NEW
Font size
WorksheetsTəkmil və qeyri təkmil rəqabətli bazarlar
Total questions: 25
Worksheet time: 18mins
Oxşar lakin eyni olmayan məhsullar istehsal edərək rəqabət aparan çoxlu firmaların olduğu bazar:
Duopoliya
Oliqopoliya
Mükəmməl rəqabət
İnhisarçı rəqabət
İnhisar
Heç biri əmtəənin bazar qiymətinə təsir edə bilməyən eyni məhsul istehsal edən çoxsaylı firmaların bazar quruluşu, bu:
duopoliya
inhisar
rəqabətli bazar
inhisarçı rəqabət
oliqopoliya
Təkmil rəqabətli firmanın tələb əyrisi hansı görünüşdə olur?
üfüqi xətt
mənfi meyilli
müsbət meyilli
şaquli xətt
qırıq xətt
Təkmil rəqabətli firmanın təklif əyrisi qısamüddətli dövrdə ibarətdir:
son hədd xərcləri əyrisinin artan hissəsidir
son hədd xərcləri əyrisinin azalan hissəsidir
orta dəyişən xərclər əyrisindən yuxarıda yerləşən son hədd xərcləri əyrisinin bir hissəsidir
son hədd xərcləri əyrisindən yuxarıda yerləşən orta dəyişən xərclər əyrisinin bir hissəsidir
son hədd xərcləri əyrisindən yuxarıda yerləşən orta xərclər əyrisinin bir hissəsidir
Təkmil rəqabət bazarında bazar tələbinin artması nəticəsimndə qiymətlər yüksələrsə:
əmtəə qıtlığı yaranın
firmalar iqtisadi mənfəət ala bilmir
firmaların arasında rəqabət güclənir
bazara yeni firmaların axını nəzərə çarpır
doğru cavab yoxdu
Əgər təkmil rəqabəti bazarda bazar tələbinin artması nəticəsində əmtəənin qiyməti yüksələrsə, əmin olmaq olar ki:
doğru cavab yoxdur
sahədə fəaliyyət göstərən firmaların sayının azalması ilə qiymət ilkin səviyyəsinə enəcək
təklifin artması sahədə fəaliyyət göstərən firmaların sayının azalması ilə nəticələnəcək
təklifin artması sahədə fəaliyyət göstərən firmaların sayının artması ilə nəticələnəcək
təklifin artması nəticəsində qiymət ilkin səviyyəsinə qədər aşağı düşər
Oyunlar nəzəriyyəsinə görə oliqopolistik bazarda firmalar necə hərəkət etməlidir?
firmalar düzgün marketinq siyasəti apparmalıdır.
firmalar sərbəst hərəkət etməlidir.
firmalar rəqabət mühitini təhlil etməlidir.
hər bir firma digərlərini nəzərə almalıdır.
firmaların sayı az olduğundan hər bir firma strategiya ilə hərəkət etməlidir.
Bir-biri ilə qarşılıqlı fəaliyyətdə olan iqtisadi subyektlərin digərlərinin artıq seçdikləri strategiyanı nəzərə alaraq, hər birinin özünün ən
yaxşı strategiyasını seçdiyi situasiya necə adlanır?
Miltontarazlığı.
Keyns tarazlığı.
Neuman tarazlığı.
Nəş tarazlığı.
Pareto tarazlığı
Bazar strukturunun hansı növləri vardırr?
İnhisar, oliqopoliya
Oliqopoliya, inhisarçı rəqabət, polipoliya
İnhisarçılıq, oliqopoliya, inhisarçı rəqabət
İnhisarçılıq, oliqopoliya, inhisarçı rəqabət, təkmil rəqabət
Monopsoniya, duopoliya, mükəmməl rəqabət
Oyunlar nəzəriyyəsində Nəş tarazlığı nə deməkdir?
Firmaların öz aralarında istehsalın miqdarı haqqında razılığa gəlməsidir
Firmanın bazarda tarazlıq halıdır.
Firmaların bazar qiymətlərində razılığa gəlməsi vəziyyətidir.
İki və ya daha çox oyunçuların iştitrak etdikləri qeyri kooperativ oyunlar üçün həll üsuludur.
Firmaların öz aralarında satışin miqdarı haqqında razılığa gəlməsidir.
Kartel nədir?
yalnız bir alıcısı olan firmadır.
birgə fəaliyyət göstərən firmalar qrupudur.
bazarda satışın miqdarın tənzimləyən firmadır.
bir neçə bazarı ələ keçirmiş firmadır.
yalnız iki üzvün mövcud olduğu inhisardır
Oliqopoliya üçün tarazlıq hansı halda mümkündür?
Oliqopoliya qiyməti inhisar qiymətinəbərabər olduqda.
Oliqopoliya qiyməti inhisar qiymətindən yuxarı, rəqabət qiymətindən isə aşağı olduqda.
Oliqopoliya qiyməti rəqabət qiymətindən aşağı olduqda.
