqələrin qurulması

b)

mal göndərənlərlə vasitəçilər arasında malların göndərilməsi üzrə kommersiya əlaqələrinin qurulması

c)

mal istehsalçıları ilə topdansatış müəssisələri arasında malların göndərilməsi üzrə kommersiya əlaqələrinin qurulması

d)

istehsalçı müəssisələrlə pərakəndə ticarət müəssisələri arasında vasitəçilər olmadan kommersiya əlaqələrinin qurulması

e)

mal göndərilməsi müqaviləsinin məzmunu üzrə tərəflərin fikir ayrılığının olması üzrə sənədin tərtibi

12.

Hansı əməliyyatlar kommersiya əməliyyatlarına aid olunur?

a)

malların topdan alışının və satışının təşkili, ticarət çeşidinin formalaşdırılması, reklam-informasiya fəaliyyəti

b)

ticarət kadrlarının hazırlanması, tələbin və bazarın konyunkturunun öyrənilməməsi

c)

vergilərin ödənilməsi, inzibati tədbirlərin həyata keçirilməsi

d)

bank müəssisələri ilə əlaqələrin qurulması

e)

internet şəbəkəsindən istifadə olunması

13.

Bazarın konyunkturu nə deməkdir?

a)

tələb və topdansatış ticarətdə olan mal qalıqlarının həcmi arasındakı nisbətdir

b)

tələb və buraxılan məhsulun həcmi arasındakı nisbətdir

c)

bazarda tələb və təklif arasında olan nisbətdir

d)

tələb və pərakəndə ticarətdə olan mal qalıqlarının həcmi arasındakı nisbətdir

e)

sənaye müəssisələrin təklif elədiyi malların həcmi ilə onların qiymətləri arasındakı nisbətdir

14.

Kommersiya proseslərinə nə aiddir?

a)

malların saxlanılmasının yaxşılaşdırılması

b)

tələbin öyrənilməsi və proqnozlaşdırılması, mal göndərişi üzrə müqavilələrin bağlanılması, reklam-informasiya işləri

c)

satışın təşkili üzrə inzibati tədbirlərin həyata keçirilməsi

d)

ticarət kadrlarının hazırlanması və onların yenidən hazırlanması

e)

müəyyən olunmuş qrafikə uyğun olaraq mal göndərişi

15.

Kommersiya əlaqələrinin formalaşması mərhələsində kommersiya fəaliyyətinin hansı elementləri yerinə yetirilir?

a)

kommersiya əlaqələrinin rəsmiləşdirilməsi, iddia işinin həyata keçirilməsi • müqavilələrin yerinə yetirilməsinə nəzarətin və uçotun təşkili, müqavilənin bağlanılması

b)

malların göndərilməsi, müqavilə üzrə ziddiyyətlərin aradan qaldırılması

c)

bazarın öyrənilməsi, alış mənbələrinin və optimal satış kanallarının müəyyən edilməsi, kommersiya əlaqələri formasının seçilməsi

d)

malların bazarının öyrənilməsi

16.

Mal resurslarının müəyyən olunması və yaxud öyrənilməsi üzrə kommersiya işi özündə nəyi əks etdirir?

a)

bahalı qiymətə yüksək keyfiyyətli məhsul təklif eləyən potensial malgöndərənlərin axtarılıb tapılmasını

b)

rəqabət qabiliyyətli, müxtəlif çeşidli və münasib qiymətə məhsul təklif eləyən potensial malgöndərənlərin axtarılıb tapılmasını

c)

ucuz qiymətə məhsul təklif eləyən potensial malgöndərənlərin axtarılıb tapılmasını

d)

yeni məhsul təklif eləyən potensial malgöndərənlərin axtarılıb tapılmasını

e)

yeni məhsul təklif eləyən potensial malgöndərənlərlə müqavilələrin bağlanılması

17.

Kommersiya prosesinin təşkili hansı əsas məqamlarla bağlıdır?

a)

malların, xidmətlərin alqı və satqısı ilə

b)

malların, xidmətlərin alqı və satqısı, bu əməliyyatların normativ qaydada təmin olunması ilə

c)

malların, xidmətlərin satışı ilə

d)

malların, xidmətlərin alqı-satqısının normativ qaydada təmin olunması ilə

e)

malların, xidmətlərin satışının normativ qaydada təmin olunması ilə

18.

Kommersiya fəaliyyətinin obyekti nədir?

a)

mənzil-kommunal təsərrüfatı, nəqliyyat xidmətləri

b)

mallar (daşınmaz əmlakdan başqa), qiymətli kağızlar, nəqliyyat xidmətləri, reklam, audit, təhsil, səhiyyə və elm, konsaltinq

c)

nümayəndəlik xidmərləri

d)

mədəniyyət

e)

ərzaq və qeyri-ərzaq malları

19.

