wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Maliyyə uçotu fənni üzrə testlər-06.12.2022

Total questions: 10

Worksheet time: 30mins

Name
Class
Date
1.

Məlumatların yığılması (ilkin müşahidə):

a)

Baş vermiş biznes əməliyyatların, iqtisadi hadisə və faktların ilkin sənədlərdə əks etdirilməsi yaxud rəsmiləşdirilməsidir

b)

Məlumatın/informasiyanın kəmiyyətinin natural və və/ya pul ölçüsündə müəyyən edilməsidir.İnformasiyanın ölçülməsi, təsnifatı və ümumiləşdiriulməsi mühasibat uşotunda əsasən pul və natural, maliyyə uçotunda isə bilabasitə pul ifadəsində həyata keçirilir

c)

İlkin sənədələrin  məlumatlarının emal edilərək (işlənilərək) mühasibat registrlərində əks etdirilməsidir

d)

Aktivlər, kapital, öhdəliklər, gəlirlər,  xərclər, eləcə də iqtisadi hadisələr və faktlar haqqında uçot informasiyasının müəyyən əlamətlər üzrə və müəyyən məqsədlər üçün qruplaşdırılması və əks etdirilməsidir

e)

Uçot informasiyasının sintetik uçot registrlərində və maliyyə hesabatında aqreqasiyalaşdırılması və əks etdirilməsidir

2.

İnformasiyanın faydalılığını artıran keyfiiyət xarakteristikasına aid deyil:

a)

Münasiblikdir

b)

 Müqayisəlilik

c)

Yoxlanıla bilmə

d)

Vaxtında təqdimedilmə

e)

Aydın olma

3.

İqtisadi resursu vermək  öhdəçiliyi (vəzifəsi)  aşağıdakı formada ola bilər:

a)

Bütün cavablar doğrudur

b)

Pul vəsaitləri ödəmək öhdəçiliyi (vəzifəsi)

c)

Mallar vermək yaxud xidmətlər göstərmək

d)

Digər tərəf ilə əlverişli olmayan şərtlərlə iqtisadi resurslsrı mübadilə etmək

e)

Maliyyə aləti buraxmaq öhdəçiliyi (vəzifəsi), əgər bu  cür maliyyə aləti  iqtisadi resursu vermək öhdəçiliyi (vəzifəsi) yaradırsa

4.

Əməliyyatlar maliyyə vəziyyəti haqqında heabatın elementlərinə (maliyyə  bərabərliyinə) təsirinə görə neçə qrupa bölünür:

a)

4 qrupa

b)

3 qrupa

c)

2 qrupa

d)

5 qrupa

e)

6 qrupa

5.

Uçot registrləri onlarda aparılan qeydiyyatların xarakterindən asılı olaraq aşağıdakı qruplara bölünür:

a)

Xronoloji, sistemli və kombinələşdirilmiş

b)

Mühasibat kitabları, kartoçkalar və əlahiddə (xüsusi) vərəqələr (cədvəllər)

c)

Sintetik, analitik və kombinələşdirilmiş

d)

Birtərəfli, ikitərəfli, çoxtərəfli, xətti və şahmatvarı

e)

Bütün cavablar düzgündür

6.

Torpaq, tikili və avadanlıq obyektinin balans dəyəri 100 min manat, istifadənin qiymətliliyi 102 min manat və ədalətli dəyəri 93 min manat təşkil etdiyi halda ödənilmə dəyəri nə qədər olacaq:

a)

102 min manat

b)

100 min manat

c)

93 min manat

d)

95 min manat

e)

105 min manat

7.

Qeyri-maddi aktivlərin tərifinə və tanınma kriteriyalarına cavab verən bütün obyektlər ilkin olaraq:

a)

Maya dəyəri ilə qiymətləndirilməlidir

b)

Ədalətli dəyər ilə qiymətləndirilməlidir

c)

Amortizasiya olunan dəyər ilə qiymətləndirilməlidir

d)

Ləğvetmə dəyəri ilə qiymətləndirilməlidir

e)

Düzgün cavab yoxdur

8.

Ehtiyatların maya dəyərinin müəyyən edilməsinin hansı metoduna əsasən ehtiyatın maya dəyəri ehtiyatın satışının ümumi dəyərinin müvafiq ümumi marja (mənfəət) faizi qədər azaldılması yolu ilə müəyyən olunur:

a)

Pərakəndə satış qiymətləri metoduna

b)

Normativ metoduna (standart kost)

c)

FİFO metoduna

d)

Orta maya dəyəri metoduna (AVCO)

e)

LİFO metoduna

9.

İstənilən elə müqavilə ki, həmin müqavilə təşkilatın bütün öhdəliklərini çıxdıqdan sonra onun aktivlərindəki qalıq payını təsdiq edir nə adlanır:

a)

Pay aləti

b)

Maliyyə aləti

c)

Maliyyə aktivi

d)

Maliyyə öhdəliyi

e)

Ədalətli dəyər

10.

İşçilərə ödənişli məzuniyyət müddəti:

a)

21 təqvim günündən az olmamalıdır

b)

15 təqvim günündən az olmamalıdır

c)

18 təqvim günündən az olmamalıdır

d)

24 təqvim günündən az olmamalıdır

e)

30 təqvim günündən az olmamalıdır

Similar Resources on Wayground