Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Azərbaycan dili Test

Total questions: 16

Worksheet time: 12mins

Name
Class
Date
1.
Aşağıdakılardan biri səhvdir:
a)
Xeyli kitablar
b)
Bir çox şagirdlər
c)
Səkkiz ulduz
d)
Bir qədər sonra
2.
Neçə söz birləşməsi səhv yazılıb? Altı materik,bir sıra məsələlər,çoxlu güllər,yeddi günlər,üç barmaq
a)
1
b)
2
c)
3
d)
4
e)
3.
"Beləliklə ,kosmosa çıxarılan ilk canlı layka adında it oldu" cümləsində hansı söz böyük hərflə yazılmalıdır?
a)

kosmos

b)

it

c)

layka

d)

canlı

4.
Sözlərdən biri cümlədəki yerindən asılı olmayaraq həmiş böyük hərflə yazılır:
a)

Savalan

b)

Sevinc

c)

Arzu

d)

Sakit

5.
"Zəmzəm quyusu" birləşməsində nə üçün ilk söz böyük hərflə yazılır?
a)

Şəxs adı bildirdiyi üçün

b)

Coğrafi ad bildirdiyi üçün

c)

Birləşmənin birinci tərəfi olduğu üçün

d)

Birləşmənin asılı tərəfi olduğu üçün

6.
Bu şəkilçilərdən biri miqdar sayı ilə işlənən isimdən sonra əlavə oluna bilməz:
a)

-dan

b)

-lar

c)

-ın

d)

-am

7.
Hansı cümlədə mübtəda yoxdur?
a)

Qardaşım kompüter mühəndisidir.

b)

Yer Günəş ətrafında fərlanır.

c)

Qonağı gülər üzlə qarşılayarlar.

d)

Əlibala faytonda gəzməyi çox sevir.

8.
"Ayrılarmı könül candan?"misrasında cümlə üzvlərinin düzgün sırası necə olmalıdır
a)

Candan ayrılarmı könül?

b)

Könül candan ayrılarmı?

c)

Könül ayrılarmı candan?

d)

Cavab yoxdur.

9.
Variantlardan birində cümlə üzvərinin sırası pozulub
a)

Bu mavi dalğalı dənizi hər gün seyr etməkdən doymuram.

b)

Dənizin suları buludlu havada qara görünür.

c)

Qəzəblənmiş dalğalar çırpılırdı qayalara.

d)

Birdən yaxında bir ceyran gördüm.

10.
Hansı cümlənin xəbərinə -lar /-lər şəkilçisi artırmaq olmaz?
a)

Payızda dərslər başlandı.......

b)

Uşaqlar məktəbə yollandı....

c)

Quşlar göyə qanadlandı.....

d)

Cavanlar yaşlılara hörmətlə yanaşmalıdır....

11.
Cümlələrin birində "oğul" sözünün yazılışı səhvdir:
a)

Onun oğulu çox ağıllı idi.

b)

Oğlum məni çox sevindirdi.

c)

Oğlunuz sizi bayaqdan gözləyir.

d)

Oğlunun hərəkətləri sizi qane edirmi?

12.
"Futbol" sözünün fonetik təhlili ilə bağlı səhvi tap.
a)

İkihecalıdır

b)

Qalın,dodaqlanan saitlər işlənib

c)

Tərkibində bir cingiltili samit səs var

d)

Ahəng qanununa tabedir

13.
"Təəssüf" sözünün fonetik təhlili ilə bağlı düzgün fikri seç.
a)

Tələffüzü fərqlənmir

b)

İkihecalıdır

c)

Yeddi səsdən ibarətdir

d)

Qoşa saitlərdən biri tələffüz edilmir

14.
Sözlərdən birinin tələffüzü yazılışından fərqlənir:
a)

gülümsədi

b)

gülümsəyir

c)

gülümsəmə

d)

gülüşür

15.
Biri çoxmənalı söz kimi işlənir:
a)

ayaq

b)

bal

c)

sarı

d)

çay

16.
Testin səviyyəsi hansı meyara uyğundur?
a)

çox asan

b)

asan

c)

orta

d)

çətin