NEW
Font size
WorksheetsAzərbaycan dili
Total questions: 31
Worksheet time: 23mins
Ad bildirən sözlərin sualları hansılardır?
Necə? Nə cür? Hansı?
Kim? Nə? Hara?
Neçə? Nə qədər? Neçənci?
Nə etdi? Nə edir? Nə edəcək?
Əlifbamızda neçə hərf var?
35
33
34
32
Əlifbamızda neçə sait və neçə samit var?
9 sait və 23 samit
9 sait və 22 samit
9 sait və 24 samit
10 sait və 23 samit
"Oturmaq" sözünün əksmənasını tap.
Əyləşmək
Qaçmaq
Qalxmaq
Getmək
Əlamət bildirən sözlərin sualları hansılardır?
Neçə? Nə qədər? Neçənci?
Necə? Nə cür? Hansı?
Nə etdi? Nə edir? Nə edəcək?
Kim? Nə? Hara?
Əlifbamızın ilk və son hərfləri hansılardır?
A və Z
B və Z
Z və A
A və Y
Ahəng qanuna tabe olan sözü tap.
Mehriban
Kərtənkələ
Azərbaycan
Qayğıkeş
İncə saitlər hansılardır?
O, Ö, U, Ü
A, E, Ə, İ, I,
E, Ə, İ, Ö, Ü
A, I, O, U
Aşağıdakı hansı sözdə saitlərin hamısı qalındır?
Prezident
Hədiyyə
Pələng
Ordular
Ahəng qanuna tabe olmayan sözü tap.
Hazırcavab
Qayğıkeş
Kədər
sevinc
Əlifbanın ilk hərfi ilə başlayıb, son hərfi ilə bitən sözü tap.
Azər
Araz
Ananas
Albalı
Hansı variantda söz sətirdən-sətrə düzgün keçirilib?
Para - büzən
Par - abüzən
Parabüz - ən
Parab - üzən
Dodaqlanan saitləri seç.
O, Ö, A, E
O, Ö, U, Ü
A, E, Ə, İ, I
A, Ə, O, Ö
Dodaqlanmayan saitləri tap.
A, E, Ə, İ, I
O, Ö, E, Ə, İ
O, Ö, Ü, U
A, İ, E, Ü, U
Tərkibində qalın saitlər olan sözləri tap.
Enli, Xətkeş, kitab
Kofta, qalın, ordu
Sincab, kəpənək, kitab
Pərdə, divar, yastıq
Ahəng qanunu nəyə deyilir?
Sözdə yalnız incə və qalın saitlərin bir-birini izləməsidir.
Sözdə qalın və incə saitlərin işləməsidir.
Sözdə yalnız incə və ya qalın saitlərin bir-birini izləməsidir.
Sözdə yalnız dodaqlanan saitlərin işləməsidir.
Ad bildirən sözlə başlayan cümləni seç.
Qırmızı paltarlı qız ayaqüstə dayanmışdı.
Get, get deyir elə.
Lalə həm qadın, həm də gül adıdır.
Turş limonu hər kəs sevmir.
Hansı sıradakı sözlər yaxınmənalıdır?
Gözlük - eynək
Oturmaq - durmaq
Getmək - gəlmək
Kədərli - qəm
Ölçü bildirən sözlər hansılardır?
hündür, turş, şirin
uzun, qısa, qalın
armudu, yumru, oval
dadlı, duzlu, qısa
Hansı variantdakı cümlədə dad bildirən söz var?
Mənim saçım uzundur.
Limonun sarı rəngdə olmağı onu günəşə bənzədir.
Anamın bişirdiyi şirniyyatlar hər zaman ləzzətli olur.
Şkaf geniş olduğu üçün çoxlu əşyalar yığmışdıq.
"Nə əkərsən, onu da biçərsən" atalar sözündə neçə incə sait işlənmişdir?
7
8
9
10
Hansı söz iki hecadan ibarətdir?
pəncərə
kəpənək
dovşan
parabüzən
" Alabaş" sözü hansı variantda hecalara düzgün bölünüb?
al - a - baş
ala - baş
a - la - baş
a - lab - aş
Hansı variantdakı bütün sözlərin ilk hecasını sətrin axırında qoymaq olmaz?
altı, təbii, ayrı
Kamil, dolma, dovşan
ədalət, əyani, Azadə
kitab, ballı, çalış
İkihecalı ad bildirən sözləri tap.
odun, ocaq
qara, mavi
sərin, isti
dadlı, getmək
"Gözünün kökü saraldı" cümləsində neçə sözü sətirdən - sətrə keçirmək olar?
2
3
1
heç birini
Hansı variantda "kim?" sualına cavab verən söz peşə ilə bağlıdır?
tələbə
müdir
dərzi
adam
Verilmiş sözlərdən neçəsi təkhecalıdır?
and, uğur, rəng, sakit, nağara, mərd
3
2
4
1
Hansı variantda 3 samit yanaşı işlənib?
zəhmli
nahar
nadinc
bənd
Hansı sözdə hecalardan biri yalnız bir səsdən ibarətdir?
musiqi
ailə
qənaət
dairə
İncə saitli sözləri seç.
döyüş, yəhər, zəngin
qış, fırtına, gəmi
dalğa, görüş, məkan
pərdə, alma, günəş
