wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Dizayn esaslari 200-250 UNEC 2022-2023

Total questions: 50

Worksheet time: 25mins

Name
Class
Date
1.

Hansı rəsmlərin təsviri Art-Deko üslubunda hazırlanmış daxili dekorlu qalındivarlı güldanlar, ətir şüşələri, səhənglər üçün səciyyəvi idi?

a)

təbiət rəsmlərinin

b)

abstrakt rəsmlərin

c)

mifoloji rəsmlərin

d)

kosmik rəsmlərin

e)

fantastik rəsmlərin

2.

Art-Deko üslublu keramika məmulatları nə ilə dekorlanırdı?

a)

fantastik məxluqların təsvirləri ilə

b)

həndəsi ornament, çöl bitkiləri və heyvanların təsvirləri ilə

c)

incil süjetləri və mifoloji süjetlər ilə

d)

heraldik təsvirlər ilə

e)

qorxunc bədheybətlərin təsvirləri ilə

3.

Art-Deko üslublu keramika məmulatları hansı rəngli naxışlarla bəzədilirdi?

a)

çəhrayı, firuzəyi rəngli

b)

şux sarı, narıncı, qırmızı və göy rəngli

c)

ağ, qara rəngli

d)

yaşıl, qəhvəyi rəngli

e)

qırmızı-qəhvəyi, çəhrayı rəngli

4.

Art-Deko üslublu keramika məmulatları nə ilə seçilirdi?

a)

heraldik rəsmləri və üslublaşdırılmış palıd yarpaqları ilə

b)

qeyri-adi həndəsi quruluşları ilə

c)

düzgün olmayan forması ilə

d)

ekssentrik forması ilə

e)

kiçik miqyaslı və təkrarlanan naxışlarla

5.

Art-Deko üslublu mebelin hazırlanması zamanı hansı bahalı materiallardan istifadə edilirdi?

a)

qara ağac, qızıl suyuna salınmış tunc

b)

fil sümüyü, ilan və akula dərisi

c)

ağacın açıq rəngli növləri

d)

faner

e)

palisandr (fransız çəhrayı ağacı), atlaz, tünd-qırmızı zanbaq ağacı

6.

Art-Deko üslublu mebel nə ilə seçilirdi?

a)

milli nümunələrin və ağır möhkəm formaların, yaxud rəmzi tematikalı (mövzulu) dekorativ oymalar ilə

b)

klassik proporsiyalara riayət etməsi ilə, incə zövq, ekzotik ağac növlərindən , inkrustasiyada bahalı materiallardan istifadə etməsi ilə

c)

mebelin formalarının əyilmiş və dalğavari formalara meyilli olması ilə

d)

inkrustasiya edilməməsi, oyma, rəsm və qızıllama ilə bəzədilməsi ilə

e)

dəqiq düzbucaqlı forması və zərif metal çərçivəsi ilə

7.

Hansı ölkə Art-Deko dövrünün mebel istehsalında lider mövqe tuturdu?

a)

Almaniya

b)

ABŞ

c)

Fransa

d)

İspaniya

e)

İtaliya

8.

Hansı ölkələrin ayinləri Art-Deko dizaynına təsir göstərmişdir?

a)

Saxara səhrasından aşağıda yaşayan Afrika xalqlarının mədəniyyəti

b)

Klassik Yunanıstan və Roma ayinləri

c)

Rusiya ayinləri

d)

Qədim Mesopotamiyanın və Mayya qəbiləsinin pilləli piramidaları

e)

Çin və Yaponiya ayinləri

9.

Hansı xalqların mədəniyyəti fransız Art-deko dizaynına təsir etdi?

a)

Çin və Yaponiya ayinləri

b)

Saxara səhrasından aşağıda yaşayan Afrika xalqlarının mədəniyyəti

c)

Qədim Mesopotamiyanın və Mayya qəbiləsinin pilləli piramidaları

d)

Klassik Yunanıstan və Roma ayinləri

e)

Rusiya ayinləri

10.

1920-1930-cu illərin ABŞ göydələnlərində nə öz əksini tapdı?

a)

Klassik Yunanıstan və Roma ayinləri

b)

Qədim Mesopotamiyanın və Mayya qəbiləsinin pilləli piramidaları

c)

Çin və Yaponiya ayinləri

d)

Rusiya ayinləri

e)

Saxara səhrasından aşağıda yaşayan Afrika xalqlarının mədəniyyəti

11.

