wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

VV 6

Total questions: 50

Worksheet time: 25mins

Name
Class
Date
1.

Operativ vergi nəzarəti aşağıdakı hansı məsələləri əhatə edən vergi nəzarəti formasıdır? 1. "Fərqlənmə nişanı"nı almayan vergi ödəyicilərinin aşkar edilməsi 2. əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması 3. qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi faktlarının aşkar edilməsi 4. valyuta sərvətlərinin ticarət, iaşə və xidmət müəssisələrində qanunvericiliklə müəyyən edilmiş qaydalarda istifadəsinə lisenziyanın verilməsini təmin edilməsi 5. xüsusi razılıq [lisenziya] tələb olunan fəaliyyət növləri ilə belə razılıq [lisenziya] olmadan məşğul olan şəxslərin aşkar edilməsi

a)

1; 2; 4

b)

2; 3; 4

c)

1, 4, 5

d)

4, 5

e)

1; 2; 3; 5

2.

Operativ vergi nəzarətini həyata keçirən vergi orqanının vəzifəli şəxsləri tərəfindən öz səlahiyyətləri çərçivəsində aşağıdakı hansı məsələlər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada aparılır? 1. vergi ödəyicilərinin ərazilərinə və ya binalarına [yaşayış binaları [sahələri] istisna olmaqla] daxil olması 2. vergi ödəyicilərinin ərazilərinə, binalarına [yaşayış binaları [sahələri] istisna olmaqla], habelə sənədlərinə və əşyalarına baxış keçirilməsi 3. sənədlərin tələb edilməsi, sənədlərin və nümunə kimi əşyaların götürülməsi 4. ekspert cəlb edilməsi, mütəxəssis, tərcüməçi və müşahidəçi dəvət edilməsi 5. aksiz markası ilə markalanmalı olan markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların siyahıya alınması

a)

yalnız 1, 3, 4, 5

b)

yalnız 1, 3, 5

c)

yalnız 1, 4, 5

d)

1, 2, 3, 4, 5

e)

yalnız 1, 2, 4

3.

Nəzarət-kassa aparatının çekində aşağıdakı hansı məlumatlar olmalıdır? 1. nəzarət-kassa aparatının inventar nömrəsi 2. gün ərzində vurulmuş çeklərin sayı və nömrəsi 3. nəzarət-kassa aparatının markası və zavod nömrəsi 4. vergi ödəyicisinin telefon və ya faks nömrəsi 5. vergi ödəyicisinin adı

a)

1; 2; 3

b)

1; 2; 5

c)

1; 3; 4

d)

2; 3; 5

e)

1, 4, 5

4.

Səyyar vergi yoxlamasının hansı növləri vardır:

a)

xronometraj və plandankənar

b)

kameral və növbədənkənar

c)

sənədli və sənədsiz

d)

növbəti və növbədənkənar

e)

operativ və kameral vergi yoxlamaları

5.

Operativ vergi nəzarətinin həyata kecirilməsi ücün aşağıdakılardan hansılar əsas götürülə bilər? 1. vergi orqanı tərəfindən kecirilən səyyar vergi yoxlaması zamanı aşkar edilmiş faktlar 2. vergi orqanları tərəfindən mənbəyi bəlli mənbələrdən əldə edilən məlumatlar 3. vergi orqanları tərəfindən mənbəyinin bəlli olub olmamasından asılı olmayaraq əldə edilən məlumatlar 4. sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxslər tərəfindən qanunvericiliyin pozulması barədə məlumat 5. vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda

a)

2, 4, 5

b)

1, 4, 5

c)

2; 3; 4

d)

1; 2; 5

e)

1; 3; 5

6.

Kameral vergi yoxlaması harada keçirilir?

a)

məlumat alındığı mənbədə

b)

vergi ödəyicisinin obyektində

c)

yoxlamanı keçirən əməkdaşın istəyi ilə istənilən yerdə

d)

yerlərə getmədən vergi orqanında

e)

banklar və ya kredit təşkilatlarından alınmış məlumatlar əsasında həmin təşkilatlarda

7.

