NEW
Font size
WorksheetsVV 5
Total questions: 50
Worksheet time: 25mins
Vergi orqanının işçisinə xidməti fəaliyyəti həyata keçirdiyi zaman peşə fəaliyyəti ilə məşğul olmağa imkan verməyən ağır bədən xəsarəti yetirildikdə, ona dövlət büdcəsinin vəsaiti hesabına hansı məbləğ ödənilir?
birdəfəlik 500 min manat pul vəsaiti ödənilir
yalnız vəzifə maaşı
adi qaydada pensiya hesablanır
əmək haqqısının 10 misli miqdarında birdəfəlik müavinət ödənilir
vəzifə maaşı ilə pensiyası arasındakı fərq
Aşağıdakılardan hansı vergi ödəyicilərinin hüquqlarına aiddir?
vergi orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsi üçün nəzarət-kassa aparatının müəyyən olunmuş modelini sifariş vermək.
Vergi Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri təqdim etmək
qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin [xərclərinin] və vergitutma obyektlərinin uçotunu aparmaq
vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini [VÖEN] almaq
vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasını habelə vergi ödəyicisi auditor tərəfindən yoxlanılmalı olduğu halda auditor rəyini tələb etmək;
Aşağıdakılardan hansı vergi orqanlarının hüquqlarına aid deyildir?
müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin qanunla müəyyən edilmiş qaydada dövlət büdcəsinə ödənilməsini təmin etmək
qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin pozulması ilə bağlı işlərə baxmaq, hüquqi və fiziki şəxslərin vergi borclarına faizlər hesablamaq, bu şəxslərə maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək
vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasını, habelə vergi ödəyicisi auditor tərəfindən yoxlanılmalı olduğu halda auditor rəyini tələb etmək
vergi orqanlarında müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilməsi üçün nəzarət-kassa aparatının müəyyən olunmuş modelini sifariş vermək
Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və hallarda kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək
Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, vergi hesabatının əvəzinə vergi orqanına təqdim etdiyi arayış nə vaxt qüvvəsini itirir?
arayışın təqdim edildiyi gündən 1 il keçdikdən sonra
arayışın təqdim edildiyi gündən
vergi hesabatlarının verilməsi üzrə öhdəlik başa çatdığı gündən
vergi hesabatlarının verilməsi üzrə öhdəlik yarandıqdan 3 gün sonra
vergi hesabatlarının verilməsi üzrə öhdəlik yarandığı gündən
Azərbaycan Respublikasının vergi qanunvericiliyinə uyğun olararaq bəyannamə verməli olan rezident fiziki şəxslər harda uçota alınırlar.
yalnız gömrük orqanında
Azərbaycan mənbəyindən gəlirin əldə edildiyi yer üzrə vergi orqanlarında uçota alınırlar
fəaliyyət göstərdikləri yer üzrə vergi orqanlarında uçota alınırlar
olduqları yer üzrə vergi orqanlarında uçota alınırlar
yaşadıqları yer üzrə vergi orqanlarında
Bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinə hansı halda verilir?
maliyyə sanksiyaları üzrə borcu olduqda.
büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olduqda.
büdcəyə vergilər üzrə borcu olduqda.
büdcəyə faizlər və maliyyə sanksiyaları üzrə borcu olduqda
büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda.
Vergi Məcəlləsinə uyğun olaraq olduqları yer üzrə vergi uçotuna alınmış hüquqi şəxslər xüsusi vergi rejimi üzrə fəaliyyətə başladığı gündən sonra neçə gün müddətində mərkəzləşdirilmiş qaydada uçota alınmaq üçün müvafiq vergi orqanına müraciət etməyə borcludurlar?
45 gün
35 gün
30 gün
15 gün
55 gün
Vergi Məcəlləsinə uyğun olaraq vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər harda uçota alınırlar?
mərkəzləşdirilmiş qaydada
yalnız gömrük orqanlarında
Vergi Məcəlləsinə uyğun olaraq Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə
yalnız yaşadıqları yer üzrə
yalnız olduqları yer üzrə
Banklarda,digər kredit təşkilatlarında və poçt rabitəsinin milli operatorunda hesab açmaq üçün verilən şəhadətnamə -dublikat neçə hissədən ibarətdir?
