NEW
Font size
WorksheetsVV 1
Total questions: 50
Worksheet time: 25mins
Aşağıdakılardan hansılar vergitutmanın iqtisadi prinsiplərinə aid deyil?
Səmərəlilik
Vergi ödəyicilərinin mənafelərinin maksimum nəzərə alınması
Ümumilik və bərabərlik
Vergi sisteminin sabitliyi
Ədalətlilik
Vergitutmada ədalətlilik prinsipinin metodoloji əsasını nə təşkil edir?
Proqressiv vergitutma
Vergilərin daim artırılması
Reqressiv vergitutma
Vergilərin mütəmadi ləğv edilməsi
Vasitəli vergitutma
Azərbaycan Respublikasında vergi siyasətinin və vergi islahatlarının əsas istiqamətlərinə aşağıdakılardan hansılar aiddir?
Vergi qanunvericiliyinin uzun müddət sabit qalması
Vergi dərəcələrinin artırılması
Vergi güzəştlərinin sayının artırılması
Vergi qanunvericiliyinin təkmilləşdirilməsi
Vergi növlərinin sayının azaldılması
Mikrosəviyyədə vergi yükü dedikdə nə başa düşülür?
Vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ödənilən vergi məbləğinin onun mənfəətindəki xüsusi çəkisi
Vergi ödəyicisinin məcmu gəlirləri ilə onun büdcəyə ödədiyi vergi məbləği arasındakı fərq
Vergi ödəyicisi tərəfindən büdcəyə ödənilən vergi məbləğinin onun məcmu xərclərindəki xüsusi çəkisi
Vergi ödəyicisinin məcmu gəlirləri ilə məcmu xərcləri arasındakı fərq
Vergi ödəyicisi tərəfindən büdcəyə ödənilən vergi məbləğinin onun məcmu gəlirlərindəki xüsusi çəkisi
Son illərdə Azərbaycanda həyata keçirilən vergi islahatlarının əsas istiqamətlərindən biri hansıdır?
Bəzi regionların vergilərdən tamamilə azad edilməsi
Kiçik və orta sahibkarlığın inkişaf etdirilməsi üçün vergi dərəcələrinin artırılması
İnkişaf etmiş regionlarda yüksək vergi dərəcələrinin tətbiqi
Regionlarda diferensiallaşdırılmış mənfəət vergisi dərəcələrinin tətbiqi
Kənd təsərrüfatı sahəsində fəaliyyətin torpaq vergisindən başqa bütün vergilərdən azad olması
Göstərilənlərdən hansı yerli vergilərə(bələdiyyə vergilərinə) aid edilir?
Yol vergisi
Fiziki şəxslərin gəlir vergisi
Hüquqi şəxslərin mənfəət vergisi(bələdiyyə mülkiyyətində ollan müəssisə və təşkilatlardan başqa)
Aksizlər
Vergi Məcəlləsinə uyğun olaraq fiziki şəxslərin əmlak vergisi
Göstərilənlərdən hansı dövlət vergilərinə aid edilmir?
Əlavə dəyər vergisi
Hüquqi şəxslərin torpaq vergisi
Fiziki şəxslərin gəlir vergisi
sadələşdirilmiş vergi
Vergi Məcəlləsinə uyğun olaraq fiziki şəxslərin su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisi
Göstərilənlərdən hansı doğrudur?
Vergilər hərbi cəhətdən əsaslandırılmalıdır
Vergilər fəlsəfi cəhətdən əsaslandırılmalıdır
Vergilər siyasi cəhətdən əsaslandırılmalıdır
Vergilər ideoloji cəhətdən əsaslandırılmalıdır
Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır.
Hazırda Azərbaycan Respublikasında hansı vergilər tətbiq edilə bilər?
