NEW
Font size
WorksheetsƏMİ -Yeni, mövzu-14
Total questions: 17
Worksheet time: 10mins
Bütün ekoloji sistemlərin tərkibində canlılar mövcuddur və onların fəaliyyətlərinin qanunauyğunluqları vardır. Bunlardan birincisi canlıların fiziki- kimyəvi birliyi qanunudur. Bu qanun kim tərəfindən kəşf edilmişdir?
V.V.Alyoxin
V.İ.Vernadski (1864-1945)
L.Dollo (1857-1931)
D.S.Hovksli (1887-1975)
Abisal zonada dəniz və okean sularının neçə faizi yerləşir?
80%-i yerləşir
60%-i yerləşir
50%-i yerləşir
30%-i yerləşir
Böyük şəhərlərdə ətraf mühitin mühafizəsi problemi, istehsalın texnoloji aspektləri, torpaqdan istifadə məsələləri, əmlak hüquqları necə müəyyən edilir?
Ekoloji konsaltinqlə sıx bağlıdır
Ekoloji auditlə sıx bağlıdır
Istehsal sahələrinin ekoloji auditi ilə sıx bağlıdır
Ekoloji konsaltinq bir audit xidmətidir
Lizinq öz məzmununa görə uzunmüddətli kredit mexanizmidir. Çünki o qaytarmaq və müddət prinsipləri əsasında fəaliyyət göstərir. Eyni zamanda o, maliyələşmə rolu da oynayır. Lizinq vaxtı əsasən kapital arendaya uzun müddətə təqdim olunur. Bu zaman mülkiyyət hüquqlarının parçalanması baş verir; mülkiyyətçi bir şəxsdir, istifadəçi isə başqa. İcra müddəti 1 ildən 20 ilə qədər ola bilər. Bir ilə qədərki əməliyyat rentinq, ortamüddətli əməliyyat necə adlanır?
Lizinq
Icarədar
Xayrinq
İdxal
Ekosistemə daxil olan bütün növlər öz funksiyalarına görə bir-birinə bağlıdır və onların birinin ( və ya qrupun) məhv edilməsi onunla qarşılıqlı əlaqədə olan digər canlıların məhvinə səbəb olur. Bu qanun necə adlanır?
Təkamülün geridönməzliyi qanunu
Inkişaf birtərəflidir
Ekoloji korrelyasiya qanunu
Sistemlərin inkişaf fazalarını keçməsinin ardıcıllığı qanunu
Aşağıdakı anlayışlardan hansı ekooji konsaltinqin məsləhətvermə xidmətlərinə aid deyil?
Mövcud olan və ya layihələşdirilən texnologiyaların ekoloji qiymətləndirilməsi
Ərazidə ekoloji problemlərin mümkünlüyü haqqında rəyin verilməsi ilə əlaqədar torpaq sahələrinin layihədən əvvəlki təftişi
Öyrənilən obyektin özünəməxsusluğu və ekoloji təhlükəsizlik məsələlərində ekoloji auditorların yüksək ixtisaslılığı
Müxtəlif təbiəti mühafizə tədbirlərinin səmərəliliyinin qiymətləndirilməsi
Klassik lizinqdə iştirakçılar neçə şəxsdən ibarət olur?
dörd və daha çox şəxsdən ibarət olur
Iki və daha çox şəxsdən ibarət olur
Iki şəxsdən ibarət olur (lizinq təqdim edən və lizinq olan)
üç və daha çox şəxsdən ibarət olur
Təbii sistemlərin inkişaf fazaları yalnız tarixi, ekoloji, geokimyəvi və fiziki- biokimyəvi şərtlərlə təkamül edə bilər. Inkişaf, adətən, sadədən mürəkkəbə (aralıq mərhələləri keçməklə) doğru gedir. Bu qanun necə adlanır?
Canlıların fiziki-kimyəvi birliyi qanunu
Sistemlərin inkişaf fazalarını keçməsinin ardıcıllığı qanunu
Irsiyyət qanunu
Təkamül qanunu
Azərbaycan Respublikasında Ekoloji fond neçənci ildə yaradılmışdır?