Kommersiya fəaliyyətinin dövlət tənzimlənməsinin iqtisadi metodlarına nə aiddir?

a)

pul-kredit, vergi tənzimlənməsi

b)

gömrük tənzimlənməsi

c)

ayrı-ayrı ticarət müəssisələrinə maliyyə yardımı

d)

makrostruktur dəyişikliklərin həyata keçirilməsi

e)

mikrostruktur dəyişikliklərin həyata keçirilməsi

20.

Maddi istehsal sahəsinə nə aid deyil?

a)

kənd təsərrüfatı

b)

sənaye

c)

sığortalanma

d)

tikinti

e)

emal sənayesi

21.

Bazar iştirakçılarının kommersiya fəaliyyəti nəyin əsasında qurulur?

a)

bazarın iqtisadi qanunları əsasında

b)

kommersiya psixologiyası əsasında

c)

kommersantın etik normaları əsasında

d)

xeyirxahlıq normaları əsasında

e)

servis xidmətinin təşkili əsasında

22.

Kommersiya strategiyasının məqsədi nədən ibarətdir?

a)

kommersiya fəaliyyətinin məqsəd və vəzifələrinin müəyyən olunması

b)

müəssisənin investisiya imkanlarının müəyyən olunması

c)

kommersiya fəaliyyətinin effektivliyinin qiymətləndirilməsi

d)

müəssisənin inkişafının biznes-planlarının işlənib hazırlanması

e)

müəssisənin imkanlarının səfərbər olunması

23.

Malın (xidmətin) dəyərinin pulla ifadəsi necə adlanır?

a)

mənfəət

b)

qiymət

c)

gəlir

d)

marjinal gəlir

e)

məsrəf

24.

Kommersiya əməliyyatlarına aşağıdakılardan hansı aid deyil?

a)

malın istehsalı ilə bağlı əməliyyatlar

b)

pərakəndə satış

c)

əmtəələrin topdan alışı və satışı

d)

reklam

e)

müqavilələrin bağlanması

25.

Elektron bazar nədir?

a)

layihə üzrə birgə fəaliyyət göstərən, qrupvari qərar qəbul edən, işlək komanda üzvləri qrupunu dəstəkləyən informasiya sistemidir

b)

çoxsaylı satıcıları və alıcıları birləşdirən, informasiya, mallar və xidmətlərin mübadiləsinə xidmət göstərən informasiya sistemidir

c)

məlumat bazasının idarəedilməsini tənzimləyən informasiya sistemidir

d)

birgə bizbnesin aparılmasında iştirak eləyən çoxsaylı satıcıların və alıcıların ticarət evidir

e)

birgə bizbnesin aparılmasında iştirak eləyən satıcıların və alıcıların birliyidir

26.

Elektron kommersiyanın texnoloji əsasını nə təşkil edir?

a)

Ekstranet

b)

lokal şəbəkə

c)

regional şəbəkə

d)

İntranet

e)

qlobal şəbəkə

27.

İnternet mağaza nədir?

a)

«vitrini» İnternetdə yerləşdirilmiş və malları İnternet vasitəsilə sifariş etməyə imkan verən mağaza

b)

İnternetdə malların reklam olunması üçün yerləşdirilmiş mağaza

c)

elektron pulların satışı üzrə mağaza

d)

«vitrini» İnternetdə mallarla tanışlıq üçün nəzərdə tutulmuş mağaza

e)

informasiya texnologiyalarının satışı üzrə mağaza

28.

Elektron kommersiya termini nəyi ifadə edir?

a)

İnternetdə aparılan sövdələşmənin dərəcəsini müəyyən edilməsini

b)

malların və xidmətlərin alışı və satışı prinsipinin açıqlanmasını

c)

biznes-proseslərin idarəedilməsi üçün kompüter texnologiyalarından istifadə edilməsini

d)

şəbəkə vasitəsilə və onsuz malların alışı və satışı arasında fərqin göstərilməsini

e)

çoxsaylı mənbələrdən məlumatların alınmasını

29.

Ticarət təşkilatları, alıcılar və bütövlükdə cəmiyyət elektron kommersiyada birinci növbədə nəyi əsas tuturlar?

a)

elektron kommersiyadan əldə olunan iqtisadi faydanı, xeyiri

b)

elektron kommersiyadan əldə olunan iqtisadi nüfuzluluğu

c)

müəssisələrin kommersiya fəaliyyətinin iqtisadi nəticələrini

d)

kommersiya fəaliyyətinin aparılması istiqamətlərini

e)

kommersiya fəaliyyətinin monitorinqinin həyata keçirilməsinin zəruruliyini

30.

