WorksheetsMüəssisə iqtisadiyyatı-5
Total questions: 15
Worksheet time: 15mins
Aşağıdakılardan hansı istehsalın təşkili amilləri sırasına daxil deyil?
əmtəə
kapital
iş qüvvəsi
torpaq
sahibkarlıq qabiliyyəti
Tələb əsaslı qiymət nədir?
sabit tələbi olan malın qiymətidir
sabit təklifi olan malın qiymətidir
dəyişən təklifi olan malın qiymətidir
tələbi qeyri-müəyyən olan malın qiymətidir
Tələbi olmayan malın qiymətidir
Son hədd (marjinal) amil gəliri nədir?
firmanın son vahid məhsul satışından əldə etdiyi gəlirdir
istehsal amillərinin tətbiqi (istifadəsi) nəticəsində firmanın əldə etdiyi orta gəlirdir
istehsal amilinin əlavə vahidinin tətbiqi nəticəsində firmanın əldə etdiyi əlavə gəlirdir
istehsal amilinin əlavə vahidinin tətbiqi (istifadəsi) nəticəsində firmanın yaratdığı məhsulun həcmidir
əlavə istehsal amili tətbiq (istifadə) etmədən firmanın əldə etdiyi əlavə gəlirdir
Torpağın icarə haqqı:
təklif əsaslıdır
marjinal əsaslıdır
xərc əsaslıdır
tələb əsaslıdır
qeyri-müəyyəndir
Aşağıdakılardan hansı əmək təklifinin səviyyəsinə təsir göstərmir?
iqtisadi fəal əhalinin sayı
demoqrafik amillər (əhalinin təbii artımı, yaş qrupları üzrə proporsiyalar və s.)
əmək miqrasiyası
əməyin ödənilməsi dərəcələri, əmək şəraiti və əmək haqqı
istehsal texnologiyaları
Aşağıdakılardan hansı dövlət tərəfindən əmək bazarının tənzimlənməsi istiqamətlərinə aid deyildir?
minimum əmək haqqı səviyyəsinin təyin edilməsi
əmək münasibətlərinin qanunvericilik təminatı
əmək bazarına giriş və çıxış maneələrinin müəyyən edilməsi
işsizlərin sosial təminatının qurulması
əmək miqrasiyası
İstehsal amilləri bazarları ilə əmtəə bazarlarını fərqləndirən başlıca əlamət budur:
istehsal amillərinə olan tələb törəmə tələbdir
istehsal amillərinin təklifi törəmə təklifdir
istehsal amillərinin qiymətini bazar müəyyən etmir
istehsal amillərinin satışından gəlirlər firmalara çatır
istehsal amilləri bazarlarının həcmi əmtəə bazarları ilə müqayisədə daha kiçikdir
Resurs qərarının optimallaşdırılması prinsipi necə ifadə olunur?
Son hədd amil gəlirinin həmin istehsal amili üzrə son hədd xərclərdən çox olması
Son hədd amil gəlirinin həmin istehsal amili üzrə son hədd xərclərə bərabərliyi
Son hədd amil gəlirinin həmoin istehsal amili üzrə son hədd xərclərdən azlığı
Son hədd amil gəlirinin 0-a (sıfıra) bərabər olması
Son hədd amil gəlirinin müsbət kəmiyyət olması
Əmək bazarında gəlir effekti nədir?
əmək haqqının dərəcəsinin artması əmək təklifinin kəmiyyətinə təsir göstərmir
əmək haqqı dərəcəsinin artması ilə əlaqədar əmək təklifi artır
əmək haqqının dərəcəsi (səviyyəsi) artdıqca əmək təklifi azalır
əmək haqqının dərəcəsinin dəyişməsi ilə əmək təklifinin kəmiyyəti arasında birbaşa əlaqə yoxdur
əmək haqqının dərəcəsi əmək təklifinin kəmiyyətinə bərabərdir
Adətən əmək bazarında ümumi təklifin səviyyəsi necə müəyyən edilir?
əhalinin ümumi sayından əmək qabiliyyətli yaşdan aşağı əhalinin sayının çıxılması kimi
işsizliyin həddi kimi
muzdla çalışanların sayı kimi
əhalini ümumi sayı kimi
əmək qabiliyyətli olub işləmək istəyən insanların sayı kimi
Maddi kapital elementlərinə aid olanlar hansılardır?
qeyri-yaşayış sahələri, dayanıqlı texnika, yaşayış məntəqələri
intellektual mülkiyyət, ticarət markaları, brendlər
patentlər, müəllif hüquqları, lisenziyalar
işçilərin bacarıqlarına yatırılan investisiya, təlim proqramları
yeni və ya genişləndirilmiş bacarıqlar formasında olan insan kapitalı
Qeyri-maddi kapital nədir?
firmalar tərəfindən istifadəyə cəlb edilən fiziki və ya maddi kapital
dövlətin təmin etdiyi xidmətləri istehsal etmək üçün sosial sərmayələrin forması
yeni və ya genişləndirilmiş bacarıqlar formasında olan insan kapitalı
yeni brend yaratmaq üçün reklama qoyulan qeyri-maddi kapital forması
fiziki formaya malik olmayan, etibarlı şəkildə müəyyən edilə bilən dəyərə malik olan qeyri-pul aktivləri
Firmanın əsas kapital ünsürlərinə aid olanları seçin
təsərrüfat inventarları, çoxillik bitkilər, istehsal ehtiyatları, pul vəsaitləri
bina və tikililər, qurğular, ötürücü qurğular, maşın və avadanlıqlar
alətlər və istehsal ləvazimatları, hazır məhsullar, pul vəsaitləri
sair əsas kapital, bitməmiş istehsal və özünün istehsalı olan yarımfabrikatlar
istehsal ehtiyatları, bitməmiş istehsal və özünün istehsalı olan yarımfabrikatlar, hazır məhsullar
Bunlardan hansı investisiyanı düzgün xarakterizə edir?
zaman keçdikcə aktivin iqtisadi dəyərinin azalmasıdır
zaman keçdikcə aktivin iqtisadi dəyərinin artmasıdır
kapital ehtiyatını artıran axındır
müəyyən zaman dövrü ərzində dəyərləndirilmiş axındır
zamanın dəqiq anında dəyərləndirilmiş ehtiyatdır
Bunlardan hansı amortizasiyanı ifadə edir?
zaman keçdikcə aktivin iqtisadi dəyərinin azalmasıdır
kapital ehtiyatını artıran axındır
zaman keçdikcə aktivin iqtisadi dəyərinin artmasıdır
zamanın dəqiq anında dəyərləndirilmiş ehtiyatdır
müəyyən zaman dövrü ərzində dəyərləndirilmiş axındır