Rəssamlığın hansı üslubu Art-Dekoya güclü təsir göstərmişdir?

a)

dəzgah

b)

avanqard

c)

dekorativ

d)

miniatür

e)

monumental

12.

Art-Deko üslubu harada yaradılmışdır?

a)

Londonda

b)

Parisdə

c)

Milanda

d)

Moskvada

e)

Madriddə

13.

Müasir moderndə müşahidə edilən ən geniş yayılmış elementlərdən biri nədir?

a)

abstrakt rəsm

b)

həndəsi rəsm

c)

çiçəkli print

d)

animalistik printlər

e)

nəbati naxışlar

14.

Hansı görkəmli kuturye (yüksək dərəcəli modelyer) incəsənətdə modernizmlə maraqlanır və impressionistlərin rəsmlərini kolleksiya edirdi?

a)

Çarlz Vort

b)

Pol Puare

c)

Kristian Dior

d)

Elza Skiaparelli

e)

Jak Duse

15.

Modernizm üslubunda parçaların hazırlanması zamanı hansı metoddan istifadə edilirdi?

a)

batika

b)

trafaret çap metodu

c)

vitraj

d)

manerizm

e)

marketri

16.

Modernizm üslubunda metal məmulatlar necə forma almağa başlayır?

a)

oval

b)

bucaqlı

c)

mürəkkəb

d)

simmetrik

e)

sadə

17.

Modernizmin eklektikasına hansı texniki nailiyyətlər təsir göstərmişdir?

a)

süni materialların yaradılması

b)

elektrik, telefon, minik avtomobili, səma uçuşları

c)

daxili yanma mühərrikinin meydana gəlməsi

d)

kinematoqrafın yaradılması

e)

ilk mexaniki saatların meydana gəlməsi

18.

Erkən modernizm dövründə xalçalar və parçalar arasında üslubların hansı müxəlifliyi mövcud idi?

a)

Amerika hindularının naxışları

b)

parlaq çiçəkli və abstrakt təsvirlər

c)

fantastik rəsmlər

d)

həndəsi rəsmlər

e)

naturalistik motivlər, hind xüsusiyyətləri

19.

Erkən modernizm harada yaranmışdır?

a)

İngiltərədə

b)

Fransada

c)

İspaniyada

d)

İtaliyada

e)

Almaniyada

20.

Andre Kurrej 1964-cü ildə nümayiş etdirdiyi "Kosmik era" adlı yeni kolleksiyasında hansı parçalardan istifadə etmişdir?

a)

vinil və sintetik parçalar

b)

zərxara və məxmər parçalar

c)

bez və ipək parçalar

d)

yun və ipək parçalar

e)

yun və drap parçala

21.

1960-cı illərdə dizayner Meri Kuantın təklif etdiyi üslubu necə adlandırırdılar?

a)

folklor üslub

b)

“Lolita üslubu”

c)

kosmik üslub

d)

“edvardian üslubu”

e)

romantik üslub

22.

Hansı dizayner 1962-ci ildə uzunluğu mini olan geyim kolleksiyasını nümayiş etdirdi?

a)

Pol Puare

b)

Meri Kuant

c)

Kristian Dior

d)

Elza Skiaparelli

e)

Pyer Karden

23.

60-cı illərin ən qalmaqallı geyimi – mini-ətək – harada meydana gəldi?

a)

Parisdə

b)

Londonda

c)

Madriddə

d)

Berlində

e)

Stokholmda

24.

1960-cı illərdə “Mod”ların submədəniyyətini dəstəkləyən gənc qızlar nə geyinirdilər?

a)

zolaqlı print, dənizçi yaxalıqları, qısa qatlama ətəklər

b)

şalvarlar, kişi köynəkləri, yastı altlığı olan ayaqqabılar

c)

enli biçimli uzun donlar

d)

müxtəlif ponçolar, enli dərin olmayan şlyapalar, çiyin yaylıqları və enli ətəklər

e)

bir-birinə uyğunlaşmayan elementlər, qarışıq, standart olmayan detallar və hətta cəlbedici rəng çalarlarından istifadə edilərək hazırlanmış qeyri-adi geyimlər

25.

1962-ci ildə “Mod” üslubunun davamçısı hansı əfsanəvi musiqi qrupu oldu?

a)

“Rollinq Stouns”

b)

“Bitlz” (“Beatles”)

c)

“Krem”

d)

“Manfred Menn”

e)

“Zombi”

26.