Alıcılar üçün elektron kommersiyadan əldə olunan iqtisadi fayda, xeyirə nə daxil deyil?

a)

biznesdə rəqabətin artması imkanlarından istifadə olunması

b)

ölkədə olmayan malların və xidmətlərin digər ölkələrdən alma imkanları

c)

virtual auksionlarda iştirak etmə imkanlarının olması

d)

malların keyfiyyətini yerindəcə yoxlama imkanı

e)

gecə-gündüz alışlar etmək və digər tranzaksiyaları həyata keçirmək imkanı

31.

“ Ticarət “ terminin ikili mənası:

a)

bazar münasibətlərinin genişlənməsi və gəlir əldə edilməsi

b)

iqtisadiyyatın müstəqil sahəsi və mənfəət əldə edilməsinə yönələn ticarət prosesləri

c)

sahibkarlıq fəaliyyətinin formalaşması və əhalinin tələbatının ödənilməsi

d)

dəyərin formasının dəyişilməsi və təsərrüfat əlaqələrinin yaradılması

e)

əmtəə-pul münasibətləri və tiçarət vasitəçilərinin formalaşması

32.

Kommersiya fəaliyyətinin subyektinə nə aiddir?

a)

kommersiya fəaliyyəti sahəsində hüquq və öhdəliklərin daşıyıcıları

b)

kommersiya fəaliyyəti sferasında satılan mallar

c)

xidmətlər və müqavilələr

d)

sövdələşmələr

e)

daşınmalar

33.

Əsas kommersiya əməliyyatlarına nə aiddir?

a)

mallar və xidmətlərlə mübadilə

b)

nəqliyyat-ekspedisiya xidmətləri

c)

yüklərin daşınması

d)

yüklərin sığortalanması

e)

hesablaşmaların aparılması

34.

Kommivoyajor kimdir?

a)

iri avtomobil firmalarının səyyar ticarət agentidir

b)

mebel və iri məişət mallarının satışı üzrə agentdir

c)

malların səyyar satışını həyata keçirən şəxsdir

d)

malların açıq sərgi nümayişi ilə satılmasıdır

e)

məişət cihazlarının satışı üzrə agentlərdir

35.

Məhdud məsuliyyətli cəmiyyətin ali idarəetmə orqanı:

a)

tam ortaqların yığıncağıdır

b)

iştirakçıların ümumi yığıncağııdır

c)

payçıların yığıncağıdır

d)

kooperatorların yığıncağıdır

e)

səhmdarların ümumi yığıncağıdır

36.

Hüquqi şəxs:

a)

öz balansına malik deyil və iddia qaldırmaq, məhkəmədə çıxış etmək hüququna malik deyildir

b)

mənfəət üzrə vergi ödəyicisi statusunu daşımır, sadələşdirilmiş vergi ödəyicisi kimi çıxış edir

c)

firma adına, öz möhürünə malik olmadığı üçün məhkəmədə cavabdeh kimi çıxış etmək hüququna malik deyildir

d)

öz öhdəliklərinə görə öz əmlakı ilə cavabdehlik daşımır, iddia qaldırmaq hüququna malik deyildir

e)

öhdəliklərinə görə əmlakı ilə cavabdehlik daşıyan, iddia qaldırma və cavabdeh kimi çıxış etmək hüququna malik olan

37.

Kommersiya fəaliyyətinin subyektlərinə aiddirlər:

a)

kommersiya fəaliyyətinin iştirakçıları

b)

istehlak malları

c)

istehsal vasitələri

d)

kommersiyanın maddi-texniki bazası

e)

kommersiyanın maliyyə vəsaitləri

38.

Bunlardan hansı vasitəçilərə aid deyil?

a)

distribütor

b)

pərakəndə tacir

c)

satış üzrə agent

d)

konsiqnant

e)

komisioner

39.

Başqasının adından və başqasının hesabına vasitəçilik edən kimdir?

a)

konsiqnant

b)

broker

c)

komisioner

d)

diler

e)

distribütor

40.

Konsiqnant kimdir?

a)

öz məhsulunu xüsusi agentlərə satış üçün konsiqnasiyaya verən fiziki və yaxud hüquqi şəxsdir

b)

sərəncamında əmtəə olmayan, yalnız müqavilə olan vasitəçidir

c)

sərəncamında əmtəələr olan, lakin onların sahibi olmayan şəxsdir

d)

anbarı olan, mal satmaq üçün yüksək peşəkarlığı olan şəxsdir

e)

qısa müddət alıcı və satıcını əlaqələndirən vasitəçidir

41.