1
2
3
4
5
Vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür: 1) vəfat etdikdə 2) məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda 3) fəaliyyət növü dəyişdirildikdə 4) fəaliyyətini dondurduqda 5.fəaliyyətinə xitam verildikdə
1,3,5
1,2,5
3,4,5
2,3,5
1,2,3
Vergi Məcəlləsinə uyğun olaraq xüsusi notariuslar harda uçota alınır?
vergi ödəyicisi hesab olunmurlar
Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə
yaşadıqları yer üzrə vergi ödəyicisi hesab olunurlar
fəaliyyət göstərdiyi yer üzrə
Baki şəhərində
fiziki şəxslərin elektron formatda vergi uçotuna alınması hansı müddət ərzində həyata keçirilir?
2 gün müddətində
3 gün müddətində
15 iş günü ərzində
1 ay müddətində
Dərhal
Vergi ödəyicisi olan fərdi sahibkar uçota alınması üçün ərizə ilə birgə vergi orqanına hansı sənədi təqdim edir?
yaşadığı yer haqqında arayış
hec bir sənəd təqdim etmir
fəaliyyət növünü təsdiq edən sənəd
olduğu yer (ünvanı) haqqında məlumat
şəxsiyyətini təsdiq edən sənədin sürətini
Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirən qeyri-kommersiya hüquqi şəxs uçota alınmaq üçün vergi orqanına nə vaxt müraciət etməlidir?
filialın və ya nümayəndəliyin yaradılmasından sonra 15 gün müddətində
filialın və ya nümayəndəliyin yaradılmasından sonra 6 ay sonra
filialın və ya nümayəndəliyin yaradıldığı gün
filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində
filialın və ya nümayəndəliyin yaradılmasından 10 gün əvvəl
Vergi ödəyicisi olan hüquqi şəxslər harda uçota alınır?
Bakı şəhərində
Uçota alınmırlar
Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə
yaşadıqları yer üzrə
olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan)yer üzrə
Vergi orqanlarından bank hesabının açılması məqsədi ilə alınan şəhadətnamə-dublikat alındığı tarixdən neçə gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab edilir?
5 gün
6 gün
7 gün
9 gün
10 gün
Balansında olan əsas vəsaitlərin orta illik qalıq dəyəri 5.000.000 manatdan yuxarı olan vergi ödəyiciləri necə uçota alınırlar?
fəaliyyət göstərdiyi yer üzrə vergi orqanlarında uçota alınırlar
Qeyri-mərkəzləşdirilmiş qaydada
yaşadıqları yer üzrə vergi orqanlarında
Mərkəzləşdirilmiş qaydada uçota alınırlar
olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan) yer üzrə vergi orqanlarında uçota alınır.
Vergi ödəyicilərinin vahid dövlət reyestrini hansı dövlət orqanı aparır?
Nazirlər Kabineti
Ədliyyə Nazirliyi
Maliyyə Nazirliyi
Dövlət Vergi Xidməti
Dövlət Statistika Komitəsi
Vergi ödəyicisinin onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin [obyektinin] olduğu yer üzrə uçota alınması hansı qaydada həyata keçirilir?
Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada həyata keçirilir
Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir
vergi orqanının rəhbərinin müəyyən etdiyi qaydada həyata keçirilir
Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir
Mülki Məsəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir
Qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri necə uçota alınır?
uçota alınmır
uçota alınır, lakin onlara VÖEN verilmir
Xarici İşlər Nazirliyində uçota alınır və onlara ayrıca kod verilir
ayrıca uçota alınır və onlara VÖEN verilir
rezidenti olduğu dövlətdə uçota alınır
Vergi ödəyicisinin vergi uçotuna alınması yerinin müəyyən edilməsi ilə bağlı çətinliklər ortaya çıxdıqda hansı orqan tərəfindən qərar qəbul edilir?
təqdim olunmuş məlumatlar əsasında bələdiyyə orqanları tərəfindən
təqdim olunmuş məlumatlar əsasında yerli vergi orqanları tərəfindən
təqdim olunmuş məlumatlar əsasında məhkəmə tərəfindən
təqdim olunmuş məlumatlar əsasında yuxarı vergi orqanı tərəfindən
təqdim olunmuş məlumatlar əsasında cəlb edilmiş ekspert və ya mütəxəssis tərəfindən
Olduqları yer üzrə vergi uçotuna alınmış hüquqi şəxslər xüsusi vergi rejimi üzrə fəaliyyətə başladığı gündən sonra neçə gün müddətində mərkəzləşdirilmiş uçota alınmaq üçün vergi ödəyicilərinin mərkəzləşdirilmiş uçotunu aparan müvafiq vergi orqanına müraciət etməyə borcludurlar?