Kameral vergi yoxlaması mənfəət və gəlir vergisi bəyannaməsinə (ödəmə mənbəyində tutulan gəlirlər üzrə və xüsusi notariusun gəlir vergisi bəyannaməsi istisna olmaqla) münasibətdə hansı müddət ərzində həyata keçirilir?

a)

sənədlərin vergi orqanına təqdim edildiyi gündən 10 gün müddətində

b)

vergi bəyannaməsinin verilməsi üçün nəzərdə tutulmuş müddətdən sonra 30 gün müddətində

c)

sənədlərin vergi orqanına təqdim edildiyi gündən 20 gün müddətində

d)

vergi ödəyicisi tərəfindən vergi bəyannaməsinin vergi orqanına təqdim edildiyi vaxtdan 60 iş günü müddətində

e)

vergi bəyannaməsinin verilməsi üçün nəzərdə tutulmuş müddətdən sonra 20 gün müddətində

8.

Növbədənkənar səyyar vergi yoxlaması kecirildikdə vergi organı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı necə gün əvvəl yazılı bildiriş göndərilir?

a)

10 gün

b)

20 gün

c)

1 ay qabaq

d)

bildiriş göndərmir

e)

25 gün

9.

Vergi orqani tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçərilən yoxlamalar necə adlanır?

a)

kameral vergi yoxlaması

b)

səyyar vergi yoxlaması

c)

operativ vergi nəzarəti

d)

xronometraj metodu ilə müşahidə aparılması

e)

audit yoxlama

10.

Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları neşə iş günü ərzində təqdim etməlidir?

a)

10 gün

b)

30 gün

c)

2 iş günü

d)

1 iş günü

e)

5 gün

11.

Kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı hansı tədbirləri görə bilər?

a)

heç bir tədbir görmək hüququ yoxdur

b)

vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər

c)

dərhal növbədənkənar səyyar vergi yoxlaması keçirilməsinə başlanıla bilər

d)

dərhal maliyyə sanksiyası tətbiq edilir

e)

vergi ödəyicisinin fəaliyyətinin dayandırılması üçün məhkəməyə müraciət edə bilər

12.

Kameral yoxlama zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması [vergi məbləğinin az və ya artıq göstərilməsi] aşkar edildikdə, vergi ödəyicisinə göndərilən bildirişdə vergilərin hesablanmasına dair məlumatdan başqa daha hansı məlumatlar göstərilməlidir?

a)

vergi ödəyicisinin və vergi orqanının hüquqları

b)

yalnız vergi ödəyicisinin hüquqları

c)

yalnız Vergi Məcəlləsinə uyğun olaraq vergi ödəyicisinin şikayət etmək hüququ

d)

heç bir əlavə məlumat göstərilmir

e)

Vergi orqanının qərarında hesablamanın səbəbləri və Vergi Məcəlləsinə uyğun olaraq vergi ödəyicisinin şikayət etmək hüququ

13.

Hansı hallarda xronometraj metodu ilə sonuncu müşahidənin nəticələri vergilərin hesablanması üçün əsas götürülə bilər?

a)

vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olmadıqda

b)

heç vaxt əsas götürülə bilməz

c)

vergi ödəyicisindən xronometraj metodu ilə yeni müşahidə keçirilməsi barədə müraciət daxil olduqda

d)

yuxarı vergi orqanı xronometraj metodu ilə sonuncu müşahidənin nəticələrini ləğv etmədikdə

e)

həmişə əsas götürülür

14.

Növbədənkənar səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı neçə gün əvvəl yazılı bildiriş göndərilir?

a)

5 gün

b)

15 gün

c)

10 gün

d)

30 gün

e)

bildiriş göndərilmir

15.

Səyyar vergi yoxlamasının neçə forması vardır?

a)

1

b)

2

c)

3

d)

4

e)

5

16.

Yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən müəyyən hallarda səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti neçə gündən çox olmayan müddətdə uzadıla bilər?

a)

90 gündən

b)

30 iş günündən

c)

50 gündən

d)

45 gündən

e)

60 gündən

17.

Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində neçə dəfədən çox olmayaraq keçirilir?

a)

2 dəfədən

b)

1 dəfədən

c)

2 ildən bir

d)

belə bir məhdudiyyət nəzərdə tutulmuşdur

e)

3 dəfədən

18.

Səyyar vergi yoxlaması zamanı inventarizasiya hansı orqanın əsaslandırılmış qərarı ilə aparılır?

a)

prokurorluğun

b)

vergi orqanının

c)

maliyyə orqanının

d)

məhkəmənin

e)

nazirlər kabinetinin

19.

Səyyar vergi yoxlamasının nəticələri hansı sənədlə rəsmiləşdirilir?

a)

arayışla

b)

vergi yoxlaması aktı ilə

c)

rəsmiləşdirilmir

d)

bildirişlə

e)

vergi yoxlaması protokolu ilə

20.

Vergi yoxlaması aktının bir nüsxəsi vergi ödəyicisinə [onun səlahiyyətli nümayəndəsinə] verilmə tarixini təsdiq edən üsulla aktın tərtib edildiyi tarixdən sonra neçə gündən gec olmayaraq verilir və ya göndərilir?

a)

məhdudiyyət qoyulmur

b)

5 gündən

c)

10 gündən

d)

15 gündən

e)

dərhal

21.

Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi yoxlama üçün zəruri olan sənədləri vergi ödəyicisindən hansı qanunvericilik aktı ilə müəyyən edilmiş qaydada tələb edə bilər?

a)

Mülki Prosessual Məcəllə

b)

Vergi Məcəlləsi ilə

c)

Cinayət Məcəlləsi ilə

d)

Mülki Məcəllə ilə

e)

Gömrük Məcəlləsi ilə

22.

Səyyar vergi yoxlaması zamanı vergilərin hesablanması üçün zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların hansı vaxtlarda götürülməsinə yol verililə bilər?

a)

mühasib məşğul olduğu müddətdə

b)

zəruri olmayan sənədlərin və nümunə kimi əşyaların götürülməsi qadağandır

c)

gecə vaxtı [axşam saat 22.00-dan səhər saat 8.00-dək olan müddətə]

d)

vergi ödəyicisinin iş vaxtı

e)

saat 13.00-dan saat 14.00-dək olan müddətə

23.

Səyyar vergi yoxlaması zamanı mütəxəssis hansı orqanın qərarı əsasında dəvət olunur?

a)

yuxarı vergi orqanının

b)

səyyar vergi yoxlamasını həyata keçirən vergi orqanının

c)

ədliyyə orqanının

d)

məhkəmənin

e)

Nazirlər Kabinetinin

24.

Səyyar vergi yoxlaması zamanı müşahidəçi kimi kimlərin iştirakına yol verilmir?

a)

maliyyə orqanlarının vəzifəli şəxslərinin

b)

vergi orqanlarının vəzifəli şəxslərinin

c)

ədliyyə orqanlarının əməkdaşlarının

d)

hüquq-mühafizə orqanı işçilərinin

e)

sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların

25.

Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri [rəhbərin müavini] neçə gün müddətində qərar çıxarır?

a)

11 gün

b)

10 gün

c)

15 gün

d)

20 gün

e)

30 gün

26.

Kameral vergi yoxlaması zamanı vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması [vergi məbləğinin az və ya artıq göstərilməsi] aşkar edildikdə, vergi ödəyicisinə neçə gün müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergilərin hesablanmasına dair bildiriş göndərilir?

a)

dərhal

b)

5 iş günü

c)

10 gün

d)

15 gün

e)

7 gün

27.

Səyyar vergi yoxlamasını bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsinə tələb olunan sənədlər vergi ödəyicisi tərəfindən qanunla müəyyən olunmuş müddətdə təqdim edilmədikdə və ya həmin sənədlərin onda olmaması vergi ödəyicisi tərəfindən bildirildikdə, yoxlamanı həyata keçirən vergi orqanının vəzifəli şəxsləri və vergi ödəyicisi tərəfindən imzalanan hansı sənəd tərtib edilir?

a)

vergi orqanının rəhbərinin adına məruzə hazırlanır

b)

akt tərtib edilir

c)

arayış tərtib edilir

d)

tələbnamə tərtib edilir

e)

protokol tərtib edilir

28.

