NEW
Font size
WorksheetsVV 9
Total questions: 50
Worksheet time: 25mins
Şəhər və rayon yarışlarında və müsabiqələrində pul şəklində alınan mükafatların dəyəri gəlir vergisinə necə cəlb olunur?
mükafatın 200 manatdan çox olan hissəsindən vergi tutulur
mükafatın 300 manatdan çox olan hissəsindən vergi tutulur
mükafatın 50 faizi vergiyə cəlb olunur
mükafatın tam məbləği vergiyə cəlb olunur
mükafatın 1000 manatdan çox olan hissəsindən vergi tutulur
Yarışlarda, müsabiqələrdə əşya şəklində alınan mükafatların hansı dəyəri gəlir vergisinə cəlb olunur?
əşya şəklində olan mükafatın 20000 manatdan çox olan hissəsindən vergi tutulur
əşya şəklində olan mükafatın 300 manatdan çox olan hissəsindən vergi tutulur
mükafatın 50 faizi vergiyə cəlb olunur
əşya şəklində olan mükafatın 200 manatdan çox olan hissəsindən vergi tutulur
əşya şəklində olan mükafatın tam dəyəri vergiyə cəlb olunmur
Beynəlxalq yarışlarda və müsabiqələrdə pul şəklində alınan mükafatların dəyəri gəlir vergisinə necə cəlb olunur?
mükafatın 1000 manatdan çox olan hissəsindən vergi tutulur
vergi tutulmur
mükafatın 35 faizi vergiyə cəlb olunur
mükafatların 4000 manatdan çox olan hissəsindən vergi tutulur
mükafatların şərti maliyyə vahidinin 2000 mislindən çox olan hissəsindən vergi tutulur
Dövlət qulluqçusuna pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq gəlir vergisinə hansı qaydada cəlb olunur?
tam məbləğdə vergi tutulur
1000 manatdan çox olan hissəsindən vergi tutulur
birdəfəlik haqqın 50 faizi vergiyə cəlb olunur
vergidən azaddır
mükafatın 1000 manatdan çox olan hissəsindən vergi tutulur
Əgər muzdla işləyən fiziki şəxslərin gəlir vergisini əlaqəli məlumata əsasən hesablamaq qeyrı-mümkün olduqda və ya fiziki şəxslərin işləməsi rəsmiləşdirilmədikdə vergi orqanı gəlir vergisinin məbləğini necə hesablayır?
cari ilin ölkə üzrə orta aylıq əmək haqqının ötən ilin ölkə üzrə orta aylıq əmək haqqına nisbəti əsasında
cari ilin 6 ayı üzrə orta aylıq əmək haqqı əsasında
cari ilin regionlar üzrə orta aylıq əmək haqqı əsasında
ötən ilin ölkə üzrə orta aylıq əmək haqqı əsasında
son 10 ilin ölkə üzrə orta aylıq əmək haqqının cəmi əsasında
1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin hər hansı muzdlu işdən əldə etdikləri gəlirləri gəlir vergisinə necə cəlb olunur?
1000 manatdan çox olan hissəsindən
vergi tutulmur
gəlirin 50 faizindən vergi tutulur
200 manatdan çox olan hissəsindən
400 manatdan çox olan hissəsindən
Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə tutulmuş şəxslərin hər hansı muzdlu işdən əldə etdikləri aylıq gəlirinin hansı məbləğindən vergi tutulur?
200 manatdan çox olan hissəsindən
gəlirin tam məbləği vergiyə cəlb olunur
gəlirin 50 faizi vergiyə cəlb olunur
vergi tutulmur
400 manatdan çox olan hissəsindən vergi tutulur
Qeyri-rezidentin daimi nümayəndəliklə bağlı olmayan əldə etdiyi dividenddən neçə faiz vergi tutulur?
Ödəmə mənbəyində 12 faiz dərəcə ilə vergiyə cəlb olunur
Xərclər çıxıldıqdan sonra vergiyə cəlb olunur
Vergiyə cəlb edilmir
Ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergiyə cəlb olunur
Ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergiyə cəlb olunur
Aşağıdakı hansı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır? 1. həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin valideynləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideynləri və arvadları [ərləri]. [Bu şəxslərin arvadlarına [ərlərinə] güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar]; 2. I və II qrup müharibə əlilləri; 3. I və II qrup əlillər [müharibə əlillərindən başqa]; 4. 1990-cı il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideynləri və arvadları [ərləri]. [Bu şəxslərin arvadlarına [ərlərinə] güzəşt o halda verilir ki, onlar təkrar nikaha girmiş olmasınlar]; 5. Əfqanıstana və döyüş əməliyyatları aparılan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər.