45 gün
15 gün
20 gün
30 gün
35 gün
İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxslər Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin müddəalarına əsasən idarəetmə yerinə görə rezident sayıldıqları vaxtdan neçə gün müddətində olduqları yer üzrə vergi orqanına ərizə təqdim etməlidirlər?
15 gün
5 gün
10 gün
20 gün
30 gün
Vergi ödəyiciləri vahid dövlət reyestrinə daxil edilərkən hansı məlumatlardan istifadə olunur?
vergi ödəyicisinin dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin, yaxud nizamnaməsinin [əsasnaməsinin] məlumatlarından
dövlət qeydiyyatını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin şəxsin dövlət qeydiyyatından keçməsi barədə verilən arayışın məlumatlarından
mənbəyi bəlli olan istənilən məlumatdan
Daxili İşlər Nazirliyinin məlumat bazasındakı məlumatlardan
onların uçota alınması haqqında vergi orqanına təqdim etdikləri ərizədəki məlumatlardan
Vergi ödəyicisi uçota alınması haqqında şəhadətnamə aldıqdan sonra vergi orqanı tərəfindən ona bank idarəsində hesab açmaq üçün neçə gün müddətində şəhadətnamə-dublikat verilir?
6 gündən gec olmayaraq
5 gündən gec olmayaraq
4 gündən gec olmayaraq
3 gündən gec olmayaraq
2 gündən gec olmayaraq
Şəhadətnamə-dublikat alındığı tarixdən neçə gün müddətində hesabın açılması üçün istifadə olunmadıqda qüvvədən düşmüş hesab edilir?
belə bir məhdudiyyət nəzərdə tutulmayıb
5 gün
10 gün
15 gün
20 gün
Şəhadətnamə dublikatın bildiriş hissəsi neçə gün müddətində bank idarəsi tərəfindən qaytarılmadıqda, vergi orqanı onun səbəblərini dəqiqləşdirməyə başlayır?
3 gün
5 gün
10 gün
15 gün
30 gün
Azərbaycan Respublikasında daimi nümayəndəlik yaratmayan bölmələr Azərbaycan Respublikasında hansı müddətdə olduqları yer üzrə vergi orqanına ərizə təqdim etməlidirlər?
fəaliyyətə başladıqdan 20 gün müddətində
fəaliyyətə başladığı günədək
fəaliyyətə başladıqdan 10 gün müddətində
fəaliyyətə başladıqdan 30 gün müddətində
fəaliyyətə başladıqdan 5 gün müddətində
İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxslər Azərbaycan Respublikasında hansı müddətdə olduqları yer üzrə vergi orqanına ərizə təqdim etməlidirlər?
idarəetmə yerinə görə rezident sayıldıqları vaxtdan 10 gün müddətində
idarə etmə yerinə görə rezident sayıldığı vaxtdan 40 gün müddətində
gəlir əldə etmək hüququnun yarandığı gündən gec olmayaraq
idarəetmə yerinə görə rezident sayıldıqları vaxtdan 30 gün müddətində
fəaliyyətə başladığı günədək
Vergi orqanı vergi ödəyicisinə uçota alınması barədə nə təqdim edir?
vergi ödəyicisinin uçota alınması barədə bildiriş təqdim edir
vergi ödəyicisinin uçota alınması barədə vergi orqanının əmrindən çıxarış təqdim edir
vergi ödəyicisinin uçota alınması barədə arayış təqdim edir
şəhadətnamə təqdim edir
heç nə təqdim etmir
Vergi ödəyicisinin uçotda olmasını təsdiq edən Şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə vergi ödəyicisinin müraciəti əsasında hansı sənəd verilir
Şəhadətnamənin surəti
Şəhadətnamənin itməsi ilə bağlı arayış
Şəhadətnamə-dublikat
Şəhadətnamənin yeni nüsxəsi
heç bir sənəd verilmir
Vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən neçə gün müddətində ərizə verilməlidir?
20 gün
40 gün
5 gün
10 gün
30 gün
Vergi ödəyicisinin vergi uçotunda olduğu vergi orqanına olduğu yerin və ya yaşadığı yerin dəyişdiyi barədə ərizə ilə müraciət etdiyi gündən sonra neçə gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını həyata keçirməlidir?
50 gün
60 gün
20 gün
30 gün
15 gün
Vergi ödəyicisinin vergi orqanında uçota alınmaq üçün verdiyi ərizə formasında olan məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən neçə gün müddətində vergi orqanına məlumat verməlidir?