Şəhər əhalisindən alınan əlavə vergilər
Möhür və xərac
Beynəlxalq təşkilatların qərarına əsasən tətbiq olunan vergilər
Yalnız Azərbaycan Respublikasının Vergi məcəlləsində müəyyənləşdirilən vergilər tətbiq edilə bilər
Kənd əhalisindən alınan əlavə vergilər
Azərbaycanda vergi məcəlləsi ilə müəyyənləşdirilən vergilərdən başqa hansı vergilər tətbiq edilə bilər?
Şəhər əhalisindən alınan əlavə vergilər
Üşr
Malcəhət
Azərbaycan Respublikasında yalnız Vergi məcəlləsində müəyyənləşdirilən vergilər tətbiq edilə bilər.
Bəhrə və avariz
Yerli vergilərin tətbiqinin əsas məqsədi nədir?
Dövlət və bələdiyyə büdcələrinin gəlirlərini artırmaq
vergi yükünü artırmaq
Dövlət büdcəsinə həmin vergilərin daxilolmalarını azaltmaq
Bələdiyyə büdcələrinin gəlirlərini artırmaq
Dövlət büdcəsinə həmin vergilərin daxilolmalarını artırmaq
Mənfəət vergisi hansı vergi növünə aid edilir
qiymətlərə tətbiq edilən vergi
birbaşa və dolayı
dolayı
birbaşa
idxal vergisi
Vergilər tutulması xarakterinə(üsuluna) görə necə təsnifləşdirilir?
birbaşa
dolayı
diskresion
birbaşa və dolayı
qeyri diskiresion
Vergitutma məqsədləri üçün vergi ödəyicisi dedikdə kim nəzərdə tutulur?
Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan yalnız qeyri-rezident fiziki şəxs
Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan yalnız Azərbaycan Respublikasının vətəndaşı
Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan yalnız rezident hüquqi şəxs
Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan istənilən şəxs
Vergi Məcəlləsinə uyğun olaraq müəyyən edilmiş vergitutma obyektlərindən vergini ödəməli olan yalnız əcnəbi və vətəndaşlığı olmayan şəxs
Vergi məbləğlərinin bildiriş üzrə tutulması dedikdə nə başa düşülür?
Verginin gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
Verginin gəlir və mənfəət əldə edilməsinədək tutulması
Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsinədək tutulması
Vergi məbləğlərinin vergitutma obyektinin dəyəri və sahəsi əsasında vergi orqanının və ya bələdiyyənin hesabladığı məbləğ üçün təqdim etdiyi tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən verginin ödənilməsi
Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
Vergitutma subyektlərinə görə vergilər necə təsnifləşdirilir?
yalnız fiziki şəxslərdən tutulan vergilər
yalnız qeyri rezidentlərdən tutulan vergilər
yalnız rezidentlərdən tutulan vergilər
yalnız hüquqi şəxslərdən tutulan vergilər
fiziki şəxslərdən və hüquqi şəxslərdən tutulan vergilər
Vergi güzəştləri nədir?
Vergitutmanın könüllü formasıdır
vergitutma obyektlərinin vergi ödənişindən azad edilməsidir
Vergitutma elementlərinin ləğvidir
Qanunvericiliyə uyğun olaraq vergi subyektlərinin vergi ödənişindən tam və ya qismən azad edilməsidir
Vergi ödəmədən yayınmadır
Vergilər haqqında qanunvericilik vergitutmanın hansı prinsiplərinə əsaslanır?
xüsusi, neytral və ədalətli olmasına
yalnız bərabər olmasına
yalnız ədalətli olmasına
ümumi, bərabər və ədalətli olmasına
yalnız ümumi olmasına
Mülkiyyət formasına, fiziki şəxslərin vətəndaşlığına və kapitalın yerinə görə vergi dərəcələri necə müəyyən edilir?
eyni dərəcə ilə
müxtəlif dərəcə ilə
kapitalın yerinə görə müxtəlif dərəcələrlə
fiziki şəxslərin vətəndaşlığına görə müxtəlif dərəcələrlə
mülkiyyət formasına görə müxtəlif dərəcələrlə
Azərbaycan Respublikasında vergi sistemi hansı vergilərdən ibarətdir?