2, 3, 5
2, 4, 5
2, 3, 4
1, 4, 5
1, 3, 5
Aylıq gəliri 2500 manatadək olan(qeyri dövlət və qeyrineftqaz sahələrində çalışanlar istisna olmaqla) fiziki şəxsin gəlir vergisinin hesablanması zamanı hansı dərəcə tətbiq olunur?
35 faiz
350 manat + 1000 manatdan çox olan məbləğin 25 faizi
350 manat + 1000 manatdan çox olan məbləğin 35 faizi
350 manat + 1000 manatdan çox olan məbləğin 20 faizi
14 faiz
Aylıq gəliri 2500 manatdan artıq olan fiziki şəxsin( qeyri dövlət və qeyri neftqaz sahələrində çalışanlar istisna olmaqla) gəlir vergisinin hesablanması zamanı hansı ən yüksək dərəcə tətbiq olunur?
20 faiz
30 faiz
35 faiz
25 faiz
14 faiz
Fiziki şəxsin əsas iş yerində(qeyri dövlət və qeyrineftqaz sahələrində çalışanlar istisna olmaqla) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda, gəlir vergisinə münasibətdə hansı məbləğdə azadolma tətbiq edilir?
minimum əmək haqqının 12 misli
heç bir güzəşt tətbiq olunmur
minimum əmək haqqının 1 misli
30 manat
İki yüz (200) manat
Qanunvericiliklə müəyyən edilmlş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən(qeyri dövlət və qeyri neftqaz sahələrində çalışanlar istisna olmaqla) əldə etdikləri aylıq gəlirin hansı məbləğindən vergi tutulur?
200 manatdan çox olan hissəsindən
gəlirin 50 faizindən
şərti maliyyə vahidinin 300 mislindən çox olan hissəsindən
bütün məbləğdən vergi tutulmur
400 manatdan çox olan hissəsindən
Vergi ödəyicisinin azı neçə il mülkiyyətində olan iştirak payının təqdim edilməsindən əldə edilən gəlir gəlir vergisindən 50faiz azaddır?
6 il
5 il
4 il
3 il
2 il
Fiziki şəxsin əsas iş yerində hər hansı muzdlu işlə əlaqədar əldə edilən illik gəliri 30000 manatadək olduqda,( qeyri neftqaz və qeyri dövlət sektoru istisna olmaqla) gəlir vergisinə münasibətdə hansı məbləğdə azadolma tətbiq edilir?
heç bir güzəşt tətbiq olunmur
minimum əmək haqqının 2 misli
360 manat
minimum əmək haqqının 12 misli
2400(iki min dörd yüz) manat
Qeyri sahibkarlıq fəaliyyəti üzrə illik gəlirdən gəlir vergisinin hesablanması zamanı hansı dərəcə tətbiq olunur?
25 faiz
14 faiz
35 faiz
4200manat + 1000 manatdan çox olan məbləğin 35 faizi
4200manat + 12000 manatdan çox olan məbləğin 35 faizi
Rezident fiziki şəxslərin gəlirləri üzrə vergitutma obyekti nədir?
vergi ili üçün rezidentlərin yalnız Azərbaycan mənbəyindən əldə etdiyi gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.
Rezident fiziki şəxslərin xalis mənfəəti
Vergi Xidməti tərəfindən müəyyənləşdirilən dövr üçün rezidentlərin bütün gəliri ilə həmin dövrdə Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.
vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğin cəmindən ibarət olan vergiyə cəlb edilən gəlirdir
vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün Vergi Məcəlləsi ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.
Şəxs əldə etdiyi mənfəətdən (gəlirdən) eyni növ vergini neçə dəfədən artıq ödəməyə məcbur edilə bilməz?
üç dəfədən
bir dəfədən
altı dəfədən
on dəfədən
beş dəfədən
1.Vergi ödəyicisinin aşağıdakı hansı xərclərinin gəlirdən çıxılmasına yol verilir? 1) Vergi Məcəlləsinə uyğun olaraq elmi tədqiqat, layihə-axtarış və təcrübə-konstruktor işlərinə çəkilən xərclər 2)hesablanmış faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr; 3) qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin; 4) Vergi Məcəlləsinə uyğun olaraq əsas vəsaitlərin təmiri ilə bağlı xərclər; 5) Vergi Məcəlləsinə uyğun olaraq ehtiyat sığorta fondlarına ayırma məbləğləri
2,3,4
2,4,5
1,3,5
1,4,5
3,4,5
lotereya təşkilatçısı tərəfindən keçirilən lotereyalardan və idman mərc oyunları operatoru tərəfindən keçirilən idman mərc oyunlarından pul şəklində əldə edilən uduıların neçə manatı gəlir vergisindən azaddır?