Nümunə kimi götürülmüş əşyalar istehlak xassələrini itirdikdə onların dəyəri kim tərəfindən ödənilir?

a)

vergi ödəyicisi tərəfindən ödənilir

b)

vergi orqanı tərəfindən ödənilir

c)

yerli maliyyə idarəsi tərəfindən ödənilir

d)

ödənilmir

e)

nümunə kimi əşyaları götürmüş vergi orqanının əməkdaşının şəxsi vəsaiti hesabına

29.

Səyyar vergi yoxlaması zamanı ekspertiza keçirildikdə ekspertin rəyində hansı məlumatlar əks etdirilir?

a)

yalnız ekspert tərəfindən aparılan araşdırma

b)

ekspert tərəfindən aparılan araşdırma, gəldiyi nəticələr və qoyulan suallara əsaslandırılmış cavablar

c)

yalnız ekspertin gəldiyi nəticə

d)

ekspertiza zamanı aşkar olunan və olunmayan və iş üçün əhəmiyyətli olan hallar və faktlar

e)

yalnız ekspert tərəfindən qoyulan suallara əsaslandırılmış cavablar

30.

Səyyar vergi yoxlaması zamanı hansı hallarda mütəxəssis dəvət oluna bilər?

a)

vergi ödəyicisinin tələbi ilə

b)

səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda

c)

yuxarı vergi orqanının göstərişi ilə

d)

məhkəmənin qərarı ilə

e)

dəvət olunmur

31.

Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri [rəhbərin müavini] 10 gün müddətində hansı qərarı çıxarır?

a)

vergi ödəyicisinin əmlakının siyahıya alınması haqqında

b)

vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında

c)

inventarizasiyanın keçirilməsi haqqında

d)

xronometraj metodu ilə müşahidə aparılması haqqında

e)

operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında

32.

Aşağıda göstərilən hallardan hansı biri olduqda, yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər?

a)

yoxlama üçün zəruri olan sənədlər vergi ödəyicisi tərəfindən təqdim edilmədikdə

b)

səyyar vergi yoxlamasının keçirilməsi zamanı aparılan inventarizasiyanın keçirilməsi müddəti uzadıldıqda

c)

səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti uzadıla bilməz

d)

səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən tərəfindən pozulduqda

e)

səyyar vergi yoxlaması zamanı vergi yoxlamasını aparan vəzifəli şəxslər xəstələndikdə

33.

Növbəti səyyar vergi yoxlaması keçirilərkən vergi ödəyicisinə göndərilən bildirişdə nələr göstərilməlidir? 1. vergi ödəyicisinin hüquq və vəzifələri 2. vergi orqanının hüquq və vəzifələri 3. vergi ödəyicisinin hüquqi ünvanı və təsisçiləri 4. vergi yoxlamasının əsası və tarixi 5. vergi ödəyicisinin obyektlərinin sayı və hansı növ vergilərin ödəyicisi olması

a)

1, 2, 4

b)

3, 4, 5

c)

1, 3, 4

d)

1, 2, 3

e)

2, 3, 5

34.

