wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Ekokimya 1

Total questions: 50

Worksheet time: 1hrs 14mins

Name
Class
Date
1.

Ekoloji kimyanın məqsədi ətraf mühitin ......... tərkibinin dəyişməsini və bu dəyişmələrin mümkün ekoloji fəsadlarını proqnozlaşdırmaqdır.

a)

fiziki

b)

fəza

c)

kimyəvi

d)

kosmik

2.

Ekoloji kimyanın məqsədi ətraf mühitin ....... tərkibinin dəyişməsini və bu dəyişmələrin mümkün ekoloji fəsadlarını proqnozlaşdırmaqdır.

a)

bioloji

b)

fiziki

c)

maddi

d)

kimyəvi

3.

Şəkildə ekoloji kimyaya tolerantlıq qanunu daxil edən hansı alim göstərilmişdir.

a)

Albert İohan Enşteyn

b)

Jozef Kristi Braun

c)

Mixayıl Vladimiroviç Sergeyev

d)

Viktor Ernest Şelford

4.

Yaşayış və qida mühitini mühafizə etmək üçün hansı önləmlər alınmalıdır?

a)

Enerji- və resursqoruyucu texnologiyaların işlənilməsi

b)

Qoruyucu texnologiyaların işlənilməsi

c)

Enerji- və resursqoruyucu texnologiyaların işlənilməməsi

d)

Turizmin məhdudlaşdırılması

5.

Yaşayış və qida mühitini mühafizə etmək üçün hansı önləmlər alınmalıdır?

a)

Atmosferə atılan qazların və su hövzələrinə axıdılan tullantı suların minimuma, mümkün qədər çoxaldılması

b)

Atmosferə atılan qazların və su hövzələrinə axıdılan tullantı suların minimuma, mümkün qədər yox dərəcəsinə endirilməsi

c)

Litosferə atılan qazların və su hövzələrinə axıdılan tullantı suların minimuma, mümkün qədər yox dərəcəsinə endirilməsi

d)

Litosferə atılan qazların və su hövzələrinə axıdılan tullantı suların minimuma, mümkün qədər yox dərəcəsinə endirilməsi

6.

Yaşayış və qida mühitini mühafizə etmək üçün hansı önləmlər alınmalıdır?

a)

Həşəratları zəhərləmək lazımdır

b)

Az siqaret çəkmək lazımdır

c)

Heç bir önləm alınmamalıdır

d)

Ekoloji monitorinq, modelləşdirmə və proqnozlaşdırma

7.

Şəkildə yaşıl bitkilərdə baş verən hansı proses göstərilmişdir?

a)

Oksosintez

b)

Fotosintez

c)

Xemosintez

d)

Retrosintez

8.

Şəkildə təsvir olunan atmosfer çirklənməsi antropogen mənşəli deyilmi?

a)

Kosmik mənşəlidir

b)

Təbii mənşəlidir

c)

Antropogen mənşəlidir

d)

Texnogen mənşəlidir

9.

Çirklənmənin mənşəyini göstərin

a)

Antropogen

b)

Fitogen

c)

Kosmogen

d)

Avtogen

10.

“Ekologiya” terminini ilk dəfə alman alimi ..... (1834-1919) elmə gətirmişdir.

a)

Mixayıl Lomonosov

b)

Maykl Faradey

c)

Ernest Hekkel

d)

Albert Enşteyn

11.

Ekologiya sözünün hərfi mənası nədir?

a)

Ev haqqında elm

b)

Təbiət haqqında nəzəriyyə

c)

Enerji mübadiləsi

d)

Kosmik fəza təlimi

12.

Ekoloji kimyanın eksperimental tədqiqat metodları əsasən hansı elm sahəsinin üzərində qurulub?

a)

Analitik kimyanın

b)

Üzvi kimyanın

c)

Nəzəri kimyanın

d)

Nüvə kimyasının

13.

Ekoloji kimya - ətraf mühit kimyasıdır ifadəsini keçən əsrin ortalarında hansı müəllif "Ətraf mühit kimyası" kitabında işləştmişdir?

a)

Con Bokris

b)

Nils Bor

c)

Qara Mustafayev

d)

Fedor İvanov

14.

Keçən əsrin 70-ci illərində "Ətraf mühit kimyası" kitabının müəllifi şəkildə göstərilmişdir. O kimdir?

a)

Con Dalton

b)

Həsən Əliyev

c)

Fedor Zubkov

d)

Con Bokris

15.

Hansı dövrdən başlayaraq ətraf mühitin kimyəvi tərkibi sürətlə dəyişməyə başladı?

a)

1850-ci illərdən

b)

1950-ci illərdən

c)

1999-ci ildən

d)

Bu həmişə baş verib

16.

Müasir dünyada mövcud olan ekoloji problemlər nə ilə əlaqəlidir?

a)

Kimya və kimyəvi texnologiya

b)

Fiziki tədqiqatlar

c)

Bioloji tədqiqatlar

d)

Yaşıl kimyanın yayılması

17.

