NEW
Font size
Worksheetserqonomika 1-40
Total questions: 40
Worksheet time: 20mins
Makroerqonomikanı mahiyyəti:
“insanlar-cəmiyyət”, “təşkilat-təşkilatlar sistemi” kimi bir çox ümumi sistemləri tədqiq edir
kiçik bir kollektivdə insan-maşın sisteminin tədqiqi ilə məşğul olur
§ informasiya emalı, texniki idarəetmə proseslərində qurğuların işi
§ işçi və yaxud işçi qrupunun qarşılıqlı təsirini əhatə edən bir sistem
bura “insan-kompyuter” interfeysi daxildir
Midierqonomikaya aid deyil:
məhsulların istehsalı
§ iş yerlərini və istehsal problemlərini qarşılıqlı səviyyədə araşdırılması
§ əməyin sağlamlığı və təhlükəsizliyi
§ əməyin gigiyenası
§ “insan-kollektiv”, “kollektiv-təşkilat”, “kollektiv-maşın”, insan-şəbəkə” sistemləri
Mikroerqonomikaya aiddir:
§ məhsulların istehsalı, informasiya emalı, texniki idarəetmə proseslərində qurğular ilə işçi və yaxud işçi qrupunun qarşılıqlı təsiri
§ “insan-kollektiv”, “kollektiv-təşkilat”, “kollektiv-maşın”, insan-şəbəkə” sistemləri
§ ofis məkanının quraşdırılması
§ “insanlar-cəmiyyət”, “təşkilat-təşkilatlar sistemi” kimi bir çox ümumi sistemlər
§ təşkilat və müəssisələrin struktur dizaynı
Göstərilən xüsusiyyətlərin erqonomik istiqamətini seçin: təşkilati strukturu və idarəetmə proseslərini özündə əks etdirən sosial-texniki sistemləri öyrənir. Bura işçi qrupunun idarə edilməsi, idarəetmə prosesinin işlənib-hazırlanması, inkişafı, əməkdaşlıq və s. daxildir:
§ təşkilati mühit erqonomikası
§ fiziki mühit erqonomikası
§ insanın əmək fəaliyyətinin bütün sahələri
§ sənaye erqonomikası
§ istehlak mallarının erqonomikası
Fiziki mühit erqonomikasının mahiyyəti:
§ iş yerinin quraşdırılması, etibarlılığı və sağlamlığı
§ yaddaş, qərarların qəbulu kimi psixi proseslər
§ idarəetmə prosesinin işlənib-hazırlanması, inkişafı, əməkdaşlıq və s.
§ intellektual əmək, ixtisaslı performans, insanın təhsili
§ işçi qrupunun idarə edilməsi
“Erqodizayn” istiqamətinin mahiyyəti:
§ erqonomik və texniki estetikanın üzvi birləşməsi
§ hərbi erqonomika
§ təşkilati erqonomika
§ “insan-kompyuter” interfeysi
§ istehlak mallarının erqonomikası
Dizayn və erqonomikanın metodik göstərişlərinə aiddir:
§ hamısı aiddir
§ sənaye məhsullarının və texnoloji proseslərin erqonomik səviyyəsinin qiymətləndirilməsi
§ iş yerlərinə, iş mebellərinə və istehsal avadanlıqlarına olan erqonomik tələblər
§ mədəni-məişət təyinatlı əşyaların keyfiyyətinin qiymətləndirilməsi
§ iş ofislərinin dizaynında istifadə edilən rənglərin ahəngdarlıq yaratması
2010-cu ildə Beynəlxalq Erqonomika Assosiyasiyası tərəfindən qəbul edilmiş erqonomika anlayışı:
erqonomika müəyyən elmi nəzəriyyələr və metodları tətbiq edən intizam qaydasıdır, burada insan fəaliyyəti və iş şəraiti arasında uyğunluq yaradılır
§ erqonomika ənənəvi mənada insanın yalnız fiziki və psixoloji xüsusiyyətlərini nəzərə alır
§ erqonomikada ətraf mühitin ekoloji amillərinin bir birinə təsiri müəyyən edilir
§ erqonomika insanlara komandada işləmək bacarığını öyrədir
§ erqonomika kompüter proqramlarının uyğunlaşdırılması anlamına gəlir
Beynəlxalq Erqonomika Assosiyasiyası (BEA) neçənci ildə təsis edilmişdir?