Hansı kuturye 1950-ci illərin sonlarında kişi dəbində “neoedvardian” üslubunu məşhurlaşdırmışdır?

a)

Pol Puare

b)

Pyer Karden

c)

Kristian Dior

d)

Elza Skiaparelli

e)

Çarlz Vort

27.

50-ci illərin sonunda olduqca məşhur olan “Teddi boyz” hansı üslubun davamçıları idilər?

a)

“neoedvardian üslubu”nun

b)

“edvardian üslubu”nun

c)

kosmik üslubun

d)

folklor üslubun

e)

“Lolita üslubu”nun

28.

Londonda “Mod” adlı yeni submədəniyyət nə zaman meydana gəldi?

a)

1910-cu illərin əvvəlində

b)

1950-ci illərin sonunda

c)

1940-cı illərdə

d)

1960-cı illərin əvvəlində

e)

1930-cu illərin əvvəlində

29.

Londonda yerləşən və dünyanın ən dəbli küçələrinə çevrilmiş hansı küçələrdə gənclər üçün alternativ mağazalar açılmağa başladı?

a)

Laym-strit

b)

Kinqs-Roud və Karnabi-strit

c)

Ebbi-Roud

d)

Lombard-strit və Ebbi-Roud

e)

Holborn və Laym-strit

30.

Dünya dəb paytaxtı Parisdən Londona nə zaman köçdü?

a)

1940-cı illərdə

b)

1910-cu illərin əvvəlində

c)

1960-cı illərin əvvəlində

d)

1930-cu illərin əvvəlində

e)

1920-ci illərin sonunda

31.

Hansı jurnalın 15 aprel 1966-cı il buraxılışının sayəsində Londonu “Svinq şəhər” adlandırmağa başladılar?

a)

“Car”

b)

“Time”

c)

“Lucifer”

d)

“EG”

e)

“BBC Fokus”

32.

Hansı şəhər dizaynerlərin yalnız gənclər üçün geyim yaratmağa başladığı birinci şəhər idi?

a)

Paris

b)

London

c)

Madrid

d)

Berlin

e)

Stokholm

33.

Dəb aləmində bir yenilik olan “gənc dəbi” anlayışı hələ nə zaman meydana gəlmişdir?

a)

1940-ci illərdə

b)

1950-ci illərdə

c)

1920-ci illərdə

d)

1910-ci illərdə

e)

1930-ci illərdə

34.

1960-cı illərin moda dizaynına nə təsir göstərirdi?

a)

küçə yarışı

b)

kosmik yarış

c)

dairəvi yarış

d)

xizək yarışı

e)

qrup yarışı

35.

1960-cı illərdə dizaynerlər metal məmulatların istehsalında hansı metala üstünlük verirdilər?

a)

gümüşə, misə

b)

paslanmayan polada

c)

xroma, qalaya

d)

qurğuşuna

e)

sinkə

36.

Nə zaman şüşə dizaynı daha da təbiiləşmiş, siluetlər sadə və açıq-aşkar funksionallaşmışdır?

a)

İkinci Dünya müharibəsinə qədər

b)

İkinci Dünya müharibəsindən sonra

c)

Birinci Dünya müharibəsinə qədər

d)

1935-ci ildə

e)

Birinci Dünya müharibəsindən sonra

37.

1960-cı illərdə keramika sahəsində nəyə xüsusi olaraq diqqət yetirilirdi?

a)

üsluba, forma və motivlərə

b)

rəng ahəngi (qamması), cəsur modellərə və dekorativ qrafikaya

c)

xırda həcmli və təkrarlanan naxışlara

d)

forma və motivlərə

e)

təkrarlanan naxışlara

38.

1960-cı illərin dizaynerləri hansı yeni mebel formalarını yaratdılar?

a)

yazı masası

b)

büro

c)

“x” formalı ayaqları olan masalar

d)

marketri ilə bəzədilmiş səkkiz ayaqlı masa

e)

balıqqulağı şəklində faner stul və açılıb-bükülən dəri stul

39.

1960-cı illərin dizaynının səciyyəvi xüsusiyyəti nədir?

a)

stilistik vahidliyi

b)

istehsal incəsənətində təbii formaların istifadəsi

c)

sənaye proseslərinin istifadəsi

d)

üslubların, formaların günü-gündən artan fərqi

e)

tarixi keçmişlə əlaqənin olmaması

40.