yalnız dövlət vergiləri və muxtar respublika vergiləri
yalnız dövlət vergiləri
yalnız dövlət vergiləri, yerli vergilər [bələdiyyə vergiləri]
yalnız muxtar respublika və yerli vergilər [bələdiyyə vergiləri]
dövlət vergiləri, muxtar respublika vergiləri və yerli vergilər [bələdiyyə vergiləri]
Müəyyənlilik prinsipinin mahiyyəti nədir
Ölkənin hər bir vətəndaşı dövlət gəlirlərinin maliyyələşdirilməsində iştirak etməlidir
Vergilər vergi ödəyicisi üçün əlverişli olan vaxtda və üsulla tutulmalıdır
Müəyyənlilik prinsipinə əsasən vergilər dövlət xərclərinin müvafiq hissəsinin maliyyələşdirilməsində iştirak etməli olan vergi ödəyicilərindən onların imkanları nəzərə alınmamaqla tutulmalıdır
Vergilərin məbləği onların hesablanması, tutulması və ödənilməsi üsulları vergi ödəyicisinə əvvəlcədən məlum olmalıdır
Bütün vergi ödəyicilərindən vergi tutulmalıdır
Birbaşa vergilərə aid deyildir?
Sadələşdirilmiş vergi, mənfəət vergisi
Mənfəət vergisi, fiziki şəxslərin gəlir vergisi, torpaq vergisi
Torpaq vergisi, aksizlər, əlavə dəyər vergisi
Aksiz,əlavə dəyər vergisi
Mənfəət vergisi, əmlak vergisi, torpaq vergisi, əlavə dəyər vergisi
AR-da vergilər hansı qanunvericilik aktı ilə müəyyən edilir
Mülki Məcəllə
Müxtəlif normativ aktla
Nazirlər Kabinetinin qərarları
Vergi Məcəlləsi ilə
İnzibati Xətalar Məcəlləsi ilə
Aşağıda göstərilənlərdən hansılar vergitutmanın formaları sayılır?
məcburi, könüllü və bilavasitə mənbədən
məcburi, könüllü və bəyanetmə üzrə
mənbədən, könüllü və bildiriş üzrə
bəyannamə üzrə, bildiriş üzrə və bilavasitə mənbədən
bəyanetmə üzrə, bildiriş üzrə və könüllü
Vergi məbləğlərinin bəyannamə forması üzrə tutulması dedikdə nə başa düşülür?
Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
Verginin tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən qismən ödənilməsi
Verginin gəlir və mənfəət əldə edilməsinədək tutulması
Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsinədək tutulması
Verginin gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq vergitutma bazası nədir?
vergitutma obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə ifadəsidir.(vergi dərəcəsi tətbiq edilən,hissəsidir)
vergi ödəyicisinin dövriyyəsidir
vergi güzəştdir
vergitutma subyektinin vergi dərəcəsi tətbiq edilən hissəsidir
vergi ödəyicisinin əmək haqqının məbləğidir
Vergi məbləğlərinin bilavasitə mənbədən tutulması dedikdə nə başa düşülür?
Verginin gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
Verginin tədiyyə bildirişi əsasında vergi ödəyicisi tərəfindən ödənilməsi
Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsindən sonra tutulması
Verginin tədiyyə bildirişi əsasında gəlir və mənfəət əldə edilməsinədək tutulması
Verginin gəlir və mənfəət əldə edilməsinədək tutulması
Hansı vergilər bildiriş əsasında ödənilir?
Mənfəət vergisi, gəlir vergisi, fiziki şəxslərin əmlak vergisi
yol vergisi, aksiz vergisi, mədən vergisi
sadələşdirilmiş vergi, yol vergisi
fiziki şəxslərin əmlak vergisi, fiziki şəxslərin torpaq vergisi
ƏDV, Aksizlər
Naxçıvan Muxtar Respublikasında və bələdiyyələrdə vergitutmanın ümumi əsasları və vergilər Azərbaycan Respublikasının hansı qanunvericilik aktı ilə müəyyən edilir?