2000 manatı
1000 manatı
3000 manatı
500 manatı
4000 manatı
Rezident mikro sahibkarlıq subyekti olan hüquqi şəxslər üçün mənfəət vergisinin vergitutma obyekti nədir?
vergi ödəyicisinin mənfəəti
faiz gəliri
vergi ödəyicisinin icarə haqları
vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa)
vergi ödəyicisinin malların (işlərin, xidmətlərin) satışından əldə etdikləri ümumi gəlirləri
Hüquqi şəxslərin mənfəət vergisi üçün vergi ili dedikdə hansı vaxt başa düşülür?
Təgvim ili
verginin ödənilməsi müddəti
6 ay
istənilən ardıcıl 10 ay
veginin hesablanması müddəti
Hüquqi şəxslər və fərdi sahibkarlar hansı müddət ərzində dövlət büdcəsinə cari vergi ödəmələri köçürməlidir?
hesabat ilindən sonrakı təqvim ilinin 1 aprel tarixindən gec olmayaraq
növbəti ayın 20-dən gec olmayaraq
rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq
hər il mart ayının 31-dək
hər il yanvar ayının 10-dək
Əyləncə və yemək xərcləri, habelə işçilərin mənzil və digər sosial xarakterli xərcləri gəlirdən hansı qaydada çıxılır?
tam məbləğdə gəlirdən çıxılır
vergi ödəyicisinin müəyyən etdiyi qaydada gəlirdən çıxılır
ancaq yemək xərcləri çıxılır
gəlirdən çıxılmır
xərclərin 50 faizi gəlirdən çıxılır
Qeyri-rezidentin daimi nümayəndəliyinin xalis mənfəətindən həmin qeyri-rezidentin xeyrinə köçürülən məbləğdən neçə faiz dərəcəsi ilə vergi tutulur?
5 faiz
12 faiz
vergi tutulmur
27 faiz
10 faiz
Vergi uçotunun məqsədləri üçün vergi ödəyicisi kassa metodundan istifadə etdikdə, xərcin çəkilməsi vaxtı hansı vaxt sayılır?
ödəmənin həyata keçirildiyi vaxt
vergi ödəyicisinin özünün müəyyənləşdirdiyi vaxt
öhdəliyin yarandığı vaxt
xərcin faktiki çəkildiyi vaxt
gəlirin faktiki əldə edildiyi vaxt
Azərbaycan Respublikası ərazisində daimi nümayəndəliyi olan qeyri-rezident fiziki şəxslər illik bəyannaməni nə vaxt vergi orqanına təqdim edirlər?
hesabat ilindən sonrakı ilin fevral ayının 1-dən gec olmayaraq
hesabat ilindən sonrakı ilin mart ayının 1-dən gec olmayaraq
hesabat ilindən sonrakı ilin fevral ayının 15-dən gec olmayaraq
hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq
hesabat ilindən sonrakı ilin aprel ayının 15-dən gec olmayaraq
Gəlirdən çıxılmayan xərclər qrupunu göstərin: 1. qeyri-kommersiya fəaliyyəti ilə bağlı çəkilən xərclər; 2. əsas vəsaitlərin alınmasına və qurulmasına çəkilən xərclər; 3. dövriyyə vəsaitlərinin alınmasına və gətirilməsinə çəkilən xərclər; 4. fərdi istehlaka çəkilən xərclər; 5. norma həddində ehtiyat fondlarına ayırmalar üzrə çəkilən xərclər.
1, 3, 5
3, 4, 5
1, 2, 3
1, 2, 4
2, 4, 5
Mülkiyyət formasından və tabeçiliyindən asılı olmayaraq bütün müəssisə və təşkilatlarınmənfəətindən hansı dərəcə ilə mənfəət vergisi tutulur?