Ticarət-vasitəçilik əməliyyatı nədir?

a)

malların alqı-satqısı ilə bağlı olan və bağlanılmış müqavilə və ya tapşırıq əsasında həyata keçirilən əməliyyatlardır

b)

vasitəçinin köməyi ilə alıcı və satıcı arasında əlaqə yaradılması üzrə faktorinq əməliyyatıdır

c)

əmtəənin müəyyən ərazidə istehsalçıdan son istehlakçıya irəlilədilməsinə kömək göstərilməsi ilə bağlı olan əməliyyatdır

d)

əmtəələrin alqı-satqı müqaviləsinin bağlanması ilə əlaqədar olan əməliyyatdır

e)

istehsalçıdan asılı olmayan ticarət vasitəçisi tərəfindən istehsalçının tapşırığı ilə bağlanılmış saziş əsasında reklamla bağlı olan əməliyyatdır

42.

Broker kimdir?

a)

əmlak sanksiyası təqsirli tərəfi öhdəliklərin tam və vaxtı-vaxtında yerinə yetirilməsinə vadar etmək üçün təzyiq vasitəsidir

b)

vasitəçinin öz xeyrinə müqavilə bağlayan birjadır

c)

əmtəə birjasında alıcı və satıcılar arasında sazişlərin bağlanmasında ticarət vasitəçisidir

d)

tez xarab olan malların topdan satıcılarıdır

e)

fermer təsərrüfatları ilə əlaqə yaradan komisyonçulardır

43.

Diler kimdir?

a)

əmtəə birjasında alıcı və satıcılar arasında sazişlərin bağlanmasında ticarət vasitəçisidir

b)

vasitəçinin öz xeyrinə müqavilə bağlayan birja əməliyyatıdır

c)

tez xarab olan malların topdan satıcılarıdır

d)

öz hesabına və öz adından birja və ya ticarət vasitəçiliyini həyata keçirən hüquqi və fiziki şəxsdir

e)

fermer təsərrüfatları ilə əlaqə yaradan komisyonçulardı

44.

Distribütor kimdir?

a)

kənd təsərrüfatı məhsullarının topdan satışını həyata keçirən firmadır

b)

dərman məmulatlarının satışını həyata keçirən müəssisələrdir

c)

tez xarab olan ərzaq mallarının satıcılarıdır

d)

topdan mal təchizatı əsasında satışı həyata keçirən, marketinq və vasitəçi xidmətləri göstərən firmadır

e)

yalnız nüfuzlu malların topdan satışını həyata keçirən firmadır

45.

İştirakçıları ortaqlıq adından sahibkarlıq fəaliyyəti ilə məşğul olan və öz əmlakları ilə öhdəliklərə görə məsuliyyət daşıyan ortaqlıqlar necə adlanırlar?

a)

inam ortaqlığı

b)

tam ortaqlıq

c)

kommandit ortqalığı

d)

məhdud məsuliyyətli cəmiyyət

e)

unitar müəssisə

46.

Topdansatış vasitəçilərin kommersiya fəaliyyətinin məqsədləri nəyi əhatə edir?

a)

öz hesabına aparılan alqı-satqını

b)

nəqliyyat-ekspedisiya əməliyyatlarını

c)

satışın həsələndirilməsi

d)

malların alışını

e)

malın alışı və satışı arasındakı fərqdən əldə olunan gəliri, təqdim olunan xidmətlərə görə mükafatı

47.

Dövlət və yaxud bələdiyyə ticarət müəssisələri aiddirlər:

a)

kommersiya təşkilatlarına

b)

qeyri-kommersiya təşkilatlarına

c)

kommandit ortaqlığına

d)

təsərrüfat ortaqlığı və cəmiyyətinə

e)

istehsalat kooperativlərinə

48.

Bunlardan hansı kommersiya təşkilatı sayılmırlar?

a)

təsərrüfat ortaqları

b)

istehsalat kooperativləri

c)

istehlak kooperasiyaları

d)

təsərrüfat cəmiyyətləri

e)

dövlət unitar müəssisələri

49.

Məhdud məsuliyyətli cəmiyyət və səhmdar cəmiyyətinin formalaşmasının təməl prinsiplərinə aid olmayanı seçin:

a)

sahibkarlıq fəaliyyətində şəxsən iştirak etmirlər

b)

öhdəliklərə görə yalnız öz əmlakı həddində məsuliyyət daşıyırlar

c)

cəmiyyətlərin iştirakçıları həm hüquqi şəxs, həm də vətəndaşlar ola bilər.

d)

cəmiyyətlər illik hesabatı və mühasibat balansını nəşr etdirməyə borcludurlar.

e)

cəmiyyətlərin iştirakçıları səs sayına malikdirlər

50.

Səhmdar cəmiyyətlərinin idarəetmə səviyyələri hansılardır?

a)

treyderlər, brokerlər, maklerlər

b)

müdir, şöbə müdirləri, menecerlər

c)

səhmdarların ümumi yığıncağı, direktоrlar şurası, icraedici оrqan

d)

kоmmersiya, marketinq üzrə müdir, hesablaşma palatısının müdiri

e)

top menecerlər, bölmələr üzrə menecerlər