Azərbaycan Respublikasının Konstitusiyası ilə
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə
Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə
Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə
Naxçıvan Muxtar Respublikasının Vergi Məcəlləsi ilə
Müəyyənləşdirilmiş bazar qiymətlərindən hansı məqsədlər üçün istifadə edilir?
alış məqsədləri üçün
vergitutma məqsədləri üçün
icarə məqsədləri üçün
uçota alınma məqsədləri üçün
qalıq dəyərinin müəyyən edilməsi məqsədləri üçün
Vergilər haqqında qanunvericilik hansı tərzdə formalaşdırılmalıdır?
hər kəs vergiləri yalnız hansı qaydada ödəməli olduğunu dəqiq bilsin
hər kəs vergiləri yalnız harada ödəməli olduğunu dəqiq bilsin
hər kəs hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin
hər kəs vergiləri yalnız hansı məbləğdə ödəməli olduğunu dəqiq bilsin
hər kəs vergiləri yalnız nə vaxt ödəməli olduğunu dəqiq bilsin
Aşağıdakılardan hansı səmərəlilik prinsipinin mahiyyətini düzgün əks etdirir?
Səmərəlilik prinsipinə əsasən vergilər vergi ödəyicisi üçün əlverişli olan vaxtda və üsulla tutulmalıdır
Səmərəlilik prinsipinə əsasən bütün vergi ödəyicilərindən vergi tutulmalıdır, yəni ölkənin hər bir vətəndaşı dövlət gəlirlərinin maliyyələşdirilməsində vergi ödəyicisi üçün əlverişli olan vaxtda və üsulla tutulmalıdır
Səmərəlilik prinsipinə əsasən bütün vergi ödəyicilərindən vergi tutulmalıdır, yəni ölkənin hər bir vətəndaşı dövlət xərclərinin maliyyələşdirilməsində öz gəlir və imkanlarına uyğun olaraq iştirak etməlidir
Səmərəlilik prinsipinə əsasən hər bir vergi iqtisadi cəhətdən məqsədyönlü və vergilərin məbləği onların hesablanması və ödənilməsi üsulları vergi ödəyicisinə əvvəlcədən məlum olmalıdır
Səmərəlilik prinsipinə əsasən hər bir vergi iqtisadi cəhətdən məqsədyönlü olmalı, onların tətbiqi neqativ nəticə verməməli və dövlətin onun tutulmasına sərf etdiyi vəsaitlər minimal olmalıdır
Dolayı vergitutmada vergi yükü kimin üzərinə düşür
Sığortalının
Vergi orqanının
İstehlakçının
Sifarişçinin
dövlətin
Vergitutma subyektlərinə görə vergilər necə təsnifləşdirilir?
yalnız hüquqi şəxslərdən tutulan vergilər
yalnız rezidentlərdən tutulan vergilər
fiziki şəxslərdən və hüquqi şəxslərdən tutulan vergilər
yalnız fiziki şəxslərdən tutulan vergilər
yalnız qeyri rezidentlərdən tutulan vergilər
Fiskal funksiyanın mahiyyəti və əsas vəzifəsi nədir
istehsal prosesinə əhəmiyyətli dərəcədətəsir göstərir, kapital yığımını gücləndirir və ya zəiflədir
təsərrüfat subyektləri və fərdi sahibkarların maliyyə-təsərrüfat fəaliyyətinə, onların gəlir mənbələrinə və vəsaitlərin xərclənməsi istiqamətlərinə nəzarət edir
əmtəə istehsalçıları və istehlakçılara vergi yükünü azaltmaqla daha prioritet fəaliyyət növlərini yaratmaq, bu və digər iqtisadi fəaliyyət subyektinə təsir etmək imkanı əldə edir.