Göstərilən nümunə hansı üsluba aiddir?

a)

klassik

b)

militari

c)

derbi

d)

hippi

e)

idman

41.

Hansı dizayner postmodernizm üslublu geyimin innovasiyalı dizaynerlərdən biridir?

a)

Ettore Sotsasa

b)

Maykl Qreyvz

c)

Robert Venturi

d)

İssey Miyake

e)

Alessandro Mendini

42.

Postmodernizm üslubuna aid parça və xalçalarda hansı motivlər üstünlük təşkil edir?

a)

naturalistik motivlər, hindlərə məxsus xüsusiyyətlər

b)

qotik və memarlıq motivləri

c)

Qədim Yunan və Qədim Roma motivləri

d)

etnik, qrafiti, kolajları xatırladan təsvirlər, animasiya qəhrəmanlarının kobud rəsmləri

e)

şərq motivləri

43.

Hansı dizayner 1986-cı ildə postmodernizm üslublu “Konus” stulları yaratmışdır?

a)

Robert Ventur

b)

Maykl Qreyvz

c)

Ettore Sotsasa

d)

Alessandro Mendini

e)

Ron Arad

44.

Postmodernizm üslubunda fəaliyyət göstərən hansı dizayner öz işlərində ziddiyyətli əşyaları birləşdirmişdir?

a)

Ettore Sotsasa

b)

Robert Venturi

c)

Ron Arad

d)

Alessandro Mendini

e)

Maykl Qreyvz

45.

Postmodernizm özünü hansı incəsənət növündə daha ifadəli şəkildə göstərdi?

a)

rəssamlıqda

b)

qrafikada

c)

dekorativ-tətbiqi incəsənətdə

d)

heykəltəraşlıqda

e)

memarlıqda

46.

Postmodernist dizaynın tarixi çox zaman hansı italyan dizaynerlərin məhsulları ilə əlaqələndirilir?

a)

Franko Moskino və Valentino

b)

Emilio Puççi və Corcio Armani

c)

Salvator Ferraqamo və Emilio Puççi

d)

Missoni və Corcio Armani

e)

Ettore Sotsasa və Alessandro Mendini

47.

Postmodernist dizaynın tarixi çox zaman hansı amerikalı memar dizaynerlərin məhsulları ilə əlaqələndirilir?

a)

Frenk Geri və Valter Qropius

b)

Kelvin Klayn və Valter Qropius

c)

Mark Ceykobs və Betsi Conson

d)

Robert Venturi və Maykl Qreyz

e)

Kennet Ceyn Leyn və Tom Ford

48.

Neçənci ildə Londonda ilk dəfə olaraq “hippi dəbi”nin nümayişi keçirildi?

a)

1932-ci ildə

b)

1967-ci ildə

c)

1984-ci ildə

d)

1938-ci ildə

e)

1948-ci ildə

49.

1965-ci ildə İv Sen - Loran hansı rəssamın şəkillərinin motivləri əsasında yaradılmış dekoru iri rəngli damalar şəklində olan məşhur donlarını nümayiş etdirdi?

a)

Voytseh Babski

b)

Piter Mondrianın

c)

Alkasandr Balos

d)

Aurelio Bruni

e)

Uorren Çanq

50.

1960-cı illərdə modelyer Mark Boanın rəhbərlik etdiyi "Dior Moda Evi" müştərilərə necə geyim təklif edirdi?

a)

mükəmməl tikilmiş şalvarlı kostyumlar, a-obrazlı paltolar, rəngarəng mini donlar, damalı kostyumlar

b)

parlaq rənglərdən həndəsi dekoru olan şalvar ansamblları, üzərində çiçəklər və abstrakt rəsmlər olan mini donlar, pastel çalarlı lakonik kostyumlar

c)

bir-birinə uyğunlaşmayan elementlər, qarışıq, standart olmayan detallar və hətta cəlbedici rəng çalarlarından istifadə edilərək hazırlanmış qeyri-adi geyimlər

d)

smokinqlər və jaketlər, enli şlyapalar, boyun yaylıqları və geniş şalvarlar

e)

yaxalıqsız qısa jaketli kostyumlar, ağ köynəklər, eleqant qalstuklar, düz yaxalıqlı “Neru” jaketlər, dar şalvarlar