§ 1961
§ 1980
§ 1990
§ 1940
§ 1985
Rusiyada erqonomikanın tədqiqat ideyalarını formalaşdıran alimlərdən birini göstərin:
§ N.M.Dobrotvorski
§ Voytex Yastşembovskiy
§ Brayan Şekl
§ Linda Rosa
§ N.Cordon
Müasir ETT şəraitində əməyin təşkili istiqamətləri:
§ hamısı aiddir
§ qabaqcıl və səmərəli əmək üsullarının istifadəsi
§ kadrların hazırlanması və ixtisasın artırılması məsələləri
§ peşə seçiminin təkmilləşdirilməsi
§ iş yerlərinin təşkili
Müasir ETT şəraitində əməyin təşkili və erqonomikanın məqsədinə aid deyil:
§ istehsal prosesində insan amilinin ikinci plana keçməsi
§ əmək məhsuldarlığının yüksəldilməsi
§ texniki təhlükəsziliyin təmin edilməsi
§ rahatlığın təmin edilməsi
§ işçinin sağlamlığının qorunması
ETT və insanın əmək fəaliyyəti arasında mövcud olan əlaqəyə aid deyil:
§ ETT şəraitində texnikanın tətbiqi insanın əmək funksiyalarına əhəmiyyətli təsir göstərə bilməz
istehsal inkişaf etdikcə, insanın bir şəxsiyyət kimi formalaşması prosesində əməyin rolu artır
§ əmək prosesində tətbiq edilən texnika hesabına insanın yaradıcılıq imkanları genişlənir
§ ETT əmək şəraitini dəyişərək insanın istehsal prosesindəki mövqeyinə təsir edir
§ insan və texnika əmək prosesində daha sıx əlaqə yaradır
Erqonomik sistemə (ES) aid deyil:
§ təşkilatda avtoritar rejim
§ idarəetmə
§ proqramlaşdırma
§ xidmətetmə
§ nəzarət
İnsanın erqonomik xassəsinə aiddir:
§ hamısı aiddir
§ görmə qabiliyyəti
§ yaddaş
§ diqqət
§ məlumatın dərk edilməsi
Düzgün olan cavabı seçin - sübut olunmuşdur ki:
§ iş gününün ilk 1 saatı ərzində iş qabiliyyəti yüksələn xətt üzrə gedir, 2 saat sabit qalır və son 1 saat ərzində aşağı düşür
§ iş gününün ilk 1 saatı ərzində iş qabiliyyəti yüksələn xətt üzrə gedir, 2 saat ərzində aşağı düşür və son 1 saat ərzində sabit qalır
§ gün ərzində iş qabiliyyəti sabit olaraq yüksəlir
§ gün ərzində iş qabiliyyəti sabit olaraq aşağı düşür
§ iş gününün ilk 1 saatı ərzində iş qabiliyyəti aşağı düşür, 2 saat sabit qalır və son 1 saat ərzində yüksələn xətt üzrə gedir
Erqonomikanın qarşısında duran problemi seçin:
§ qəzaların qarşısını almaq üçün elmi tövsiyələr işləyib hazırlamaq
§ insanın bir şəxsiyyət kimi formalaşması prosesində əməyin rolunu azaltmaq
§ yüksək əqli qabiliyyətə malik insanların müvəffəqiyyətini müəyyən etmək
§ bahalı avadanlığın texniki xidmətinə üstünlük vermək
§ münaqişəli əmək kollektivlərində stabillik yaratmaq
Erqonomika fənninin tədqiqat istiqamətlərinə aid deyil:
§ texnika, texnologiya və əmək alətlərinin insan fəaliyyətindən üstün tutulması
§ əmək vasitələri və şəraitinin, hər şeydən əvvəl, insan xüsusiyyətləri baxımından qiymətləndirilməsi
§ texnika və şəraitin insanın xüsusiyyətlərinə uyğun gəlməsi
insanın şəraitə yaxşı uyğunlaşması
§ insan-maşın-istehsalat mühiti sistemində komponentlər arasında zəruri uzlaşmanın olması
Elm sahələri ilə erqonomikanın başlıca fərqi nədən ibarətdir?