əsas mahiyyət və vəzifəsi dövlət xərclərinin maliyyələşməsini təmin etmək üçün vergi ödəyiciləri gəlirlərinin müəyyən hissəsinin büdcəyə cəlb edilməsidi
maliyyə resurslarını yenidən bölüşdürərək ümumdövlət əhəmiyyətli məqsədli proqramların maliyyələşməsini həyata keçirir
ÜDM-in bir hissəsinin dövlətin xərclərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsinə cəlb edilməsi vergi siyasətinin hansı məqsədini əks etdirir?
İqtisadi
Optimal
Fiskal
Nəzarət
Sosial
Makro səviyyədə «vergi yükü» kəmiyyətcə nəyi əks etdirir?
Milli gəlirdə vergilərin xüsusi çəkisini
Büdcə gəlirlərində vergilərin xüsusi çəkisini
ÜDM-də vergilərin xüsusi çəkisini
ÜMM-də vergilərin xüsusi çəkisini
ÜDM ilə vergilərin ümumi məbləğinin fərqini
Hansılar verginin funksiyalarına aiddir
maarifləndirici
yiğim vasitəsidir
ehtiyat
Bölüşdürücü
təşviqedici
Aşağıdakılardan hansı verginin tərifinə uyğun gəlir
Vergilər – dövlətin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində, istifadəsində və operativ idarəçiliyində olan əmtəələrin özgəninkiləşdirilməsi şəklində tutulan məcburi, fərdi,ödənişdir
Vergilər – dövlət və bələdiyyələrin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin istifadəsində və operativ idarəçiliyində olan əmlakın özgəninkiləşdirilməsi şəklində tutulan məcburi,əvəzsiz ödənişdir
Vergilər –bələdiyyələrin maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində tutulan məcburi, ümumi ödənişdir
Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, Vergi Məcəlləsin başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.
Vergilər – dövlət və xəzinədarlığın maliyyə təminatı məqsədilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində tutulan məcburi, fərdi ödənişdir.
Azərbaycan Respublikasının ərazisində vergilər hansı pul vahidi ilə hesablanır və ödənilir?
Çin yuanı və Türk lirəsi ilə
Azərbaycan manatı və türk lirəsi ilə
Türk lirəsi ilə
Azərbaycan Respublikasının pul vahidi - manatla hesablanır və ödənilir.
Azərbaycan manatı və Rusiya rublu ilə
Göstərilənlərdən hansı dövlət vergilərinə aid edilir?
sadalananların hamısı
Əlavə dəyər vergisi
bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.
Vergi Məcəlləsinə uyğun olaraq fiziki şəxslərin yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlara göeə torpaq vergisi;
fiziki şəxslərin su və hava nəqliyyatı vasitələrinə görə əmlak vergisi
Vergi hansı halda müəyyən edilmiş hesab olunur?
vergilərin ödənildiyi büdcə və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: vergitutma obyekti; vergi yüküi ; vergi siyasəti; vergi güzəşt və azadolmaları
vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: vergitutma obyekti; vergitutma bazası; vergi dövrü; vergi dərəcəsi; verginin hesablanması qaydası; verginin ödənilməsi qaydası və müddəti.
vergi orqanlaı və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: vergitutma obyekti; vergi yükü; vergi dövrü;
vergi agenti və vergi siyasəti müəyyən edilmiş olsun
vergi agenti və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: vergitutma obyekti; vergi güzəştləri; vergi siyasəti;
Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun olaraq vergi nədir?
Vergi qanunvericiliyinə uyğun olaraq Vergi - bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə yalnız qeyri rezidentlərin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, vergi məcəlləsində başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən könüllüi, fərdi, əvəzsiz ödənişdir.
Vergi qanunvericiliyinə uyğun olaraq Vergi - dövlətin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə yalnız rezidentlərin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, vergi məcəlləsində başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.
