wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Turizmdə otel təsərrrüfatı

Total questions: 25

Worksheet time: 25mins

Name
Class
Date
1.

Turizm müəssisələrinin ticarətə istiqamətlənməsi:

a)

Turizm və sosial-mədəni servis biznesinin yaranmasına, eləcə də suvenirlərin və turist təyinatlı məhsulların istehsalı üzrə ixtisaslaşmış sahənin əmələ gəlməsinə şərait yaradır

b)

Turizm və sosial-mədəni servis biznesinin yaranmasına, eləcə də suvenirlərin və turist təyinatlı məhsulların istehsalı üzrə ixtisaslaşmış sahənin əmələ gəlməsinə şərait yaratmır

c)

Oteldə münasib avadanlıqların olması və müxtəlif çeşidli yüksək səviyyəli xidmət, nömrələrin rahatlığı və təmizliyinə şərait yaradır

d)

Turizmin sosial rolunu artırır

2.

Turizm sahəsi:

a)

Turizm bazarında realizə olunan əmtəə və ya xidmətləri istehsal edən müəssisələri birləşdirən ictimai istehsal sahəsidir

b)

Turizm bazarında realizə olunan əmtəə və ya xidmətləri istehsal edən müəssisələri birləşdirən şəxsi istehsal sahəsidir

c)

Turizm bazarında realizə olunan əmtəə və ya xidmətləri istehlak edən müəssisələri birləşdirən şəxsi istehsal sahəsidir

d)

Turizm bazarında realizə olunan xidmətləri istehsal edən müəssisələri birləşdirən ictimai istehsal sahəsidir

3.

Müasir dövrdə otellərin yenilənməsi, onların texniki və komfort standartlarının təkmilləşdirilməsi üçün görülən hər bir iş xidməti personalın bacarığı ilə üst-üstə düşdükdə çəkilən xərclər nə vaxt geri qaytarıla bilir?

a)

Bir neçə mövsümdə

b)

Bir neçə aya

c)

5 il ərzində

d)

uzun müddətdə

4.

İcraçı istehlakçıya yerləşmə xidmətlərini göstərərkən öhdəliklərdən hansı səhvdir?

a)

tapılan əşyaların gizlədilib saxlanması

b)

gün ərzində otelə gələnlərin və oteldən gedənlərin qeydiyyatını təmin etmək

c)

təqdim olunan xidmətlərin keyfiyyətinin, müqavilədə göstərilən şərtlərə uyğunluğunu təmin etmək

d)

otelin maddi-texniki təminatının və xidmətlərin keyfiyyətinin ona verilən dərəcəyə uyğun olmasını təmin etmək

5.

Təşkilat vasitələrinin və infrastukturunun inkişafı:

a)

bunlar nadir turizm ehtiyatlarını daha əlverişli olmağa, turizm fəaliyyətinin isə daha komfortlu olmasına imkan yaradırlar.

b)

turizmdə telekommunikasiya sistemlərində və informasiya texnologiyalarında tətbiq edilən “public relations” təkcə reklamı inkişaf etdirməyə deyil, həm də millionlarla turistlərə rahat və sürətli xidmət göstərmək imkanı yaradır.

c)

burada turizm birincilik mövqeyi tutur, o, yüksək səmərəlilik nəticəsində sürətlə artan turist tələbatını ödəmək qabiliyyətinə malikdir.

d)

turizm bazarında realizə olunan əmtəə və ya xidmətləri istehsal edən müəssisələri birləşdirən ictimai istehsal sahəsidir.

6.

K.Marksın “Kapital” əsərinin birinci cildində verilmiş tərifə görə xidmət: 

a)

İstehlak dəyərinin və ya əmtəənin ya da əməyin faydalı işidir

b)

Xidmət istehsalı maddi formada əmtəə ilə həm əlaqəli ola bilər, həm də ola bilməz

c)

Məqsədyönlü istehsal fəaliyyətidir, onun nəticəsi insanın müəyyən tələbatlarının ödənilməsində ifadə olunur

d)

Xidmət - bir tərəfin başqasına təklif edə biləcəyi hər hansı bir duyulmayan tədbir və ya mənfəətdir

7.