Ekoloji kimyanın predmeti ...... də daxil olmaqla ətraf mühitdə baş verən kimyəvi prosesləri tədqiq etməkdir.

a)

İnsan fəaliyyəti

b)

Bioloji proseslər

c)

Təbii fəlakətlər

d)

İnsan fəaliyyətsizliyi

18.

Ekoloji kimyada müxtəlif instrumental tədqiqat metodlarından istifadə edilir. Şəkildə göstərilən spektr hansı tədqiqat metoduna aiddir?

a)

Ultrabənövşəyi spektroskopiya

b)

İnfraqırmızı spektroskopiya

c)

Kütlə spektroskopiyası

d)

Qaz xromatoqrafiyası

19.

Ətraf mühit kimyası - .... mənada ətraf mühit kimyası hidrokimya, geokimya, torpağın kimyası və bioloji mənşəli təbii birləşmələr kimyasını birləşdirir.

a)

geniş

b)

əsl

c)

dar

d)

məcazi

20.

Ekoloji kimya ilə ətraf mühit kimyası arasında böyük prinsipal fərq vardırmı?

a)

Şübhəsiz

b)

Müəyyən mənada

c)

Xeyir

d)

Bu mübahisəli sualdır

21.

Ekoloji kimya – ...... bir qolu olub ətraf mühitdə baş verən kimyəvi proseslər və bu təsirlərin nəticələri haqqında elmdir.

a)

ekologiyanın

b)

biologiyanın

c)

fizikanın

d)

kimyanın

22.

Kimyəvi ekologiya – ........ bir qolu olub kimyəvi maddələrin canlı orqanizmlərə təsiri, canlı orqanizmlər arasında və ya canlı və cansız təbiət arasında kimyəvi qarşılıqlı təsirlər haqqında elmdir.

a)

kimyanın

b)

ekologiyanım

c)

fiziologiyanın

d)

fizikanın

23.

Beləliklə, kimyəvi birləşmələrin biosferdə təsirini kimyəvi aspekdən örənən elm nə adlanır?

a)

Ekoloji kimya

b)

Bioloji kimya

c)

Üzvi kimya

d)

Fiziki kimya

24.

Kimyəvi birləşmələrin biosferdə təsirini bioloji nöqteyi-nəzərdən öyrənən elm necə adlanır?

a)

Ekoloji kimya

b)

Ekotoksikologiya

c)

Kimyəvi ekologiyadır

d)

Enzimatik kimya

25.

Coğrafi baxımdan daxilixarici ...... fərqləndirilər.

a)

geosferləri

b)

mahalları

c)

litosferləri

d)

bölgələri

26.

Daxili geosferlərə nə daxildir?

a)

Yer qabığı

b)

Stratosfer

c)

Atmosfer

d)

Hidrosfer

27.

Nüvə hansı geosferə aiddir?

a)

Xarici

b)

Ozonosfer

c)

Hidrosfer

d)

Daxili

28.

Nüvə hansı geosferə aiddir?

a)

Litosfer

b)

Daxili

c)

Xarici

d)

Hidrosfer

29.

Daxili geosferə hansı aiddir?

a)

Stratosfer

b)

İonosfer

c)

Mantiya

d)

Hidrosfer

30.

Daxili geosferə nələr aiddir?

a)

Yer qabığı, nüvə, mantiya

b)

Nüvə, hidrosfer, atmosfer

c)

Hidrosfer, atmosfer, mantiya

d)

Mantiya, nüvə, stratosfer

31.

Dünyanın bir çox ərazilərində krizis halını alan və qlobal xarakter almaqla genişlənən hadisələr bu kompleks elmlər (ətraf mühit elmləri) işərisindən yeni elmi fənnin – ....... ayrılmasına gətirib çıxarmışdır.

a)

bioloji kimyanın

b)

üzvi kimyanın

c)

ekoloji kimyanın

d)

analitik kimyanın

32.

..... maddələrinin differensasiyası və onların parçalanma məhsullarının atmosferə, hidrosferə və yer qabığına düşməsi hələ də davam edir.

a)

Litosferlərin

b)

Xarici geosferlərin

c)

Daxili geosferlərin

d)

Hidrosferlərin

33.

Planetin səthi, hidrosfer, atmosferin aşağı təbəqəsi və yer qabığının üst hissəsi ....... adlanır.

a)

coğrafi təbəqə

b)

yer tavaları

c)

fiziki təbəqə

d)

biosenoz

34.

Məhz bu hissədə canlıların yaranması, yaşaması və təkamülü baş vermişdir. Söhbət yerin hansı təbəqəsindən gedir?

a)

bioloji

b)

kimyəvi

c)

fiziki

d)

coğrafi

35.

Canlı orqanizmlər, yəni biot bir çox qlobal ....... proseslərdə iştirak edərək Yerin coğrafi təbəqəsinin kimyəvi tərkibinin dəyişməsində həlledici rol oynamışdır.

a)

fiziki

b)

geokimyəvi və biogeokimyəvi

c)

kimyəvi

d)

geoloji

36.