Vergi - bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan əsas vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, vergi məcəlləsində başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.
Vergi qanunvericiliyinə uyğun olaraq Vergi - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, vergi məcəlləsində başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.
Vergi qanunvericiliyinə uyğun olaraq Vergi - dövlətin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan əsas vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində, vergi məcəlləsində başqa hal nəzərdə tutulmamışdırsa, dövlət büdcəsinə və yerli büdcələrə, habelə məqsədli dövlət fondlarına köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir.
Verginin fiskal funksiyasının əsas mahiyyət və vəzifəsi nədən ibarətdir?
dövlət xərclərinin maliyyələşməsi üçün vergi ödəyicilərinin gəlirlərini vergidən azad etməkdir
dövlət xərclərinin azaldılması üçün vergi dərəcələrinin artırılmasıdır
dövlət xərclərinin artırılması üçün vergi dərəcələrinin artırılmasıdır
dövlət xərclərinin maliyyələşməsini təmin etmək üçün vergi ödəyiciləri gəlirlərinin müəyyən hissəsinin büdcəyə cəlb edilməsidir.
dövlət gəirlərinin təmin edilməsi üçün vergilərin ləğv edilməsidir
Vergi Məcəlləsinə uyğun olaraq Azərbaycan Respublikasında tətbiq edilən dövlət vergilərinin əsas məqsədi nədir?
vergi yükünü artırmaq
Bələdiyyə büdcələrinin gəlirlərini artırmaq
Dövlət büdcəsinə həmin vergilərin daxilolmalarını azaltmaq
Dövlət və bələdiyyə büdcələrinin gəlirlərini artırmaq
Dövlət büdcəsinin gəlirlərini artırmaq
Müddətindən asılı olaraq vergi siyasətinin formaları hansılardır?
Gündəlik və illik
Diskresion və qeyri-diskresion
Avtomatik və stabilləşdirici
Vergi taktikası və vergi strategiyası
Aylıq və rüblük
İqtisadi şəraitin dəyişməsinə reaksiyasından asılı olaraq vergi siyasətinin hansı formaları mövcuddur?
Dörd: ekspansionist, restriksionist, avtomatik və qeyri-diskresiyon
Bu məqsədlə vergi siyasətinin fərqli forması mövcud deyildir
Üç: fiskal, avtomatik və qeyri-avtomatik
İki: diskresiyon və qeyri-diskresiyon
İki: fiskal və stimullaşdırıcı
İkiqat vergitutma nədir?
Eyni bir vergitutma bazasından iki və daha çox sayda verginin tutulması
Eyni bir vergitutma bazasından üç və daha çox sayda verginin tutulması
Eyni bir vergitutma bazasından bir və daha çox sayda verginin tutulması
Eyni bir vergitutma bazasından dörd və daha çox sayda verginin tutulması
Müxtəlif vergitutma bazasından iki və daha çox sayda verginin tutulması
Əhatə etdiyi dövrün uzunluğundan və həll edilən məsələlərin xarakterindən asılı olaraq vergi siyasəti bölünür:
Qısa müddətli və uzunmüddətli
ekspansionist və restriksionist
Vergi strategiyası və vergi dövrünə
Vergi taktikası və vergi strategiyasına
Vergi taktikası və vergi dövrünə
Vergi taktikası nəyi nəzərdə tutur?
Vergi sisteminə əlavə və dəyişikliklər edilməsi yolu ilə gələcəkdə qarşıya çıxa biləcək problemlərin qarşısının alınması
Vergi qanunvericiliyinin dəyişdirilməsini
Yeni qanunların qəbul edilməsi yolu ilə konkret bir dövrdə qarşıda duran məsələlərin həllini
Yeni qanunların qəbul edilməsini
Vergi sisteminə əlavə və dəyişikliklər edilməsi yolu ilə konkret bir dövrdə qarşıda duran məsələlərin həllini