Oliqopoliya qiyməti inhisar qiymətindən daha aşağı, rəqabət qiymətindən (marjinal maya dəyərinə bərabər olan) isə daha yüksək olduqda.
Oliqopoliya qiyməti inhisar qiymətindən yüksək olduqda.
İnhisarçı bazarın iqtisadi cəhətdən səmərəsiz olduğunu nə müəyyən edir?
istehsalçının izafi faydası artır
istehlakçının izafi faydası artır
istehlakçının izafi faydası azalır
itirilmiş iqtisadi səmərə
istehsalçının izafi faydası azalır
İnhisarçı bazarda tarazlıq şəraitində:
əmtəələr təkmil rəqabət şəraitində olan qiymətlərə satılır
əmtəələr orta xərclərə bərabər qiymətə satılır
əmtəələr marjinal xərclərdən yüksək qiymətə satılır
əmtəələr marjinal xərcə bərabər qiymətə satılır
əmtəələr marjinal gəlirlərə bərabər qiymətə satılır
Təbii inhisar dövlət tərəfindən tənzimlənməlidir, çünki əks halda:
təklif optimal həcmdən az olacaq
firma itkilərlə üzləşəcək
başqa firmalar sahəyə daxil ola bilməyəcək
ehtiyatların soyğunçuluqla istifadəsi baş verə bilər
məhsul artıqlığı baş verəcək
İnhisarçı firma üçün tələb əyrisi və marjinal gəlir əyrisi necə yerləşmişlər?
əyrilər paraleldir
marjinal gəlir əyrisi tələb əyrisindən açağıda olur
üst üstə düşür
tələb əyrisi marjinal gəlir əyrisindən aşağıda olur
tarazlıq nöqtəsində kəsişirlər
Mənfəəti maksimallaşdırmaq üçün inhisarçı firma istehsalın elə həcmini seçməyə çalışır ki, orada:
marjinal xərclər ümumi xərclərə bərabər olsun
marjinal gəlir marjinal xərclərə bərabər olsun
marjinal xərclər minimal olsun
marjinal xərclər məhsulun qiymətinə bərabər olsun
marjinal gəlir orta xərclərə bərabər olsun
İnhisarın mənfi xüsusiyyətlərinə aid deyil:
gəlirlərin qeyri-bərabərliyinin artması
resurs bölgüsünün qeyri-səmərəliliyi
sadalananların hamısı inhisarların mənfi xüsusiyyətləridir.
məhsulun qiymətinin artırılması
xammalın qiymətinin aşağı salınması
Antiinhisar qanunvericiliyinin başlıca məqsədi:
aşağı qiymətlərin təyin edilməsidir
istehlakçıların hüquqlarını qorumaqdır
büdcəyə vergi daxilolmalarını artırmaqdır
bazarda rəqabət şərtlərini saxlamaqdır
kiçik biznesə yardım etməkdir
Yaxın əvəzediciləri olmayan əmtəənin yeganə satıcısı olan firma, adlanır:
İnhisar
Oliqopoliya
kartel
duapoliya
İnhisarçı rəqabət şəraitində firmanın məhsuluna tələb qrafiki hansı növdədir?
Üfüqidir
Marjinal gəlir qrafiki ilə eynidir
Azalan maillidir
Şaqulidir
Müsbət maillidir
Mükəmməl və inhisarçı rəqabət bazarlarının ümumi cəhəti
Müxtəlif əmtəələr istehsal edir.
Mükəmməl və inhisarçı rəqabət üçün sadalananlar arasında ümumi cəhət yoxdur.
Eyni cür əmtəələr istehsal edirlər
Bazarda çoxlu alıcılar və satıcılar fəaliyyət göstərir.
Firma məhsuluna tələb qrafiki üfüqi xətt formasındadır.
Qısa-müddətli iqtisadi itkilər nəyə səbəb olur?
firmaların rəqabət qabiliyyətini zəiflıədir.
firmaları güzəştə getməyə sövq edir.
firmaları bazarda sövdələşmələrə sövq edir.
firmaların bazarı tərk etməsinə səbəb olur.
firmaları bazarda daha diqqətli olmağa sövq edir.
İnhisarçı rəqabətin göstəriciləri hansılardır?
Bir satıcı, bazara giriş və tərk etmənin mədudiyyətli olması.
Bir çox satıcı, fərqli məhsullar.
Bir çox satıcı, fərqli məhsullar, sərbəst giriş və tərk etmə.
Bazara giriş və tərk etmənin mədudiyyətli olması.
Bazara giriş və tərk etmənin sərbəst olması.
Bazara daxil olma və tərk etmə prosesi nə vaxta qədər davam edir?
bazardakı firmalar orta gəlir əldə edənə qədər davam edir.
bazardakı firmalar marjıinal gəlir əldə edənə qədər davam edir.
bazardakı firmalar sıfır iqtisadi gəlir əldə edənə qədər davam edir.
bazardakı firmaların sayı minimuma enənə qədər davam edir.
bazardakı firmalar minimum iqtisadi gəlir əldə edənə qədər davam edir