§ erqonomika ayrılıqda insanı, iş şəraitini, insanın avadanlıq vasitəsilə çalışdığı zaman yaranan mürəkkəb bir sistemi tədqiq edir
§ erqonomika yalnız texnikanı öyrənən elmlərdə özünəməxsus yer tutur
§ heç bir fərqi yoxdur
§ erqonomika digər sahələrin əldə etdiyi nəticələri konkretləşdirir
§ erqonomika digər sahələrin əldə etdiyi nəticələri nəzərə almır
Elmlər kompleksindən ibarət olan erqonomika növbəti elmi istiqamətlər ilə əlaqəlidir:
hamısı aiddir
§ sosiologiya
§ gigiyena
§ fiziologiya
§ psixologiya
Erqonomikaya uyğun olan kompleks yanaşmanın əlamətləri:
§ hamısı aiddir
§ əməyin elmi təşkili üçün çox dəyərlidir
§ müasir elm və təcrübələr nailiyyətləri nəzərə alınır
§ əmək prosesini yaxşılaşdırmaq üçün böyük imkanlar təklif edir
§ əmək prosesinin hərtərəfli tədqiq olunmasını təmin edir
Emosional intellektin yaranması xüsusiyyətlərinə aid deyil:
§ emosional intellekt insanların motivasiya və davranışını izah etməyi tam olaraq bacarmır
§ işçilərin emosional intellekti işdə stressi idarəetmə və təhlükəsizlik texnikasına riayət etmə məsələləri arasında vacib rol oynayır
§ 1920-ci ildə Edvard Torndayk ilk dəfə sosial intellekt anlayışını insanın düşüncəli davranışı mənasında istifadə edir
§ emosional intellektə maraq XX-ci əsrin başlanğıcında yaranır
§ 1983-cü ildə Hovard Qardener daxili və şəxslərarası emosiyaları təsvir edən intellekt növlərini səciyyələndirir
Emosional intellekt nədir?
§ insanların şəxsi emosiyalarını başa düşüb qəbul etmək, işgüzar problemləri effektiv şəkildə həll etmək bacarığı
§ müasir elm və təcrübələr nailiyyətlərinin alınmasıdır
§ daimi ehtiyatdır
§ texnikanı işlədərək informasiyanı emal etmə bacarığı
§ əmək predmetlərinin istifadəsi
Ergonomikada araşdırılan istiqamətlərə aid deyil:
§ əməkhaqqının artırılması
§ əmək şəraitinin yaxşılaşdırılması
§ əmək fəaliyyətinin kompleks halda layihələndirilməsi
§ iş yerlərinin düzgün təşkili
§ insan ilə texnikanın qırılmaz vəhdəti
Erqonomikanın hərtərəfli bir elm kimi yaranması xüsusiyyətlərinə aid deyil:
§ yüksək keyfiyyətli müştəri xidmətləri standartlarını təmin etmək üçün yaranmışdır
§ texnologiyanın əhəmiyyətli dərəcədə mürəkkəbliyini nəzərə alaraq ərsəyə gəlmişdir
§ psixologiya, fiziologiya, əməyin gigiyenası və dizaynın ümumi sistemə birləşməsi prinsipinə əsaslanaraq yaranmışdır
§ 1920-ci illərdə yaranmışdır
§ ilk tədqiqatlar Böyük Britaniya, ABŞ və SSR-də başlamışdır
İTMS-də yaranmış problemlərə aid deyil:
§ insan-operatorun fəaliyyət şəffaflığı
§ insanların zədə (travma) almaq təhlükəsi
§ psixoloji əsəb gərginliyi kimi məsələlər
§ nəqliyyatda və məişətdə baş verə biləcək gözlənilməz hadisələr
§ kadrların təşkilatı tərk etməsi (kadr axını)
Təşkilatda İTMS-də baş verən təhlükə nəticəsini göstərin:
kadrların təşkilatı tərk etməsi (kadr axını)
tarif sisteminin tətbiqi
§ əməkhaqqının az səviyyədə qalması
§ əmək alətlərinin ardıcıl paylanması
§ operator fəaliyyətinin həyata keçirilməsi
Mühəndislik psixologiyasına aiddir:
§ hamısı aiddir
§ proseslər, insanlar və maşınlar arasında qarşılıqlı informasiya tədqiqi
§ məhdudlaşdırılmış vaxt şəraitində qərarların qəbul olunması
§ operativ informasiyanın qəbul olunması və emalı
§ istehsalın və idarəetmənin, mobil rabitənin kompüterləşməsi
İTMS-da baş verən problem nümunəsi göstərin:
§ insanın zədə (travma) alması
§ əməyin gigiyenası
§ ətraf mühit dəyişiklikləri
§ insan-operator fəaliyyəti
§ dizayn inkişafı
Şirkət daxilində sağlamlıq və təhlükəsizlik mədəniyyətinə mənfi təsir edən faktorlara aid deyil:
§ burada işçilər başa düşürlər ki, təhlükəsizlik qaydalarına riayət olunmarsa, onlar və iş yoldaşalrı xəsarət ala bilər
§ rəhbərlik tərəfindən idarəetmə zəifliyi, təhlükəsizliyə göstərdiyi zəif öhdəlik (söz ilə əməl üst-üstə düşmür)
§ işçilər məsuliyyətsiz davranır
§ sağlamlıq və təhlükəsizlik digər biznes maraqlarından daha aşağı prioritet kimi qəbul olunur
§ şirkətdaxili tez-tez dəyişikliklər baş verir
Erqonomika hansı əsasların birləşməsi üzərində yaranmışdır?
