wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Cinsi çoxalma .Canlıların yayılması və məskunlaşması.Təbii birli

Total questions: 15

Worksheet time: 44mins

Name
Class
Date
1.

Aşağıdakılardan hansı bütün canlılarda çoxalmanın cinsi yolla getdiyini əlavə məlumatlar olmadan söyləmək imkanı verir?

a)

Çoxalmada iki valideynin iştirak etməsi

b)

Meyoz bölünmənin baş verməsi

c)

Ziqotun əmələ gəlməsi

d)

Yeni orqanizmin bir hüceyrədən başlanğıc götürməsi

2.

Aşağıdakılardan hansı canlının cinsi yolla çoxalmadığını dəqiq söyləmək imkanı verir?

a)

Çoxalmada bədən hüceyrələrinin iştirak etməsi

b)

Çoxalmada haploid hüceyrələrin iştirak etməsi

c)

Orqanizmin bədən hissəsi ilə çoxaldılması

d)

Yeni orqanizmin bir haploid hüceyrədən inkişaf etməsi

3.

Cinsi hüceyrələr haqqında hansı fikir doğrudur?

a)

Bütün canlılarda cinsi hüceyrələr meyoz yolla əmələ gəlir

b)

Cinsi hüceyrələr mütləq mayalandıqdan sonra yeni orqanizmə başlanğıc verə bilər

c)

Bütün canlılarda erkək və dişi cinsi hüceyrələr xarici görünüşünə görə fərqlənirlər

d)

Cinsi hüceyrələr yalnız çoxhüceyrəli orqanizmlərdə əmələ gələ bilər

4.

Şəkil heyvanlarda cinsi çoxalmanı özündə əks etdirir. Şəklə əsasən hansı variantda uyğunluq doğrudur?

A) Xromosom yığımı diploiddir

B) Xromosom yığımı haploiddir

C) Meyoz bölünmə nəticəsində əmələ gəlmişdir

D) Mitoz bölünmə nəticəsində yaranmışdır

a)

A-3,4

B-1,2

C-1,2

D-4

b)

A-1,2

B-3.4

C-1,2

D-3,4

c)

A-3,4

B-1,2

C-3,4

D-1,2

d)

A-3,4

B-1,2

C-1,2

D-3

5.

Çoxhüceyrəli heyvanlarda

ontogenezin ilkin inkişaf dövrü haqqındakı fikirlərdən hansı yanlışdır?

a)

Bu dövr ziqotun parçalanması və orqanların yaranması dövrüdür

b)

Bu dövr bütün canlılarda ana bədən daxilində keçir

c)

Yumurta qoyan canlılarda ana orqanizmin bədənindən kənarda baş verir

d)

İlkin inkişaf dövrünün başlanğıcı sayılan ziqotun yaranması həm bədən daxilində,həm də bədəndən xaricdə gedə bilər

6.

Şəkildə kəpənəklərin ontogenezinin müəyyən bir hissəsi təsvir olunmuşdur.Bu şəkil aşağıdakı fikirlərdən hansını özündə əks etdirmir?

a)

Kəpənəklər yumurtaqoymaqla çoxalırlar

b)

Kəpənəklərdə ilkin inkişaf dövrü bədəndən xaricdə yumurta içərisində gedir

c)

Kəpənəklər dolayı yolla çoxalan canlılardır

d)

Kəpənəklərdə mayalanma daxilidir

7.

Cədvəldə X,Y,K və Z bitkilərində yayılmağa uyğunlaşmalar verilmişdir. Cədvələ əsasən aşağıdakı fikirlərdən hansı səhvdir?

a)

X bitkisinin yayıldığı üsulla yayılan bitkilərdə meyvəyanlığı cəlbedici ola bilər

b)

Y və K bitkiləri külək vasitəsilə yayılan bitkilər ola bilər

c)

K bitkisi yalnız külək vasitəsilə yayıla bilər

d)

Z bitkisinin yayıldığı üsul daxilində güclü təzyiqin yaranması hesabına toxumlarını yayan bitkilərlə eynidir

8.

Şəkildə X,Y və Z bitkilərinin toxumlarını yayma üsulları təsvir olunmuşdur.Bu bitkilərin eyni üsulla yayıldıqlarını nəzərə alsaq, hansı xüsusiyyət hər üç bitkiyə aid edilə bilər?

a)

Bu bitkilər öz toxumlarını özləri yayırlar

b)

Bitkilərdə yayılma daxildə yaranan təzyiq hesabına baş verir

c)

Bitkilərin meyvəyanlıqları qurudur açılandır

d)

Bitkilər toxumlarını uzaq məsafələrə yaya bilirlər

9.

