wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Ümumi mikrobiologiya 7

Total questions: 21

Worksheet time: 11mins

Name
Class
Date
1.

Mikroorqanizmlərin qidalanmasını, tənəffüsünü, inkişafını, çoxalmasını və s. məsələləri mikrobiologiyanın hansı sahəsi öyrənir?

a)

morfologiya

b)

ekologiya

c)

fiziologiya

d)

histologiya

2.

Ana hüceyrənin iki bərabər hissəyə bölünməsi necə adlanır?

a)

heteromorf bölünmə

b)

sporlarla çoxalma

c)

izomorf bölünmə

d)

cinsi çoxalma

3.

Hüceyrənin iki qeyri-bərabər hissəyə bölünməsi necə adlanır?

a)

izomorf bölünmə

b)

sporlarla çoxalma

c)

heteromorf bölünmə

d)

transformasiya

4.

Maya göbələyi necə çoxalır?

a)

turmurcuqlanma ilə

b)

sporlarla

c)

cinsi yolla 

d)

çoxalmır

5.

Aktinomisetlər necə çoxalır?

a)

turmurcuqlanma ilə

b)

sporlarla

c)

cinsi yolla 

d)

çoxalmır

6.

Hansı çoxalma fazasında hüceyrələrdə fermentlər, nuklein turşuları və zülallar sizntez olunur, hüceyrələr bölünmür, mühitə uyğunlaşır.

a)

stasionar çoxalma fazasında

b)

embrional inkişaf fazasında

c)

eksponensial fazada

d)

tələf olma fazasında 

7.

Hansı çoxalma fazasında qida maddələrinin sərf olunub azalması və ifrazat məhsullarının əmələ gəlməsi hüceyrələrin bölünməsinə mənfi təsir göstərir?

a)

tələf olma fazasısında

b)

stasionar çoxalma fazasında

c)

embrional inkişaf fazasında

d)

eksponensial fazada

8.

Hansı çoxalma fazasında tələf olan hüceyrələrin miqdarı bölünən hüceyrələrdən artıq olur?

a)

embrional inkişaf fazasında

b)

eksponensial fazada

c)

stasionar çoxalma fazasında

d)

tələf olma fazasıında

9.

Xarici mühitdən daxil olan maddələrin hesabına bakteriya hüceyrəsinin komponentlərinin (maddələrinin) biosintezi necə adlanır?

a)

anabolizm

b)

katabolizm 

c)

pasterizasiya

d)

tindalizasiya

10.

Mürəkkəb maddələrin sadə birləşmələrə parşalanması (oksidləşməsi) və enerjinin ayrılması prosesi necə adlanır?

a)

katabolizm 

b)

anabolizm

c)

paserizasiya

d)

tindalizasiya

11.

Günəş enerjisindən istifadə edən mikroorqanizmlər necə adlanırlar?

a)

xemotroflar

b)

fototroflar

c)

litotroflar

d)

orqanotroflar

12.

Yeganə enerji və karbon mənbəyi kimi karbon qazından istifadə edərək üzvi maddələr sintez edən  mikroorqanizmlər necə adlanırlar?

a)

heterotroflar

b)

termofillər

c)

autotroflar

d)

halofillər

13.

Saprofitlər hansı orqanizmlərdir?

a)

ölmüş  orqanizmlərin hazır üzvi birləşmələri ilə qidalan orqanizmlər

b)

canlı hüceyrənin üzvi maddəsi sayəsində yaşayıb çoxalan orqanizmlər

c)

oksigensiz mühitdə yaşayan orqanizmlər

d)

isti sevən orqanizmlər

14.

Fakultativ anaeroblar hansı orqanizmlərdir?

a)

yalnız molekulyar oksigenli şəraitdə yaşayanlar

b)

yalnız molekulyar oksigensiz mühitdə yaşayanlar

c)

həm molekulyar oksigenli və həm də oksigensiz şəraitdə yaşayanlar

d)

isti sevən orqanizmlər

15.

Obliqa aeroblar hansı orqanizmlərdir?

a)

yalnız molekulyar oksigensiz mühitdə yaşayanlar

b)

yalnız molekulyar oksigenli şəraitdə yaşayanlar

c)

həm molekulyar oksigenli və həm də oksigensiz şəraitdə yaşayanlar

d)

isti sevən orqanizmlər

16.

Öz inkişafı üçün nisbətən az oksigen tələb edən, molekulyar oksigen çox olduqda tələf olmasa da inkişafdan qalan mikroorqanizmlər necə adlanırlar?

a)

mikroerofillər

b)

obliqat aeroblar  

c)

obliqat anaeroblar 

d)

mezofillər

17.

Kimyəvi reaksiyada əmələ gələn enerjidən istifadə edən mikroorqanizmlər necə adlanırlar?

a)

fototroflar

b)

litotroflar

c)

xemotroflar

d)

orqanotroflar

18.

Üzvi maddələri mənimsəyən mikroorqanizmlər necə adlanırlar?

a)

litotroflar

b)

fototroflar

c)

xemotroflar

d)

orqanotroflar

19.

Autotrof qidalanmada CO2-dən, heterotrof qidalanmada isə üzvi maddələrdən istifadə edən mikroorqanizmlər necə adlanırlar?

a)

litotroflar

b)

miksotroflar

c)

orqanotroflar

d)

fototroflar

20.

Enerjini qeyri-üzvi maddələrdən alan xemotroflar necə adlanırlar?

a)

xemoorqanotroflar

b)

xemolitotroflar 

c)

fotoorqanotroflar

d)

fototlitotroflar

21.

Karbon mənbəyi kimi CO2-dən istifadə edən fototroflar necə adlanırlar?

a)

fotoorqanotroflar

b)

xemoorqanotroflar

c)

fototlitotroflar

d)

xemolitotroflar