Elementlər canlı hüceyrələrin tərkibində ...... (a) kimyəvi potensial halından, hüceyrələrin dağılması hesabına ....... (b) enerji səviyyəsi halına keçir.

a)

a) yüksək;

b) aşağı;

b)

a) aşağı;

b) yüksək;

c)

a) mütləq;

b) yüksək

d)

a) yüksək;

b) mütləq

37.

Planetar metabolizm hansı prosesləri özündə çəmləşdirir?

a)

fiziki, kimyəvi və coğrafi

b)

coğrafi, kimyəvi və bioloji

c)

fiziki, geoloji və bioloji

d)

fiziki, kimyəvi və bioloji

38.

Bu proseslərin cəmi atmosferin, hidrosferin və yer səthinin kimyəvi tərkibini müəyyən edir və nəticədə təbii ətraf mühitin xarakteristikaları müasir planetdə bizim yaşama formamızı əlverişli edir. Söhbət hansı proseslərdən gedir?

a)

geoloji, kimyəvi və bioloji proseslər

b)

fiziki, kimyəvi və bioloji proseslər

c)

fiziki, tektonik və bioloji proseslər

d)

fiziki, tektonik və geoloji proseslər

39.

....... digər elm sahələri – biologiya, tibb, fizika, meterologiya, Yer haqqında elmlərlə, kənd təsərrüfatı kimyası, torpaqşünaslıq və s. ilə sıx əlaqədardır

a)

Ekoloji kimya

b)

Biofizika

c)

Geofizika

d)

Kosmokimya

40.

Ekoloji kimyanın məqsədi ətraf mühitin kimyəvi tərkibinin dəyişməsini və bu dəyişmələrin mümkün ekoloji fəsadlarını .......

a)

avtomatlaşdırmaqdır

b)

proqnozlaşdırmaqdır

c)

qeydə almaqdır

d)

təsvir etməkdir

41.

Ekoloji kimya xüsusilə ....... məhsulları misalında kimyəvi maddələrin ekoloji qiymətləndirilməsini verir.

a)

pestisidlər

b)

fosfatidlər

c)

kənd təsərrüfatı

d)

sənaye

42.

Ətraf mühitdə ..... dəyişilmələr çox yavaş sürətlə baş verir ki, bu da Yerdə yaşayan bütün canlıların ətraf mühitin dəyişilməsinə genetik olaraq uyğunlaşır.

a)

süni

b)

təbii

c)

antropogen

d)

kimyəvi

43.

Antropogen təsirlər ........ baş verir və canlı orqanizmlərin bu dəyişikliklərə uyğunlaşma şansları olmur.

a)

zəif sürətlə

b)

qeyri-müəyyən

c)

müəyyənliklə

d)

daha sürətlə

44.

Təbii mühitə antropogen təsirin digər xüsusiyyəti bütün canlı orqanizmlər üçün ...... maddələrin əmələ gəlməsidir.

a)

dayanıqlı

b)

təbii

c)

yüksək zəhərli

d)

zəhərsiz

45.

Təbiətdə ekolji tarazlığın pozulmasında tək səbəb kimyadırmı?

a)

Bəli

b)

Xeyir

c)

Müəyyən mənada bəli

d)

Müəyyən mənada xeyir

46.

Çirkləndirici kimyəvi maddələrin təsnifatı əsasən nəyə görə aparılır?

a)

İyinə görə

b)

Rənginə əsasən

c)

Daxil olma mənbələrinə, tətbiq sahələrinə və təsir xarakterinə əsasən

d)

Təsnifatlandırılmır

47.

Proqresiv texnologiya və ya texnoloji proses tətbiq etdikdə kimyəvi ekoloji aspektdən nəyi nəzərə almaq lazımdır?

a)

Daha ucuz başa gələn kimyəvi materialların və maddələrin istifadəsini

b)

Məhsuldarlığın artmasına səbəb olan kimyəvi materialların və maddələrin istifadəsini

c)

Texnoloji prosesi sürətləndirən kimyəvi materialların və maddələrin istifadəsini

d)

Qlobal toplanması bütün ekosferə zərərli təsir etməyən kimyəvi materialların və maddələrin istifadəsini

48.

Ekoloji kimya fənni nəyi öyrənir?

a)

Maddələrin tərkiblərinin tədqiqat metodlarını

b)

Canlı orqanizm və onun həyat fəaliyyətini

c)

Canlı aləm ilə cansız təbiət arasındakı kimyəvi qarşılıqlı əlaqəni və onun nəticələrini

d)

Təbiət və cəmiyyət arasındakı əlaqələri

49.

Canlı aləm ilə cansız təbiət arasındakı kimyəvi qarşılıqlı əlaqəni və onun nəticələrini öyrənən elm necə adlanır?

a)

Analitik kimya

b)

Sosial ekologiya

c)

Ekoloji kimya

d)

Kimyəvi ekologiya

50.

Orqanizmə xas olmayan və insan tərəfindən süni yolla alınan maddələr necə adlanır?

a)

Kanserogen

b)

Mutagen

c)

Patogen

d)

Ksenobiotik