1 gün
40 gün
50 gün
45 gün
55 gün
Uçota alınma, yenidən uçota alınma, uçotdan çıxarılma zamanı vergi ödəyicisi tərəfindən nə qədər ödəniş aparılır?
Şərti maliyyə vahidinin 8 misli miqdarında
3 manat miqdarında
Şərti maliyyə vahidinin 5 misli miqdarında
Ödənişsiz həyata keçirilir
ilk dəfə uçota alınarkən ödənişsiz, yenidən uçota alınarkən və ya uçotdan çıxarılarkən 40 manat miqdarında
Eyni vergi ödəyicisinə neçə VÖEN verilə bilər?
2 VÖEN verilə bilər
4 VÖEN verilə bilər
hər fəaliyyət sahəsinə görə ayrıca VÖEN verilə bilər
1 VÖEN verilə bilər
məhdudiyyət qoyulmur
Azərbaycan Respublikasında fəaliyyət göstərən xarici ölkələrin diplomatik və konsulluq nümayəndəlikləri, habelə beynəlxalq təşkilatların nümayəndəlikləri hansı qaydada uçota alına bilərlər?
onların yalnız müstəsna hallarda uçota alınması nəzərdə tutulmuşdur
Vergi Məcəlləsinə uyğun olaraq həmin şəxslər vergi orqanlarında uçota alınmırlar
həmin şəxslərin qanunvericilikdə uçota alınması nəzərdə tutulmamışdır
Vergi Məcəlləsinə uyğun olaraq uçota alına bilərlər
öz ölkələrinin qanunvericiliklərinə uyğun olaraq uçota alına bilərlər
İdarəetmə yerinə görə rezident sayılan xarici hüquqi şəxs tərəfindən uçota alınma barədə verdiyi ərizəyə aşağıdakı sənədlərdən hansıları əlavə edilməlidir? 1. qeydiyyata alındığı dövlətdə qeydiyyat [inkorporasiya] sənədi və ticarət reyestrindən çıxarış və təsis sənədləri; 2. Azərbaycan Respublikasında hüquqi ünvanını təsdiq edən sənəd [icarə müqaviləsi, mülkiyyət hüququnu təsdiq edən və ya digər sənədlər] və hüquqi şəxsin rəhbərinin [təmsilçinin] şəxsiyyətini təsdiq edən sənədin surəti; 3. xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə və digər ölkələrdəki rəhbərlərinin [təmsilçilərinin] şəxsiyyətini təsdiq edən sənədlərin surəti; 4. Azərbaycan Respublikasında və digər ölkələrdə bilavasitə və ya dolayısı yolla nəzarətində olan qurumlar və gəlir mənbələri haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən forma üzrə məlumat; 5. xarici hüquqi şəxsin qeydiyyata alındığı ölkədə və digər ölkələrdəki fəaliyyət növləri barədə məlumat.
1, 2, 3
1, 2, 4
2, 4, 5
3, 4, 5
1, 3, 5
Vergi ödəyicisi olan fiziki şəxslər uçota alındıqda onların şəxsi məlumatlarına aşağıdakı hansı məlumatlar daxil edilir? 1. onların adı, doğulduğu tarix və yer; 2. cinsi və yaşadığı ünvan; 3. ailə vəziyyəti barədə məlumat; 4. şəxsiyyətini təsdiq edən sənədin məlumatları və vətəndaşlığı; 5. siyasi mənsubiyyəti.
1, 2, 3
1, 2, 4
1, 3, 5
2, 3, 4
1, 3, 4
Vergi ödəyicilərinin olduğu yer dəyişdikdə Vergi orqanları onları hansı sənəd əsasında yenidən uçota alır?
vergi ödəyicisinin telefon məlumatı əsasında
Dövlət Gömrük Komitəsi tərəfindən təsdiq edilmiş forma üzrə təqdim etdikləri ərizə əsasında
vergi ödəyicisi tərəfindən təqdim edilən sənədlər əsasında
Vergi ödəyiciləri tərəfindən təqdim etdikləri ərizə əsasında
vergi ödəyicisi tərəfindən təqdim edilən rəsmi məktub əsasında
Vergi ödəyicilərinin vahid dövlət reyestrinin aparılması aşağıdakı göstərilənlərin hansılarından ibarətdir? 1. xronoloji qaydada vergi ödəyicilərinin reyestr jurnalının aparılması və ləğv edilmiş vergi ödəyicilərinin reyestr jurnalının aparılması; 2. uçota alınmış vergi ödəyicilərinin reyestr məlumatlarında dəyişikliklərlə bağlı dəqiqləşdirmələrin aparılması; 3. uçota alınmış vergi ödəyicilərinin ödədikləri vergilərin uçotunun aparılması; 4. uçota alınmış vergi ödəyicilərinə müvafiq məlumatın verilməsi; 5. vergi ödəyicilərinə tətbiq edilmiş maliyyə sanksiyalarının uçotunun aparılması.