1990-cı ildə
1995-cı ildə
2010-ci ildə
2000-ci ildə
Maliyyə lizinqi öz növbəsində üç formada ola bilər; 1.Lizinq “Standart”, 2.Lizinq “Liz-bek”, 3.Lizinq “İcarədar”. Aşağıdakı lizinq formalarından hansı standart lizinq hesab edilir?
Avadanlığın sahibi onu lizinq firmasına satır və eyni zamanda, avadanlığı ondan icarəyə götürür. Bu avadanlıq sahibi maliyyə çətinliyi ilə üzləşdikdə baş verir
Avadanlığın istehsalçısı onu maliyyə şirkətinə satır, o isə, öz növbəsində, öz lizinq firması vasitəsilə əmlakı icarəyə verir
Avadanlığı icarəyə götürənin özü əmlakı başqasına icarəyə (subicarə) verir.
Bəzən xarici ölkəyə də icarəyə verilir
Ekoloji auditor-xüsusi razılığa lisenziya kim tərəfindən verilir?
Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə müəyyənləşdirilmiş İcra Hakimiyyəti orqanı tərəfindən verilir
Yerli icra orqanları tərəfindən verilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən verilir
Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən verilir
Müəyyən fəaliyyət, hadisə, şəxs, əşya və s. haqqında nou-hau və sirr xarakterli informasiyaya malik maddidaşıyıcıların tullantılarının etibarlı məhv edilməsi prosesi necə adlanır?
E – tullantıların təkrar emalı
Elektron tullantıların informasiya təhlükəsizliyi
E – tullantıların utilizsiyası
E – tullantıların emalı
Müəssisənin ətraf mühitin mühafizəsi üzrə norma və göstərişlərə riayət olunması, təbiəti mühafizə üzrə tədbirlərə görə tövsiyyələrin işlənib hazırlanması, həmçinin, təbiətdən istifadə ilə əlaqədar xərclərin maya dəyərinin qiymətləndirilməsi sahəsində müəssisənin fəaliyyətinin yoxlanması necə adlanır?
Istehsal obyektlərinin ekoloji auditi adlanır
Audit adlanır
Ekspertiza adlanır
Ekoloji audit adlanır
Ekoloji sahənin səmərəliliyi necə müəyyən edilir?
Cəmiyyət səviyyəsində-məşğulluq, əlavə məhsul
Region səviyyəsində-tullantı məhsullarının istifadəsi
Firma və müəssisə səviyyəsində-əlavə gəlirin alınması
Sosial və iqtisadi səmərə ilə ona sərf olunan məsrəflərin fərqidir
Aşağıdakı anlayışlardan hansı ekoloji bazarın strukturunda təklif olunan malların növlərindən asılı olan seqmentlərə aid deyil?
Xammal
Enerji
təbiəti mühafizə
Fiziki və hüquqi şəxslər
Nəzərə alsaq ki, antropogen yükün 90%-i dəniz sahəsinə düşür, onda onun planetin biosferasında oynadığı rol daha aydın başa düşülür. Okean biokütləsinin əsas hissəsini təşkil edən produsentlər 0-dan 2000 m dərinliyə qədər yaşayır.
Okean elə bir tutumdur ki, nəticədə insan fəaliyyətinin tullantıları burada cəmlənir və onların bioloji təmizlənməsi gedir. Okeanda bioloji dövr etmənin pozulması hansı fəlakətləri yarada bilər?
Iqlim pozuntuları → landşaft formasiyalarında dəyişmələr →
səhralaşma → biosferada quruluş dəyişiklikləri
Qasırğalar
Zəlzələ və vulkanlar
Qlobal istiləşmə
Aşağıdakı anlayışlardan hansı ekooji konsaltinqin məsləhətvermə xidmətlərinə aid deyil?
Ərazidə ekoloji problemlərin mümkünlüyü haqqında rəyin verilməsi ilə əlaqədar torpaq sahələrinin layihədən əvvəlki təftişi
Mövcud olan və ya layihələşdirilən texnologiyaların ekoloji qiymətləndirilməsi
Müxtəlif təbiəti mühafizə tədbirlərinin səmərəliliyinin qiymətləndirilməsi
Öyrənilən obyektin özünəməxsusluğu və ekoloji təhlükəsizlik məsələlərində ekoloji auditorların yüksək ixtisaslılığı