Servis sənayesinə aid deyil:

a)

Tikinti servis

b)

Nəqliyyat-kommunikasiya servisi

c)

İnformasiya servisi

d)

Texniki servis

8.

Otel müəssisəsində çalışan personalın fəaliyyətinin və müştərilərə göstərilən xidmət səviyyəsinin qiymətləndirilməsi üçün meyarlar necə müəyyən olunur?

a)

Standartlarla

b)

Bacarıqla

c)

Kəmiyyətlə

d)

Keyfiyyətlə

9.

Müştərilərin tipik şikayətlərindən deyil: 

a)

Səs səviyyəsinin aşağı olması

b)

Yüksək qiymətlər

c)

Nömrənin əvvəlcədən sifarişi üzrə öhdəliklərin həyata keçirilməməsi

d)

Nömrənin yaşama üçün hazır olmaması

10.

VİP müştərilərin birinci kateqoriyasına aiddir:

a)

Prezidentlər, nazirlər, yüksək səviyyəli diplomatlar, şou-biznes aləmindən məşhur adamlar

b)

Akademiklər, alimlər, yüksək səviyyəli diplomatlar, şou-biznes aləmindən məşhur adamlar

c)

Prezidentlər, psixoloqlar, yüksək səviyyəli sənətkarlar, şou-biznes aləmindən məşhur adamlar

d)

Prezidentlər, nazirlər, yüksək səviyyəli ustalar, şou-biznes aləmindən məşhur adamlar

11.

Genişləndirilmişdən fərqli olaraq, o qonaqların cəlb olunması və qorunub saxlanması perspektivində əldə olunan və potensial reallaşdırılan xidmətləri əhatə edir. 

a)

Potensial məhsul

b)

Gözlənilən məhsul

c)

ideyası olan məhsul

d)

təkmilləşdirilmiş məhsul

12.

Qonağı qəbul edən bölmənin əməkdaşı:

a)

Bronu dəqiqləşdirməli və anketi təqdim etməlidir

b)

Nömrənin pulunu almalıdır

c)

Nömrə haqda məlumatkartı verməlidir

d)

Müştəriyə hesab təqdim etməlidir

13.

Vizalar bu tipdə olmur: 

a)

Ömürlük

b)

Turist 

c)

Tranzit

d)

Çoxdəfəlik

14.

Mehmanxanaya daxil olan qonağı ilk qarşılayan işçi:

a)

Şvesar (doorman)

b)

Yükdaşıyan

c)

Liftçi

d)

Mərtəbə xidmətçisi

15.

Müəssisənin müəyyən bir zaman daxilində (gün, həftə, ay, il və s.) cəmi satılan otaq sayının, cəmi satılıq otaq sayına bölünməsiylə ortaya çıxan nəticədir:

a)

doluluq nisbəti (occupancy rate)

b)

bronlaşdırma cədvəli

c)

bronlaşdırma siyahısı

d)

Orta otaq qiyməti

16.

Mətbuat qəbulu nədir?

a)

Jurnalistlərlə görüşdə müəyyən olunmuş proqram üzrə sualların müzakirəsi, təqdimatların keçirilməsi, audio və video məlumatların nümayişləri

b)

Jurnalistlərlə görüşdə sualların verilməsi, təqdimatların keçirilməsi, şəxsi məlumatların nümayişləri

c)

Jurnalistlərlə görüşdə ümumi sualların müzakirəsi, təqdimatların keçirilməsi, video məlumatların nümayişləri

d)

Jurnalistlərlə görüşdə müəyyən olunmuş proqram üzrə tədbirlərin müzakirəsi, təqdimatların keçirilməsi, məhsulların nümayişi

17.