18 faiz
14 faiz
20 faiz
27 faiz
Vergi tutulmur
Aşağıdakı hallardan hansılar olduqda əmlak icarəsi maliyyə lizinqi sayılmır? 1.lizinq müqaviləsi ilə icarə müddəti qurtardıqdan sonra əmlakın mülkiyyətə verilməsi nəzərdə tutulur, yaxud icarə müddəti qurtardıqdan sonra icarəçi əmlakı müəyyən edilmiş və ya qabaqcadan güman edilən qiymətlərlə almaq hüququna malikdir 2. icarə haqqının ödəniləcək məbləği əmlakın icarənin əvvəlinə olan bazar qiymətinin ən azı 90 faizinə bərabərdir və ya ondan artıqdır, 3. icarə müddəti icarəyə götürülən əmlakın istismar müddətinin 75 faizindən az olduğu halda; 4. icarə müddəti qurtardıqdan sonra əmlakın qalıq dəyəri icarənin əvvəlinə onun bazar qiymətinin 20 faizindən artıq olduğu halda; 5. . icarə haqqının ödəniləcək məbləği əmlakın icarənin əvvəlinə olan bazar qiymətinin ən azı 70 faizinə bərabərdir və ya ondan artıqdır,
1, 2, 4
2, 3, 5
1, 2, 3
1, 3, 5
3, 4, 5
Aşağıdakılardan hansılar hüquqi şəxsin yenidən təşkili sayılır? 1. iki və daha çox rezident hüquqi şəxsin birləşməsi; 2. rezident hüquqi şəxsin iki və ya daha çox rezident hüquqi şəxsə ayrılması; 3. hüquqi şəxsin ləğvi; 4. hüquqi şəxsin müstəqil bölməsinin təqdim edilməsi; 5. ayırma yolu ilə yeni şəxs yaradılması.
1, 4, 5
1, 2, 5
1, 3, 5
2, 3, 4
3, 4, 5
Aşağıda göstərilən hansı vergi ödəyiciləri vergi orqanına bəyannamə verirlər? 1. muzdlu işlə əlaqədar olaraq gəlir əldə edən fiziki şəxslər; 2. rezident müəssisələr; 3. Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan qeyri-rezidentlər; 4. vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər; 5. avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri.
1, 2, 3
3, 4, 5
2, 3, 4
1, 3, 5
1, 4, 5
Vergi ödəyicisi sahibkarlıq fəaliyyətini dayandırdıqda hesabat dövrü hansı dövrü əhatə edir?
vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı ayın sonuna qədər olan dövrü
vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı rübün sonuna qədər olan dövrü
vergi ilinin əvvəlindən sonuna qədər olan dövrü
vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü
vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı rübün əvvəlinə qədər olan dövrü
Aşağıda göstərilən hansı şəxslər [vergi agentləri] ödəmə mənbəyində gəlir vergisini tutmağa borcludurlar? 1. Vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə həmin fiziki şəxslərə haqq ödəyən, habelə muzdlu işçi kimi cəlb etmədiyi fiziki şəxslərə maddi yardım, mükafat, təqaüd verən hüquqi şəxslər və ya fərdi sahibkarlar.2. vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, icarə haqqı ödəyən fiziki şəxslər; 3. hüquqi və fiziki şəxslərə faizlər ödəyən hüquqi şəxslər və ya sahibkarlar; 4. dövlət sosial təminat sistemi vasitəsilə pensiyalar ödəyən şəxslər; 5.dövlət sosial təminat sistemi vasitəsilə ödənilən pensiyalar istisna edilməklə, digər şəxslərə pensiya ödəyən hüquqi şəxslər və ya sahibkarlar
3, 4, 5
1, 2, 3
2, 4, 5
2, 3, 4
1, 3, 5
Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətinin neçə faizi vergidən azad edilir?
75 faizi
81 faizi
90 faizi
80 faizi
91 faizi
Əvvəlki vergi ilində fəaliyyəti və ya vergi tutulan mənfəəti (gəliri) olmayan vergi ödəyiciləri rüb başa çatdıqdan sonra hansı müddətdə cari vergi ödəmələrini [mənfəət, gəlir] aparmalı və rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidirlər?
10 gün müddətində
20 gün müddətində
15 gün müddətində
1 ay müddətində
7 gün müddətində
Vergi və ya cari vergi ödəməsi Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, həmin vergi ödəyicisinə qarşı hansı məsuliyyət tədbiri görülür?
vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməli olan məbləğin 0,05 faizi məbləğində faiz tutulur
vergi ödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir
vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməli olan məbləğin 0,01 faizi məbləğində faiz tutulur
vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün ödənilməli olan məbləğin 0,1 faizi məbləğində faiz tutulur
heç bir məsuliyyət tədbiri görülmür
Əvvəlki vergi ilində fəaliyyəti olmayan vergi ödəyicisində aparılmış vergi yoxlaması nəticəsində aşkar edilmiş vaxtında ödənilməmiş mənfəət, yaxud gəlir vergiləri üzrə cari vergi ödəmələrinə münasibətdə bütün ötmüş müddətə Vergi Məcəlləsi ilə müəyyən edilmiş faiz hansı qaydada [müddətdə]tətbiq edilir?