§ nəzəri və metodoloji
§ fiziki
§ metodoloji
§ riyazi
§ nəzəri
)“İnsan-Texnika-Mühit” sistemi dedikdə hansı birləşdirmə xarakteri nəzərdə tutulur?
§ bütün cavablar düzdür
§ fiziologiya
§ əməyin gigiyenası
§ dizayn
§ psixologiya
Erqonomikada “Insan-Operator” dedikdə hansı fəaliyyət başa düşülür?
§ insanın əmək fəaliyyətinin həyata keçirilməsi
§ kimyəvi və fiziki faktorların təsiri
§ əmək alətlərinin ardıcıl paylanması
§ yüksək təzyiqin təsiri
§ ətraf mühitdə baş verən proseslər
Erqonomika hansı faktorları araşdırır?
§ xüsusi fiziki, kimyəvi və sosial mühit faktorları (əmək prosesi mühiti)
§ iqtisadi davranış
§ gəlir əldə etmək imkanları
§ əmək məhsuldarlığının səviyyəsi
əmək ehtiyatlarının istifadəsi
Təhlükəsizlik mədəniyyətinə geniş yer verilən şirkətlərin xüsusiyyətlərinə aid deyil:
§ işçilər ümumiyyətlə təhlükəsizlik barəsində elementar biliklərə malik deyillər
§ şirkət rəhbərinin təhlükəszilik qaydalarına müsbət yanaşması vardır
§ güclü SƏTƏMM siyasəti vardır
§ təhlükəsizlik mədəniyyəti sağlamlıq və təhlükəsizliyə olan münasibətlər, dəyərlər, inamlar və davranışlara əsaslanır
§ işçilərin əksəriyyəti sağlamlıq və təhlükəsizliyin vacib olduğunu düşünürlər
Erqonomikanın əsas obyektini hansı sistem təşkil edir?
§ “insan-texnika-mühit” sistemi
§ mühəndislər
§ standart formalar
§ ətraf mühit
§ operatorlar
Bir çox şirkət və müəssisələrdə SƏTƏMM üzrə məsul şəxslər təyin olunur.Onların vəzifəsi nədən ibarətdir?
§ peşə sağlamlığı, əməyin mühafizəsi və ətraf mühitin qorunmasına nəzarət edirlər
§ istehsalat demokratiyasını inkişaf etdirirlər
§ iş yerində inzibati-hüquqi idarəetmə metodları hazırlayırlar
§ kollektivdə müsbət sosial-psixoloji iqlimin yaranmasına zəmanət verirlər
§ şirkətə daxil olan maliyyə resurslarını artırırlar
Erqonomika fənni hansı faktorun təsiri ilə əlaqədardır?
§ insan əməyi prosesində ətraf iş mühitin təsiri
§ psixoloji amillərin təsiri
§ antropoloji amillərin təsiri
§ istehsalın inkişaf səviyyəsinin təsiri
§ ekoloji prosesin təsiri
ABŞ-da Erqonomika elmini hansı amil ilə əlaqələndirirlər?
§ insan faktoru
§ istehsalat faktoru
§ şəxsin inkişafı
§ insan əməyinin keyfiyyəti
§ ətraf mühit
İTMS insan təhlükəsizliyində hansı məqsəd daşıyır?
§ komfort iş mühitin yaradılması
§ yüksək gəlir əldə etmək
§ əmək məhsludarlığı
§ yüksək istehsal səviyyəsi
§ ətraf mühitə nəzarət
