Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Food Quality Control 2

Total questions: 25

Worksheet time: 23mins

Name
Class
Date
1.

........ a) təhlilin nəticələri məhsulun keyfiyyətində şübhə doğurursa və məhsulun ........ b) göstəricilərinin standarta uyğunluğunu müəyyən etmək məqsədilə laboratoriyada təhlil aparılır.

a)

a) fiziki-kimyəvi,

b) orqanoleptiki

b)

a) Orqanoleptiki,

b) fiziki-kimyəvi

c)

a) vizual,

b) bioloji

d)

a) bioloji,

b) orqanoleptiki

2.

Gündəlik laborator işlərdə qida məhsullarının tədqiqi üçün ən çox sıxlıqla tətbiq edilənləri ...... üsullardır.

a)

fiziki, fizkimyəvi və kimyəvi

b)

kimyəvi

c)

fiziki

d)

bioloji

3.

..... məhlulların rəng intensivliyi ilə maddənin konsentrasiyasını təyin etməyə əsaslanan fiziki-kimyəvi analizin üsuludur.  

a)

Densitometriya

b)

Elektrometriya

c)

Kolorimetriya

d)

Ph metriya

4.

....... spektrin görünən və yaxın ultrabənövşəyi zonalarında işığın udulması ilə bir maddənin konsentrasiyasının qatılığının müəyyən edilməsidir.

a)

Kolorimetriya

b)

Densitometriya

c)

Qravimetriya

d)

Fotokolorimetriya

5.

Kolorimetriya spektrin ....... hissəsində rəngli məhlullar tərəfindən işığın udulmasının ölçülməsinə əsaslanan analiz üsuludur.

a)

görünməz

b)

görünən

c)

infraqırmızı şüalar

d)

ultrabənövşəyi şüalar

6.

Fotokolorimetriyada isə işıq süalarının udulmasına əsaslanan analiz üsulu ...... istifadə etməklə aparılır.

a)

istilik detektorlardından

b)

fotoelementlərdən

c)

ionlaşdırıcı şüalardan

d)

təcrübəli mütəxəssislərdən

7.

.... a) təhlil üsulunda xüsusi reaktivlərlə emal olunmuş və ya olunmamış məhsulları ..... b) şüalarla işıqlandırdıqda onların tərkib hissələri müxtəlif rəngli şüa enerjisi ayırır.

a)

a) Lüminissensiya,

b) ultrabənövşəyi

b)

a) Ultrabənövşəyi,

b) Lüminissensiya,

c)

a) Termokimyəvi,

b) ultrabənövşəyi

d)

a) Lüminissensiya,

b) Termokimyəvi

8.

Təzə balığa ultrabənövşəyi şüa verdikdə  ..... a) rəngə çalır, azacıq xarab olduqda isə ........ b) rəngə çevrilir.

a)

a) yaşıl,

b) bənövşəyi

b)

a) bənovşəyi,

b) yaşıl

c)

a) göy,

b) bənövşəyi

d)

a) göy,

b) qara

9.

......... titrləmənin köməyi ilə tünd rəngli məhsullardan şərab, pivə və meyvə-giləmeyvə şirələrində ümumi turşuluq, məhsulların aktiv turşuluğu- hidrogen ionlarının qatılığı (pH) təyin edilir.

a)

Fotometr

b)

Elektrometr

c)

Termometr

d)

Polyarimetr

10.

..... fizikanın maddənin deformasiya xassələrini və axıcılığını öyrənən bölməsidir.

a)

Reologiya

b)

Kinetika

c)

Densimetriya

d)

Deformasiya

11.

Reologiya təhlil üsulları qida məhsullarının ..... xassələrinin təyini üçün tətbiq edilir.

a)

tərkibinin və quruluşunun

b)

quruluşunun və

kimyəvi

c)

quruluşunun və mexaniki

d)

quruluşunun və bioloji

12.

..... təhlil üsulu ilə məhsulların tərkibindəki şəkərlərin, nişasta,sellüloza, yağ, azotlu maddələr, mineral maddələr, vitaminlər, su və ya başqa kimyəvi birləşmələrin kəmiyyət və keyfiyyətcə miqdarı təyin edilir

a)

Bioloji

b)

Kimyəvi

c)

Mikrobioloji

d)

Genetik

13.

.... üsulla meyvə-tərəvəzlərin tənəffüs prosesi, süddə katalaza və makaron ununda tirozinaza fermentinin fəallığı, unun qaz əmələ gətirmə qabiliyyəti və s. öyrənilir.

a)

Kimyəvi

b)

Fiziki

c)

Bioloji

d)

Biokimyəvi

14.

.... üsulla məhsullarda mikroorqanizmlərin miqdarı və onların təbiəti müəyyən edilir.

a)

Fermentativ

b)

Mikrobioloji

c)

Kimyəvi

d)

Fizioloji

15.

..... tədqiqat, heyvanların təcrübəvi yemləndirilməsi və ya insanların eksperiment qidalandırılması üsulu ilə aparılır.

a)

Fizioloji

b)

Biokimyəvi

c)

Genetik

d)

Dequstator

16.

Orqanoleptik qiymətləndirilmədə, bir qayda, olaraq iş­ti­rak edən mütəxəssislərin sayı .... olmalıdır

a)

Tək

b)

Cüt

c)

8 nəfər

d)

12 nəfər

17.

İyin intensivliyi məmulatdan ayrılan ...... maddələrin miqdarından və onların kimyəvi xassəsindən asılıdır.

a)

yağlı

b)

şəkərli

c)

uçucu olmayan

d)

uçucu

18.

Məmulata əllə toxunmaqla və barmaqla yüngülcə məmulatı sıxmaqla xəmirin ...... təyin edilir.

a)

özlülüyü

b)

konsistensiyası

c)

şəffaflığı

d)

bərkliyi

19.

Suda və ya ağız şirəsində həll olmuş maddələr ... hissiyatı yaradır.

a)

qoxu

b)

dad

c)

lamisə

d)

iştah

20.

Əgər məmulat orqanoleptik göstəricilərə görə keyfiyyətsiz olarsa, onda sonrakı ....... aparılmır və məmulat zay hesab edi­lərək, çıxdaş edilir.

a)

analizlər

b)

təftişlər

c)

müzakirələr

d)

hesablamalar

21.

Dequstatorların seçilməsi zamanı ilkin mərhələdə nə yoxlanılır?

a)

Sağlamlıq durumu

b)

Dad daltonizmi

c)

Kovid testlər

d)

Temperaturu

22.

Quruluğu çox olan quru məhsullar böyük ...... malik­dir və xarab olmadan uzun müddət qala bilir.

a)

davamlığa

b)

həcmə

c)

çəkiyə

d)

kaloriliyə

23.

Məhsulun ....... kütlə payının təyini, eyni zamanda quru maddələrin miqdarının təyinidir və əksinə.

a)

şəkərin

b)

duzun

c)

nəmliyinin

d)

zülalın

24.

Əgər unun nəmliyi 15%-dirsə, onda quru maddələrin miqdarı nə qədər olar?

a)

15%

b)

76%

c)

85%

d)

65%

25.

Konduktometrik üsul – məhsulun nəmliyinin artmasından asılı olaraq onun ..... artmasına və əksinə əsaslanır.

a)

davamlılıq qabiliyyətinin

b)

xarabolma qabiliyyətinin

c)

istilikkeçirmə qabiliyyətinin

d)

elektrikkeçirmə qabiliyyətinin