Şagird canlıların yayılma və məskunlaşma mövzusunu araşdırarkən aşağıdakı cədvəli qurmuşdur.Bu cədvələ əsasən X və Y haqqında hansı variantda verilmiş məlumat heç bir halda doğru ola bilməz?

a)

X canlısının daxil olduğu aləmin bütün nümayəndələri birhüceyrəlidir

b)

Hər iki canlının yayılmasında külək vasitəçidir

c)

Y canlısında bitkilərdəki kimi hüceyrə divarı olsa da,bu divar heyvanlara məxsus xitindən ibarətdir

d)

X canlısında spor nüvənin ətrafında ikinci qılafın əmələ gəlməsi ilə yaranır və əlverişsiz şəraitdən qorumağa uyğunlaşıb

10.

Şagird təbii birliklər mövzusunu öyrənmiş və şəkildəki sxemi qurmuşdur .Aşağıdakılardan hansı sxemdəki hərflərdən heç birinin ifadə etdiyi qruplaşmaya uyğun gəlmir?

a)

Təbii və süni ekosistemlər

b)

Quru və su ekosistemləri

c)

İynəyarpaqlı meşə ekosistemi

d)

Çay və göl ekosistemi

11.

Aşağıda canlıların birgə yaşamağa uyğunlaşmasına dair teminlər verilmişdir:

a-biotop

b-biogeosenoz

c-ekosistem

d-biosenoz

Bu terminlərin rəqəmlərlə uyğunluğu hansı variantda düzgün verilmişdir? .

a)

I-a

II-d

III-b

IV-c

b)

I-d

II-a

III-c

IV-b

c)

I-d

II-c

III-a

IV-b

d)

I-d

II-a

III-b

IV-c

12.

Təbii ekosistemə aid bir qida zənciri sxematik olaraq təsvir edilmişdir.Qida zəncirində canlıların münasibətlərini nəzərə alsaq,aşağıdakı nəticələrdən hansı doğru deyil?

a)

Saprofit qidalanan canlılar qida zəncirinin bütün halqaları ilə birbaşa əlaqədədirlər

b)

Avtotrof və saprofit canlılar arasında qida əlaqəsi qarşlıqlıdır

c)

II,III və IV halqalar heteretrof canlıları əhatə edir

d)

V halqada yalnız prokariotları yerləşdirmək olar

13.

Ekosistemdə baş verən proseslər sxemdə öz əksini tapmışdır .X,Y və Z ekosistemə daxil və xaric olan amilləri ifadə edir.Ox işarələrinin istiqamətini nəzərə alaraq X,Y və Z-in düzgün müəyyən edildiyi variantı seçin:

a)

X-mineral maddələr

Y-istilik enerjisi

Z-günəş enerjisi

b)

X-istilik enerjisi

Y-mineral maddələr

Z-günəş enerjisi

c)

X-günəş enerjisi

Y-mineral maddələr

Z-istilik enerjisi

d)

X-üzvi maddələr

Y-mineral maddələr

Z- günəş enerjisi

14.

Fasiləsiz olaraq işıq,karbon qazı və su ilə təmin olan bir bitkidə fotosisntezin sürəti 25 dərəcə selsi temperaturda maksimum həddə çatmış,lakin bundan sürətdə artım müşahidə olmamışdır.Fotosintezin sürətinin sabit qalmasına səbəb olaraq aşağıdakılardan hansını göstərmək olmaz?

a)

fotosintez sahəsini

b)

yaşıl hüceyrələrdə xloroplastların miqdarını

c)

işığın şiddətini

d)

oksigenin miqdarını

15.

Dəvələrdə bir neçə gün ərzində aparılan müşahidələr zamanı hürgüclərin ölçüsüçdə şəkildəki kimi dəyişiklik müşahidə olunmuşdur.Buna əsasən aşağıdakı nəticələrdən hansına gəlmək olmaz?

a)

Dəvə bu müddət ərzində susuz qalmışdır

b)

Dəvə bu müddət ərzində yağları parçalamışdır

c)

Dəvə əvvəlcə tamamilə susuz qalmış,sonrakı günlərdə az da olsa su verilmişdir

d)

Dəvəyə suyun ən az verildiyi vaxt II və III ölçmələr arası müddətdə baş vermişdir.