Xarici PR nədir?

a)

KİV-lə münasibətin qurulması

b)

Rəhbərlik və işçilər arasındakı münasibətlərdə inam və qarşılıqlı anlaşma yaratmaq

c)

PR – tədbirlərinin planlaşdırılma və aparılmasında işçilərin iştirakı;

d)

Müəssisə barədə işçilər arasında sorğu keçirmək, onların rəylərinin qiymətləndirilmə və araşdırılması

18.

Neçə nömrədən biri əlil üçün təchiz olunmalıdır?

a)

Hər 50-100 adi nömrənin biri

b)

Hər 20-30 adi nömrənin biri

c)

Hər 10-20 adi nömrənin biri

d)

Hər 30-50 adi nömrənin biri

19.

Bəzən bir müştəri iki nəfərlik nömrəyə yerləşdirilir. Bu zaman bir çarpayı və əlavə çarpayının 25%-nin pulunu ödəməli olur. Bu üsul necə adlanır?

a)

Double for, single use

b)

De luxe 

c)

Triple

d)

Double twin

20.

Təhlükəsizlik məsələlərini, xüsusən terror təhlükəsini aradan qaldırmaq üçün mehmanxana hansı vasitələrdən istifadə etməlidir? 

a)

Texniki, metodiki, təşkilati və digər üsulları işləyib hazırlamalıdır

b)

Elmi, metodiki, təşkilati və idarəçilik üsulları işləyib hazırlamalıdır

c)

Texniki, metodiki, siyasi və iqtisadi üsulları işləyib hazırlamalıdır

d)

Texniki, metodiki, iqtisadi və sosial üsulları işləyib hazırlamalıdır

21.

Oteldə yaşayan insanların evakuasiyası (təxliyəsi) zamanı növbətçi personalın fəaliyyətinə aid deyil:

a)

Mehmanxana əməkdaşları yanğının söndürülməsində birbaşa iştirak edə bilərlər

b)

Mehmanxana əməkdaşları yanğının söndürülməsində onların təhlükəsizliyi üçün qorxu yoxdursa iştirak edə bilərlər

c)

Evakuasiya (təxliyə) olmağa imkan tapmamış insanların yaxın yollarla oteldən çıxarılmasına yardım etmək 

d)

Evakuasiya (təxliyə) olmağa imkan tapmamış insanların yaxın yollarla oteldən çıxarılmasına yardım etmək 

22.

Müəyyən müddət ərzində (3 ildə bir dəfədən çox olmayaraq) personalın fəaliyyətinin qiymətləndirilməsi:

a)

Attestasiya

b)

Akreditasiya

c)

Monitorinq

d)

Differensasiya

23.

Qonaqpərvərlik sahəsində yeni əməkdaşların təlimi aşağıdakıları tələb edir. Hansı bura daxil deyil?

a)

Qonaqlara yüksək səviyyədə xidmət göstərməlidir 

b)

Qonaqpərvərlik standartlarına cavab verən təcrübi məşğələlər aparılmalıdır

c)

Mövcud peşəkar standartlara uyğun vərdişlər məşq edilməlidir

d)

Vəzifə təlimatına uyğun təcrübə keçməlidir

24.

Personal üçün pozitiv stimula aiddir:

a)

Təşəkkür, pul mükafatı, vəzifədə inkişaf

b)

Əməkdaşa keyfiyyətsiz işinə görə töhmət

c)

Mükafatdan məhrum etmə

d)

İşçini aşağı vəzifəyə keçirmək, işdən azad etmək

25.

Rotasiya nədir?

a)

Əməkdaşın müəssisə daxilində bir iş yerindən müvəqqəti olaraq digər iş yerinə keçirilməsi, personalın təlimində bir üsuldur. 

b)

İnstrumental təlim vasitəsi ilə personalda vərdiş, bacarıq, özünü təşkilatlanmaq (məsələn, ofisiantlara servis vərdişini öyrədir) həyata keçirir

c)

Vərdişlərin formalaşmasına yönəlmiş aktiv təlimdir

d)

Mehmanxananın inzibati-idarəedici personalının tələbələrə oteldə təcrübə keçdiyi müddət