Font size
WorksheetsÜmumiləşdirici təkrar
Total questions: 21
Worksheet time: 6mins
Hansı cümlədə mübtədanın əlavəsi vardır?
A) Dostlarımdan birinə - Ülviyə bayram hədiyyəsi verildi.
B) Bura mənim Vətənimdir - Azərbaycandır.
C) Hər axşam Rzanın qardaşı meyvələri sahibinə - Nizamiyə çatdırırdı.
D) Cavid Qasımlı - gənc alim xarici ölkələrin elmi jurnallarında məqalələr çap etdirir.
A
B
C
D
Həmcins mübtədalı cümlə hansıdır?
A) Aytən, Ülvi, kitabları gətirin.
B) Akif və Vüqar gələndə biz getdik.
C) Şuşa, Laçın, Kəlbəcər azad olunmuşdur.
D) Üzük və gümüş saatlar aldılar.
A
B
C
D
Cümlələrin birində yer zərfliyinin əlavəsi var:
A) Mən ora – hadisə yerinə çatanda artıq gecə olmuşdu.
B) Kamran – uşaqlıq dostum artıq tanınmış həkimdir.
C) Şamil Londonda – İngiltərənin paytaxtında təhsil alır.
D) Evləri meşənin ortasında, talada idi.
A
B
C
D
Hansı nümunədə həmcins üzv işlənməmişdir?
A) Söhbətimiz həm məzəli, həm təsirli, həm də şirin keçdi.
B) Mən qızın gözəl səsini eşidirdim, lakin nə söylədiyini ayırd edə bilmirdim.
C) Ağlamayın, ağlamayın, uşaqlar.
D) Əhmədlə Cəfər kəndə getdilər.
A
B
C
D
“Düşmənlər irəlidə – kəndin aşağısında gizlənmişdilər” cümləsində hansı üzv əlavəli işlənmişdir?
A) xəbər
B) tamamlıq
C) təyin
D) zərflik
A
B
C
D
Hansı cümlədə xitabın əlavəsi yoxdur?
A) Qalx ayağa, yurdum, doğma məskənim.
B) Əziz dostum, hələ də səhvinin başa düşməmisənmi?
C) Gənc dost, ay qapıda dayanan, kənara çəkil!
D) Gəl, gavur, qaniçən yırtıcı, gəl, səni al qanıma qərq edim
A
B
C
D
Ürək şəkli çəkin :)

Hər üç hissəcik feilin hansı şəklinə artırıla bilmir?
A) xəbər
b) Arzu
C) əmr
D) lazım
Aşağıdakı sözlərdən hansı feilin şərt şəklində işlənmişdir?
yazmalıdırsa
söyləsəniz
tezidisə
oxuyacaqsa
Verilmiş variantlardan hansında isə hissəciyinin qısaldılmış forması işlənmişdir?
getsə
alsam
yazacağamsa
oxusa
“Stullar həyətə daşındı” verilmiş cümlədə feilin qrammatik məna növünü müəyyən edin:
A) qayıdış
B) məchul
C) qarşılıq-birgəlik
D) icbar
“Orkestrdə bu alətdən istifadə olunmur” verilmiş cümlədə feilin qrammatik məna növünü müəyyən edin:
şəxssiz
məchul
icbar
məlum
Məktublaşmaq, dərdləşmək, sözləşmək sözləri ilə bağlı olmayan fikir hansıdır?
A) Hər üçü düzəltmə feildir.
B) Hər üçünün kökü isimdir.
C) Hər üç söz qarşılıq-birgəlik növdədir.
D) Hər üç söz məlum növdədir.
"Təzə ev tikmək üçün bağa hörgü daşı tökdürmüşdü" cümləsində işarələnmiş feilin morfoloji təhlili ilə bağlı səhvi göstərin:
A) Məlum növdədir.
B) Düzəltmə feildir.
C) Üçüncü şəxsin təkindədir.
D) Təsdiqdədir.
Hansı cümlədə qayıdış növdə olan feil yoxdur?
A) Gül açıldı, yaz gəlişi xəyalımda göründü.
B) Payız oldu, arzularım dumanlara büründü.
C) Qanadlandım uçmağa, haqq qapısın açmağa.
D) Hər bir çiçək min rəng ilə bəzəndi.
Cümlələrin birində qarşılıqlı hərəkət bildirən feil var.
A) Geoloqların tonqalı çoxdan alışmışdı.
B) Biz yazıçılarla görüşə getdik.
C) Bu səhnəni görən tamaşaçılar gülüşdülər.
D) O, Türkiyədəki dostu ilə yazışırdı.
Hansı cümlədə feil icbar növdə deyil?
A) Ana məktubu oxutdu.
B) Otağı təmizlətdim.
C) Onu kiməsə oxşatdım.
D) Yükləri daşıtdım.
Hansı cümlədə şəxssiz növdə feil işlənmişdir?
A) Yeni qanunlara əməl olundu.
B) Hamı idarəyə çağırıldı.
C) Çəmənlik cürbəcür rəngə büründü.
D) Həyətdəki uşaqlar qaçışdılar.
Hətta onun haqqında mərkəzi qəzetlərdə də
məqalələr nəşr edilirdi. cümləsindəki feilin
qrammatik məna növünü göstərin.
A) qayıdış
B) məchul
C) qarşılıq-birgəlik
D) məlum
“Duman iki saata çəkildi”cümləsində altından xətt çəkilmiş feil hansı növdədir?
A) qayıdış
b) icbar
C) məlum
D) məchul
İdi və imiş hissəcikləri feilin hansı zamanına aid sözlərə artırıla bilmir:
qəti gələcək zaman
qeyri-qəti gələcək zaman
şühudi keçmiş
nəqli keçmiş