Növbədənkənar səyyar vergi yoxlaması vergi orqanları tərəfindən aşağıda göstərilən hansı hallarda keçirilə bilər? 1. bir neçə təsisçisi olan hüquqi şəxsin təsisçilərindən biri vəfat etdikdə 2. ƏDV üzrə artıq ödənilmiş vergi, faiz və maliyyə sanksiyası digər vergilərin, faizlərin və maliyyə sanksiyalarının ödənilməsi hesabına və ya sonrakı öhdəliklər üzrə ödəmələrin hesabına aid edildikdə. Bu halda növbədənkənar vergi yoxlaması yalnız vergi ödəyicisinin ƏDV-yə cəlb edilən əməliyyatları üzrə aparıla bilər; 3. «Müflisləşmə və İflas haqqında» Qanuna əsasən müəssisə məhkəmənin qərarı ilə müflis elan etdikdə;4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı məlumat əsasında vergi ödəyicisinin gəlirlərinin və ya vergitutma obyektinin gizlədildiyi [azaldıldığı] aşkar edildikdə; 5. vergi ödəyicisi olan hüquqi şəxsin ləğv edilməsi, yenidən təşkil edilməsi və ya fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətinə xitam verilməsi barədə müraciəti olduqda.

a)

1; 2; 3

b)

1; 3; 5

c)

2; 3; 5

d)

2; 4; 5

e)

1; 3; 4

35.

Vergi ödəyicisi yoxlama aktı ilə razılaşmadıqda, aktın verilməsi günündən müəyyən olunmuş 30 gün müddət bitdikdən sonra 15 gündən çox olmayan müddətdə vergi orqanının rəhbəri [onun müavini] hansı məsələlərə baxır? 1. vergi ödəyicisindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada götürülmüş, habelə vergi ödəyicisi tərəfindən təqdim edilmiş sənədlərə 2. vergi yoxlaması aktına, vergi qanunvericiliyinin pozulması hallarına və onların aradan qaldırılması 3. müvafiq sanksiyaların [cərimələrin] tətbiq edilməsi 4. qanunvericiliyin pozulması hallarının olub-olmamasından asılı olmayaraq məsuliyyət məsələsinə 5. heç bir məsələyə baxılmır

a)

2, 3, 4

b)

1, 2, 3

c)

3, 4, 5

d)

1, 3, 5

e)

2, 4, 5

36.

Səyyar vergi yoxlaması keçirildikdə hansı hallarda yoxlamanı bilavasitə həyata keçirən vergi orqanının vəzifəli şəxsi Vergi Məcəlləsinə müvafiq olaraq ona təqdim edilmiş sənədləri və nümunə kimi əşyaları götürə bilər? 1. vergi yoxlamasının predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan sənədlərin və əşyaların öyrənilməsinə əlavə vaxt tələb olunduqda 2.vergi yoxlamasının predmetinə aid olan və vergilərin hesablanması üçün tələb olunan vergi ödəyicisi tərəfindən təqdim olunan əşyaların mənşə ölkəsinin müəyyən edilməsi tələb olunduqda 3. təqdim olunan sənədlərin Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanununa uyğun tərtib olunmaması müəyyən edildikdə 4. təqdim olunan sənədlərdə vergi qanunvericiliyinin pozulması müəyyən edildikdə 5. vergi qanunvericiliyinin pozulması halları əşyalarla bağlı olduqda

a)

1, 3, 4

b)

3, 4, 5

c)

2, 3, 4

d)

1, 2, 5

e)

1, 4, 5

37.

Səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi sənədləri və nümunə kimi əşyaları vermədiyi halda vergi orqanı tərəfindən hansı tədbirlər görülür?

a)

imtina protokolu tərtib edilir və gömrükorqanının vəzifəli şəxsləri, yoxlamada iştirak edən şəxslər, habelə vergi ödəyicisi və ya onun nümayəndəsi tərəfindən imzalanır

b)

vergi ödəyicisinin əmlakı siyahıya alınır

c)

vergi ödəyicisinin fəaliyyətinin dayandırılması ilə əlaqədar məhkəməyə müraciət olunur

d)

imtina aktı tərtib edilir və vergi orqanının vəzifəli şəxsləri, yoxlamada iştirak edən şəxslər, habelə vergi ödəyicisi və ya onun nümayəndəsi tərəfindən imzalanır

e)

vergi ödəyicisinin hesabları bağlanılır

38.