2 ildən çox olmamaq şərti ilə
6 aydan çox olmamaq şərti ilə
3 aydan çox olmamaq şərti ilə
1 ildən çox olmamaq şərti ilə
5 aydan çox olmamaq şərti ilə
Sahibkarlıq fəaliyyəti əyləncə və sosial xarakter daşıyan vergi ödəyicisinin xərcləri bu cür fəaliyyət çərçivəsində çəkilirsə, əyləncə və sosial xərclər gəlirdən hansı qaydada çıxılır?
ancaq əyləncə xərcləri çıxılır
vergi ödəyicisinin müəyyən etdiyi qaydada gəlirdən çıxılır
ancaq sosial xərclər çıxılır
gəlirdən tam həcmdə çıxılır
xərclərin 50 faizi gəlirdən çıxılır
Fiziki şəxsin fərdi istehlakla və ya əmək haqqının alınması ilə bağlı olan xərcləri gəlirdən hansı qaydada çıxılır?
gəlirdən çıxılmır
yalınız normadan artıq olan hissəsi gəlirdən çıxılır
vergi ödəyicisinin müəyyən etdiyi qaydada gəlirdən çıxılır
ümumi gəlirdəki xüsusi çəkisinə uyğun olaraq gəlirdən çıxılır
ümumi qaydada gəlirdən çıxılır
Faktiki ezamiyyə xərclərinin normadan artıq olan hissəsi gəlirdən hansı qaydada çıxılır?
vergi ödəyicisinin müəyyən etdiyi qaydada gəlirdən çıxılır
gəlirdən çıxılmır
normadan artıq xərclərin 20 faizi çıxılır
normadan artıq xərclərin 50 faizi çıxılır
gəlirdən qismən çıxılır
Binalar, tikintilər və qurğular üçün illik amortizasiya normasının yuxarı həddi neçə faizdir?
20 faiz
7 faiz
5 faiz
6 faiz
25 faiz
yüksək texnologiyalar məhsulu olan hesablama texnikası üçün illik amortizasiya normasının yuxarı həddi neçə faizdir?
0 faiz
20 faiz
25 faiz
7 faiz
amortizasiya olunmur
Geoloji-kəşfiyyat işlərinə və təbii ehtiyatların hasilatına hazırlıq işlərinə çəkilən xərclər üçün amortizasiya normasının yuxarı həddi neçə faizdir?
7 faiz
0 faiz
25 faiz
20 faiz
amortizasiya olunmur
Təmirlə bağlı xərclər gəlirdən hansı qaydada çıxılır?
təmir xərclərinin 50 faizi gəlirdən çıxılır
vergi ödəyicisinin müəyyən etdiyi qaydada gəlirdən çıxılır
təmir xərclərinin qanunvericiliklə müəyyən edilmiş normadan artıq olmayan hissəsi gəlirdən çıxılır
heç bir hədd qoyulmadan gəlirdən çıxılır
təmir xərcləri gəlirdən çıxılmır
investisiya təşviqi sənədini almış hüquqi şəxsin həmin sənədi aldığı tarixdən əldə etdiyi mənfəətin neçə faizi 7 il müddətinə vergidən azaddır?
50 faizi
100 faizi
60 faizi
70 faizi
55 faizi
Hər il üçün gəlirdən çıxılmalı olan təmir xərclərinin məbləği nəqliyyat vasitələrinin ilin sonuna qalıq dəyərinin neçə faizini təşkil edir?
4 faizini
5 faizini
10 faizini
15 faizini
20 faizini
Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan hüquqi şəxslərin dividend gəlirləri hansı qaydada vergidən azad edilir?
30 faizi azad edilir
35 faizi azad edilir
25 faizi azad edilir
15 faizi azad edilir
vergi ödəməkdən azaddır
Azərbaycan Respublikasında mənfəət vergisinin ödəyicilərini göstərin:
rezident fiziki, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə etməyən qeyri-kommersiya təşkilatları
rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətini həyata keçirməyən qeyri-kommersiya təşkilatları və fərdi sahibkarlar
rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə etməyən xeyriyyə təşkilatları, və qeyri-kommersiya təşkilatları
sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları
rezident və qeyri-rezident fiziki və hüquqi şəxslər, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə etməyən xeyriyyə təşkilatları
Qurğular üzrə təmir xərclərinin məhdudlaşdırılan həddi neçə faizdir?
2 faiz
5 faiz
5 faiz
3 faiz
4 faiz