1, 2, 3
1, 3, 5
1, 2, 4
2, 3, 4
3, 4, 5
Bank hesabının açılması məqsədi ilə hansı halda vergi ödəyicisinə müəyyən edilmiş müddətdə şəhadətnamə-dublikat verilmir?
vergi orqanının istəyi olduqda
vergi ödəyicisi sənədləri təqdim etmədikdə
vergi hesabatlarını Vergi Məcəlləsində müəyyən edilmiş qaydada və müddətlərdə vergi orqanına təqdim etmədikdə
vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olduqda
vergi ödəyicisi nəzarət-kassa aparatını qeydiyyatdan keçirmədikdə
Xarici dövlətin rezidentinin Azərbaycan Respublikasında fəaliyyət göstərən daimi nümayəndəlik yaratmayan bölməsinin vergi uçotundan çıxarılması və VÖEN-in ləğv edilməsi aşağıdakı hansı hallarda həyata keçirilir? 1. xarici dövlətin rezidenti olan şəxs və ya daimi nümayəndəlik yaratmayan bölmə ləğv edildikdə; 2. daimi nümayəndəlik yaratmayan bölmənin fəaliyyəti daimi nümayəndəlik yaratdıqda; 3. daimi nümayəndəlik yaratmayan bölmə fəaliyyətini müvəqqəti dayandırdıqda; 4. daimi nümayəndəlik yaratmayan bölmənin rəhbəri [təmsilçisi] köçdükdə.
2,3,4
3,4
2,3
1,2
1,4
Vergi orqanı vergi ödəyicisinin uçota alınmasını vergi uçotuna alınması haqqında ərizə və Vergi Məcəlləsində göstərilən digər sənədlər daxil olduğu gündən sonrakı neçə gün müddətində həyata keçirməli və həmin müddətdə də vergi ödəyicisinə müvafiq şəhadətnaməni elektron formada göndərməlidir?
5 gün
1 gün
10 gün
20 gün
4 gün
Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda o, vergi orqanına nə təqdim etməlidir?
İstənilən halda vergi hesabatını təqdim etməlidir
Vergi hesabatını təqdim etmir
Vergi hesabatını boş göstərməklə təqdim edir
Fəaliyyətinin dayandırıldığı gündən gec olmayaraq vergi orqanına müvafiq arayış təqdim edir
Vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edir
Vergi nəzarəti hansı məqsədlə həyata keçirilir?
vergi ödəyicisinin obyektinin fəaliyyətini dayandırmaq
vergi ödəyicilərini məsuliyyətə cəlb etmək
vergi ödəyicisinin digər təsərrüfat subyektləri ilə qarşılıqlı əlaqəsini müəyyən etmək
vergilərin tam və vaxtında yığılmasını təmin etmək
yalnız qanunsuz sahibkarlıq fəaliyyətinin qarşısını almaq
Yerli vergilərin hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət hansı orqan tərəfindən həyata keçirilir?
icra hakimiyyəti orqanları
bələdiyyə ərazisindəki vergi orqanı
bələdiyyənin yerləşdiyi ərazinin maliyyə və vergi orqanı
bələdiyyələrin vergi xidməti orqanı
bələdiyyənin yerləşdiyi ərazinin maliyyə orqanı
Vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirdən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər harada uçota alınırlar?
uçota alınmırlar
istənilən vergi orqanında uçota alınırlar
olduqları yer üzrə
Azərbaycan mənbəyindən gəlirin alındığı yer üzrə uçota alınırlar
ancaq rezidenti olduğu ölkədə uçota alınırlar
Bəyannamə verməli olan rezident fiziki şəxslər harada uçota alınırlar?
gəlirin əldə edildiyi yer üzrə uçota alınırlar
uçota alınmırlar
faktiki fəaliyyət göstərdikləri yer üzrə
yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınırlar
istənilən vergi orqanında uçota alınırlar
Vergi Məcəlləsinə uyğun olaraq kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə neçə iş günü müddətində vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir?
8 iş günü
5 iş günü
12 iş günü
11 iş günü
16 iş günü