Səyyar vergi yoxlamasının keçirilməsi zamanı müqavilə əsasında ekspert cəlb edildikdə həmin müqavilədə hansı məlumatlar əks etdirilir?1. müqavilə tərəflərinin vergi öhdəlikləri 2. müqavilə tərəflərinin hüquqları və vəzifələri 3. ekspert qarşısında qoyulan suallar 4. səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyəti və mülki qanunvericilikdə nəzərdə tutulan digər məsələlər 5. səhv və ya bilərəkdən yalan rəy verməsinə görə ekspertin məsuliyyəti və inzibati qanunvericilikdə nəzərdə tutulan digər məsələlər

a)

3, 4, 5

b)

2, 3, 4

c)

1, 4, 5

d)

1, 3, 5

e)

1, 3, 4

39.

Səyyar vergi yoxlamasının keçirilməsi zamanı ekspertiza keçirilməsi haqqında qərar çıxarmış vergi orqanı vergi ödəyicisinə münasibətdə aşağıdakı hansı tədbirləri görməlidir? 1. vergi ödəyicisini ekspertizanın keçirilməsi haqqında qərarla tanış etməlidir 2. ekspertin vergi ödəyicisi tərəfindən göstərilən şəxslərdən təyin olunmasına icazə verməməlidir 3. vergi ödəyicisi tərəfindən ekspertə əlavə sualların verilməsinin qarşısı alınmalıdır 4. həmin şəxsə ekspertizanın təyin edilməsi və keçirilməsi zamanı Vergi Məcəlləsində nəzərdə tutulmuş hüquqlarını izah etməlidir

a)

2, 3

b)

2, 4

c)

1, 2

d)

1, 4

e)

3, 4

40.

Səyyar vergi yoxlaması zamanı ekspertiza keçirilməsi üçün dəvət olunmuş ekspertin rəyinin surəti və ya onun rəy vermək imkanının olmaması barədə xəbər yoxlanılan şəxsə verildikdə, həmin şəxsin aşağıdakı hansı hüquqları vardır? 1.öz etirazlarını bəyan etmək;2.ekspertə əlavə sualların qoyulmasını tələb etmək 3. ekspertin rəyi ilə tanış olmaqdan imtina etmək 4. bu halda heç bir hüququ yoxdur 5. əlavə, yaxud təkrar ekspertizanın təyin edilməsini tələb etmək

a)

2, 3, 4

b)

3, 4, 5

c)

1, 2, 5

d)

1, 4, 5

e)

1, 3, 5

41.

Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından neçə gün əvvəl yazılı bildiriş göndərilir.

a)

11 gün əvvəl

b)

7 gün əvvəl

c)

9 gün əvvəl

d)

azı 15 gün əvvəl

e)

10 gün əvvəl

42.

Vergi Məcəlləsində başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət və gəlir vergiləri üzrə vergi ödəyicisinin hansı müddətdəki fəaliyyətini əhatə edə bilər?

a)

son 10 təqvim ilindən çox olmayan

b)

son 6 təqvim ilindən çox olmayan

c)

son 8 təqvim ilindən çox olmayan

d)

son 3 təqvim ilindən çox olmayan

e)

15 təqvim ilindən çox olmayan

43.

Vergi Məcəlləsinə əsasən kameral vergi yoxlaması harda və nəyin əsasında keçirilir?

a)

Gömrük orqanı tərəfindən yerlərdə mənbəyi bəlli olan məlumatlar əsasında keçirilir.

b)

Maliyyə orqanı tərəfindən yerlərə gedərək maliyyə nəzarəti orqanında olan, vergi ödəyicisi tərəfindən təqdim edilən vergi hesabatları, habelə vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında statistika komitəsində olan digər sənədlər əsasında keçirilir.

c)

vergi orqanı tərəfindən vergi ödəyicisinin olduğu yerdə, vergi ödəyicisi tərəfindən təqdim edilən yalnız vergi hesabatları və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir.

d)

vergi orqanı tərəfindən yerlərdə mənbəyi bəlli olan vəolmayan məlumatlar əsasında keçirilir

e)

Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan digər sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir.

44.

Vergi yoxlamasının həyata keçirilməsi üzrə hərəkətlərin icraatı zamanı tərtib edilən protokolda aşağıdakılardan hansılar göstərilir? 1. konkret hərəkətlərin həyata keçirilməsinin yeri və tarixi 2. vergi ödəyicisinin əvvəlki yoxlamalarda məsuliyyətə cəlb edilib-edilməməsi 3. hərəkətin həyata keçirilməsində iştirak edən və ya onun həyata keçirilməsini müşahidə edən şəxsin adı, lazım olduqda onun ünvanı, vətəndaşlığı, azərbaycan dilində danışa bilib-bilməməsi 4. hərəkətin məzmunu, onun həyata keçirilməsinin ardıcıllığı 5. vergi ödəyicisinin büdcə qarşısında borc öhdəliklərinin olub-olmaması

a)

1, 3, 5

b)

3, 4, 5

c)

1, 2, 4

d)

2, 4, 5

e)

1, 3, 4

45.

Səyyar vergi yoxlamasının keçirilməsi zamanı müqavilə əsasında mütəxəssis cəlb edildikdə həmin müqavilədə hansı məlumatlar əks etdirilir?1. müqavilə tərəflərinin hüquqları və vəzifələri 2. müqavilə tərəflərinin vergi öhdəlikləri 3. səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti və inzibati qanunvericilikdə nəzərdə tutulan digər məsələlər 4. səhv və ya bilərəkdən yalan rəy verməsinə görə mütəxəssisin məsuliyyəti və mülki qanunvericilikdə nəzərdə tutulan digər məsələlər 5. mütəxəssis qarşısında qoyulan suallar

a)

2, 3, 4

b)

1, 3, 4

c)

1, 2, 3

d)

1, 4, 5

e)

3, 4, 5

46.

Səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə vergi orqanının rəhbəri [rəhbərin müavini] 10 gün müddətində aşağıda göstərilən qərarlardan hansıları çıxara bilər? 1. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi 2. vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsindən imtina olunması 3. vergi ödəyicisinin əmlakının siyahıya alınması 4. xronometraj metodu ilə müşahidə aparılması 5. əlavə vergi yoxlaması tədbirlərinin keçirilməsi

a)

2, 3, 4

b)

1, 2, 3

c)

1, 4, 5

d)

1, 2, 5

e)

3, 4, 5

47.

Növbəti səyyar vergi yoxlaması(Vergi məcəlləsində göstərilmiş hallar istisna olmaqla) neçə gündən artıq davam edə bilməz?

a)

31 gün

b)

20 gün

c)

məhdudiyyət yoxdur

d)

30 gün

e)

15 gün

48.

İdxal-ixrac əməliyyatları zamanı vergilərin tam və vaxtında ödənilməsinə nəzarəti hansı orqan həyata keçirir?

a)

Dövlət vergi xidməti

b)

Dövlət Sərhəd Xidməti

c)

Maliyyə Nazirliyi

d)

Dövlət Gömrük Komitəsi

e)

Nazirlər Kabineti

49.

Vergi orqanlarının vəzifəli şəxslərinin aşağıda göstərilən fəaliyyət növlərindən hansı ilə məşğul olmağa ixtiyarı yoxdur?

a)

pedaqoji

b)

elm

c)

belə bir məhdudiyyət nəzərdə tutulmamışdır

d)

məsləhətçi

e)

yaradıcılıq

50.

Yeni xronometraj metodu ilə müşahidə keçirilməsi vergi ödəyicisi tərəfindən tələb edildikdə növbəti xronometraj metodu ilə müşahidə nə vaxt keçirilə bilər?

a)

yalnız ildə bir dəfə keçirilir

b)

bir daha keçirilmir

c)

yalnız növbəti dəfə isonuncu müşahidədən ən azı 3 ay keçdikdən sonra

d)

istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 1 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 2 ay keçdikdən sonra

e)

istənilən vaxt, lakin sonuncu xronometraj metodu ilə müşahidədən ən azı 2 ay keçdikdən sonra, növbəti dəfə isə sonuncu müşahidədən ən azı 6 ay keçdikdən sonra

Similar Resources on Wayground